ABSTRAKTLAŞDIRMA

Abstraktlaşdırmaq” dan f.is.

Синонимы

  • ABSTRAKTLAŞDIRMA mücərrədləşdirmə
ABSTRAKTLAŞDIRILMAQ
ABSTRAKTLAŞDIRMAQ
OBASTAN VİKİ
Abstraktlaşdırma
Abstraksiya və ya Abstraktlaşdırma (lat. abstractio — ayırma, təcridetmə) — elmi-tədqiqat metodu; idrak prosesində predmet və hadisələrin əhəmiyyətsiz xassə və əlamətlərinin fikrən ayrılması, mühüm, əsas əlamətlərin ümumiləşdirilməsi. Abstraksiya tədqiq edilən cisim və hadisələrin şəklini sadələşdirməyə, onların inkişaf qanunauyğunluqlarını müəyyənləşdrməyə imkan verir. Abstraktlaşdırma predmetlərin qeyri-mühüm xassə, münasibət və əlaəqlərindən fikrən sərf-nəzər edilməsi, bu predmetlərin tədqiqatçını maraqlandıran bir və ya bir neçə mühüm əlamətinin seçilib götürülməsi deməkdir. Abstraksiyanın öz hüdudları var: necə deyərlər, yanğının alovunu yanan şeydən sərf-nəzər etmək mümkün eyil. Obyektiv gerçəklikdə nəyin seçiləcəyi və nədən sərf-nəzər ediləcəyi hər bir konkret anda öyrənilən obyektin özünün təbiətindən və tədqiqatçının vəzifələrinən asılı olur. Məsələn, planetlərin dövriyyə qanununu təyin etmək üçün İ. Keplerə Marsın rəngini və Günəşin temperaturunu bilmə lazım deyilir. Abstraktlaşdırma prosesinin nəticəsində predmetlər haqqında müxtəlif anlayışlar ("bitki", "heyvan", "insan" və s.), predmetlərin ayrı-ayrı xassələri haqqında fiirlər ("həcm", "uzunluq" və s.) meydana çıxır. İdeallaşdırma abstraktlaşdırmanın spesifik bir növüdür. İdeallaşdırma fikrən abstrakt obyektlərin yaradılmasına deyilir.

Значение слова в других словарях