AŞİQLİK
AŞİNALIQ
OBASTAN VİKİ
Aşina
Aşina — Göytürklərin ali hakimiyyətinin soyu. Əfsanəyə görə Aşina soyu bir dişi qurddan törəmişdir. == Soyun tarixi == Hunlar çinlilərə məğlub olduqdan sonra xan Aşina 500 ailə ilə jujanların (avarların) yanına gəlib Altayın cənubunda məskən saldı, onların vassalı oldu. Bu türklər Mərkəzi Asiya, Altay, Böyük Çöl ərazisində yaşayır, dəmirçiliklə məşğul olur, filiz əridirdilər. Aşina soyu Dulu və Nuşibi qollarına ayrılırdı. Tibetdə, Çində, Altaylarda və böyük Sibir çöllərində yaşayan türklər haqqında kitab yazan rus türkoloqu Lev Qumilyovun "Qədim türklər" kitabında yazılır: "635-ci ildə Dulu və Nuşibi tayfaları özünüidarə hüququ qazandılar. 5 Dulu və 5 Nuşibi tayfa rəisləri yerli zadəganlardan təyin olundu. Bunlar şada, yəni xana qan qohumu olan adamlara bərabər tutulurdu. Onların hər birinə hakimiyyət rəmzi kimi ox təqdim olundu. "On ox" türkləri adı belə yarandı (bunlan Çulo xanın oğlu igid və nəcib Aşina şeni etdi).
Aşina Anluo
Amrak xaqan - Taspar xaqanın oğlu idi. Qurultay tərəfindən xaqan seçilmişdi. Lakin elə həmin il İşbara xaqanın lehinə taxta iddia etməkdən əl çəkdi. == Həyatı == Amrak xaqan VI əsrdə hökm sürmüş Göytürk yabqusu və xaqanıdır. Hakimiyyət dövrü çox qısadır. Siyasi təzyiqlər onu xaqanlıqdan öz xoşu ilə əl çəkməyə məcbur etmişdir. Amrak şəxsi adıdır, xaqanlıq adı bilinməməkdədir. Çin qaynaqlarında adı Anluo Xaqan deyə keçməkdədir. Amrakın atası Taspar xaqan imperiyanın dördüncü xaqanı idi. Amrak 581-ci ildə atasının ölümü ndən sonra taxta keçdi.
Aşina Buçjen
Aşina Buçjen (v. 667) — Tan sülaləsinin işğalından sonra imperator tərəfindən sonra Nuşibilərin xaqanı olaraq təyin olunmuşdu. General Su Dinqfanqa yardım etdiyi üçün imperator tərəfindən Civanqcue xan 繼往絕可汗 ("Bitmiş olanı davam etdirən xan") titulu almışdı. == Ailəsi == Böri şadın oğlu, Xallıq İşbara Yabqu xaqanın kiçik qardaşı idi. Qardaşı ilə birlikdə İnan Cençu xaqan üzərinə yürüşdə iştirak etmişdi. Lakin qardaşının elə də güclü olmadığını görüb onun da hakimiyyətinə göz diksə də sadəcə onun öldürülməsinə nail oldu. 667-ci ildə öldü. Yerinə oğlu Kuşrak keçdi.
Aşina Funian
Aşina Funian (yap. 阿史那伏念) — 680-681-ci illər arasında üsyan etmiş Göytürk şahzadəsi. Əvvəlcə general Pei Yan tərəfindən məğlub edilmiş, sonra isə 54 adamı ilə birlikdə edam edilmişdir.
Aşina Helu
Xallıq İşbara Yabqu xaqan (əsl adı Aşina Helu 阿史那賀魯, taxt adı İşbara xaqan 沙缽略可汗) — Nuşibilər tərəfindən dəstəklənən Qərbi Göytürk xaqanlığı xaqanı. Son müstəqil xaqandır. == İlk illəri == Atası Qafqaz tudunu Böri şad idi. Yabqu titulunu 633-cü ildə Nişa Tulu xaqandan almışdı. Nuşibilərin dəstəyi ilə İrbis Şekuy xaqana qarşı 646-cı ildə üsyana cəhd etmiş, lakin məğlub olub Çinə qaçmışdı. 651-ci ildən öncə isə Tan sülaləsində bir sərkərdə idi. == Xaqanlığa gəlişi == 651-ci ildə Çinə üsyan edərək xaqan olmuşdu. Xaqanlığa gəldikdən sonra İşbara Teriş xaqanın ayırdığı Nuşibi aymaklarına teginlər təyin etmişdi: Asiqi Küyü Tegin Qeşu Küye Tegin Basayqan Dunşibo Tegin Asiqi Nişu Tegin Qeşu Çoban Tegin Tulu aymaklarına isə çorlar təyin etmişdi: Çumuqun Çor Xuluvu Kyüe Çor Neşetidun Çor Tuçişi Xeloşi Çor Şunişi Çoban Çor. == Sonrakı illəri == Xaqanlığı əvvəl Tan sülaləsi ilə dost şəraitdə idarə edən xaqan getdikcə işğalçı siyasətə keçdi. 651-ci ilin payızı Çinin qərbinə — indiki Sincan və Qansuya hücuma keçdi.
