ADD

v 1. (to) əlavə etmək; to ~ some wood to fire ocağa bir az odun əlavə etmək; 2. riyaz. (to, together) gəlmək, toplamaq;

◊ to ~ insult to injury yara üstündən yara vurmaq

ADAPTED
ADDENDUM
OBASTAN VİKİ
ADDA
Azərbaycan Dövlət Dəniz Akademiyası — Heydər Əliyevin təşəbbüsü və Nazirlər Kabinetinin 1996-cı il 15 iyul tarixli qərarı ilə Bakı Dəniz Yolları Məktəbinin bazasında Azərbaycan təhsilinin yeni istiqaməti kimi ali təhsilli dənizçi kadrlar hazırlayan, dövlət ali təhsil müəssisəsi. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) strukturuna daxildir. Nazirlər Kabinetinin 19 may 2016-cı il tarixli, 197 nömrəli qərarı ilə Elm və Təhsil Nazirliyinin Dəniz Balıq Sənayesi Kolleci "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin tabeliyinə verilib və Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində Dənizçilik Kolleci adlandırılıb. == Haqqında == Heydər Əliyevin təşəbbüsü və Nazirlər Kabinetinin 1996-cı il 15 iyul tarixli qərarı ilə Bakı Dəniz Yolları Məktəbinin bazasında Azərbaycan təhsilinin yeni istiqaməti kimi ali təhsilli dənizçi kadrlar hazırlayan Azərbaycan Dövlət Dəniz Akademiyası yaradıldı. Diplomu dünyanın 170-dən çox ölkəsi tərəfindən tanınan Akademiya bu gün Beynəlxalq Dənizçilik Ali Məktəbləri Assosiasiyasının, Sankt-Peterburq şəhərindəki admiral S. O. Makarov adına Dövlət Dəniz və Çay Donanması Universiteti yanında fəaliyyət göstərən MDB ölkələrinin dənizçilik ali məktəblərinin Tədris-Metodiki Şurasının üzvüdür, Xəzəryanı dövlətlərin Ali Məktəbləri Assosiasiyasının fəal iştirakçısı və dünyanın 11 ölkəsinin 18 universiteti ilə ikitərəfli əməkdaşlıq edən ali təhsil müəssisəsidir. Akademiya Rusiyanın admiral S. O. Makarov adına Dövlət Dəniz və Çay Donanması Universiteti, Həştərxan Dövlət Texniki Universiteti, F. F. Uşakov adına Novorossiysk Dövlət Dəniz Universiteti, Nevelski adına Dövlət Dəniz Universiteti, Polşanın Şetsin Dəniz Akademiyası, Latviya Dəniz Akademiyası, Estoniya Dəniz Akademiyası TTU, Çernoqoriyanın Monteneqro Dövlət Universiteti, Bolqarıstanın Varna Texniki Universiteti, Ukraynanın Admiral Makarov adına Milli Gəmiqayırma Universiteti, Getman Petr Konaşeviç-Saqaydaçnı adına Kiyev Dövlət Su Nəqliyyatı Akademiyası, Odessa Milli Dəniz Universiteti, Qazaxıstanın Ş. Esenov adına Kaspiysk Dövlət Texnologiya və Mühəndislik Universiteti, Gürcüstanın Batumi Dəniz Akademiyası və Batumi Naviqasiya Tədris Universiteti, Litvanın Klaypeda Universiteti, Türkiyənin İstanbul Texniki Universiteti kimi Ali Təhsil Müəssisələri ilə aktiv əməkdaşlıq edir. Eyni zamanda, ADDA Litvanın İnformacine Raida və Türkiyənin "Turksen Eğitim Ltd" beynəlxalq şirkətləri ilə sıx əlaqələr qurub. Akademiya 2002-ci ilin oktyabrından etibarən davamlı olaraq dənizçi mütəxəssislərin hazırlanması sahəsində keyfiyyətin menecmenti sistemi üzrə İSO 9001:2000 Beynəlxalq standartı ilə işləyib və 2010-cu ildən Akademiyada İSO 9001:2008 keyfiyyətin menecmenti sistemi tətbiq edilib. 2018-ci ilin fevral ayından Akademiya keyfiyyətin menecmenti sisteminin İSO 9001:2015 standartının yeni sertifikatı ilə işləyir. 2016-cı ilin fevralından dünyanın nüfuzlu təsnifat cəmiyyətlərindən olan Amerika Gəmiçilik Bürosunun (ABŞ) TTM-də apardığı beynəlxalq auditin nəticələri əsasında ABŞ-nin "Tədris müəssisələrinin və təlim kurslarının sertifikatlaşdırılması üzrə standartları"na uyğunluğu təsdiqlənib və beləcə Akademiya 2016-cı ildə ABŞ-nin uyğunluq sertifikatını əldə edib.
