AĞAMİR

Ağa Əmir; böyük seyid.
AĞAMİ
AĞAMİRAN
OBASTAN VİKİ
Ağamir Ağayev
Ağamir Məmmədov
Məmmədov Ağamir Sadıq oğlu (1900, Yelizavetpol – 1938, Bakı) — tarixçi-alim, SSRİ Elmlər Akademiyası Azərbaycan filialının elmi əməkdaşı, Azərbaycan Dövlət Universiteti əsaslı kitabxanasının direktoru, repressiya qurbanı. == Həyatı == 1937-ci il oktyabrın 14-də Azərbaycan SSR-in rəhbər orqanlarına imzasız məktub daxil olur. "Mən sizə əsl bir müsavatçı haqqında məlumat verməyi özümə borc bilirəm. Akademiyanın elmi işçisi, ADU-nun və APİ-nin müəllimi, xalq düşməni, professor Bala bəy Həsənbəyovun sağ əli, Kirovabad şəhərində anadan olmuş, Bakıda çoxdan yaşayan vətəndaş Ağamir Məmmədov, onun atası, əmisi oğlanları, bir sözlə, bütün məmmədovlar ailəsi Müsavat partiyasının üzvüdürlər. Həsənbəyovun bütün sirlərini Ağamir Məmmədovdan öyrənmək olar…". A. Məmmədov o dəqiqə həbs edilir. Böhtançı-iftiraçı istintaq maşını təcili hərəkətə gəlir. "Sübutlar" çoxdan hazırdır, "şahidlər" sanki qapı dalında gözləyirdilər. Biri deyir, "Ağamir Məmmədovun "Bəhai" və "İslam, yaxud panislamizm" kitablarında onun əksinqilabi görüşləri açıq-aydın görünür". Başqa birisi yazır ki, "Azərbaycanda kəndli üsyanı" adlı broşürsında A. Məmmədov çarizmə qarşı mübarizə aparan kəndlilərlə yanaşı bəy və xanları da mübariz kimi ideallaşdırır".
Ağamir Quliyev
Quliyev Ağamir Ağası oğlı (1926, Lerik – 1993, Bakı) — mətnşünas və şərqşünas alim, tarix elmləri doktoru. == Həyatı == 1926-cı ildə Lerik rayonunda anadan olub. Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin fars şöbəsini bitirib. 1958–1980-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun "Mətnşünaslıq və mənbələri nəşretmə" şöbəsində, 1983–1993-cü illərdə isə Coğrafiya İnstitutunun "Coğrafi fikir tarixi" şöbəsində işləyib. 1966–1969-cu illərdə Əfqanistan, 1980–1983-cü illərdə İranda fəaliyyət göstərib. 1974-cü ildə namizədlik (Azərbaycanda), 1990-cı ildə doktorluq dissertasiyası (Gürcüstanda) müdafiə edib. Ömrünün 35 ilini elmi axtarışlara, tərcümə işinə və kadr hazırlığına həsr edən Ağamir Quliyev olduqca gərəkli və samballı tədqiqat işlərinin müəllifidir. Onun ötən əsrin 70-ci illərində apardığı bir araşdırma elm aləmində böyük əks-səda doğurmuş, yerli və xarici mətbuatda azərbaycanlı alimin böyük uğuru kimi qiymətləndirilmişdi. Söhbət böyük azərbaycanlı səyyah, etnoqraf, coğrafiyaşünas və ədib Hacı Zeynalabdin Şirvaninin məşhur "Riyazüs-səyahət" əsərinin o zamana qədər elmə məlum olmayan 2-ci cildinin tapılıb üzə çıxarılmasından gedir. Təxminən 150 illik bir dövr ərzində bu istiqamətdə axtarış aparan və heç bir nəticə əldə edə bilməyən Qərb və Şərq alimləri, xüsusilə rus şərqşünasları və İran tədqiqatçıları bu əsərin itib-batması, yandırılması və ya ümumiyyətlə, mövcud olmaması barədə fərziyyələr irəli sürmüşdülər.
