Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Amansız qatillər (film, 1994)
Amansız qatillər — rejissor Oliver Stounun 1994-cü ildə çəkdiyi film. Əsas rolları Vudi Harrelson, Culyett Lyuis, Robert Dauni-kiçik və Tommi Li Cons ifa edirlər. == Məzmun == Film uşaqlıq travmasına məruz qalmış iki psixopat sevgilinin əhvalatıdır. Onların serial qətlləri KİV tərəfindən işıqlandırıldıqca onlar bütün ölkədə məşhurlaşırlar.
İlhan Mansız
İlhan Mansız (10 avqust 1975 - Kempten, Bavariya, Almaniya) — türk futbolçu. == Həyatı == İlhan Mansız Türkiyə milli futbol komandasının heyətində 2002-ci ildə Cənubi Koreya və Yaponiyada keçirilmiş Futbol üzrə dünya çempionatında bürünc medal qazanmışdır. "Samuray" ləqəbi də ona həmin çempionat vaxtı yaponlar tərəfindən verilmişdir. Yaponların sevgisini nəzərə alan futbolçu 2004-cü ildə "Beşiktaş"dan Yaponiyanın "Vissel Kobe" klubuna transfer olunmuşdur. Bundan sonra Almaniyanın Herta klubunda oynamışdır. 2005/2006 mövsümündə Ankaragücünün heyətində çıxış etmişdir. Amma Almaniyada keçirdiyi avtomobil qəzasından sonra sağlamlığını tam bərpa edə bilməmiş və 2006-cı ildə peşəkar karyerasını "Ankaragücü"nün heyətində başa vurduğunu elan etmişdir. Bununla belə futbolçu 2009-cu ildə yenidən futbola qayıtmaq fikrinə düşmüş, Almaniya çempionatının ikinci liqasında mübarizə aparan "Münhen 1860" klubuna baxışa yollanmışdır. Klubun ucuz qiymətə futbolçu axtarışı türk futbolçunu həvəsləndirmişdir. O, jurnalistlərə açıqlamasında qarşısına ciddi məqsədlər qoyduğunu bildirmişdir: "Yenidən özümü sübut etmək istəyirəm".
Rosa amansii
Həmərsin (lat. Rosa canina) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Hündürlüyü 1,5-2,5 m ə çatan koldur. Budaqları qövsşəkilli əyilən, bəzən demək olar ki, düz budaqlı koldur; tikanları bərkdir, oraqşəkilli əyilmişdir, əsas budaqlarda tikanlar demək olar ki, düzdür, uzərində çiçək formalaşan budaqlarda isə həmişə qarmaqşəkilli dartılmış formada olub, coxsaylıdır. == Yarpaq == Orta yarpaqların uzunluğu 7-9 sm olub, çılpaqdır, yalnız əsas ox boyunca bəzən qısa tükcüklər yerləşmişdir. Yalançı zoğlar çox zaman ensiz olur, kənarları vəzili-kirpikciklidir və sivri qulaqcıqlıdır. Yarpaqcıqları 7 ədəd, nadir hallarda 5 və ya 9 ədəd olur, hər iki tərəfdən həmişə çılpaq və hamardır, çox hallarda ellipsvari qısa sivriləşmiş uca malikdir, uzunluğu 2-2,5 sm, eni 1-1,5 sm-dir, ümumiyyətlə, iti-mişarvaridir, çox vaxt dişcikləri vəziciklə sonlanır. == Çiçək == Çiçəkləri çiçək qrupunda 3-5 ədəd, bəzən isə tək olur, və ya çiçək qrupu çox çoxçiçəklidir; çiçək saplağı 12–18 mm uzunluqda olub, çox vaxt yetişmiş meyvənin ölçüsünə bərabər olur. Nadir hallarda isə ondan uzun və ya qısa olur, adətən tükcük və vəzilərdən məhrum olur. Ləçəkləri ağımtıl-çəhrayı rəngdə olur və kasa yarpaqlarından qısadır.
