FİNLANDİYA

финляндия
FİNCƏ
FİNLANDİYALI
OBASTAN VİKİ
Böyük Finlandiya
Finlandiya himni
Bizim diyar (fin. Maamme, isv. Vårt land) – Finlandiyanın dövlət himni. Musiqisi alman immiqrant Fredrik Paçiusa aid olan himnin isveç dilindəki original sözləri İohan Lüdviq Runeberqə məxsusdur. Himn bu musiqinin sədaları altında ilk dəfə 1848-ci il 13 mayda ifa olunub. Əslində bu sözlər Porvoonun 500 illiyi üçün yazılmışdı. Yubileydə çalınacaq və bu sözləri müşayiət edəcək musiqini də Runeberq məhz özü bəstələmişdi. "Bizim diyar"ın melodiyası eyni zamanda Estoniyanın “Ata yurdum, xoşbəxtliyim və sevincim” (est. Mu isamaa, mu õnn ja rõõm) adlı himninin musiqisi kimi istifadə olunub.
Finlandiya iqtisadiyyatı
Finlandiya iqtisadiyyatı — Fransa, Almaniya və İngiltərə kimi digər Qərbi Avropa iqtisadiyyatlarına bənzər adambaşına düşən istehsal rəqəmi ilə yüksək sənayeləşmiş, qarışıq iqtisadiyyatdır. Finlandiya iqtisadiyyatının ən böyük sektoru 72,7 faizlə xidmət, ardınca 31.4 faizlə istehsal və saflaşdırma sənayesidir. İlkin istehsal sadəcə 2,9 faizi təşkil edir. Xarici ticarətə gəldikdə, əsas iqtisadi sektor istehsalatdır. Ən böyük sənaye sahələri elektronika (21,6 faiz), maşın, nəqliyyat vasitələri və digər mühəndis metal məhsullar (21,1 faiz), meşə sənayesi (13.1 faiz) və kimya məhsullarıdır. (10.9 faiz). Finlandiyada ağac və bir neçə mineral və şirin su ehtiyatı var. Meşə təsərrüfatı, kağız fabrikləri və kənd təsərrüfatı sektoru (vergi ödəyiciləri ildə təxminən 2 milyard avro xərcləyir) kənd sakinləri üçün siyasi baxımdan həssasdır. Böyük Helsinki bölgəsi, təxminən, ÜDM-nin üçdə birini təşkil edir. 2004-cü ildə OECD müqayisəsində, Finlandiyada yüksək texnoloji istehsal İrlandiyadan sonra ikinci yeri tutmuşdu.
Finlandiya knyazlığı
Finlandiya knyazlığı (fin Suomen suuriruhtinaskunta; isv. Storfurstendömet Finland ; rus. Великое княжество Финляндское) - Finlandiya ərazisində 1809-1917-ci illər aralığında mövcud olmuş knyazlıq. Finlandiya knyazlığı Rusiya imperiyasının nəzarəti altında fəaliyyət göstərmişdir. Çar I Aleksandrdan sonuncu Çar II Nikolaya qədər olan Rusiya imperiyasının imperatorları Finlandiya knyazı fəxri titulunu daşıyırıdılar.
Finlandiya krallığı
Finlandiya krallığı — 1918-1919-cu illər arasında mövcud olmuş, müvəqqəti monarxiya. Formal olaraq 9 oktyabr 1918-ci ildən 17 İyul 1919-cu ilə qədər olan dövrdə Finlandiya Respublikasında yaranmış dövlət idarəçiliyi forması mövcud olmuşdur. Lakin kral heç vaxt ölkəyə gəlməmişdi və heç bir dövlət sənədini imzalamadı. Dövlət başçısının rolunu reqent icra edirdi. == Tarixçə == 1918-ci ildə Finlandiyada baş vermiş vətəndaş müharibəsi və Finlandiyanın qələbə qazanmış "ağ" siyasi repressiyalar nəticəsində Finlandiya parlamentində sol fraksiyaların iştirakını istisna edən hakim çoxluq formalaşdırılıb. 1918-ci ilin mayında çağırılan parlamentdə 92 deputat-sosial-demokratdan 40-sı Rusiyada gizlənmişdi, 50-yə yaxın isə həbs edilmişdi. İlk iclasına 97 sağçı deputat və bir sosial demokrat Matti Paasivuori gəlmişdi. Deputatlar arasında monarxiya ideyaları xüsusilə məşhur idi. Parlament "parlament-kult" (Fin) ləqəbini alıb. Tynkäeduskunta).
Finlandiya körfəzi
Fin körfəzi (fin Suomenlahti, est. Soome laht, isv. Finska viken) — Baltik dənizinin şərq hissəsində yerləşən körfəz, sahillərində Finlandiya, Rusiya və Estoniya yerləşir. Qərb sərhəddi kimi Xanko yarımadası ilə Pıızaspea burnu arasındakı şərti sərhəd götürülür. Fin körfəzinin sahəsi 29,5 min кm², uzunluğu 420 кm, eni 70 кm-dən 130 кm-yə qədərdir. Orta dərinliyi 38 m, maksimal dərinliyi 121 metrdir. Neva çayının mənsəbində yerləşən Tallin, Helsinki və Sankt-Peterburq körfəzin sahilindəki əsas şəhərlərdir. == Mənbə == Финский залив Балтийского моря Рыболовные страницы Arxivləşdirilib 2009-08-28 at the Wayback Machine Природа, острова, животный мир Финского залива Arxivləşdirilib 2012-04-12 at the Wayback Machine Спутниковое фото Финского залива Arxivləşdirilib 2003-10-13 at the Wayback Machine Фотографии берегов Финского залива Arxivləşdirilib 2009-06-02 at the Wayback Machine Финский залив Зелёный мир. Финский залив Arxivləşdirilib 2011-07-26 at the Wayback Machine Природа России. Финский залив Несколько растровых карт глубин Финского залива Карта глубин Финского залива Прогноз ледовых условий на Финском заливе и Ладожском озере Тайны затонувших кораблей.
