AFR milli futbol komandası
Almaniya milli futbol komandası (alm. Die deutsche Fußballnationalmannschaft) — 1908-ci ildən bəri Almaniyanı beynəlxalq turnirlərdə təmsil edən kişi futbol komandası.
1900-ci ildə qurulan Almaniya Futbol Federasiyası tərəfindən idarə olunmaqdadır. Dörd dəfə dünya çempionu (1954, 1974, 1990, 2014) və üç dəfə Avropa çempionu (1972, 1980, 1996) olan komanda FİFA Dünya Reytinqinə görə 1-ci yerdədir (12 aprel 2018).
== Tarixi ==
II Dünya Müharibəsi əsnasında, çox oyunçusu silahlı qüvvələrə qatılmaq məcburiyyətində qalan Almaniya Milli Futbol Komandasının matçları təxirə alındı. 1939-cu ilin sentyabrından və 1942-ci ilin noyabrınadək 30 beynəlxalq matç oynamışdır. Milli komanda oyunçuları çoxu ən təhlükəli döyüş xidmətindən ötəri futbolçu qorumağa çalışan hava qüvvələri səlahiyyətlisinin səyləriylə Rote Jäger olaraq texniki direktor Herberger'in altında toplandılar.
1954-ci ildə İsveçrədə təşkil edilən Dünya Çempionatı finalında Macarıstanı 3-2 məğlub edərək tarixində ilk dəfə Dünyanın Ən Böyüyü olan Almaniya, 1972 Avropa Çempionatı və 1974 Dünya çempionatında da xoşbəxt sona çatan komanda oldu. 1980 Avropa Çempionatını da muzeyinə aparan Panzerler, 1990-ci ildə İtaliyada Dünya Kubokunda Argentinanı məğlub edərək 3-cü dəfə Dünya Çempionu oldular. 1996-ci ildə İngiltərədə təşkil edilən Avropa Çempionatında yarım finalda İngiltərəni, finalda qızıl qolla Çex Respublikasını məğlub edən almanlar son kubokunu orada aldı.