Fransız
Fransızlar – Fransanın əsas əhalisi, millət. ABŞ və Kanadada, həmçinin keçmişdə Fransanın müstəmləkə və dominionu olmuş ölkələrdə də yaşayırlar. Fransız dilində danışırlar, dindarlarının əksəriyyəti katolikdir. Fransanın formalaşmasında keltlər (qallar, e.ə. 1-ci minilliyin ortaları), romalılar (e.ə. 3–1 əsrlər), sonralar vestqotlar, burqundlar, franklar və b. iştirak etmişdir. 6-cı əsrdə Qalliyada vestqotlar və burqundlar öz krallıqlarını, franklar isə Frank dövlətini yaratdılar. 9-cu əsrdə Karolinqlər imperiyası parçalandığı zaman frank sözü həm ölkənin, həm də xalqın adında və dilində qalmışdı. Vahid fransız xalqı və dili təqr.
Amanlı
Amanlı — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Amanlı Qax rayonunun Qıpçaq inzibati ərazi vahidində kənd. Alazan-Əyriçay çökəkliyindədir. Etnotoponimdir. == Mədəniyyəti == == Coğrafiyası və iqlimi == == Əhalisi == 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin İlisu naibliyinə daxil olan Amanlı kəndində milli tərkibi ləzgilərdən ibarət 12 ailə yaşayırdı. Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 40 təsərrüfatda hər iki cinsdən toplam 160 nəfər əhali yaşamaqdadır.
Axarsız sahələr
Axarsız sahələr — səth suları dənizlərə və ya Dünya okeanına axıb çatmayan quru iqlimi olan sahələr. Ancaq mənbələrini xeyli rütubətli sahələrdən götürən çox böyük çaylar bu sahələrdən axıb keçir və dənizə tökülür (tranzit çayları məs.: Nil). Kiçik çaylar isə ya qapalı şor göllərə (Balxaş, Çad və b.). Kontinental çökmə suxurlarının geniş yayılması A.c. üçün xarakter xususiyyətdir. Bəzi məlumata görə A.c.üçün 28 milyon km ərazini tutur ki, bu da bütün qurunun 17%-ni təşkil edir.
Ayaqsız kərtənkələ
Ayaqsız kərtənkələ (lat. Anniella) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin ayaqsız kərtənkələlər fəsiləsinə aid heyvan cinsi.
Ayaqsız kərtənkələlər
Ayaqsız kərtənkələlər (lat. Anniellidae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi.
Fransız Alpları
Fransız Alpları — Fransada yerləşən Qərbi Alp dağlarının bir hissəsi. Uzunluğu təxminən 330 km-dir. Fransız Alplari Şimal və Cənuba bölünür. Şimali Fransız Alplari buzlaqları və dağ-buzlaq torpaq formaları, iynəyarpaqlı meşələr, subalp və alp çəmənlikləri olan yüksək dağlıqdır. Buraya Monblan, Ekren (Pelvu), Beldonn, Qray və Kotsk Alpları massivləri daxildir. Ən yüksək nöqtəsi Monblan dağıdır (4810 m). Cənubda yerləşən Fransız Alpları dağları daha aşağı (adətən 3000 m-ə qədər), Aralıq dənizi iqlimi və landşaft elementləri olan Provans Alpları və Dənizaşırı Alplarını əhatə edir. == Ədəbiyyat == Французские Альпы // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб..
Fransız Rivyerası
Lacivərd sahil (fr. Côte d'Azur) və ya Fransız Rivyerası (ing. French Riviera) — Fransanın Provans-Alp-Kot-d'Azür regionun və Monakoda sahil.
Fransız Vikipediyası
Fransızca Vikipediya (fr. Wikipédia en français) — Vikipediyanın fransız dilində olan bölməsidir.
Fransız bageti
Baget (fr. une baguette de pain) — fransız çörəyidir.Bəzi tarixçilər, bagetin inqilabdan sonra Napoleon Bonapart tərəfindən icad edildiyini qarşıya qoyur. O günə qədər yumru bişirilən çörəklər bu haldaykən daşına bilmirdi. Rusiya səfərinə hazırlanan Fransız İmperatoru, çörəklərə incə, uzun bir şəkil verilərək əsgərlərin şalvarına dayaza bilməsini planlamışdı. Beləcə baget, Napoleonun ordularıyla bütün Avropaya yayıldı.