Ağamir Sultanov
Ağamir Əzizxan oğlu Sultanov — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Raket və Artilleriya Qoşunlarının komandanı. Vətən müharibəsinin komandanlarından biri. == Hərbi xidməti == Leytenant Ağamir Sultanov Azərbaycan Prezidenti Heydər Əliyevin 20 iyun 1994-cü il tarixli 158 nömrəli Sərəncamına əsasən "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir. Polkovnik-leytenant Ağamir Sultanov Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2013-cü il tarixli 2974 nömrəli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edilmişdir. Polkovnik-leytenant Ağamir Sultanov Azərbaycan Prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli 1967 nömrəli Sərəncamına əsasən "İgidliyə görə" medalı ilə təltif edilmişdir. Polkovnik Ağamir Sultanova Azərbaycan Prezidenti İlham Əliyevin 7 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "general-mayor" ali hərbi rütbəsi verilmişdir. Cəbrayıl rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında şücaət göstərmiş, Azərbaycan Silahlı Qüvvələrinin qərarına əsasən Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təltif edilib.
Ağamir kəndi (Poldəşt)
Ağamir kəndi (fars. اقاميركندي‎) — İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 140 nəfər yaşayır (33 ailə). Etnik rəkibi qarışıqdır. Burada yerli şiə azərbaycanlılar və gəlmə kürdlər yaşayır.
Abbas Ağamirov
Axund Hacı Ağamirzə Əbdülkərim ağa Badkubi
Ağa Ağamirov
Ağa Musa oğlu Ağamirov- Vartaşen rayonu Partiya Komitəsinin birinci katibi Azərbaycan Sənaye İnstitutuna daxil olmuş, əsgəri xidmətini başa vurub, Ağdama qayıtmış, rayon partiya komitəsində, Gəncə Vilayət Partiya Komitəsində təlimatçı işləmiş, müxtəlif vaxtlarda iki dəfə Azərbaycan KP MK-da məhsul vəzifələrdə işləmiş, Bakıda partiya məktəbini bitirərək, yenidən Ağdam Rayon Partiya Komitəsinə təlimatçı vəzifəsinə göndərilmişdi. O sonralar Zərdab Rayon Partiya Komitəsinin ikinci katibi seçilmiş, daha sonra Ucar Rayon Partiya Komitəsində birinci katib olmuşdu.Moskvada Ali Partiya Məktəbini bitirmişdi. 1963-cü ildən 1972-ci ilin may ayınadək Ağdam Rayon XDS İcraiyyə Komitəsinin sədr müavini işləmiş, nəhayət son iş yeri Ağdam Rayon Xalq Nəzarəti Komitəsinin sədri vəzifəsi olmuşdur.
Ağamirli
Ağamirli (Əhər)
Ağamirli (Kəleybər)
Ağamirli (fars. اقاميرلو‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 349 nəfər yaşayır (71 ailə). == Coğrafi yerləşməsi == Əhər şəhristanının Kəleybar bölgəsinin Kərmadüz kəndistanında, Kəleybar qəsəbəsindən 31 km şimaldadır.
Ağamirli (Xudafərin)
Ağamirli (fars. اقاميرلو‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 35 nəfər yaşayır (9 ailə). == Coğrafi yerləşməsi == Əhər şəhristanının Kəleybar bölgəsinin Həsənabad kəndistanında, Kəleybar qəsəbəsindən 29 km qərbdə, Əhər-Kəleybar avtomobil yolunun 29 kilometrliyindədir.
Ağamirli (Ərdəbil)
Ağamirli (fars. اقاميرلو‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 684 nəfər yaşayır (114 ailə).