Aşina Kuşrak
Aşina Kuşrak (Kuşrak Böri Şad; VII əsr – 704, Çanqan) — Göytürk şahzadəsi, Aşina Buçjenin ölümündən sonra imperator tərəfindən Nuşibilərin xaqanı olaraq təyin olunmuşdu. İmperatriça U Zetian dövründə ona Çzeçjunşiçju xaqan (竭忠事主可汗 - Hökmdarına xidmət üçün sədaqətini tükədən xaqan) titulu verilmişdi. == Hakimiyyəti == Gənclik illəri Çində keçmişdi. 690-cı ildə İltəriş xaqanın hücumlarına məruz qaldığı və məğlub olduğu üçün gözdən düşdü. 693-cü ildə Tuluların xaqanı Aşina Yuankinin öldürülməsi və oğlu Aşina Tuçinin üsyan etməsinə görə Tuluların xaqanlığı da ona verildi. 704-cü ildə Çanqanda öldü.
Aşina Mişe
Aşina Mişe (titulu Bağatur yabqu 莫賀咄葉護) — Tan sülaləsinin işğalından sonra qərb göytürklərinə təyin olunan xaqan. İmperator tərəfindən verilən titulu Hsinqhsivanq xan 興昔亡可汗 (Məhv olunmuşu yüksəldən xan) idi. == Ailəsi == Böri şadın oğlu, Xallıq İşbara Yabqu xaqanın və Aşina Buçjenin qardaşı idi. === Oğulları === Aşina Yuankin Aşina Babu - Öncə Tuçi xaqanın tərəfində olmuş, onun məğlubiyyətindən sonra Tibetə qaçmışdır. Aşina Poluo - Öncə Tuçi xaqanın tərəfində olmuş, onun məğlubiyyətindən sonra Tibetə qaçmışdır. == Hakimiyyəti == 657-ci ildə Sağ Mühafizlərin sərkərdəliyinə gətirildi. 660-cı ildə Koreyaya qarşı yürüşdə yer almışdı. 662-ci ildə Kuça şəhərinə yürüşdə məğlub olduğu üçün qardaşı Aşina Buçjenin istəyi üzərinə edam edildi. İmperator onun yerinə Aşina Yuankini təyin etdi.
Aşina Nişufu
Aşina Nişufu (yap. 阿史那泥熟匐) — 679-680 illəri arasında üsyan etmiş Göytürk şahzadəsi idi. Öz adamları tərəfindən öldürüldü.
Aşina Sin
Aşina Sin — İmperator tərəfindən Türgiş xaqanlığının hücumlarının artması üzərinə təyin olunmuşdu. Cəmi 2 il hakimiyyətdə qaldıqdan sonra Bağa Tarxan tərəfindən öldürülmüşdü. Xatunu və oğlu Çjunxiao Çinə qaçmış, oğlu isə sərkərdə olmuşdu. Onun ölümü ilə Qərbi Göytürk xaqanlığı sülaləsi bitir.
Aşina Syan
Aşina Syan — Aşina Xuaytaonun ölümündən sonra xaqan təyin edilmişdi. Türgişlərin üzərinə nə qədər yürüş etsə də qalib gələ bilməmişdi. 717-ci ildə Çanqan şəhərinə geri qayıtmış və orda da ölmüşdü. Aşina Yuankinin oğlu idi. Yerinə Xuaytaonun oğlu Aşina Sin gətirildi. == Ailəsi == Oğlu Aşina Çen (阿史那震) 735-736-cı illərdə qısa müddətdə hakimiyyətdə olmuşdur.