Fransız dili
Fransız dili (le français, la langue française) — fransızların, Belçikanın, İsveçrənin (əsasən Romandiyanın fransızdilli hissəsində), Kanadanın fransızdilli əhalisinin danışıq dili. Fransanın və bir sıra ölkələrin rəsmi dili. Həmçinin Fransızca Birləşmiş Millətlər Təşkilatında istifadə olunan altı rəsmi dildən biridir. Digər dillərdə yerli olaraq danışan avropalıların təxminən beşdə biri ikinci bir dil olaraq Fransızca danışırlar. == Həmçinin bax == Fransızca (français, /fʁɑ̃sɛ/), Hint-Avropa dil ailəsinin Roman dilləri altqrupundan, Fransa ve Fransız sivilizasiyasını mənimsəmiş ve keçmiş Fransız müstəmləkəsi ölkələrdə istifadə olunan dildir. Dünyada təxmini olaraq 200 milyon insan Fransızca bilməkdədir. 128 milyon insan Fransızca'nı anadili və ya ikinci dili olarak danışır, 54 ölkədə 72 milyon insan tərəfindən də bilinməkdə və danışılmaqdadır. Başda Fransa olmaq üzrə Kanada, Belçika, İsveçrə, Afrika, Lüksemburq və Monako və daha bir çox ölkədə danışılır. Fransızca; İspanca, Portuqalca, İtalyanca, Katalanca ve Rum dili kimi Roma İmperatorluğunun dili olan Latıncanın davam dillərindəndir. Fransız dili tarixdə Roma Galliyalılarının kelt dillərindən və Roma sonrası Frank köçmənlərinin Cermen dillərindən təsirlənmişdir.
Fransız fəlsəfəsi
Fransız fəlsəfəsi, Fransız dilində fəlsəfə mənasını verən bu düşüncə, son dərəcə çoxyönümlü olmuşdur və yüz illərlə, Orta Əsrlərdəki Pyer Abelar sxolastikçiliyindən, Rene Dekart tərəfindən müasir fəlsəfənin qurulması ilə, XX əsr fəlsəfəsinə qədər, Qərb fəlsəfəsinə bir bütün olaraq təsir etmişdir. elm fəlsəfəsi , ekzistensializm , fenomenologiya , strukturalizm, postmodernizm.
Fransız inqilabı
Böyük Fransa inqilabı (fr. Révolution française; 1789–1799) — Fransa və Avropanın siyasi tarixində köklü dəyişikliklərə səbəb olmuş ən mühüm tarixi hadisələrdən biri. O dövr Fransasında, eləcə də digər aparıcı Avropa ölkələrində hakim zadəgan və katolik ruhanilərinə verilmiş qeyri-məhdud imtiyazlarla xarakterizə olunan mütləq monarxiyadan demokratiyaya keçid, vətəndaşlıq və insan hüquq və azadlıqları kimi mütərrəqqi prinsiplərə əsaslanan siyası-sosial inqilab. İnqilab qanlı iğtişaşlar, minlərlə insanın təqib və edamıyla müşahidə olunumuş, hətta beynəlxalq səviyyədə ciddi narahatlıq doğurmuşdur. İnqilab özündən sonra Avropada Napoleon müharibələri, Fransada monarxiyanın bərpası və nəhayət müasir azad, demokratik Fransanın simasını müəyyənləşdirəcək daha iki inqilaba səbəb olmuşdur. İnqilabdan sonrakı 75 il ərzində Fransa respublika, diktatorluq, konstitusiyalı monarxiya və iki müxtəlif imperiyalar halında mövcud olmuşdur. === Səbəbləri === XVIII əsr Fransası özünün dövlət quruluşu baxımından mərkəzi bürokratik sistemə və hərbi dayaqlara əsaslananan mütləq monarxiya idi. Hakim feodal sinifindən tamamilə azad olan kral iri zadəgan feodallar və katolik ruhanilərinə böyük miqyaslı imtiyazlar verməklə mütləq hakimiyyətini qoruyub saxlayırdı. Müəyyən dövrə qədər kral "milli sərvətlərin" artırılması, yəni milli sənayə müəssisələrinin və ticarətin inkişafına böyük səylə qayğı göstərməklə fransız burjuaziyasının etimadından da istifadə edirdi. Bununla belə kral tədricən hakim sinfin artmaqda və günü-gündən kəskinləşməkdə olan yeni tələblərini ödəməkdə çətinlik çəkirdi.