ADDY
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti — Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamına əsasən Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılıb. "Azərbaycan Dəmir Yolları" QSC Azərbaycanın dəmir yolu nəqliyyatı üzrə əsas daşıma operatorudur və bu sahədə digər xidmətlərə olan tələbatı təmin edən, dəmir yollarının, habelə ümumi istifadədə olan dəmir yolu nəqliyyatının infrastrukturunun inkişaf etdirilməsi və təkmilləşdirilməsi, dəmir yollarında hərəkətin idarə edilməsi fəaliyyətini həyata keçirən iri dövlət şirkətidir. Ümumilikdə isə Azərbaycanın dəmir yolları böyük və zəngin tarixə malikdir. İlk xəttin istifadəyə verildiyi 1880-ci ildən bu günə qədər dəmir yolları ölkənin iqtisadiyyatında, mədəniyyətində, əhalinin gündəlik həyatında önəmli rol oynamaqda davam edir. "Azərbaycan Dəmir Yolları" QSC-nin inzibati binası Bakı şəhəri, Dilarə Əliyeva küçəsi 230 ünvanında yerləşir. == Azərbaycanda dəmiryolu tarixi == === 1878–1917 === Azərbaycanda ilk dəmir yollarının çəkilişinə XIX əsrin 70-ci illərindən başlanmışdır. 1878-ci ildə Bakı şəhərini neft mədənləri və neft korpusu iə birləşdirən 25,2 verst uzunluğundakı dəmir yolu xəttinin inşasına icazə verildi. "Neft sahəsi" adını alan bu xətlərin tikinitisi 1879-cu ilin sonunda başa çatdırıldı. Və rəsmən 1880-ci ilin 20 yanvarında istismara verildi. 1879-cu ilin 22 dekabrında Cənubi Qafqaz dəmir yolu hissəsinin Bakı-Tiflis dəmiryol magistralının çəkilişinə icazə verildi.
Adda çayı
Adda — İtaliyada çay. == Tarixi == İkinci koalisiyanın (İngiltərə, Rusiya, Avstriya və s.) Fransa ilə müharibəsində Aleksandr Suvorovun komandanlıq etdiyi Rusiya–Avstriya qoşunları 27–28 aprel 1799-cu il tarixlərində Adda çayı sahillərində general Jan Viktor Moronun komandanlıq etdiyi fransız ordusuna qalib gəlmişdir. == Xüsusiyyətlər == Po çayının sol qolu olan Addanın uzunluğu 313 kilometr, hövzəsinin sahəsi təqribən 8 min kilometr2-dir. == İqtisadiyyat == Adda çayı üzərində çox sayda SES var. Bəzi yerlərdə gəmiçiliyə yararlıdır. Addadan Milana uzunluğu 56 kilometr olan kanal çəkilmişdir.
Kalusko d'Adda
Kalusko d'Adda (it. Calusco d'Adda) — İtaliyada kommuna. Lombardiya bölgəsinin Berqamo əyalətində yerləşir. Kommunanın adı Berqamo ləhcəsində Calösch [kaˈløsk], Brianza ləhcəsində isə Kaluş kimi səslənir. Əhalisi 8125 nəfər (2008), əhalinin sıxlığı 1007 nəfər/km². Sahəsi 8 km² ərazini tutur. Poçt kodu — 24033. Telefon kodu — 035.
Kanonika d'Adda
Kanonika d'Adda (it. Canonica d'Adda) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Berqamo əyalətində yerləşir. Əhalisi 4158 nəfər (2008), əhalinin sıxlığı 1311,67 nəfər/km²-dir. Sahəsi 3 km² ərazini tutur. Poçt kodu — 24040. Telefon kodu — 02. Kommunanın himayədarı müqəddəs həvari və müjdəçi İlahiyyatçı Yəhyadır. Onu xatirə günu 27 dekabrda qeyd olunur.
Kazirate d'Adda
Kazirate d'Adda (it. Casirate d'Adda) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Berqamo əyalətində yerləşir. Əhalisi 3859 nəfər (2008), əhalinin sıxlığı 386 nəfər/km². Sahəsi 10 km² ərazini tutur. Poçt kodu — 24040. Telefon kodu — 0363. Müqəddəs həvari və evangelist Mark kommunanın himayədarı kimi hörmətlə qarşılanır. Şəhərdə bayram aprelin 25-də keçirilir.
Kuzinellus additionalis
Kuzinellus additionalis (lat. Kuzinellus additionalis) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin kuzinellus cinsinə aid heyvan növü.
