Əbdülqədir Geylani
Əbdülqədir Geylani – İslam alimi, Qadiriyyə təriqətinin qurucusu.
== Həyatı ==
İranın Gilan əyalətində 1078 (H. 471) də doğulub. Ləqəbi, Əbu Məhəmməddir. Mühyiddin, Gövs-ül-əzəm, Qütbü Rəbbani, Sultan-ul-övliya, Qütbü əzəm kimi ləqəbləri vardır. Atası Əbu Saleh bin Musa Cəngidostdur. Həsənin oğlu Həsəni Müsənnanın oğlu Abdullahın soyundandır. Anasının adı Fatimə, ləqəbi Ümm-ül-xeyr olub seyidədir. Bunun üçün Abdülqədir Geylani, həm seyid, həm şərifdir. Hüseynin övladına seyid, Həsəninkinə şərif deyilir. Abdülqədir Geylani 1166 (H.561) da Bağdadda vəfat etdi.