Əsma Nayman
Fatma Əsma Nayman (1899, Konstantinopol – 16 dekabr 1967, İstanbul) ― türk müəllim, siyasətçi və tərcüməçi.
O, Türkiyədə qadınların qatıldığı ilk yerli seçkilər olan 1930-cu il yerli seçkilərində Adana bələdiyyə məclisinin üzvü, qadınların iştirak etdiyi ilk parlament seçkisi olan 1935-ci il parlament seçkilərində isə parlamentin üzvü seçilmişdir. O , 5-ci dövr Türkiyə Böyük Millət Məclisində Seyhanın (Adana) millət vəkili vəzifəsini icra edib.
== Həyat ==
Fatma Əsma Nayman 1899-cu ildə İstanbulda anadan olub. O, Halkalı Ali Kənd Təsərrüfatı Məktəbini (türk. İstanbul Halkalı Yüksek Ziraat Okulu) quran və bu məktəbdə uzun illər dərs deyən Hasip bəyin və Mustafa Naili Paşanın qızı Mələk xanımın beş övladından biridir.
Nayman Fransız məktəbində özəl müəllimlərdən dərs alıb. O, ingilis, fransız və yunan dillərini bilirdi. O, yeddi il Bezmialem qız liseyində fransız dili müəllimi işləyib. Nayman Adanalı vəkil Süleyman Zihni bəylə evlənərək Adanada məskunlaşıb və bir uşağı olub.