Fatimə Ağamirzəyeva
Fatimə Ağamirzəyeva Ayıbxan qızı (10 yanvar 1953 – 25 iyun 2023, Bakı) — Azərbaycanlı xalçaçı, sahibkar, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2017). == Həyatı == === Təhsil === Fatimə Ağamirzəyeva (Fatima Agamirza) 1953-cü ildə anadan olub. 1967-ci ildə KT Texnikumuna daxil olub və 1971-ci ildə bitirib. Quba Kənd Təsərrüfatı Texnikumunda (indiki Quba Dövlət Sosial-İqtisadi Kolleci) təhsil alıb. 1974-cü ildə Dağıstan Mahaçkala şəhərində Politexnik İnstitutunun Texnologiya fakültəsinə daxil olub. 1974-cü ilin martında Quba Müəllimlər Evində biçmə-tikmə kursları açıb və 1988-ci ilə dək kurslar fasiləsiz davam edib. Bu kurslar eyni zamanda Bakıda Folklyer sarayında 3 il davam etmişdir. Kursları aparmaq üçün tədris proqramının olmadığına görə, "Biçməyi-Tikməyi öyrənin" adlı tədris kitabı hazırlayır və bu kitab Azərnəşrdə dövlət proqramına qəbul olunur və tiraja çıxarılır. Daha sonra "Biçib-tikmənin praktikası", "Gözəllik ondur" kitabları da dövlət tərəfindən qəbul olunub templanda qalmışdır. === Sahibkarlıq fəaliyyəti === 1988-ci ildə sahibkarlıq fəaliyyətinə başlayıb və modelyerlik və xalçaçılıq üzrə xüsusi peşə məktəbini yaradıb.
Midhət Ağamirov
Midhət Ağamirov (15 may 1920, Şuşa) —Tanınmış filosof, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi və əməkdar elm xadimi. Azərbaycan SSR EA müxbir üzvü. Marksist-leninçi fəlsəfi fikir tarixinin tədqiqi, təbliği və tədrisinin görkəmli nümayəndəsi. Midhət Mir Musa oğlu Ağamirov 15 may 1920-ci ildə Şuşada ziyalı ailəsində dünyaya göz açmışdır. Orta təhsilini başa vurduqdan sonra, 1940-cı ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olmuşdur. Midhət Ağamirov öz dövrünə görə elmin bir çox sahələrində məşhur olan Mir Möhsün Nəvvabın oğul nəvəsidir. Midhət Ağamirov 15 yanvar 1939-cu ildən 12 oktyabr 1940-cı ilə kimi “Gənc işçi” qəzetində çalışmış, Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsi aparatında əməkdaçlıq etmiş, “Gənc bolşevik” jurnalında məsul katib kimi fəaliyyət göstərmiş, “Pionerskaya pravda” qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri olmuşdur. 1 sentyabr 1940-cı ildən 1 iyul 1941-ci ilə kimi Vladimir İliç Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tələbəsi olmuşdur. 8 oktyabr 1941-ci ildən 15 iyul 1942-ci ilə kimi Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin nəzdindəki Partiya Tarixi İnstitutunda-Sov.İKP MK yanında Marksizm-leninizm İnstitutunun Azərbaycan filialında elmi işçi vəzifəzində çalışmılşdır. 16 iyul 1942-ci ildən 28 iyul 1957-ci ilə kimi həmin İnstitutda böyük elmi işçi vəzifəsində fəaliyyət göstərmişdir.
Mirmusa Ağamirov
Mirmusa Ağamirov (1886, Şuşa — 1947, Bakı) — Azərbaycan botaniki, Azərbaycanda ilk nəbatat alimlərindən biri. Şəki məktəblərində (1906-cı ildən) və Bakının bir sıra ali məktəbində müəllimlik etmişdir. AKTU-də, APU-də, BDU-da bitki anatomiyası və fiziologiyası kafedrasının müdiri (1935—1943), professor (1944—1946) olmuşdur. Azərbaycan dilində ilk "Bitki anatomiyası" (1939) dərsliyinin müəllifidir. M.Ağamirovun elmi fəaliyyəti Azərbaycanda pambıqçılığın və qarğıdalı əkinlərinin inkişafına, pambığın və qarğıdalının quraqlığa və şoranlığa davamlılığı məsələlərinə həsr edilmişdir.