Finlandiya mətbəxi
Finlandiya mətbəxi — Avropanın şimalında yaşayan fin xalqının mətbəxi. == Ümumi xarakteristika == Fin mətbəxi özündə bu xalqın keçmiş adət — ənənəsini yaşadır. Qədim finlər balıqçı və ocçu olduqlarında milli mətbəxlərinin də əsasını balıq və vəhşi heyvan ətləri təşkil edir. Bura maral, sığır və hətta ayı əti də daxildir. Burada həmçinin, giləmeyvə reseptləri də üstünlük təşkil edir. Finlər piroq və şirniyyatları, adətən, çovdar unundan hazırlayırlar. Kələm, kartof kimi tərəvəzlər isə qarnir reseptlərinin tərkibində olur. Bu ölkənin ət yeməkləri özünəməxsusluğu ilə fərqlənir. Fin mətbəxində ət yeməyi hazırlanan zaman, bir neçə heyvanın ətindən istifadə olunur ki, bu da xörəklərə xüsusi dad verir. Finlər qızartma yeməklərdən demək olar ki, istifadə etmirlər.
Finlandiya parlamenti
Finlandiya parlamenti (fin Suomen eduskunta; isv. Finlands riksdag) — 1906-cı ilin mayın 9-da qurulan Finlandiyanın təkpalatalı ali qanunverici orqanı. Finlandiya konstitusiyasına görə suverenlik xalqa məxsusdur və bu güc parlamentin öhdəliyinə verilib. Parlament 200 üzvdən ibarətdir. Onlardan 199-u Dhondt metodununa uyğunlaşdırılaraq 7–36 istifadə edilərək 13 müxrəlif üzv bölgədən 4 illiyə seçilirlər. Aland adalarından bir üzv də parlamentdə buranı təmsil edir. Qanun vericilik ya hökumət ya da parlament üzvlərindən biri tərəfindən başladıla bilər. Parlament qanunları qəbul edir, dövlət büdcəsinə, beynəlxalq müqavilələrə qərar verir və hökumətin fəaliyyətlərinə nəzarət edir. Parlament hökuməti istefaya göndərmə, prezident seçkilərini yenidən keçirmə və konstitusiyanı dəyişdirmə hüququna sahibdir. Konstitusiyada dəyişikliklər etmək üçün dəyişikliklər aradakı seçki siklı ilə iki ardıcıl hökumət tərəfindən qəbul edilməli ya da fövqaladə vəziyyət qanunu kimi məclisdən 166/200 çoxluğu ilə keçməliydi.
Finlandiya rabitəsi
== Telekommunikasiya == Son illər dünyada telekommunikasiya sahəsi üzrə Finlandiya qüdrətli dövlət kimi qəbul olunmuşdur. Ölkədə telekommunikasiya sahəsində informasiya texnologiyaları nəzərə alınmadan teleqraf və telefon rabitəsinə dair mövcud qanunvericilik yaranmışdır. Yerli telefon kompaniyaları qanunvericilikdə yaranan boşluqdan istifadə edərək 1985-ci ildə informasiya texnologiyaları sahəsində xidmət göstərən "Datatie" Birgə Müəssisəsini yaratdılar. "Datatie" BM 1988-ci ildə telekommunikasiya haqda yeni akta əsaslanaraq informasiya texnologiyası sahəsində xidmət göstərmək üçün lisenziya almışdır. Aparılan rəqabət dövləti kommunikasiya kompaniyasının tarifini aşağı salmağa və xidmət keyfiyyətini yaxşılaşdırmağa məcbur etdi. Hökumət yaranmış vəziyyətlə bağlı qanunvericilikdə növbəti reformunu keçirdi və əsas məqsəd bütün sektorun tədricən nizamlanması oldu. "Kaukoverkoo ysi" (uzaq məsafədə rabitə xidməti göstərən regional kompaniya şəbəkəsi) və "Telivo" kompaniyalarının tətbiq etdiyi xidmətdən sonra 1994-cü ildə uzaq məsafədən təqdim edilən xidmətə görə rəqabət başlandı. 1995-ci ildə beynəlxalq telefon xidməti nizamlanmağa başladı. Sonralar informasiya şəbəkələrinin mühafizəsi üçün xidmət növləri işlənib hazırlandı. "F-Secure Corporation" fin kompaniyası şəbəkəyə qeyri-qanuni qoşulma hallarından müdafiə üçün proqram paketi ilə məşhurdur.
Finlandiya tarixi
Finlandiya tarixi (fin Suomen historia) - Finlandiya Respublikasının yerləşdiyi ərazinin tarixindən ibarətdir. Finlandiyada yaşayan yerli xalq olan finlər eradan əvvəl Avropaya Sibirdən gəlmişdilər. Sonralar finlər Skandinaviyada yaşayan digər xalqlarla münasibətlərni güçləndirmiş və tarixən Sibirdə olan köklərini unutmuşlar. == Müharibə arası == Vətəndaş müharibəsindən sonra parlamenti idarə edən Ağlar Alman şahzadəsinə Kral rolunu verərək Finlandiya Krallığını təsis etmək üçün səs verib. Halbuki, 1918-ci ildə Almaniya uduzduğuna görə, bu mümkün olmayıb və əvəzinə Finlandiya 1919-cu ildə bir Respublika olub, Prezident şəkildə Kaarlo Yuho Toberqı seçib. == SSRİ-Finlandiya müharibəsi == SSRİ ilə Finlandiya arasında müharibə, 30 noyabr 1939-13 mart 1940-cı illərdə baş vermişdir. 1939-cu ildə Sovet hökuməti hücum etməmək haqqında Sovet-Finlandiya müqaviləsini 1932-ci ildə ləğv etdi. Noyabrın 30-da müharibə başladı. 1940-cı il fevralın 11-də sovet qoşunları "Mannerheym xətti"nin əsas zolağını yara bildi. Finlandiyanın Kareliya ordusunun əsas qüvvələri darmadağın edildi.
