ƏKİN-TİKİN

рах. ник, никӀин чка; гьаятдал алай майишат.
ƏKİN-SƏPİN
ƏKİNÇİ
OBASTAN VİKİ
Əkin
Əkin-bitkiçilikdə torpağın üst qatında toxumun (cücərməsi üçün) bərabər paylanması; bir çox kənd təsərrüfatı bitkilərinin becərilməsində ən mühüm aqrotexniki üsul. Əkinin keyfiyyəti onun üsulu, vaxtı və səpin normasının düzgün müəyyənləşdirilməsindən asılıdır. Əkin üsulları kənd təsərrüfatı bitkilərinin bioloji xüsusiyyətindən, onların qida sahəsinə, işığa və rütubətə olan tələbatından, habelə becərmənin mexanikləşdirilməsindən, xüsusilə cərgəaralarının becərilməsinin zəruriliyindən asılı olaraq müəyyən edilir. Səpələmə əkin, cərgəli əkin, lentşəkilli əkin, kvadrat-yuva əkin üsulu, şırımlarla əkin və s. üsullar var. Müddətindən asılı olaraq yazlıq bitkilərin yaz əkini, payızlıq bitkilərin payız əkini, ikinci məhsul almaq üçün yay əkini və s. ayırd edilir. Əkinçilik sisteminin mühüm hissəsi olub tarlada kənd təsərrüfatı bitkilərinin (həmçinin herik şumunun) vaxtaşırı dəyişdirilməsi. Üç cür əkin dövriyyəsi ayrılır: tarla, yem və xüsusi. Tarla əkin dövriyyəsində əsas sahəni taxıl, kartof, texniki bitkilər (günəbaxan, çuğundur, pambıq və s.) tutur.
Əkin anaqllis
Əkin artişoku
Əkin cırhavucu
Əkin cırhavucu (lat. Pastinaca sativa) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin cır havuc cinsinə aid bitki növü. Bu bitkiyə təbiətdə yabanı halda Avropa, Türkiyə, Qafqazda, Qərbi Sibirdə rast gəlinir. Əkin cırhavucu demək olar ki, hər yerdə becərilir.. Əkilən mədəni bitki (yabanı rast gəlinmir) olub, çoxəsrlik seleksiya nəticəsində əmələ gəlmişdir. İkiillik bitkidir. Birinci ili kökətrafı yarpaqları əmələ gəlir. Yoğun və şirin kökü olub, hündürlüyü 2m-ə bərabərdir. İri yarpaqlarının uzunluğu 20 sm, mürəkkəb lələkvari olmaqla, uzun saplaqdan ibarətdir. Çiçəkləri yaşılımtıl-sarıdan, tünd-qonur rəngə qədər dəyişir.
Əkin düyüsü
Çəltik (lat. Oryza sativa) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin düyü cinsinə aid bitki növü. Çəltik qabığı çıxarılmamış düyüdür. Çəltik əhəmiyyətli dənli taxıl bitkisi olmaqla ərzaq, yem və texniki məqsədlər üçün becərilir. Çəltikdən sənayedə, maldarlıqda və mətbəxdə geniş istifadə olunur. Çəltik Yer kürəsində əkin sahəsinə görə bütün bitkilər arasında ikinci yeri tutur və yer kürəsi əhalisinin beşdə ikisini qidalandırır. Azərbaycanda çəltik əkinçiliyinə görə üç zonaya bölünür. Lənkəran-Masallı zonası, Şəki-Zaqatala zonası, Quba-Xaçmaz zonası. Çəltiyin hər hektardan orta hesabla məhsuldarlığı 35–40 sentner, aqrotexniki xidmətin yüksək aparıldığı sahələrdə 50–60 sentner və daha artıq olur. Çəltik iki yarımnövə bölünür.
