ƏVVƏLLƏRİ
ƏYALƏT
OBASTAN VİKİ
Dəməşq əyaləti
Dəməşq vəya Şam əyaləti — Osmanlı imperiyasının əyalətlərindən biri.
Dərbənd əyaləti
Dərbənd əyaləti — Osmanlı İmperiyası tərkibində Cənubi Qafqazda inzibati ərazi vahidi. İnzibati mərkəzi Dərbənd şəhəri idi. == Dərbənd əyaləti (1578-1607) == Dərbənd əyaləti isə 8 sancaqlığa bölünmüşdü: Dəmirqapı (Sancaq paşa), Şabran (Şaburan), Axtı, Quba, Müskür, Kürə, Çirak, Rustov sancaqlıqları.
Genuya əyaləti
Genuya əyaləti — İtaliyanın Liquriya regionunda əyalət.
Gilan əyaləti
Gilan — İranın şimal-qərbində ostan. == Tarix == 1920-ci ildə İranın mərkəzi hökumətindən və Rusiyanın müdaxiləsindən narazı qalan gilək sərkərdəsi Mirzə Kiçik xan Gilanın və Gilək xalqının müstəqilliyi üçün çalışaraq Yaxın Şərqdə ilk sosialist respublikası olan Gilan Respublikasını qurdu. == Ərazi == Ostan Xəzər dənizinin qərbində yerləşir. Gilan ostanının ərazisi 14.106 km² (İSM-nə görə 14.042 km²)-dir. == Əhali == Əhalisi 2006-cı il siyahıya almasına əsasən 669,221 ailədə 2.381.063 nəfərdir. === Milli tərkib === Ostan əhalisinin çoxluğu giləklərdən ibarətdir. Geridə qalan əhalini Azərbaycan türkləri (qeyri-rəsmi qaynaqlara görə əhalinin 1/3-ni) , talışlar, tatlar, kürdlər, türkmənlər, yunanlar, ermənilər, farslar, yəhudilər, Hind-Avropa dil ailəsinə aid olan bir neçə köçəri kiçik etnik qrup (Sasani , Ağacani və sairə) və qaraçılar təşkil etməkdədir. Giləklər, Azərbaycan türkləri, talışlar, tatlar və kürdlər etnik ərazi areallarına malikdirlər, yəni kompakt halda həm kəndlərdə həm də şəhərlərdə məskunlaşmışdırlar. Farslar, yunanlar, türkmənlər, ermənilər və yəhudilər dağılmış şəkildə yalnız şəhərlərdə yaşamaqdadırlar. Giləklər: Gilan ostanında ən böyük etnik qrup giləklərdir.
Gürcüstan əyaləti
Çıldır əyaləti — veya Çıldır Beylerbeyliği (Osmanlıca: ایالت چلدر , "Eyalet-i Çıldır") Osmanlı İmperiyası tərkibində Cənubi Qafqazda inzibati ərazi vahidi. Adı Çıldır gölüündəndir. 1574 ci ildə Çıldır əyalətinin bölgüsü. 1. Ahısqa sancağı 2. Axalkələk sancağı 3. Çıldır sancağı 4. Posho sancağı 5. Bedre sancağı 6. Penek sancağı 7.
Gəncə-Qarabağ əyaləti
Gəncə-Qarabağ əyaləti — (Vilâyet-i Gence Karabağ) Osmanlı İmperiyası tərkibində Cənubi Qafqazda inzibati ərazi vahidi. İnzibati mərkəzi Gəncə şəhəri idi. == Gəncə-Qarabağ əyaləti (1588-1606) == 1593-cü il tarixli icmal dəftəri qeydlərinə görə Gəncə-Qarabağ əyaləti 7 sancağa bölünürdü. Gəncə sancağı, Bərdə sancağı, Xaçın sancağı, Axıstabad sancağı, Dizaq sancağı, Həkəri sancağı, Vərəndə sancağı. Sancaqlar öz növbəsində nahiyələrə bölünürdü. == Gəncə-Qarabağ əyaləti bəylərbəyləri == Çərkəz Heydər paşa (1588-1590 Oktyabr) Davud paşa (Oktyabr 1590-1594 Aprel) Mahmud paşa (Aprel 1594-1596) Mustafa paşa (1598) Osman paşa (1596-1600) Məhəmməd paşa (1606) == Osmanlılar ikinci Gəncə-Qarabağ əyaləti (1727-1734) == Gəncə-Qarabağ əyaləti 8 livaya (sancağa) bölünürdü. Gəncə livası, Bərdə livası, Xılxına livası, Bərgüşad livası, Çuləndər livası, Arazbar livası, Qarabağ livası, Bərgüşad livası əvvəl İrəvan əyalətinin tərkibində olmuş sonra isə Gəncə Qarabağ əyalətinə verildi. Gəncə-Qarabağ əyaləti 1344 kənd və məzradan ibarətdi.
Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri
Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri (türk. Gence-Karabağ eyaletinin Mufassal Defteri) — Osmanlı İmperiyası hakimiyyəti dövründə Gəncə-Qarabağ əyalətində gəlir mənbəələrini müəyyən etmək və vergiləri nizamlı şəkildə toplamaq məqsədilə yaradılmış özündə statistik məlumatları əks etdirən sənəd. == Haqqında == Osmanlı dövlətinin Gəncə-Qarabağ bölgəsini 1725-ci ildə ələ keçirməsindən sonra vergi yığmaq məqsədilə 1727-ci ildə hazırlanan "Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri"ndə Gəncə-Qarabağ əyalətinin kəndlərində nə qədər adamın yaşadığını, onların adı, milli və dini mənsubiyyəti göstərilirdi. Qanunnamə ilə başlayan dəftərdə ərazi-inzibati vahidlərə və onlara tabe olan yaşayış məskənlərinə görə vergi mükəlləfiyyəti daşıyanların adı, atasının adı, ailə vəziyyəti, bəzi hallarda isə, xüsusilə şəhərlilər üçün, peşəsi haqqında məlumat verildikdən sonra əvvəlcə onların əkib-becərdikləri dənli bitkilərdən natural verginin həcmi və ağca ilə dəyəri sonra isə bağ-bostan, arı pətəkləri, işləyən dəyirmanlar, hevyanlar üçün ödənən vergilərin və s. dəyəri yazılırdı. Hər il əyalətdən illik gəlir barədə verilən məlumatlar dövlət dəftərxanasında yoxlanılır, əgər hər hansı bir səbəbdən çatışmazlıq ortaya çıxardısa, böyük vəzirin sədrliyi ilə iclasları keçirilən Divanın çıxardığı qərara əsasən vəziyyətin yoluna qoyulması haqqında əyalətin bəylərbəyinə "buyuruldu", "hökm" və s. göndərilirdi. Səbəb daha ciddi olduğu təqdirdə, məsələyə sultanın özü müdaxilə edərdi. === Texniki məlumat === İki nüsxə olan bu dəftərlərdən biri aidiyyəti olduğu əyalətdə, digəri isə İstanbulda, dövlət dəftərxanasında saxlanılırdı. Hal-hazırda yeganə nüsxəsi İstanbulda Başbakanlık Arxivində (№ 903) saxlanılır.
Homs əyaləti
Hüms mühafəzəsi — Suriyanın 14 mühafəzəsindən biri. == Coğrafiyası == Mühafəzənin ərazisi 42.223 km², inzibati mərkəzi Hüms şəhəridir. == Əhalisi == 2008-ci ilin yanvarın 1-nə olan rəsmi məlumata əsasən mühafəzənin əhalisi 1.977 milyon nəfərdir .
Hubey əyaləti
Hubey (çin. 湖北) — mərkəzi Çinin şərqindəki əyalət. Vilayətin hakimiyyət orqanı Uhanda yerləşir.
Həbəş əyaləti
Həbəşistan əyaləti — Osmanlı imperiyasının Afrika qitəsindəki əyalətlərindən biri.
Həbəşistan əyaləti
Həbəşistan əyaləti — Osmanlı imperiyasının Afrika qitəsindəki əyalətlərindən biri.
Hələb əyaləti
Hələb əyaləti — Osmanlı imperiyasının əyalətlərindən biri.