Finlandiya şəhərləri
Finlandiya şəhərlərinin siyahısı.
Azərbaycan–Finlandiya münasibətləri
Azərbaycan–Finlandiya münasibətləri — Azərbaycan Respublikası ilə Finlandiya Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Tarixi == === AXC dövrü === Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda Balaxanı ərazisindəki Nobel qardaşlarının ofisində Finlandiyanın nümayəndəliyi yerləşmiş, nümayəndəliyə konsul agenti Veqelius rəhbərlik etmişdir. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin mart ayının 24-də qurulmuşdur. Finlandiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun tərkibinə daxildir. Hətta Minsk prosesinin həmsədrlik institutu təsis olunarkən, ona əvvəlcə Rusiya ilə birlikdə Finlandiya başçılıq etmişdir. Finlandiyadaki Azərbaycanin səfirliyi Stokholm şəhərində yerləşir. Azərbaycanda Finlandiyanin səfirliyi təsis edilməyib. Bakida Finlandiyanin fəxri konsulluğu fəaliyyət göstərir. Finlandiya Cənubi Qafqaz ölkələrinə səyyar səfiri təyin edib. Səfirin istiqamətgahi Helsinkida yerləşəir.
Ağ Qaravullar (Finlandiya)
Ağ Qvardiya (fin Suojeluskunta, isv. Skyddskår, tərc. müdafiə korpusu) - Ağlara bağlı olaraq 1918-ci ildə qurulmuş yarımhərbi mühafizə qüvvəsi. Finlandiya vətəndaş müharibəsində Sovetlər Birliyinin dəstəklədiyi Qırmızılara qarşı əldə edilən qələbədə böyük rolu vardır. Finlandiyada Souyeluskunta olaraq bilinir, ingilis dilində isə bir çox tərcüməsi var: Müdafiə Korpusu, Təhlükəsiz Keşikçiləri, Sivil Qvardiya, Milli Mühafizəçilər, Ağ Milislər və s. Ancaq Qərbdə daha çox qırmızıların tam əksi olan Ağ Qvardiya olaraq bilinirlər. Finlandiya Ağ Ordusu çox sayda təcrübəsiz əskər, təzə əskərə yazılanlar və yarımhərbi qruplardan təşkil olunmuşdu. 1905 rus inqilabı sosiaa və siyasi narahatlığa və Finlandiyadakı təhlükəsizliyin sarsılmasına səbəb oldu. Sivil milislər buna reaksiya olaraq qurulmuş, ancaq bu siyasi (sol-sağ) bir struktura çevrilmişdi. 1917 rus inqilabı və sonra da Finlandiyanın müstəqilliyini elan etməsi ölkədə toqquşmaları özüylə gətirmişdir.
Ağ Qvardiya (Finlandiya)
Ağ Qvardiya (fin Suojeluskunta, isv. Skyddskår, tərc. müdafiə korpusu) - Ağlara bağlı olaraq 1918-ci ildə qurulmuş yarımhərbi mühafizə qüvvəsi. Finlandiya vətəndaş müharibəsində Sovetlər Birliyinin dəstəklədiyi Qırmızılara qarşı əldə edilən qələbədə böyük rolu vardır. Finlandiyada Souyeluskunta olaraq bilinir, ingilis dilində isə bir çox tərcüməsi var: Müdafiə Korpusu, Təhlükəsiz Keşikçiləri, Sivil Qvardiya, Milli Mühafizəçilər, Ağ Milislər və s. Ancaq Qərbdə daha çox qırmızıların tam əksi olan Ağ Qvardiya olaraq bilinirlər. Finlandiya Ağ Ordusu çox sayda təcrübəsiz əskər, təzə əskərə yazılanlar və yarımhərbi qruplardan təşkil olunmuşdu. 1905 rus inqilabı sosiaa və siyasi narahatlığa və Finlandiyadakı təhlükəsizliyin sarsılmasına səbəb oldu. Sivil milislər buna reaksiya olaraq qurulmuş, ancaq bu siyasi (sol-sağ) bir struktura çevrilmişdi. 1917 rus inqilabı və sonra da Finlandiyanın müstəqilliyini elan etməsi ölkədə toqquşmaları özüylə gətirmişdir.
Cənub-qərbi Finlandiya
Cənub-qərbi Finlandiya (fin Varsinais-Suomi; isv. Egentliga Finland) - Finlandiyanın vilayətidir. Bu vilayət Satakunta, Pirkanmaa, Kanta-Hyame, Uusimaa və Aland ilə əhatələnib. == Coğrafiyası == Cənub-qərbi Finlandiyanın təbiəti digər bölgələrdən fərqlənir. Ən diqqətəlayiq biotoplar Arxipelaq dənizi və meşələrdir. Finlandiya böcək növlərinin 80%-nə Cənub-qərbi Finlandiyada rast gəlinir. Sahil yaxınlığında təxminən 20.000 ada var. Cənub-qərbi Finlandiyanın ən cənub nöqtəsi və ən cənubda məskunlaşılan adası Utyodur. Ən yüksək nöqtə Kiikalada 164 metrdir. == Rayonlar == Vilayət 5 rayondan və 27 kommunadan ibarətdir.