Fransız klassisizmi
Klassisizmin təhsil sistemi başdan-başa antik dövrün və intibah incəsənətinin öyrənilməsini nəzərdə tuturdu. Yaradıcılıq prosesində əsas şərt – qanunlara riayət etmək, süjeti antik tarixdən və ya mifologiyadan götürmək oldu. Avropanın iri dövlətlərində, həmçinin Fransada mütləq hakimiyyətin bərqərar olduğu şəraitdə Fransız incəsənətinin novator ruhu parlaq şəkildə nəzərə çarpmağa başladı. XVII əsrdə mərkəzləşdirilmiş vahid milli dövlət yaratmaq üçün feodal pərakəndəliyinin qalıqlarına qarşı mübarizədə Fransa burjuaziyası müvəqqəti olaraq öz qüvvələrini Kral hakimiyyəti ilə birləşdirdi. Fransadakı mütləq monarxiya şəhərlərdə burjua üsuli-idarəsini Avropanın digər ölkələrinə nisbətən daha sürətlə tətbiq edir, manufakturaların çiçəklənməsinə şərait yaradırdı. Klassisizm – məhz mütləq monarxiya dövrünün məhsuludur. Mütləq monarxiyanın mədəni siyasəti və onun estetik doktrinası olan klassisizm sinfi xarakter daşıyırdı. Monarx sarayları bütün bədii qüvvələri mərkəzi təşkilata tabe etməyə can atırdı. İlk dəfə İtaliyada yaranan bu cür təşkilatlar humanist fikirli insanların könüllü birliyi olan Akademiyalar idi. 1634-cü ildə Parisdə, XIII Lüdovikin dövründə kardinal Rişelye ədəbiyyat və dil sahəsində rəsmi mərkəz olan Fransız akademiyasını yaratmaqla onları mütləq hakimiyyət alətinə çevirdi və klassisizm aparıcı üslub oldu.
Fransız mətbəxi
Fransa mətbəxi (fr. Cuisine française)-Fransada inkişaf etmiş, zənginliyi və müxtəlifliyiylə məşhur, yemək bişirmənin bədii istiqamətini ön plana çıxaran bir milli mətbəxdir. Fransa mətbəxinin mənşəyi Orta əsrlərə uzanır. Fransanın Fransa inqilabı sonrasında Koloniləşmə dövründə dünya səhnəsindəki qazandığı gücüylə mütənasib olaraq inkişaf etmişdir. == Haqqında == Yeməyi yaxşı bilənlərin bir çoxlarının fikrinə görə, fransız mətbəxi dünyada ən yaxşılardan biridir. Bu mətbəx millətin mədəniyyəti ilə ayrılmaz olaraq bağlıdır. Fransız mətbəxi aşpazlığın beşiyi və aşpazlar üçün bir cənnətdir. Bu mətbəxin bütün dünyadakı şöhrəti onu göstərir ki, təhsil səviyyəsindən və sosial mənşəsindən asılı olmayaraq bütün fransız xalqı yemək mövzuları haqqında ətraflı danışa bilər. Adi fransız üçün aşpazlıq gundəlik həyatın ayrılmaz elementidir və nəzakət qaydalarının məhz fransızlar tərəfindən yaradılması sadə bir təsadüf deyil. == Yeməkləri == === Retatuy === Bu xörək Provansdan, daha dəqiq, Nitsadandır.