Əkin güləvəri
Əkin güləvəri (lat. Centaurea cyanus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü. Birillik və ya ikiillik nazik ox və ya milşəkilli ot bitkisi olub, düz kökləri, topaşəkilli tükcüklü gövdəsi olmaqla, hündürlüyü 30-80 sm-ə bərabərdir. Kök üstündə olan yarpaqları bozumtul-yaşıl rəngli, topaşəkilli-tükcüklü, çiçəkləyən zaman ölüşkəyən, gövdə yarpaqları iridişcikli, üst yarpaqları bütövkəkarlı, oturaq və xətti quruluşludur. Gövdənin sonunda yerləşən çiçək səbəti yaxşı inkişaf edir. Çiçək səbəti yarpaqlarla bir-birini kirəmit kimi əhatə edir. Çiçək yatağı yastı, uzun qılçıqlardan ibarətdir. Kənar çiçəkləri cinsiyyətsiz, göyümtül, qıfabənzər, beşbölümlü olub, uzunluğu 2 sm-ə qədərdir. Boruşəkilli (daxili) çiçəkləri ikicinsli, göyümtül-bənövşəyi, olub, uzunluğu 1 sm-ə qədərdir. Meşə və meşə-çöl zonalarında, buğda və digər taxıl bitkilərinin (payızlıq və yazlıq) əkin yerlarində və zibilli yerlərdə yaşayır.
Əkin indausu
Əkin indausu (lat. Eruca vesicaria subsp. sativa) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin i̇ndau cinsinin eruca vesicaria növünə aid bitki yarımnövü.
Əkin iyesi
Əkin keşnişi
Əkin keşnişi (lat. Coriandrum sativum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin keşniş cinsinə aid bitki növü. Birillik ot bitkisi olub, sıra ilə düzülmüş uzun saplaqlı və yumurtaşəkilli yarpaqlara malikdir. Çiçək tacı çəhrayı rəngdədir. Keşniş bitkisi kök boğazı ətrafında birbirinə yaxın sıx, lakin növbə ilə düzülmüş yarpaq qrupları əmələ gətirir. Tez yetişən sortları zəif, gec yetişənləri isə qüvvəli yarpaqlar əmələ gətirir. Bitkisi silindrik, üzəri qabırğalı, torpaq səthində düz duran, yaxud dirsəkvarı buğumlu, əyilmiş gövdəli olur. Hündürlüyü şəraitdən asılı olaraq 130 sm və daha artıq olur. Xırda, bir evli, ikicinsli çiçəkləri mürəkkəb çətir şəklində gövdəsinin başında yerləşir. Çiçəkləri ilk öncə sadə çətirli, sonra isə 3-5-ci sıralarında baş gövdə və budaqların uclarında yerləşən mürəkkəb çətir əmələ gətirir.
Əkin kişnişi
Əkin keşnişi (lat. Coriandrum sativum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin keşniş cinsinə aid bitki növü. Birillik ot bitkisi olub, sıra ilə düzülmüş uzun saplaqlı və yumurtaşəkilli yarpaqlara malikdir. Çiçək tacı çəhrayı rəngdədir. Keşniş bitkisi kök boğazı ətrafında birbirinə yaxın sıx, lakin növbə ilə düzülmüş yarpaq qrupları əmələ gətirir. Tez yetişən sortları zəif, gec yetişənləri isə qüvvəli yarpaqlar əmələ gətirir. Bitkisi silindrik, üzəri qabırğalı, torpaq səthində düz duran, yaxud dirsəkvarı buğumlu, əyilmiş gövdəli olur. Hündürlüyü şəraitdən asılı olaraq 130 sm və daha artıq olur. Xırda, bir evli, ikicinsli çiçəkləri mürəkkəb çətir şəklində gövdəsinin başında yerləşir. Çiçəkləri ilk öncə sadə çətirli, sonra isə 3-5-ci sıralarında baş gövdə və budaqların uclarında yerləşən mürəkkəb çətir əmələ gətirir.