Finlandiya krallığı (1742)
Finlandiya krallığı — 1742-ci ildə qurulmuş qısaömürlü monarxiya. yaratmaq cəhdi Finlandiya tarixində az tanınan bir fəsildir. 1741–1743-cü illər Rusiya-İsveç müharibəsində rus işğalından azad olmaq və ölkənin müstəqilliyi barədə verilən qeyri-müəyyən vədlərdən sonra finlər Pyotru Finlandiya kralı elan etmişdilər. Bununla birlikdə, siyasi vəziyyət müstəqil Finlandiya ideyasını üstələmiş, sonradan tez bir zamanda süquta uğramışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Sjöström (2011), «Y-DNA and records of medieval land inheritance in Rolandh and Tepponen lineages of Vehkalahti, Finland», Journal of the Foundation for Medieval Genealogy, volume 3 issue 6 (July 2011) pages 527..563 Veli Häkkinen and Seppo Sippu (2000), «Mämmälän kylän talot ja suvut», Vammala 2000. Jyrki Paaskoski (2003), биография барона Иоганна Бальтазара Кампенгаузена (1689—1758) в сборнике Suomen Kansallisbiografia, part 2 (National Encyclopedia of Biography of Finland), 2003, pages 101—102.
Finlandiya vətəndaş müharibəsi
Finlandiya vətəndaş müharibəsi — Finlandiyada Finlandiya knyazlığından müstəqil dövlətə keçid mərhələsi ərzində ölkədəki hakimiyyəti ələ almaq üçün 1918-ci ildə başlayan vətəndaş müharibəsidir. Toqquşmalar Avropada Birinci Dünya müharibəsindən (Şərq cəbhəsi) sonra yaranan milli, siyasi və sosial qarışıqlıq zəminində baş vermişdir. Müharibədə Sosial Demokrat Partiyasının bir qolu tərəfindən idarə olunan Qırmızılar və konservativ əsaslı Senat və Almaniya İmperiyası tərəfindən idarə olunan Ağlar döyüşmüşdür. Sənaye və təsərrüfat işçilərindən ibarət yarımhərbi Qırmızı Qvardiya cənubi Finlandiyanın şəhər və sənaye mərkəzlərini idarə edərkən, fermerlərdən, orta və nisbətən üst sinif təbəqədən təşkil edilən yarımhərbi Ağ Qvardiya kənd mərkəzlərinə və şimali Finlandiyaya nəzarət edirdi. Münaqişədən əvvəl Finlandiya cəmiyyətində əhalinin sürətli təbii artımı, sənayeləşdirmə, şəhərləşmə və hərtərəfli işçi hərəkatının yüksəlişi qeydə alınmışdı. Ölkənin siyasi və hökumət sistemləri demokratikləşmə və modernləşmənin qeyri-sabit mərhələsində idilər. Ölkədəki sosio-iqtisadi durum və əhalisinin təhsil səviyyəsindən başqa, milli düşüncə də zamanla inkişaf etdi, mədəni həyatda oyanış yaşandı. Finlandiyada iqtidar boşluğuna səbəb olan Birinci Dünya müharibəsi Rusiya İmperiyasını çöküşə aparmış və ardınca hakimiyyət mübarizəsi üçün militarizasiyanı və sol yönümlü işçi hərəkatı ilə mühafizəkarlar arasında artan krizi özüylə gətirmişdi. Sovet Rusiyası tərəfindən silahlandırılan Qırmızılar 1918-ci ilin fevralında uğursuz ümumi hücum təşkil etmişdi. Apreldə Almaniya İmperiyasının dəstək qüvvələriylə güclənən Ağlar martda əks hücuma başladı.
Finlandiya şəhərlərinin siyahısı
Finlandiya şəhərlərinin siyahısı.
Finlandiya Əməkçilərinin Konfederasiyası
Finlandiya Əməkçilərinin Konfederasiyası (fin Toimihenkilökeskusjärjestö, isv. Tjänstemannacentralorganisationen) — Finlandiyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Baş qərargahı Helsinki şəhərində yerləşir. == Tarixi == Konfederasiyanın iki yaranma tarixi var: Birinci dəfə 1946-cı ildə yaranıb. Təşkilat uzun illər fəaliyyət göstərsə də, bir o qədər də nüfuza sahib ola bilməyib və fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Bu vəziyyəti həm də İkinci dünya müharibəsindən sonra ölkədə iqtisadi, siyasi və sosial sahələrdə yaşanan çətinliklərlə əlaqələndirirdilər. İkinci dəfə isə 1993-cü ildə bir qrup Finlandiya əməkçisi bir araya gələrək təşkilatı yenidən yaradıblar. == Tərkibi == İlk dövrdə Konfederasiyaya yalnız qeyri-formal iqtisadiyyatda çalışanlar və muzdlu işçilər üzv idi. Zaman keçdikcə bir-birinin ardınca digər sektorlarda fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatları da konfederasiyanın tabeçiliyinə keçirlər. Hazırda 650 min üzvü olan və 18 təşkilatı özündə cəmləşdirən təşkilat ölkədə fəaliyyət göstərən üç ən irimiqyaslı həmkarlar ittifaqı təşkilatından biridir.