Mətanət Ağamirli
Mətanət Ağamirli (tam adı: Mətanət Mirsadiq qızı Ağamirli; d. 21 dekabr Ağdam rayonu) — Əməkdar jurnalist, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İcraçı katibi Mətanət Ağamirli Ağdam rayonunda anadan olmuşdur. 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını Politologiya ixtisası üzrə bitirmişdir. 1995–2000-ci illərdə "Press Fakt" və "Gündəlik xəbərlər", "Bizim Əsr" qəzetlərində çalışmışdır. 2000-ci ildən etibarən Lider televiziyasında jurnalist, aparıcı, prodüser kimi çalışır. 2004–2005-ci illərdə Lider TV-nin Türkiyə üzrə təmsilçisi kimi fəaliyyət göstərmişdir. Ötən illər ərzində "Sədadan sonra", "Mövqe", "Portretlər silsiləsindən", "Səda+", "Gender", "Səda 24", "Seçim" kimi bir sıra ictimai-siyasi proqramların müəllifi və aparıcısı kimi tanınır. 2000–2003-cü illərdə Ümummilli liderimiz Heydər Əliyevin prezidentliyi dövründə onun xarici səfərlərini, fəaliyyətini işıqlandıran jurnalist qrupunun üzvü olmuşdur. 2011-ci ildən paralel olaraq YAP Qadınlar Şurasının nəşri olan "Zəriflik" jurnalının redaktorudur. 2016-cı il noyabrın 7-də Azərbaycan Respublikası Prezidentinin imzaladığı sərəncamla "Əməkdar jurnalist" fəxri adı ilə təltif olunmuşdur.
Natiq Ağamirov
Rasim Ağamirov
Rasim Rəşid oğlu Ağamirov (6 iyun 1967, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı və rusiyalı cüdoçu, əməkdar idman ustası, beynəlxalq dərəcəli SSRİ idman ustası, SSRİ sambo idman ustası, ustalar arasında 2 qat dünya çempionu, ustalar arasında 2 qat Avropa çempionu, ustalar arasında 3 qat rusiya çempionu, dəmiryolçular arasında dünya çempionu, IX SSRİ Xalqlar Spartakiadasının qalibi, SSRİ kubokunun qalibi, SSRİ silahlı qüvələrinin 2 qat sambo və cüdo üzrə çempiopnu, Rusiya əməkdar məşqçisi. 1980–1985-ci illərdə Bakıdakı Lokomativ idman klubunda cüdo və sambo üzrə məşqlərdə iştirak etmişdir. Azərbaycan SSR əməkdar idman məşqçisi Tərlan Həsənov və Nadir Qasımovunb tələbəsi olmuşdur. 1985-ci ildə SSRİ silahlı qüvvələrinə yolanmışdır. 1985–1989-cu illərdə Moskavanın MOİK çalışmışdır. 1990-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmişdir. Наш "Локомотив" вперёд лети Результаты выступлений мастеров дзюдо России в 2010 году Чемпионат России по дзюдо среди ветеранов Заметка на сайте judo.az (az.) Чемпионат мира по дзюдо среди мастеров 2010 Arxivləşdirilib 2010-11-29 at the Wayback Machine EC Veterans 2010 IJF Grand Masters World Championships 2010 Judo klub Rijeka — Europsko prvenstvo za veterane Porec 2010. part 3 - International Judo