ATƏŞİN

sif. [ fars. ] Odlu, od kimi isti.
Qan-yaş töküb yanında gəzər atəşin kəbab; Məşuqə bənzər atəşü aşiq kəbab ona. Füzuli.

// məc. Qızğın, hərarətli, ehtiraslı. Atəşin salam.
– Natiq atəşin bir nitq söylədi. M.S.Ordubadi.
Dinləyin yanğılı sədalərini; Eşidin atəşin nəvalərini. M.Ə.Sabir.
Həsən bəy Zərdabi, dövrünün qabaqcıl adamı və Azərbaycan torpağının atəşin vətənpərvəri idi. M.İbrahimov.

// Coşqun, dəliqanlı.
Cünun səhrasının məcnunları vardır, vəli, Qövsi; Bu meydan bir sənintək atəşin cövlana layiqdir. Qövsi.

Синонимы

  • ATƏŞİN 1. ATƏŞİN (məc.), ALOVLU, COŞQUN, EHTİRASLI, HƏRARƏTLİ, QIZĞIN, ODLU (atəşin salam, atəşin nitq və s
  • ATƏŞİN odlu — isti — qızğın — hərarətli — ehtiraslı — təsirli
ATƏŞXANA
ATƏŞİNLİK

Значение слова в других словарях

биржеви́к буржуа́зность голуби́нка интерни́роваться напу́тываться невыно́сливый разли́чно расточи́ться сбы́вчивый стеклообра́зно авиабиле́т благо... грох о́йкать постмодерни́ст расце́ночный шиваи́т buoyancy Leninist profluvia unadaptable вычитывать промотать убыстрять филолог