Finlandiya
Finlandiya (fin Suomi, isv. Finland) və ya rəsmi adı ilə Finlandiya Respublikası (fin Suomen tasavalta, isv. Republiken Finland) — Avropanın şimalında Baltik dənizi sahilində dövlət. Şərqdə Rusiya, şimalda Norveç və qərdə İsveçlə həmsərhəddir. Qərbdə Botniya və cənubda Fin körfəzlərində sahili var. Sahəsi 338.455 km², əhalisi 5,5 milyondur. Ölkənin paytaxtı Helsinki, həmçinin ölkədəki ən böyük şəhərdir. Rəsmi dil fin dilidir. Finlandiyanın cənub ərazilərində rütubətli kontinental iqlim, şimal ərazilərində isə subpolar iqlim müşahidə olunur. Ölkədə 180 mindən çox göl var.
Finlandiya Respublikası
Finlandiya (fin Suomi, isv. Finland) və ya rəsmi adı ilə Finlandiya Respublikası (fin Suomen tasavalta, isv. Republiken Finland) — Avropanın şimalında Baltik dənizi sahilində dövlət. Şərqdə Rusiya, şimalda Norveç və qərdə İsveçlə həmsərhəddir. Qərbdə Botniya və cənubda Fin körfəzlərində sahili var. Sahəsi 338.455 km², əhalisi 5,5 milyondur. Ölkənin paytaxtı Helsinki, həmçinin ölkədəki ən böyük şəhərdir. Rəsmi dil fin dilidir. Finlandiyanın cənub ərazilərində rütubətli kontinental iqlim, şimal ərazilərində isə subpolar iqlim müşahidə olunur. Ölkədə 180 mindən çox göl var.
Finlandiya bayrağı
Finlandiya bayrağı — Finlandiyanın Dövlət bayrağı. Bayraqda ağ rəng demokratiyanı, göy xaç isə xristianlığın rəmzidir.
Finlandiya futbolu
== İlkin mərhələsi == == Hazırkı vəziyyəti == == Həmçinin bax == Finlandiya Birlik Kubokunda == Xarici keçidlər == Football Association of Finland Finnish football blog Escape To Suomi League321.com - Finnish football league tables, records & statistics database.
Laplandiya (Finlandiya)
Laplandiya (fin Lappi; isv. Lappland) - Finlandiyanın ən şimalda yerləşən və ən böyük vilayətidir. Bu vilayət cənubdan Şimali Ostrobotniya vilayəti ilə sərhəddir. Bundan başqa, Laplandiya Botnik körfəzi, İsveçin Norrbotten leni, Norveçin Troms-oq-Finnmark qraflığı və Rusiyanın Kareliya Respublikası və Murmansk vilayəti ilə əhatələnib. Mərkəzi Rovaniemi şəhəridir. == Coğrafiyası == Laplandiya bölgəsinin sahəsi 100,367 km² təşkil edir ki, bu da 92,667 km² quru torpaq, 6,316 km² şirin su və 1,383 km² dəniz suyundan ibarətdir. Bölgənin əsas 3 çayı var: Tana, Muoniyo və Torne. Ən böyük göl İnari gölüdür (1,102 km²). Ən hündür nöqtəsi Haltidir (1324 m). Ərazisindən Skandinaviya dağları keçir.
Mərkəzi Finlandiya
Mərkəzi Finlandiya (fin Etelä-Karjala; isv. Södra Karelen) - Finlandiyanın vilayətidir. Bu vilayət Pyayat-Hyame, Pirkanmaa, Cənubi Ostrobotniya, Mərkəzi Ostrobotniya, Şimali Ostrobotniya, Şimali Savoniya və Cənubi Savoniya vilayətləri ilə sərhəddir. Mərkəzi Yuvuaskyulya şəhəridir. 1 yanvar 2017-ci il tarixində vilayətin ərazisi 19.948.61 km², bunun 16.703.02 km²-i quru ərazi, 3.245.59 km²-i isə daxili sulardır. 31 oktyabr 2020-ci il tarixində vilayətin əhalisi 275.032 nəfər idi. == Tarixi == Keçmişdə mövcud olan Tavastiya, Savoniya və Ostrobotniya vilayətlərinin bir hissəsi olmuşdur. == Rayonlar == Vilayət 6 rayon və 23 kommunadan ibarətdir. 6 kommuna şəhər statusuna sahibdir.