Əkin kənafı
Əkin çətənəsi (lat. Cannabis sativa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinin çətənə cinsinə aid bitki növü. Rusiyanın Avropa hissəsinin cənub-şərqindən Çinin şimal-qərbivə Pakistana qədər yayılmışdır. Cannabis americana Pharm. ex Wehmer Cannabis chinensis Delile Cannabis erratica Siev. Cannabis foetens Gilib. Cannabis generalis E.H.L.Krause Cannabis gigantea Crevost Cannabis indica Lam. Cannabis indica f. afghanica (Vavilov) Vavilov Cannabis indica var. kafiristanica Vavilov Cannabis intersita Soják Cannabis kafiristanica (Vavilov) Chrtek Cannabis lupulus Scop.
Əkin mahmızçiçəyi
Consolida regalis (lat. Consolida regalis) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin üsgüyotu cinsinə aid bitki növü.
Əkin noxudu
Əkin noxudu[mənbə göstərin] (lat. Pisum sativum) — paxlakimilər fəsiləsinə aid bitki növü.
Əkin qarabaşağı
Əkin qarabaşağı (lat. Fagopyrum esculentum) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinin qarabaşaq cinsinə aid bitki növü.
Əkin qaraçörəkotu
Əkin qaraçörəkotu (lat. Nigella sativa) — qaymaqçiçəyikimilər fəsiləsinin qaraçörəkotu cinsinə aid bitki növü. Bitkinin botaniki adı – Nigella Sativadır. Azərbaycan dilində ənənəvi olaraq onu qara zirə adlandırırlar. Bitki Aralıq dənizi regionunda, Afrikanın şimalında, Asiyada və Ərəbistan yarımadasında bitir. Gözəl ətirli xassəyə malik, görünüşünə görə küncütə bənzəyən, amma qara rəngi ilə ondan fərq­lənən zirə xalq arasında müxtəlif adlarla məşhur dur. Arxeoloqlar neolit və mezolit təbəqələrində apardıqları qazıntılar zamanı qara zirə toxumları tapmışlar ki, bu da ondan hələ 8 min il bundan qabaq istifadə edildiyini göstərir. Məşhur alim Lord Karter olduqca mühüm bir arxeoloji kəşf etmişdir. O, firon Tutanxamonun qəbrini tapdıqda gənc çarın ətrafına düzülmüş əşyaların ara sında yağ olduğunu aşkar etmişdi. Lakin arxeoloq onun nə yağı olduğunu o vaxt bilmirdi.
Əkin qazı
Əkin qazı (lat. Anser fabalis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaz (quş) cinsinə aid heyvan növü. Əkin qazı boz çalarlı olub boz qaza bənzəyir. Dimdiyi qara rəngdə olub ortasında narıncı zolağı var. Erkək və dişi fərdlər rənglərinə görə fərqlənmirlər, lakin dişilər bir qədər kiçik olur. Kütləsi adətən 2,5-4,5 kq, bəzən isə bir qədər də yuxarı olur. Əkin qazı Avrasiyanın Qrenlandiyadan Uzaq Şərqə qədər olan tundrada və tayqa hissəsində yaşayır. Orta Avropa və Asiyanın Qara dəniz və Aralıq dənizi sahillərində, bir hissəsi də Orta Asiya, Yaponiya və Cənub-Şərqi Çində qışlayır.
Əkin qərənfili
Əkin qərənfili (lat. Agrostemma) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinə aid bitki cinsi.
Əkin yerkökü
Əkin yerkökü (lat. Daucus sativus) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin yerkökü cinsinə aid bitki növü.
Əkin yulafı
Əkin yulafı (lat. Avena sativa) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin yulaf cinsinə aid bitki növü. Avena agraria var. mutica Brot. Avena algeriensis Trab. Avena anglica Roem. & Schult. [Invalid] Avena byzantina subsp. pseudosativa (Thell.) E. Morren Avena byzantina var. thellungiana (Malzev) Tab.Morais Avena cinerea Roem.