Kanada əyaləti
Kanada əyaləti, Şimali Amerikada 1841-1867-ci illər arasında mövcud olmuş ingilis müstəmləkəsidir. Təşəkkülü Durham Qrafı Con Lambton tərəfindən 1837-ci il üsyanından sonra hazırlanan Britaniya Şimali Amerikası Problemləri Hesabatındakı tövsiyələrini əks etdirir. Təsis qanunu 23 iyul 1840-cı ildə Böyük Britaniya parlamenti tərəfindən qəbul edildi və Taxt tərəfindən 1841-ci il 10 fevralda elan edildi. Yuxarı və Aşağı Kanada Koloniyaları, ləğv edilmiş parlamentləri ilə birləşdirildi və parlamentləri bir dam altında yenidən quruldu. 1837 üsyanından sonra Kanadanın birləşməsində iki mühüm amil rol oynadı. Birincisi, Yuxarı Kanada sabit vergi gəlirinin olmaması səbəbindən iflas ərəfəsindəydi və Aşağı Kanadanın mənbələrinə Kanada daxili nəqliyyat marşrutlarının inkişafını maliyyələşdirmək üçün daha çox ehtiyac duyulurdu. İkincisi, birləşmə fransızlara qarşı vacib bir qələbə cəhdi idi, çünki Parlamentlərdə yerlərin sayı bərabər idi, baxmayaraq ki, hər ştatda seçkilər keçirilərkən Aşağı Kanadada əhali daha çox idi. Durham Hesabatı Kanada Birliyi və ya Məsuliyyətli hökumət (Müstəqil Yerli Məclis) adlandırılsa da, bu, yalnız ilk icraat idi. Yeni hökuməti təyin olunmuş bir general qubernator idarə edirdi və o yalnız İngiltərə qarşısında məsuliyyət daşıyırdı. Kanada əyaləti 1 iyul 1867-ci ildə Ontario və Kvebek olaraq yenidən bölündükdə, yola Kanada Federasiyası olaraq davam etdirilməsi haqqında qəti qərar qəbul edildi.
Kanadanın Əyalət və Əraziləri
Kanadanın əyalət və əraziləri – Kanada inzibati ərazi bölgüsünə görə əyalət və ərazilərdən ibarətdir. Ölkə 10 əyalət və 3 əraziyə bölünür. Kanadada Kanada Konstitusiyasının yurisdiksiyası altında sub-milli inzibati ərazi vahidləri olan 10 əyalət və 3 ərazi var. 1867-ci ildə Kanada Konfederasiyasında Britaniya Şimali Amerikasının üç əyaləti - Nyu-Bransuik (New Brunswick), Yeni Şotlandiya (Nova Scotia) və Kanada əyaləti (Konfederasiyadan sonra Ontario və Kvebekə bölündü) federasiya yaratmaq üçün birləşərək növbəti, yəni XX əsrdə tam müstəqil ölkəyə çevrildi. Tarix ərzində ərazilər və əyalətlər əlavə edildiyi üçün Kanadanın beynəlxalq sərhədləri bir neçə dəfə dəyişdi və onu ərazisinə görə dünyanın (Rusiyadan sonra) ikinci ən böyük ölkəsinə çevirdi. Kanada əyaləti ilə ərazi arasındakı əsas fərq odur ki, əyalətlər öz güc və səlahiyyətlərini 1867 Konstitusiya Aktından (əvvəllər 1867 Britaniya Şimali Amerikası Aktı adlanırdı) götürürlər. Halbuki ərazilər isə hökumətləri Kanada Parlamenti tərəfindən onlara verilən səlahiyyətlərlə qanunvericiliyə uyğun yaradılan federal ərazilərdir. Konstitusiya Aktından irəli gələn səlahiyyətlər, yalnız, həyata keçirmək üçün Kanada Hökuməti (federal hökumət) və əyalət hökumətləri arasında bölünür. Federal hökumət və əyalətlər arasında səlahiyyət bölgüsündə dəyişiklik konstitusiya dəyişikliyi tələb edir. Halbuki ərazilərə təsir edən oxşar dəyişiklik Kanada Parlamenti və ya hökumət tərəfindən birtərəfli qaydada həyata keçirilə bilər.
Komo əyaləti
Komo əyaləti — İtaliyanın Lombardiya regionunda əyalət.
Kremona əyaləti
Kremona əyaləti — İtaliyanın Lombardiya regionunda əyalət.
Kuneo əyaləti
Kuneo əyaləti — İtaliyanın Pyemont regionunda əyalət.