Azərbaycan-Finlandiya futbol matçlarının siyahısı
== Kişilər == === Əsas milli komanda === 02.04.1997 Bakı DÇSO Azərbaycan – Finlandiya 1:2 08.06.1997 Helsinki DÇSO Finlandiya – Azərbaycan 3:0 12.10.2002 Helsinki AÇSO Finlandiya – Azərbaycan 3:0 06.09.2003 Bakı AÇSO Azərbaycan – Finlandiya 1:2 28.03.2007 Bakı AÇSO Azərbaycan – Finlandiya 1:0 17.11.2007 Helsinki AÇSO Finlandiya – Azərbaycan 2:1 11.10.2008 Helsinki DÇSO Finlandiya – Azərbaycan 1:0 05.09.2009 Lənkəran DÇSO Azərbaycan – Finlandiya 1:2 === U-21 === 11.10.2002 Vantaa AÇSO Finlandiya - Azərbaycan 3:0 06.09.2003 Sumqayıt AÇSO Azərbaycan - Finlandiya 0:1 04.04.2012 Helsinki YO Finlandiya – Azərbaycan 0:1 13.10.2015 Bakı AÇSO Azərbaycan - Finlandiya 0:1 07.10.2016 AÇSO Finlandiya – Azərbaycan 0:0 08.10.2021 Sumqayıt AÇSO Azərbaycan - Finlandiya 1:1 06.06.2022 Helsinki, Finlandiya AÇSO Finlandiya – Azərbaycan 3:0 === U-19 === 24.09.2001 Finlandiya Finlandiya - Azərbaycan 2:0 27.10.2003 Xorvatiya Finlandiya - Azərbaycan 5:1 08.01.2010 Sankt-Peterburq BT Finlandiya – Azərbaycan 1:1 04.01.2012 Sankt-Peterburq BT Finlandiya – Azərbaycan 7:0 06.03.2014 Litva BT Finlandiya – Azərbaycan 3:2 20.02.2015 Tammela YO Finlandiya – Azərbaycan 2:2 22.02.2015 Tammela YO Finlandiya – Azərbaycan 1:1 === U-17 === 03.10.2007 AÇSO Finlandiya - Azərbaycan 2:2 === Klublar === 08.08.1996 Qarabağ - MüPa-47 0:1 23.08.1996 MüPa-47 - Qarabağ 1:1, ə.v. 04.07.2004 Tampere Yunayted - Xəzər Universiteti 3:0 10.07.2004 Xəzər Universiteti - Tampere Yunayted 1:0 18.01.2009 Moskva Birlik Kuboku Inter Bakı - İnter Turku 3:1 30.07.2009 Helsinki UEFA AL seç. mər. Honka - Qarabağ 0:1 06.08.2009 Bakı UEFA AL seç. mər. Qarabağ - Honka 2:1 04.07.2013 Bakı UEFA AL seç. mər. İnter Bakı - Mariehamn 1:1 11.07.2013 Mariehamn UEFA AL seç. mər.
Azərbaycan–Finlandiya futbol matçları
== Kişilər == === Əsas milli komanda === 02.04.1997 Bakı DÇSO Azərbaycan – Finlandiya 1:2 08.06.1997 Helsinki DÇSO Finlandiya – Azərbaycan 3:0 12.10.2002 Helsinki AÇSO Finlandiya – Azərbaycan 3:0 06.09.2003 Bakı AÇSO Azərbaycan – Finlandiya 1:2 28.03.2007 Bakı AÇSO Azərbaycan – Finlandiya 1:0 17.11.2007 Helsinki AÇSO Finlandiya – Azərbaycan 2:1 11.10.2008 Helsinki DÇSO Finlandiya – Azərbaycan 1:0 05.09.2009 Lənkəran DÇSO Azərbaycan – Finlandiya 1:2 === U-21 === 11.10.2002 Vantaa AÇSO Finlandiya - Azərbaycan 3:0 06.09.2003 Sumqayıt AÇSO Azərbaycan - Finlandiya 0:1 04.04.2012 Helsinki YO Finlandiya – Azərbaycan 0:1 13.10.2015 Bakı AÇSO Azərbaycan - Finlandiya 0:1 07.10.2016 AÇSO Finlandiya – Azərbaycan 0:0 08.10.2021 Sumqayıt AÇSO Azərbaycan - Finlandiya 1:1 06.06.2022 Helsinki, Finlandiya AÇSO Finlandiya – Azərbaycan 3:0 === U-19 === 24.09.2001 Finlandiya Finlandiya - Azərbaycan 2:0 27.10.2003 Xorvatiya Finlandiya - Azərbaycan 5:1 08.01.2010 Sankt-Peterburq BT Finlandiya – Azərbaycan 1:1 04.01.2012 Sankt-Peterburq BT Finlandiya – Azərbaycan 7:0 06.03.2014 Litva BT Finlandiya – Azərbaycan 3:2 20.02.2015 Tammela YO Finlandiya – Azərbaycan 2:2 22.02.2015 Tammela YO Finlandiya – Azərbaycan 1:1 === U-17 === 03.10.2007 AÇSO Finlandiya - Azərbaycan 2:2 === Klublar === 08.08.1996 Qarabağ - MüPa-47 0:1 23.08.1996 MüPa-47 - Qarabağ 1:1, ə.v. 04.07.2004 Tampere Yunayted - Xəzər Universiteti 3:0 10.07.2004 Xəzər Universiteti - Tampere Yunayted 1:0 18.01.2009 Moskva Birlik Kuboku Inter Bakı - İnter Turku 3:1 30.07.2009 Helsinki UEFA AL seç. mər. Honka - Qarabağ 0:1 06.08.2009 Bakı UEFA AL seç. mər. Qarabağ - Honka 2:1 04.07.2013 Bakı UEFA AL seç. mər. İnter Bakı - Mariehamn 1:1 11.07.2013 Mariehamn UEFA AL seç. mər.
Finlandiya milli basketbol komandası
Finlandiyanın kişilərdən ibarət milli basketbol komandası — Finlandiyanı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. Finlandiya Basketbol Federasiyası tərəfindən idarə olunur. Baş məşqçisi Henrik Dettmanndır.
