Xallıq İşbara Yabqu xaqan (əsl adı Aşina Helu 阿史那賀魯, taxt adı İşbara xaqan 沙缽略可汗) — Nuşibilər tərəfindən dəstəklənən Qərbi Göytürk xaqanlığı xaqanı. Son müstəqil xaqandır.
Xallıq İşbara Yabqu xaqan | |
---|---|
Fars mənbələrində - بیژن | |
653 – 657 | |
Əvvəlki | İrbis Şekuy xaqan |
Sonrakı | Aşina Buçjen (Nuşibi) Aşina Mişe (Tulu) |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Vəfat yeri | Çanqan, Çin |
Dəfn yeri | Ba çayının sahili |
Atası | Böri Şad |
Uşağı | Aşina Siyun |
Dini | Tenqriçilik |
Atası Qafqaz tudunu Böri şad idi. Yabqu titulunu 633-cü ildə Nişa Tulu xaqandan almışdı. Nuşibilərin dəstəyi ilə İrbis Şekuy xaqana qarşı 646-cı ildə üsyana cəhd etmiş, lakin məğlub olub Çinə qaçmışdı. 651-ci ildən öncə isə Tan sülaləsində bir sərkərdə idi.
651-ci ildə Çinə üsyan edərək xaqan olmuşdu. Xaqanlığa gəldikdən sonra İşbara Teriş xaqanın ayırdığı Nuşibi aymaklarına teginlər təyin etmişdi:
Tulu aymaklarına isə çorlar təyin etmişdi:
Xaqanlığı əvvəl Tan sülaləsi ilə dost şəraitdə idarə edən xaqan getdikcə işğalçı siyasətə keçdi. 651-ci ilin payızı Çinin qərbinə — indiki Sincan və Qansuya hücuma keçdi. Bundan istifadə edən İnan Cençu yabqu 653-cü ildə Səmərqəndəcən irəliləyə bilmişdi.
İmperatorun əmri ilə Çin sərkərdəsi Su Dinqfanq parçalama taktikasından istifadə edərək tayfaları bir-bir ələ keçirdi. Bu işdə Uyğurlar da iştirak edirdi. Daha sonra Çinə geri dönən Dinqfanq əsas işğal işini Hsiao Sieyə (蕭嗣業) tapşırmışdır. Aşina Buçjen və Aşina Mişenin birləşmiş orduları qarşısında məğlub oldu. Tulular Buçjenə, Nuşibilər isə Mişeyə təslim oldular. Xaqan isə oğlu Siyun Bağaturla birlikdə öncə Çaç şəhərinə qaçdı. Lakin şəhərin hakimi İnye Tarxan xaqanı əsir edərək Aşina Yuankinə təslim etdi. Xaqan Çanqana gətirildi. Beləliklə Qərbi Göytürk xaqanlığı da süqut etdi.
Xallıq İşbara əsir edilərkən sərkərdə Hsiaoya demişdir:[1]
Qumilyova görə atası Böri Şad, Eduard Şavannesə görə isə İrbis Şekuy xaqandır.[2] Övladları:
Xaqan Çanqanda 659-cu ildə vəfat etdi. Məzarı İllig xaqanın məzarının yanındadır.