Aşina Tuvu
Aşina Tuvu (伊利吐務) — mənbələrdə adı keçən ilk türk yabqusu. Aşina sülaləsinin banisi. == Həyatı == Həyatı haqda heç nə məlum deyil. Öz atasının adı Natulu olub, Böyük Yabqu titulu daşıyırdı. Bumin xaqan və İstəmi xaqanın atası idi.
Aşina Tuçi
Tuçi xaqan — Aşina sülaləsindən şahzadə, xaqanlığa iddiaçı. == Həyatı == Aşina Yuankinin oğlu idi. Atasının edamından sonra üsyana başlamışdı. Həmin il özünü Ton Yabqu Xaqan adı ilə xaqan elan etdi. 692-ci ildə Tibet ordusundan dəstək alan xaqan Trinrinq Tsendro, Taqu Risum və Qar Tsenyen Qunqton adlı üç qardaş sərkərdə ilə birlikdə Çinin hücumlarına qarşı mübarizə aparmağa başladı. 694-cü ildə Vanq Hsiaoçi rəhbərliyindəki Çin ordusu Tibetliləri bir daha məğlub etdi və xaqan Tibetə qayıtmalı oldu. 700-cü ildə Tuçi xaqan Tibetdən çıxaraq İkinci Göytürk Xaqanlığına getdi.
Aşina Xuaytao
Aşina Xuaytao (v. 708) — Çin hakimiyyətindəki qərb göytürklərinin xaqanı. Menqçi general-qubernatoru idi. Aşina Kuşrakın ölümündən sonra xaqan təyin edilmişdi. == Hakimiyyəti == O xaqan olmaqla bərabər həm də yaxşı diplomat idi. İmperator onu Türgiş xaqanlığının yeni hökmdarı Sakal xaqanla sülh qurması üçün göndərdi. 707-ci ildə sülh bağlayan xaqan ona knyaz titulu verərək, Türgiş xaqanlığını formal olaraq vassal halına gətirdi. 708-ci ildə öləndən sonra yerinə qohumu Aşina Syan təyin olundu. == Ailəsi == Oğlu Aşina Sin də Çinə xidmət etmişdir. Qızı Aşina Çhiaoho Suluk xaqanla evli idi.
Aşina Yuankin
Aşina Yuankin (VII əsr – 693, Çanqan) — Aşina Mişedən sonra xaqanlıq titulu almışdı. Heç güclü bir xaqan deyildi. 686-689-cu illərdə Tibet imperiyasına əsir düşmüşdü. 692-ci ildə Çanqanda edam edildi. Oğlu Aşina Tuçi müstəqillik uğrunda üsyana başladı.
Aşina Çhiaoho
Çiao-Ho şahzadəsi — Göytürk şahzadəsi, Türgişlərin xatunu. == Həyatı == Haqqında məlumat azdır. Aşina Xuaytaonun böyük qızı olub, Suluk xanla evləndirilmişdi. Lakin, bu evliliyin tarixçəsi ilə bağlı olaraq tarixçilər ixtilaflıdır. Bir mənbəyə görə bu evlilik 718-ci ildə, başqa bir mənbəyə əsasən 14 yanvar 723-cü ildə baş vermişdir. Mənbələrin verdiyi məlumata görə Suluk xanın ölümündən sonra oğlu Qut Çor xaqan olmuş, daha sonra Çinə qaytarılmışdılar. Bəzi mənbələrə görə Aşina Çiaoho oğlu və qızıyla Çinə qayıtmış və Tulu Çunq adlı bir yerli əyanla evlənmişdi. Mənbələrdə xatunun 726-cı ildə Ansi qubernatoru Tu Hsienlə mübahisəsinin baş verdiyi qeyd olunur.
Aşina Çi
Aşina Çi və ya Çin-Ho şahzadəsi — Göytürk şahzadəsi, Şatoların xatunu. == Həyatı == Haqqında məlumat azdır. 694-cü ildə doğulmuşdu.Çuye Fukuo 720-ci ildə 25 yaşında ölmüşdür. == Ailəsi == Aşina Xuaytaonun kiçik qızı idi. Böyük bacısı Aşina Çhiaoho isə Suluk xanla evli idi. Çuye Fukuo evləndirilmişdi. Li Keyon 5-ci nəsildən Aşina Çinin nəvəsi idi.