Finlandiya milli futbol komandası
Finlandiya milli futbol komandası - Finlandiyanı avropa kuboklarında təmsil edən yığma komandadır. Yığmanın baş məşqçisi Stuart Baksterdir. Finlandiya bu günə qədər ən çox forma geymiş (137) və qol vurmuş (32) oyunçusu Yari Litmanendir. == Euro 2008 avropa çempionatı seçmə mərhələsi == === Polşa - Finlandiya 2 sentyabr 2006 Şənbə === Polşa 1-3 Finlandiya Qollar: Litmanen 54, 76, Mika Vyayuryunen 84 - Qarqula 90 Baş hakim: Laurent Duhamel (FRA) ==== Matç statistika ==== Polşa Finlandiya 1 Qollar 3 0 Sarı vərəqə 1 1 Qırmızı vərəqə 0 6 Dəqiq zərbə 5 5 Qeyri-dəqiq zərbə 3 14 Qayda pozuntusu 15 2 Küncdən zərbə 1 2 Oyundan kənar vəziyyət 2 41'22 Top ilə oynama dəqiqələri 46'55 47% Topa sahib olma (%) 51% === Finlandiya - Portuqaliya 6 sentyabr 2006 Çərşənbə === Finlandiya 1-1 Portuqaliya Qollar: Yohanson 22 Nuno Gomez 42 Baş hakim: Konrad Plautz (AVS) Stadion: Helsinki Olimpiya Stadionu - Helsinki ==== Matç statistika ==== Finlandiya - Portugaliya 1 Qollar 1 3 Sarı vərəqə 3 0 Qırmızı vərəqə 1 4 Dəqiq zərbə 4 7 Qeyri-dəqiq zərbə 4 25 Qayda pozuntusu 16 5 Küncdən zərbə 4 2 Oyundan kənar vəziyyət 3 48'36 Top ilə oynama dəqiqələri 41'52 51% Topa sahib olma (%) 47% === Ermənistan - Finlandiya 7 oktyabr 2006 Şənbə === Ermənistan 0-0 Finlandiya Baş hakim: Damir Skomina Stadion: Republikan Stadionu - İrəvan ==== Matç statistika ==== Ermənistan-Finlandiya 0 Qollar 0 4 Sarı vərəqə 2 0 Qırmızı vərəqə 0 3 Dəqiq zərbə 6 3 Qeyri-dəqiq zərbə 5 10 Qayda pozuntusu 8 1 Küncdən zərbə 4 4 Oyundan kənar vəziyyət 2 40'56 Top ilə oynama dəqiqələri 51'2 44% Topa sahib olma (%) 56% === Qazaxıstan - Finlandiya 11 oktyabr 2006 Çərşənbə === Qazaxıstan 0-2 Finlandiya Qollar: Litmanen 27, Hüpiya 65 Baş hakim: Athanassios Briakos Stadion: Tkentralni stadionu - Almata ==== Matç statistika ==== Qazaxıstan Finlandiya 0 Qollar 2 0 Sarı vərəqə 1 0 Qırmızı vərəqə 0 5 Dəqiq zərbə 5 2 Qeyri-dəqiq zərbə 4 6 Qayda pozuntusu 9 1 Küncdən zərbə 8 5 Oyundan kənar vəziyyət 2 44'10 Top ilə oynama dəqiqələri 51'50 46% Topa sahib olma (%) 54% === Finlandiya - Ermənistan 15 noyabr 2006 Çərşənbə === Finlandiya 1-0 Ermənistan Qollar: Nurmela 10 Baş hakim: Kraiq Tomson Stadion: Helsinki Futbol Stadionu - Helsinki ==== Matç statistika ==== Finlandiya Ermənistan 1 Qollar 0 0 Sarı vərəqə 6 0 Qırmızı vərəqə 0 5 Dəqiq zərbə 5 5 Qeyri-dəqiq zərbə 4 14 Qayda pozuntusu 9 2 Küncdən zərbə 6 2 Oyundan kənar vəziyyət 4 51'31 Top ilə oynama dəqiqələri 39'10 55% Topa sahib olma (%) 44% === Azərbaycan - Finlandiya 28 mart 2007 Çərşənbə === Azərbaycan 1-0 Finlandiya Qollar: Emin İmaməliyev 82 Baş hakim: Domeniko Messina Stadion: Tofiq Bəhramov adına Respublika Stadionu - Bakı ==== Matç statistika ==== Azərbaycan Finlandiya 1 Qollar 0 3 Sarı vərəqə 1 0 Qırmızı vərəqə 0 5 Dəqiq zərbə 2 3 Qeyri-dəqiq zərbə 3 12 Qayda pozuntusu 10 3 Küncdən zərbə 1 2 Oyundan kənar zərbə 5 46'30 Top ilə oynama dəqiqələri 47'0 50% Topa sahib olma (%) 50% === Finlandiya - Serbiya 2 iyun 2007 Şənbə === Finlandiya 0-2 Serbiya Qollar: Yankoviç 3, Yovanoviç 86 Baş hakim: Manuel Meyuto Gonzalez Stadion: Helsinki Olimpiya Stadionu - Helsinki ==== Matç statistika ==== Finlandiya Serbiya 0 Qollar 2 1 Sarı vərəqə 2 0 Qırmızı vərəqə 0 3 Dəqiq zərbə 4 4 Qeyri-dəqiq zərbə 5 15 Qayda pozuntusu 8 7 Küncdən zərbə 2 4 Oyundan kənar vəziyyət 0 44'38 Top ilə oynama dəqiqələri 48'22 47% Topa sahib olma (%) 53% === Finlandiya - Belçika 6 iyun 2007 Çərşənbə === Finlandiya 2-0 Belçika Qollar: Yohanson 27, Yeryomenko Yr. 71 Baş hakim: Maykl Rayli Stadion: Helsinki Olimpiya Stadionu - Helsinki ==== Matç statistika ==== Finlandiya Belçika 2 Qollar 0 1 Sarı vərəqə 3 0 Qırmızı vərəqə 1 7 Dəqiq zərbə 0 5 Qeyri-dəqiq zərbə 4 15 Qayda pozuntusu 10 4 Küncdən zərbə 1 