KÜKRƏMƏK

f. Hirslənərək özündən çıxmaq, bərk qızmaq; coşmaq.
Xüsusən bacısı Xədicə Hacının üstünə kükrəyərək: – Necə, peyğəmbəri, bu nə sözdür? A.Şaiq.
[Bəhlul:] Burda mənim günahım nədir, üstümə bu cür kükrəyirsən? M.Hüseynov.

// məc. mənada. Həddindən artıq qalxmaq, yüksəlmək, qabarmaq.
Qocaman dalğalar hücum edərək; Çıldırıb hıçqırırdı kükrəyərək. H.Cavid.
Gənc bir arslan kimi kükrəyən Aras; Vermiş ətrafına dərin bir həras. M.Müşfiq.
Külək harın bir at kimi kükrəyib vıyıldayır və ananın qəlbini üzürdü. Q.İlkin.

Синонимы

  • KÜKRƏMƏK kükrəmək bax coşmaq 1
  • KÜKRƏMƏK əsəbiləşmək — coşmaq — qızışmaq
  • KÜKRƏMƏK köpükləşmək — qalxmaq

Антонимы

  • KÜKRƏMƏK KÜKRƏMƏK – SAKİTLƏŞMƏK Gizlənmiş, boğulmuş qəzəb yeni qüvvə ilə kükrəməkdə idi (M.İbrahimov); Uşaq bir xeyli ağladıqdan sonra sakitləşdi (“Azərbaycan”
KÜKRƏMƏ
KÜKÜ

Значение слова в других словарях

в-пя́тых воскуря́ть класси́чность неразрешённый подусти́тель рок-н-ро́лльный створя́ть сшива́льный унырну́ть авари́йность галантере́йно санда́литься святи́тельство autonym grape-house kamikaze mortice pantalets porbeagle portwide задок паника перескочить сукин трирема