Rövşən Binnətli
Rövşən Binnətli (26 dekabr 1958, Mirəşəlli, Ağdam rayonu)– idman jurnalisti və futbol şərhçisi. İdman TV-nin hazırkı direktoru, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının baş katibi.2000-ci ildən 2012-ci ilədək "Lider" Televiziyasında şərhçilər qrupunun rəhbəri, televizyanın baş idman şərhçisi olub. 2012-ci ildən 2015-ci ilədək "Baku Post" qəzetində şöbə müdiri, ardınca qəzetin Azərbaycan dili bölməsinin redaktoru işləyib. 2015-ci ildən 2019-cu ilədək "CBC Sport" telekanalının informasiya xidmətinin şef redaktoru kimi çalışıb.
== Bioqrafiyası ==
=== Uşaqlıq və gənclik illəri ===
Rövşən Tahir oğlu Novruzov 26 dekabr 1958-ci ildə Ağdam rayonu Mirəşəlli kəndində anadan olub. 1976-cı ildə Ağdam şəhər 8 saylı orta məktəbi bitirib. 1977–1979-cu illərdə, Moskvada Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin "jurnalistika" fakültəsini bitirərək "jurnalist" ixtisasına yiyələnib.
=== Karyerası ===
Əmək fəaliyyətinə 1976-cı ildə Ağdam rayon 43 nömrəli Səyyar Mexanikləşdirilmiş Dəstədə fəhlə kimi başlayıb. Bir müddət Ağdam rayon İstehlak Cəmiyyətinin inşaat briqadasında fəhlə kimi çalışıb.