4 Oyundan kənar vəziyyət 2 47'42 Top ilə oynama dəqiqələri 44'35 53% Topa sahib olma (%) 49% === Finlandiya - Qazaxıstan 22 avqust 2007 Çərşənbə === Finlandiya 2-1 Qazaxıstan Qollar: Yeryomenko Yr. 13, Tainyo 61 Byakov 23 Baş hakim: Viktor Kassai Stadion: Tampere Stadium - Tampere ==== Matç statistika ==== Finlandiya Qazaxıstan 2 Qollar 1 3 Sarı vərəqə 2 0 Qırmızı vərəqə 0 11 Dəqiq zərbə 2 4 Qeyri-dəqiq zərbə 3 15 Qayda pozuntusu 9 13 küncdən zərbə 3 3 Oyundan kənar vəziyyət 1 44'38 Top ilə oynama dəqiqələri 47'50 47% Topa sahib olma (%) 52% === Serbiya - Finlandiya 8 sentyabr 2007 Şənbə === Serbiya 0-0 Finlandiya Baş hakim: Erik Braamhaar Stadion: FK Srvena Zvezda stadionu - Belqrad ==== Matç statistika ==== Serbiya Finlandiya 0 Qollar 0 2 Sarı vərəqə 1 0 Qırmızı vərəqə 0 2 Dəqiq zərbə 0 8 Qeyri-dəqiq zərbə 1 8 Fouls committed 18 3 Corners 1 5 Offsides 5 62'47 Top ilə oynama dəqiqələri 28'31 68% Topa sahib olma (%) 31% === Finlandiya - Polşa 12 sentyabr 2007 Çərşənbə === Finlandiya 0-0 Polşa Baş hakim: Herbert Fandel Stadion: Helsinki Olimpiya Stadionu - Helsinki ==== Matç statistika ==== Finlandiya Polşa 0 Qollar 0 1 Sarı vərəqə 2 0 Qırmızı vərəqə 0 4 Dəqiq zərbə 4 5 Qeyri dəqiq zərbə 4 12 Qayda pozuntusu 16 4 Küncdən zərbə 6 6 Oyundan kənar vəziyyət 3 37'19 Top ilə oynama dəqiqələri 54'17 41% Topa sahib olma (%) 60% === Belçika - Finlandiya 13 oktyabr 2007 === Belçika 0-0 Finlandiya Baş hakim: Kostas Kapitanis Stadion: Roy Bauduin stadionu - Brüssel ==== Matç statistika ==== Belçika Finlandiya 0 Qollar 0 1 Sarı vərəqə 1 0 Qırmızı vərəqə 0 3 Dəqiq zərbə 4 2 Qeyri-dəqiq zərbə 5 14 Qayda pozuntusu 14 4 Küncdən zərbə 5 4 Oyundan kənar vəziyyət 5 49'12 Top ilə oynama dəqiqələri 48'46 54% Topa sahib olma (%) 51% === Finlandiya - Azərbaycan 17 noyabr 2007 Şənbə === Finlandiya 2-1 Azərbaycan Qollar: Forssell 79, Kuki 86, Qurbanov 63 Baş hakim: Alayn Hamer Stadion: Helsinki Olimpiya Stadionu - Helsinki ==== Matç statistika ==== Finlandiya Azərbaycan 2 Qollar 1 1 Sarı vərəqə 5 0 Qırmızı vərəqə 0 9 Dəqiq zərbə 1 6 Deyri-dəqiq zərbə 1 14 Qayda pozuntusu 23 13 Küncdən zərbə 0 5 Oyundan kənar vəziyyət 3 65'48 Top ilə oynama dəqiqələri 28'26 69% Topa sahib olma (%) 31% === Portuqaliya - Finlandiya 21 noyabr 2007 Çərşənbə === Portuqaliya - Finlandiya Baş hakim: Lubos Mişel Stadion: Draqão stadionu - Porto ==== Matç statistika ==== Portuqaliya Finlandiya 0 Qollar 0 d 2 Sarı vərəqə 4 0 Qırmızı vərəqə 0 8 Dəqiq zərbə 1 10 Qeyri-dəqiq zərbə 1 13 Qayda pozuntusu 15 7 Küncdən zərbə 3 2 Oyundan kənar vəziyyət 1 48'46 Top ilə oynama dəqiqələri 44'6 52% Topa sahib olma (%) 48% == 2010-Dünya çempionatı seçmə mərhələsi == Finlandiyanın 2010-DÇ-da 4. qrubda mübarizə aparır.
Finlandiyada aclıq (1866–1868)
1866–1868-ci illlərdə Finlandiyada aclıq — Finlandiyada kütləvi aclıq. Bu, Qərbi Avropada təbii səbəblərdən yaranan son kütləvi aclıq olmuşdur. Finlandiya tarixində bu fenomen "Böyük aclıq illəri" kimi tanınır (fin Suuret nälkävuodet). Finlandiya böyük hersoqluğunun ümumi əhalisinin təxminən 15%-i, aclığın tüğyan etdiyi ərazilərdə isə əhalinin 20%-ə qədəri həlak olmuşdur. == Zəmin == Soyuq iqlimdə, yoxsul torpaqlarda, Finlandiyada vaxtaşırı kütləvi qıtlıq baş verirdi. Tədqiqatçılara görə, beləliklə, 1696–1697-ci illərdəki aclığı daha əsaslı şəkildə "böyük" adlandırmaq olar. Bəzi hesablamalara görə, bu dövrdə hər üç findən biri həlak olmuşdur. Başqa məlumata görə, Finlandiyanın əhalisi 1/5 azalmışdır.
Finlandiyada futbol
== İlkin mərhələsi == == Hazırkı vəziyyəti == == Həmçinin bax == Finlandiya Birlik Kubokunda == Xarici keçidlər == Football Association of Finland Finnish football blog Escape To Suomi League321.com - Finnish football league tables, records & statistics database.

Digər lüğətlərdə