Kürdüstan əyaləti
Kürdüstan əyaləti (Osmanlıca: ایالت کردستان; Eyâlet-ı Kurdistan) — Osmanlı imperiyasının əyalət. Osmanlı imperiyası kürdlərin məskunlaşdığı coğrafi bölgəyə istinad etmək üçün həmişə "Kürdüstan" ifadəsini işlətsə də, bu termin ilk dəfə coğrafi bölgə deyil, inzibati vahid üçün istifadə edilmişdir. == Tarix == 1846–1867-ci illər arasında cəmi 21 il davam etdiyi üçün qısa ömürlü bir əyalət idi. Qurulduqdan bir il sonra Kürdüstan əyalətinin böyük hissələrinin keçmiş hökmdarı, kürd sərkərdəsi Bədir Xan Bəy Eruhdakı qalasında məğlub oldu. Əyalətdə güclü bir kürd hökmdarı yox idi ki, bu da onu nizamsızlaşdırdı və Nəqşibəndi və Qədiriyyə dərviş tariqatlarına mənsub dini şeyxlərin və ya tariqələrin yüksəlməsinə səbəb oldu. 1867-ci ildə ləğv edilərək yerinə Diyarbəkir əyaləti keçdi. Mövcud olduğu müddətdə on iki fərqli qubernator gördü. Rəcəb Tayyib Ərdoğan 2013-cü ildə Kürdüstan Əyalətinin dirçəlişini təklif edərək, 1923-cü ildə Türkiyə Cümhuriyyətinin qurulmasından əvvəl Cənub-Şərqi Anadolunun həmişə Kürdüstan adlandırıldığını iddia edib. Onun Osmanlı İmperiyasının əyalət rəhbərliyinə istinad edən sözləri Ərdoğanın federal sistem tətbiq etmək istəyinin əlamətləri kimi şərh edən bir çoxları tərəfindən tənqid edilib. Ərdoğan türk millətçilərinə meydan oxumaq üçün Osmanlı dövründə Kürdüstan və Lazistan adlı eyaletlərin olduğunu xatırladıb.
Latina əyaləti
Latina (it. Provincia di Latina) — İtaliya da vilayət, Lasio regionun cənubunda yerləşir, Tirren dənizi sahilində. == Coğrafiya == Vilayətin əhəmiyyətli bir hissəsi ən yüksək nöqtəsi Monte Petrella (1533 metr) olan əhəngdaşı təpələri və Aurunci (it. Monti Aurunci) dağları tərəfindən əhatə olunmuşdur. Düz ərazi olan Aqro Pontino (it. Agro Pontino) əvvəl bataqlıqlar oluşmuşdur 20-ci əsrdə əkinçilik üçün qurudulmuşdur. Həm də Tirren dənizində yerləşən Ponsian adaları vilayətə daxildir. == Şəhərlər == Demək olar ki, vilayətin bütün şəhərləri qədim romalılar tərəfindən əsası qoyulmuşdur.
Lekko əyaləti
Lekko əyaləti — İtaliyanın Lombardiya regionunda əyalət.
Lodi əyaləti
Lodi əyaləti — İtaliyanın Lombardiya regionunda əyalət.
Lori əyaləti
Lori əyaləti — (Vilâyet-i Lori) Osmanlı İmperiyası tərkibində Cənubi Qafqazda inzibati ərazi vahidi. İnzibati mərkəzi Lori şəhəri idi. == Lori əyaləti == 25 iyul 1590-cü il (22 ramazan 998-cı il) tarixli icmal dəftəri qeydlərinə görə Lori əyaləti Lori, Axtala, Pəmbək, Taşır və Arpalı livalarından ibarət idi.
Mantuya əyaləti
Mantuya əyaləti — İtaliyanın Lombardiya regionunda əyalət.
Mazandaran əyaləti
Mazandaran ostanı — İranın şimalında, Xəzər dənizinin cənub sahilində yerləşən ostan. Tarixən Təbəristan kimi tanınmışdır. Ostanın ərazisi 23.064 km²-dir. == İstinadlar == == Xarici keçidlər == a Lek tribe of Māzandarān.
Milan əyaləti
Milan əyaləti — İtaliyanın Lombardiya regionunda əyalət.

Значение слова в других словарях