Fransız salatı
Fransız salatı — xörək növü. == Tərkibi == 3-4 ədəd kartof 3 ədəd kök Çuğundur Bir qədər ağ kələm 1 ədəd baş soğan 500 qr mal əti Sirkə Soya sosu Qara və qırmızı istiot,duz == Hazırlanması == Əti xırda-xırda doğrayıb,az yağda tavada qızardırıq. Paralel olaraq kartofdan başqa (kartof sulanmasın deyə) bütün tərəvəzləri rəndədən keçiririk. Rəndələnmiş tərəvəzlərə qızardılmış əti əlavə edirik. Sonra kartofun qabığını soyub,onu da rəndələyirik və tavada qırmızı rəng alana qədər qızardırıq. Qızardılmış kartofu da Tərəvəzlər və ətin üzərinə əlavə edirik. 5% - li sirkə, soya sosu və ədviyyatları qarışdırıb salatın üzərində gəzdiririk. Salatımız hazırdır.
Fransız şkalası
Fransız şkalası, Fransız ölçü şkalası qısa olaraq Fr ya F silindrik tibbi alətlərin , xüsusilə də kateterlərin xarici diametrini təyin etmək üçün farnsız şkalası. Fransız şkalasına görə ölçü, diametr mm-lə ölçülməklə və 3 ədədinə bölünməklə əldə edilir. 1 Fr = 0.33 mm D(mm) = F/3 və ya F = D(mm)x3Fransız ölçü şkalasını "diametrin 3 missli" XIX əsrdə parisli tibbi alətlər istehsalçısı Jozef-Frederik-Benua Şarryer ( fr. Joseph-Frédéric-Benoît Charrière) təklif etmişdir. Bəzən Fransız şkalası vahidi Jozef-Frederik-Benua Şarryerin şərəfinə Ch kimi də qeyd edilir.
Fransız ədəbiyyatı
Fransız ədəbiyyatı (fr. Littérature française) – Fransız şair və yazıçıların Fransa mədəniyyətinə, eləcə də dünya mədəniyyətinə bəxş etdikləri ədəbi-mədəni fikrin ən yaxşı nümunələri.
Amanlı bələdiyyəsi
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Sansız (Tarım)
Sansız (az.-əbcəd سانسێز‎, fars. سانسیز‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Dəstgirdə qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 1,074 nəfər yaşayır (327 ailə).
"Fransız" (film, 1995)
"Fransız" — 1995-ci ildə istehsal olunmuş Azərbaycan filmi. == Məzmun == Film Avropadan qayıdandan sonra öz milli adət-ənənələrimizə yuxarıdan aşağıya baxan həmvətənlərimiz haqqındadır. Əlibala (Fərman Şəkili) azərbaycanlı olduğunu danır, fransızca danışmağa başlayır. Onu yola gətirmək üçün hər yola müraciət edirlər, bir xeyri olmur. Sonradan məlum olur ki, Əlibala hələ sünnət olunmayıb. Məcburi sünnət elədikdən sonra Əlibala çevrilib olur müsəlman, azərbaycanlı. == Film haqqında == Film Əmir Pəhləvanın "Əhlikef" povestinin motivləri əsasında çəkilmişdir. Filmdə Vaqif Mərdəkani öz dəstəsi ilə və Aleksandrovun xoru çəkilmişdir. Filmin son titrləri fransızcadır. Film Azərbaycan kinosunun 79-cu ildönümünə həsr edilmişdir.
