ağca
ağcaqanadlı
OBASTAN VİKİ
Ağcaqanad
Ağcaqanadlar (lat. Culicidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin i̇kiqanadlılar dəstəsinə aid heyvan fəsiləsi. Ağcaqanadlar tropiklərdən Arktikaya qədər (əksər rütubətli yerlərdə) bütün iqlim şəraitində yaşayırlar. Təxminən 3500 növü aşkar olunmuşdur. Azərbaycanda 6 cinsə mənsub 24 növü məlumdur. Bədəni uzunsov (3–10 mm), başı kiçik, ayaqları nazik və uzundur. Ağız orqanı xortum şəklində, sancıb-soran tiplidir. Bığları 15 buğumludur. Qanadları ensiz və 10 damarlıdır. Yumurtalarını suya qoyur.
Adi ağcaqanad
Adi ağcaqanad (lat. Culex pipiens) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin i̇kiqanadlılar dəstəsinin ağcaqanadlar fəsiləsinin əsl ağcaqanad cinsinə aid heyvan növü.
Əsl ağcaqanad
Əsl ağcaqanad (lat. Culex) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin i̇kiqanadlılar dəstəsinin ağcaqanadlar fəsiləsinə aid heyvan cinsi.
Ağcaqanadlar
Ağcaqanadlar (lat. Culicidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin i̇kiqanadlılar dəstəsinə aid heyvan fəsiləsi. Ağcaqanadlar tropiklərdən Arktikaya qədər (əksər rütubətli yerlərdə) bütün iqlim şəraitində yaşayırlar. Təxminən 3500 növü aşkar olunmuşdur. Azərbaycanda 6 cinsə mənsub 24 növü məlumdur. Bədəni uzunsov (3–10 mm), başı kiçik, ayaqları nazik və uzundur. Ağız orqanı xortum şəklində, sancıb-soran tiplidir. Bığları 15 buğumludur. Qanadları ensiz və 10 damarlıdır. Yumurtalarını suya qoyur.
Haçalı ağcaqanadlar
Xironomidlər və ya haçalı ağcaqanadlar (lat. Chironomidae)- cücülər fəsiləsi. Hazırda 3000 növü məlumdur, onlardan Xəzər dənizində 8 növü qeyd edilmişdir, əksəriyyəti şirin sularda , bəzi növləri isə dənizdə yaşayır. Chiromonus albidus Xəzər dənizi üçün endemikdir. Bu növ və eləcə də Clunio marinus növü dənizin sahil zonalarında yayılmışdır. Xironomid sürfələri miqdarca və biokütləcə ən çox Şimali Xəzərdə inkişaf edirlər. Onlar çökə, çəki,külmə və nərə balıqlarının qidasında mühüm rol oynayırlar.
Tumurcuq çəhrayı ağcaqanadı
Tumurcuq çəhrayı ağcaqanadı (lat. Dasyneura ignorata) — Buğumayaqlılar tipinin İkiqanadlılar dəstəsinin Fır əmələ gətirən ağcaqanadlar fəsiləsinə aid olan növ. Yetkin dişi fərdləri qonur-qara kürəkciyə və nəhayətindən nazilən yoğun çəhrayı rəngli qarıncığa malikdir. Gözləri başın əsas hissəsini tutur. Bığcığı təsbehvarı olub, 14 buğumludur. Qanadları şəffafdır və seyrək qara tükcüklərlə örtülmüşdür. Uzunluğu 1,5–2 mm-dir. Yumurtası siqar formasındadır, şəffaf və parlaqdır, çəhrayıdır. Uzunluğu 0,3 mm, eni isə 0,88 mm-dir. Axırıncı yaşda olan sürfələr moruq, yaxud çəhrayı rəngində olur.
Yonca çiçək ağcaqanadı
Yonca çiçək ağcaqanadı (lat. Contarinia medicaginis) — Buğumayaqlılar tipinin İkiqanadlılar dəstəsinin Fır əmələ gətirən ağcaqanadlar fəsiləsinə aid olan növ. Yetkin ağcaqanad 2 mm böyüklükdə olub, uzun qırmızımtıl bədənə malikdir. Qarıncığında tutqun rəngli köndələn zolaqlar vardır. Xortumu qısadır. Duyğu orqanları 4 buğumludur. Bığcıqlar uzundur. Qnadları bədənə nisbətən iridir. Pəncələri beş buğumludur. Dişilərin yumurta qoyanları uzun olub ucları şişdir.

Значение слова в других словарях