Federation Arxivləşdirilib 2013-09-21 at the Wayback Machine Чемпионат России по дзюдо среди ветеранов собрал рекордное количество участников Arxivləşdirilib 2019-11-01 at the Wayback Machine Российские дзюдоисты в третий раз выиграли чемпионат мира среди ветеранов Arxivləşdirilib 2018-10-31 at the Wayback Machine Золотая феерия на татами: сборная Россия по дзюдо среди ветеранов – первая в Европе! Arxivləşdirilib 2019-11-01 at the Wayback Machine Чемпионат России по дзюдо среди ветеранов завершился в Магнитогорске Arxivləşdirilib 2019-02-12 at the Wayback Machine Российские дзюдоисты в четвертый раз выиграли чемпионат мира среди ветеранов Arxivləşdirilib 2019-11-01 at the Wayback Machine Итоги ветеранского чемпионата Европы по дзюдо (Польша, май 2012) Arxivləşdirilib 2019-11-01 at the Wayback Machine СБОРНАЯ РОССИИ ПО ДЗЮДО СРЕДИ ВЕТЕРАНОВ СТАЛА СИЛЬНЕЙШЕЙ В ЕВРОПЕ Arxivləşdirilib 2019-06-25 at the Wayback Machine Россияне выиграли чемпионат мира по дзюдо среди ветеранов Arxivləşdirilib 2018-08-21 at the Wayback Machine Результаты Чемпионата России 2011 года Arxivləşdirilib 2019-11-01 at the Wayback Machine Азербайджанец – чемпион Москвы по дзюдо среди инвалидов по слуху – метит на Европу Arxivləşdirilib 2014-04-03 at the Wayback Machine В российском журнале "Мир дзюдо" вышло интервью с нашим земляком, одним из лучших представителей Московского союза ветеранов России Расимом Агамировым. Он завоевал "золото" в личном и командном зачетах на чемпионатах Европы и мира среди мастеров.
Seyid Hüseyn bəy Ağamirov
Tamilla Ağamirova
Tamilla Mirsüca qızı Ağamirova (rus. Тамила Суджаевна Агамирова; 21 may 1928, Bakı – 31 avqust 2021, Nikolina Qora[d]) — Azərbaycan-rus teatr və kino aktrisası, RSFSR xalq artisti (1988), Azərbaycan SSR əməkdar artisti (1960). Tamilla Ağamirova 1928-ci il mayın 21-də Bakıda anadan olub. Bakı Teatr Məktəbi və MXAT məktəb-studiyasını bitirib. 1952-ci ildən "Romen" Moskva Musiqili-Dram Teatrının qabaqcıl aktrisasıdır. Dünyada yeganə olan qaraçı teatrının səhnəsində bir çox parlaq obrazlar canlandırıb. Və indiyədək aktiv ictimai fəaliyyətlə məşğul olur. O, Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Akademiyasının professoru, "Maski" Fondunun vitse-prezidenti, Beynəlxalq Akademiya Teatrının fəxri magistridir. Tamilla Ağamirova 26 avqust 1960-cı ildə "Azərbaycan SSR əməkdar artisti", 1982-ci ildə "RSFSR əməkdar artisti", 1988-ci ildə isə "RSFSR xalq artisti" fəxri adlarına layiq görülüb. Bir sıra orden və mükafatlarla təltif olunub.