Əkin zəfəranı
Adi zəfəran (lat. Crocus sativus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin zəfəran cinsinə aid bitki növü. Yeraltı yumruları ilə çoxalan birillik bitkidir. Zəfəran ədviyyatı ağırlığına görə dünyanın ən bahalı olanıdır. Azərbaycanda zəfəran xörəklərdə ətirli ədviyyə kimi çox qədim vaxtdan istifadə olunur. "Zəfəranlı aş", "zəfəranlı piti" adlanan xörəklər çoxlarına məlumdur. Bu ədviyyatın qiyməti 400 ilə 1000 dollar arasında dəyişir. Əlbəttə bunların da arasında qismən keyfiyyəti aşağı olan növləri vardır. Misal olaraq İran zəfəranının kiloqramı 460 dollara satılır. Yunanlara məxsus zəfəranın kiloqramı isə 800 dollara yaxındır.
Əkin çovdarı
Əkin çovdarı (lat. Secale cereale) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin çovdar cinsinə aid bitki növü. Çovdarın ilk dəfə E.ə.6500 illərində Asiyanın cənub-qərbində yetişdirildiyi sanılmaqdadır. Soyuğa ən dayanıqlı taxıl olan çovdar yüksək yerləri, qumlu və zəif torpaqları sevər. Rusiya, İskandinav ölkələri kimi qışları çox sərt keçən bölgələrdə belə yetişdirilər və payızda əkilib ertəsi il yay başlarında biçilər. Üstəlik buğda, arpa, qarğıdalı və düyü əkinçiliyinə əlverişli olmayan ən səmərəsiz torpaqlarda belə o biri taxıllardan daha yaxşı məhsul verər. Ümumiyyətlə 1-2 metr yüksəkliyə çatan çovdarın görünüşü arpaya çox bənzər. Dənələri buğdaya görə daha incə uzundur. Daha çox çörəklik un və heyvan yemi olaraq qiymətləndirilən çovdarın içində karbonhidrat, zülal, kalium və B vitamini tapılar. Secale cereale var.
Əkin çətənəsi
Əkin çətənəsi (lat. Cannabis sativa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinin çətənə cinsinə aid bitki növü. Rusiyanın Avropa hissəsinin cənub-şərqindən Çinin şimal-qərbivə Pakistana qədər yayılmışdır. Cannabis americana Pharm. ex Wehmer Cannabis chinensis Delile Cannabis erratica Siev. Cannabis foetens Gilib. Cannabis generalis E.H.L.Krause Cannabis gigantea Crevost Cannabis indica Lam. Cannabis indica f. afghanica (Vavilov) Vavilov Cannabis indica var. kafiristanica Vavilov Cannabis intersita Soják Cannabis kafiristanica (Vavilov) Chrtek Cannabis lupulus Scop.
Əkin şabalıdı
Yeyilən şabalıd, əkin şabalıdı, adi şabalıd (lat. Castanea sativa) - şabalıd cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli ksilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU A2c+3 cd. Azərbaycanın nadir növüdür. 30(37)m hündürlüyündə ağacdır. Gövdəsinin diametri 1(2) m olub, qabığı boz rəngdədir. Çətirləri geniş qollu-budaqlıdır. Tumurcuqları yumurtavaridir. Yarpaqları növbəli düzülüşlüdür, uzunluğu 6(15)-20(28) , eni 3(4)-7(8) sm-ə bərabərdir, uzunsovdur lansetvaridir, kənarları enli mişardişlidir, daxilə doğru əyilmiş iti uclara malikdir. Çiçəkləri düzduran, uzun, sünbülvari sirğalarda yerləşmişdir.
Əkin iyəsi
Əkin lərgəsi
Əkin lərgəsi (lat. Vicia sativa) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin lərgə cinsinə aid bitki növü.

Digər lüğətlərdə