Aşina Çonq
Aşina Çonq (阿史那忠) (611-674) - Tan sülaləsi sərkərdələrindən olub, Göytürk şahzadəsi idi. == Həyatı == Aşina Sunişinin oğlu, Bağa xaqanın nəvəsi idi. İllig xaqanın təslim olmağına kömək etdiyi üçün Sol Müdafiə generallığına yüksəldilmişdi. "Çonq" adı ona imperator tərəfindən verilmişdi, "vəfalı" mənasına gəlirdi. ==== Vəzifələri ==== 635-ci ildə Sağ Mühafizəçiləri sərkərdəsi təyin edildi. 639-cu ildə isə Kilibi xaqanın Sol Müdrik Şahzadəsi elan olundu. 650-ci ildə Hsüe Quo knyazı titulunu aldı. 668-ci ildə Kinxay yolu mühafizəsinin rəisi təyin olunmuşdur. == Ailəsi == Dinhsianq valisinin qızı, həmçinin Tanq Taiçonqun ögey qızı Şahzadə Linçuan (臨川公主) ilə evli idi. === Övladları === Aşina Cian (阿史那暕) == Ölümü == 674-cü ildə vəfat etmişdir.
Aşina Şeer
Aşina Şeer (taxt adı Tubu xaqan 都布可汗; 609 – 655, Çanqan) — Göytürk şahzadəsi, Qərbi Göytürk xaqanlığı taxtına iddiaçı. == Həyatı == 609-cu ildə doğulmuşdu. Atası Çula xaqan idi. 11 yaşında artıq To şad titulu ilə Qobi çölündə töleslər və seyantoları idarə edirdi. 628-ci ildə Tonq Yabqu xaqanın ölümündən sonra özünü Tubu xaqan adı ilə Qərbi Göytürk hakimi elan etsə də, nə nuşibilər, nə də tulular onun hakimiyyətini qəbul etmədi. Bir müddət sonra 634-cü ildə Seyanto xanlığının hökmdarı İncu Bilgə xaqana qarşı yürüşə başlayan Şeer Şərqi Göytürk xaqanlığını diriltmək və İllig xaqanın qisasını almaq istəyirdi. Bununla belə İşbara Teriş xaqan onu dəstəkləmədiyi üçün bu plan da iflasa uğradı və Şeer Qaoçanqa sığındı. Bu dəfə də İşbara Teriş xaqandan öz qısasını almaq istəyən Şeer 635-ci ildə Tan sülaləsinə sığındı. Sərkərdəlik verilən Şeer tezliklə imperatorun kiçik bacısı ilə də evləndi. 640-cı ildə Qaoçanq hökmdarı Ku Ventay (麴文泰) Qərbi Göytürklərlə ittifaqa girməsi Tan sülaləsi üçün yararlı bəhanə oldu.
Məsud Aşina
Məsud Aşina (29 dekabr 1965, Bakı) — Kopenhagen Universitetinin nevrologiya üzrə professor və baş məsləhətçisi, Beynəlxalq Baş ağrıları Cəmiyyətinin rəhbəri və İnsan Miqreni Araşdırma Birliyinin direktoru. Nevrologiya üzrə professor və baş məsləhətçi İnsan Miqreni Araşdırma Birliyinin direktoru Danimarka Nevrologiya və Başağrısı mərkəzi, Riqospitalet Qlostrup Sağlamlıq və Tibb elmləri fakültəsi, Kopenhagen Universiteti. 1988-ci il Azərbaycan Dövlət Tibb İnstitutu, MD 2000-ci il Kopenhagen Universiteti, Tibb elmləri üzrə fəlsəfə doktoru (Ph. D.) 2003-cü il Kopenhagen Universiteti, Tibb üzrə elmlər doktoru (DMSc) 1992-ci il Danimarka tibb lisenziyası, Milli Səhiyyə Şurası, Nevroloji təcrübə üçün Kopenhagen 2004 icazəsi. 1993-cü il Nevrologiya rezidenti, Riqospitalet 1995–1999-cu il Elmi işçi, Nevrologiya Departamenti, Qlostrup hospitalı 2001–2005-ci il Nevrologiya rezidenti, Nevrologiya Departamenti, Riqospitalet, Bişperjerq, Qolstrup Hospitalları. 2007–2014-cü il Dosent və baş məsləhətçi, Nevrologiya Departamenti, Qolstrup Hospitalları. 