Xəlil Ağamirov
Xəlil Ağamir oğlu Ağamirov (1897, Qaxbaş, Zaqatala dairəsi – 1940) — Azərbaycan-sovet inqilabçısı və dövlət xadimi. Türküstan və Azərbaycanda inqilabi fəaliyyət göstərmiş, Azərbaycan SSR xalq meşə sənayesi komissarı (1936–1937), Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsinin sədri (1932–1934), Azərbaycan SSR xalq təchizat komissarı (1931–1932) kimi vəzifələrdə çalışmış, Zaqatala qəzasının rəhbərlərindən olmuşdur. Siyasi repressiyaya uğramışdır. Xəlil Ağamir oğlu Ağamirov 1897-ci ildə Zaqatala dairəsinin (hazırda Qax rayonu) Qaxbaş kəndində, kəndli ailəsində anadan olmuşdur. İbtidai təhsilini ikisinifli məktəbdə almış, 8 yaşından muzdurluq etmişdir. 1910-cu ildə Bakıya gələrək "Kaspi" mətbəəsində işə girmiş, 1912-ci ilədək burada mürəttiblik etmiş, inqilabi ədəbiyyat yaymaqla məşğul olmuşdur. 1912-ci il Xəlil Ağamirov Daşkəndə köçərək Türküstan hökumət mətbəəsində işləmiş və inqilabi işi davam etdirmişdir. 1917-ci ildə polis tərəfindən izlənərək həbs edilsə də, bir aydan sonra həbsxanadan qaçmış və həmin ildə bolşeviklər partiyası üzvlüyünə qəbul edilmişdir. Türküstan Qızıl qvardiyasına könüllü yazılmış, Kolçak, Dutov və Biçeraxov tərəfdarlarına qarşı, Fərqanə müvəqqəti hökumətinə qarşı döyüşlərdə və Daşkənd eserlərinin üsyanı yatırmaqda iştirak etmişdir. 1919-cu ildə Kolçak ordusuna qarşı döyüşlər zamanı ağır yaralanaraq ordudan tərxis edilmişdir.
Zöhrə Ağamirova
Zöhrə Ağamirova (8 avqust 2001, Bakı) — Azərbaycanlı bədii gimnast. Zöhrə Ağamirova 2001-ci il avqustun 8-də anadan olub. Atası Atil Ağamirov Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının prezidenti, anası Könül Ağamirova isə cərrahdır. Üç yaşında anası Zöhrəni ahrobatihaya gətirdi, amma Zöhrə dörd yaşında televiziyada gimnastların çıxışlarına baxdıqdan sonra bədii gimnast olmağı istədi. Zöhrə Ağamirova 2007–2018-ci illərdə Nizami rayonu 277 nömrəli tam orta məjtəbdə təhsil alıb. 2018–2022-ci illərdə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil alıb. Subaydır. Zöhrə Ağamirova 2011-ci ilin mayında Portuqaliyada baş tutan beynəlxalq turnirin qalibi oldu. Həmin ilin noybarında isə Zöhrə Ağamirova 2001-ci il təvəllüdlü gimnastlar arasında Azərbaycan Çempionatının bürünc medalına sahib oldu. 2011-ci ilin son turnirində isə Zöhrə Ağamirova Polşada baş tutan beynəlxalq turnirin qalibi oldu.
Zərgər Məşədi Ağamirzə
Zərgər Məşədi Ağamirzə — Gəncənin məşhur zərgəri. Mobil Əhmədovun babası Zərgər Məşədi Ağamirzə 1853 cü ildə Gəncənin Zərrabi məhəlləsində doğulmuşdur. 1957-ci ildə Gəncənin Dört yol məhəlləsində vəfat etmişdir. Səbiskar qəbirstanlığında dəfn olmuşdur. Onun düzəltdiyi zərgərlik məmulatları Dəli Alı, İran şahı Müzəffərəddin, Mirzə Abbas Abbaszadə və onlarla böyük şəxsiyyətə hədiyyə edilib. Əl işləri Azərbaycanın bir çox muzeylərində sərgilənən məşhur gəncəli zərgər Məşədi Ağamirzə. Zərgərin vaxtilə Gəncədə keçirilən toylar zamanı ağız-ağız dolaşan bir şakəri də olub. Baba yolu ilə gedən Zərgər Ağamirzə yolunun davamçısı. Zərgər Məşədi Ağamirzənin Birinci xanımı Gəncədə böyük mülkədar Muxtar bəy Qazıyevin bacısı Xədicə xanım olub. Qızı Xuraman xanım Səlman Əhmədlili ilə ailə həyatı qurmuşdur.
Şıxmir Ağamirov
Ağamirzə (ad)
Ağamirzə — kişi adı.