Alma (Fransız müğənni)
Aleksandra Make (fr. Alexandra Maquet; 27 sentyabr 1988, Lion) və ya sadəcə səhnə adı Alma — Fransa müğənnisi və bəstəkarı. O, Fransanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Aleksandra Make 27 sentyabr 1988-ci ildə Fransanın Lyon şəhərində anadan olmuşdur. Onun atası tanınmış biznesmen Alen Make, anası isə rəssam Mari-Pyer Makedir. Onun üç bacısı var. Alma uşaq yaşlarından musiqi ilə maraqlanmış və pianoda ifa etməyi öyrənmişdir. 16 yaşında ikən ailəsi ilə birlikdə Mayamiyə köçmüşdür. Bir il Amerikan məktəbində təhsil aldıqdan sonra o yenidən Fransaya geri dönmüşdür. O Fransanın Lil şəhərində IESEG İdarəçilik məktəbinə daxil olmuş və oranı Biznes administrasiyası və idarəçilik ixtisası üzrə magistr dərəcəsi ilə bitirmişdir.
Azərbaycan-Fransız Universiteti
Azərbaycan-Fransız Universiteti və ya qısaca UFAZ — Azərbaycan Prezidenti İlham Əliyevin və Fransa Prezidenti Fransua Ollandın təşəbbüsü ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) və Strasburq Universitetinin (Unistra) rəhbərliyi altında həyata keçirilən birgə layihədir. == Yaradılması == 12 may 2014-cü ildə Fransa Prezidenti Fransua Ollandın Azərbaycana səfəri zamanı Fransa və Azərbaycan təhsil nazirləri arasında iki ölkə arasında elmi əlaqələrin gücləndirilməsi məqsədilə universitetlər arasında əməkdaşlığa dair niyyət memorandum imzalanmışdır. İki ölkənin təhsil nazirlikləri arasında növbəti razılaşma 25 aprel 2015-ci ildə president Fransua Ollandın Azərbaycana növbəti səfəri zamanı imzalanmışdır. Həmin il mayın 15-də əməkdaşlığa dair təklif Azərbaycan Prezidenti İlham Əliyevin 1242 saylı fərmanı ilə qəbul edilmiş, 9 iyun 2016-cı ildə isə Azərbaycan-Fransız Universitetinin (UFAZ) yaradılmasına sərəncam verilmişdir.15 sentyabr 2016-cı ildə Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun və Fransanın Azərbaycandakı Səfiri Aurelia Buşenin iştirakı ilə UFAZ-ın açılışı baş tutmuşdur. İlk tədrisi ili ADNSU-nun Azadlıq prospektində yerləşən əsas binasında baş tutmuşdur. 15 sentyabr 2017-ci ildə UFAZ-ın Nizami küçəsi, 183-də yerləşən yeni tədris binasının açılış mərasimi baş tutmuşdur. Bina 20-ci əsrin əvvəllərində inşa edilmiş və Təhsil Nazirliyinin qərarına əsasən restavrasiya edilmişdir. == Tədris == Yalnız Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunmuş 1-ci ixtisas qrupu üzrə imtahanlarda mümkün 700 baldan ən az 500 və daha çox bal toplamış abituriyentlər Strasburq Universiteti tərəfindən təşkil olunmuş və iyul ayının sonlarında keçirilən UFAZ-a qəbul imtahanında iştirak edə bilərlər.UFAZ-da tədris Strasburq Universitetinin və Renn-1 Universitetinin (Neft-qaz mühəndisliyi) tədris proqramı üzrə ingilis dilində aparılır. Fransada bakalavr təhsili 3 il, Azərbaycanda isə 4 il davam etdiyinə görə UFAZ-da tədrisin ilk ili hazırlıq ili hesab olunur. Universitetdə təhsil yüksək ixtisaslı fransız və azərbaycanlı müəllimlərindən ibarət beynəlxalq tədris heyəti tərəfinən aparılır.
Amandin Burjua
Amandin Burjua — 12 iyun 1979-cu ildə anadan olan Fransız müğənni. Amandin Burjua 2013 Avroviziya Mahnı Müsabiqəsində Fransanı "L'Enfer Et Moi" mahnısı ilə təmsil edib.
Paragigagnathus amantis
Paragigagnathus amantis (lat. Paragigagnathus amantis) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin paragigagnathus cinsinə aid heyvan növü.
Amblyseiulella amanoi
Amblyseiulella amanoi (lat. Amblyseiulella amanoi) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin amblyseiulella cinsinə aid heyvan növü.