1998-ci il Ən yaxşı elmi təqdimat üçün "Moqens Foq" mükafatı Danimarka Nevrologiya Cəmiyyəti 2000-ci il QlaksoSmitKlayn tədqiqat mükafatı 2003-cü il Elmi nailiyyətləri üçün Danimarka Miqren Cəmiyyəti mükafatı 2005-ci il Nevrologiyada elmi nailiyyətləri üçün Roşe mükafatı, Danimarka Nevrologiya Cəmiyyəti. İnsanlarda rozaseanın eksperimnetal modelləri Başağrısının hipoksia və karbon monoksid modelləri PET ilə miqrenlərdə serotoninin tədqiqi MRİ miqren biomarkerlərindən nanopartikulyarların tətbiqi Təkmilləşdirilmiş MR anqioqrafiyasının təsviri və miqren Təkmilləşdirilmiş MR spektroskopi və miqren Miqrenlərdə Hipoksia və karbon monoksid modelləri Miqrenin Kinurenine modelləri Baş ağrısı miqrenlərinin və klaster başağrısının eksperimental modelləri İrsi hemipleqic miqren — eksperimental genetik baş ağrısı model (Ph. D.) Miqren və digər baş ağrılarında prostanoidslərin mümkün rolları (Ph. D.) İnsanın baş ağrılarında və ağrı modellərində karbakol və PACAP38 tədqiqatı (Ph.
Səid Aşina
Səid Aşina — Nyu-York Lanqon tibb mərkəzində nevrologiya tibb dosenti və Nyu-York Lüteran Tibb Mərkəzində Baş ağrısı şöbəsinin rəhbəri. Doktor Aşina tibbi dərəcəsini Danimarkanın Kopenhagen Universitetində qazanmışdır. O, tibbi təcrübəsini Yeni Haven ştatının Yeil Universiteti tibb məktəbinin Müqəddəs Rafael xəstəxanasında almışdır. Səid Aşina nevrologiya rezidensiyasını Albert Eynşteyn tibb kollecində edib. O, Montefior Baş ağrısı mərkəzində və Danimarka Baş ağrısı mərkəzində təhsilini artırmışdır. Doktor Aşina Amerika Psixiatriya və Nevrologiya Şurasının və Nevroloji Müxtəliklərin Vahid Şurasının Baş ağrısı mərkəzində diplomatdır. Beynəlxalq Baş ağrısı Cəmiyyəti Təhsil Komitəsinin üzvüdür. Doktor Aşina həmçinin Baş ağrısı Pozuntularının Beynəlxalq təsnifatının 3-cü nəşri üçün Tension-Type baş ağrısı üzrə Beynəlxalq baş ağrısı cəmiyyətinin baş ağrısı təsnifatı alt komitəsinin üzvüdür. O, Nevrologiya İcmalının redaktoru və Baş ağrısı və Ağrı jurnalının məsləhət şurasının üzvüdür. Səid Aşina Amerika Baş ağrısı Cəmiyyətindən Kliniki Baş ağrısı Yoldaşlıq mükafatı və 2012-ci ildə Avropa Baş ağrısı Federasiyası/Baş ağrısı Tədqiqatları üçün İtaliya Cəmiyyətinin təsis etdiyi Enriko Qreppi mükafatları da daxil olmaqla öz fəaliyyətləri istiqamətində bir sıra mükafatlar əldə etmişdir.
İmperatriça Aşina
İmperatriça Aşina (阿史那皇后) — Göytürk şahzadəsi, Muğan xaqanın qızı, Şimal Cou imperatriçası. Əsl adı bilinmir. 551-ci ildə anadan olmuşdur. Bu vaxtı hələ babası Bumın tümən komandiri idi. Hələ 554-cü ildə Şimal Çjou qəyyumu Yuven Tay onunla evlənmək istəsə də Muğan xaqan razı olmamışdı. 565-ci ildə onun oğlu Yuven Yonq taxta çıxaraq 120 nəfərdən ibarət elçi karvanı göndərmişdi. Karvanda imperatorun qardaşı Yuven Çun da var idi. Xaqan əvvəlcə fikrindən daşınsa da 568-ci ildə xaqanın çadırına şimşək vurmasından sonra qızını verdi. İmperatriça paytaxt Çanqana gələrək imperator Vu ilə evləndi. İmperatriça gözəl və mehriban idi.

Значение слова в других словарях