ŞORLAŞMAQ
ŞORTMAQ
OBASTAN VİKİ
Şort
Şort, şortik və ya qısa şalvar (ing. shorts, ing. short — azərb. qısa‎ sözündən) — şalvarın qısaldılmış növü. Uzun zaman şort uşaq geyimi kimi olub, indi isə bütün yaş dəstələri üçün geyim sayılır. Şortların təsnifatı uzunluğuna görə görə olur. Mini-şortlar (ing. hot pants) — ən qısa şortlar, demək olar ki, omba açıq Klassik şortlar — ombanın 1/2 və ya 1/3 açıq Bermud — uzunluğu dizdən yuxarı Bric — uzunluğu dizə qədər Qeyd etmək lazımdır ki, dizdən aşağı olan şalvarlar şort sayılmır.
Cek Şort
Cek Şort (30 may 1997, İndianapolis) — yeniyetmə ABŞ aktyoru. Onun ən məşhur rolu "Şortlar" filmindəki Nous Nousvörtidir. O Disney Channelin komediya "Bacarıq Ferması" serialında Fleçer Kuimbi kimi Çayna Enn MakKlayn və Sierra MakKormik ilə birlikdə baş rola çəkilir.
Martin Şort
Martin Şort (ing. Martin Hayter Short) — Kanada aktyorudur. Emmi mükafatına və Toni mükafatına layiq görülmüşdür. 3 ölkə vətəndaşlığına sahibdir: Kanada, ABŞ, Böyük Britaniya. == Şəxsi həyatı == Şort 1980-cı ildə Nensi Dolman ilə ailə həyatı qurmuşdur. Onların 3 uşaqları vardır. İlk uşağı 1983-cü ildə doğulmuşdur. 2010-cu ildə Şortun həyat yoldaşı vəfat edir.
Şortəpə (Çaroymaq)
Şortəpə (fars. شورتپه‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 109 nəfər yaşayır (19 ailə).
Şortəpə nekropolu
Şortəpə nekropolu — Şərur rayonunun ərazisində arxeoloji abidə. Şortəpə nekropolu İbadulla kəndindən şərqdə eyniadlı yaşayış yerinin yaxınlığındadır. 1934-cü ildə bu ərazidə kanal qazılarkən nekropol dağıdılmış, buradan xeyli monoxrom boyalı qablar aşkar edilmişdir. Başlıca olaraq küpə, çölmək və kasa tipli qablardan ibarət olan arxeoloji materiallar hazırda Naxçıvan Dövlət Tarix Muzeyində saxlanılır. Aşkar edilmiş tapıntılar küpə, çölmək, kasa, çaynik tipli qablardan ibarətdir. Onlar narın qum qarışığı olan gildən hazırlanaraq qırmızı rəngdə, keyfiyyətli bişirilmişdir. Qabların bir qrupu qırmızı rəng üzərindən qara rənglə, həndəsi motivdə naxışlanmışdır. Polixrom boyalı qablar bir küpə ilə təmsil olunmuşdur. Onun ağzının kənarı bir qədər yanlara doğru genişlənərək ucda dəyirmiləşdirilmişdir. Boğazı silindirik, gövdəsi qabarıq, oturacağı yastıdır.
Şortəpə yaşayış yeri
Şortəpə yaşayış yeri — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun İbadulla kəndindən cənub-şərqdə yerləşən qədim yaşayış yeri. Yaşayış yeri ilk dəfə 1934-cü ildə qeydə alınmışdır. Abidə ətraf yerlərə nisbətən 1,5–2 m hündürlükdə olan oval təpədən ibarətdir. Sahəsi 1500 kv. m-dir. 1936-cı ildə Ə. K. Ələkbərov Şortəpədə kəşfiyyat qazıntısı aparmış və mədəni təbəqəni 3 m dərinliyədək tədqiq etmişdir. Tədqiqat nəticəsində dörd mədəni təbəqə aşkar olunmuşdur. Birinci təbəqə Kür-Araz mədəniyyətinə aiddir. Bu təbəqədən iribuynuzlu heyvan başı formasında və nalşəkilli formada hazırlanmış ocaq qurğuları aşkar olunmuşdur. İkinci təbəqədə Orta Tunc dövrü üçün xarakterik olan boyalı və sadə qablar, üçüncü təbəqədə isə daş qutu tipli qəbirlər və uzunboğaz çəkmə formasında olan gil qab aşkar edilib.

Значение слова в других словарях