Mikania additicia
Mikania additicia (lat. Mikania additicia) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Mənim Addımım
Mənim Addımım İttifaqı (erm: Իմ քայլը դաշինք - /im kaylı daşink/) — Ermənistan Respublikasında Vətəndaş İttifaqı (Nikol Paşinyan), Misiya Partiyası (Manuk Sukiasyan) və vətəndaş cəmiyyətinin müstəqil siyasətçilərindən ibarət siyasi ittifaq.İttifaq 2018 İrəvan Şəhər Şurası Seçkilərindən öncə avqust ayında qurulmşdur. İttifaqın lideri baş nazi Nikol Paşinyandır. 2018-ci ilin başlanğıcında, 31 Mart tarixində Nikol Paşinyan liderliyində Ermənistanın ikinci ən böyük şəhəri olan Gümrüdə üsyan başladı.Üsyan Mənim Addımım adlandı.Üsyanın səbəbi dəyişdirilən idarəetmə sistemində Serj Sarkisyanı seçildiyi baş nazir postundan devirmək idi. 23 sentyabr 2018-ci ildə İttifaq İrəvan Şəhər Şurası seçkilərinin Hayk Marutyanın mayor seçilməsi və 65 yerdən 57-ni qazanmaqla qalibi oldu.İttifaq ümumi səslərin 81.06%-ni,yəni 294,109 səsi qazana bildi. İttifaq 2018 Ermənistan Parlamenti seçkilərinə də qatıldı və 132 yerdən 88-ni qazanaraq Ermənistan Respublikasının Milli Məclisinin iqtidar partiyası oldu.İttifaq ümumi səslərin 70%-ni,yəni 884,456 səsi qazana bildi. İttifaqın prinsipi "Böyük Çadır"dır, yəni hərhansı bir siyasi mövqeni dəstəkləmir. İttifaq anti-korrupsiya üzrə fokuslanıb.Nikol Paşinyan isə mərkəzçi demokrat siyasətçi olaraq özünü ifadə edir. Paşinyanın anti-Rusiya siyasətini dəstəkləməyinə baxmayaraq seçki qələbəsindən sonra İttifaq Rusiya ilə siyasi və diplomatik əlaqələri gücləndirməyə kökləndi.Həmçinin Paşinyanın Avropa birliyi vəABŞ ilə də əlaqələri var.
Mənim Addımım Alyansı
Mənim Addımım İttifaqı (erm: Իմ քայլը դաշինք - /im kaylı daşink/) — Ermənistan Respublikasında Vətəndaş İttifaqı (Nikol Paşinyan), Misiya Partiyası (Manuk Sukiasyan) və vətəndaş cəmiyyətinin müstəqil siyasətçilərindən ibarət siyasi ittifaq.İttifaq 2018 İrəvan Şəhər Şurası Seçkilərindən öncə avqust ayında qurulmşdur. İttifaqın lideri baş nazi Nikol Paşinyandır. 2018-ci ilin başlanğıcında, 31 Mart tarixində Nikol Paşinyan liderliyində Ermənistanın ikinci ən böyük şəhəri olan Gümrüdə üsyan başladı.Üsyan Mənim Addımım adlandı.Üsyanın səbəbi dəyişdirilən idarəetmə sistemində Serj Sarkisyanı seçildiyi baş nazir postundan devirmək idi. 23 sentyabr 2018-ci ildə İttifaq İrəvan Şəhər Şurası seçkilərinin Hayk Marutyanın mayor seçilməsi və 65 yerdən 57-ni qazanmaqla qalibi oldu.İttifaq ümumi səslərin 81.06%-ni,yəni 294,109 səsi qazana bildi. İttifaq 2018 Ermənistan Parlamenti seçkilərinə də qatıldı və 132 yerdən 88-ni qazanaraq Ermənistan Respublikasının Milli Məclisinin iqtidar partiyası oldu.İttifaq ümumi səslərin 70%-ni,yəni 884,456 səsi qazana bildi. İttifaqın prinsipi "Böyük Çadır"dır, yəni hərhansı bir siyasi mövqeni dəstəkləmir. İttifaq anti-korrupsiya üzrə fokuslanıb.Nikol Paşinyan isə mərkəzçi demokrat siyasətçi olaraq özünü ifadə edir. Paşinyanın anti-Rusiya siyasətini dəstəkləməyinə baxmayaraq seçki qələbəsindən sonra İttifaq Rusiya ilə siyasi və diplomatik əlaqələri gücləndirməyə kökləndi.Həmçinin Paşinyanın Avropa birliyi vəABŞ ilə də əlaqələri var.
Mənim Addımım İttifaqı
Mənim Addımım İttifaqı (erm: Իմ քայլը դաշինք - /im kaylı daşink/) — Ermənistan Respublikasında Vətəndaş İttifaqı (Nikol Paşinyan), Misiya Partiyası (Manuk Sukiasyan) və vətəndaş cəmiyyətinin müstəqil siyasətçilərindən ibarət siyasi ittifaq.İttifaq 2018 İrəvan Şəhər Şurası Seçkilərindən öncə avqust ayında qurulmşdur. İttifaqın lideri baş nazi Nikol Paşinyandır. 2018-ci ilin başlanğıcında, 31 Mart tarixində Nikol Paşinyan liderliyində Ermənistanın ikinci ən böyük şəhəri olan Gümrüdə üsyan başladı.Üsyan Mənim Addımım adlandı.Üsyanın səbəbi dəyişdirilən idarəetmə sistemində Serj Sarkisyanı seçildiyi baş nazir postundan devirmək idi. 23 sentyabr 2018-ci ildə İttifaq İrəvan Şəhər Şurası seçkilərinin Hayk Marutyanın mayor seçilməsi və 65 yerdən 57-ni qazanmaqla qalibi oldu.İttifaq ümumi səslərin 81.06%-ni,yəni 294,109 səsi qazana bildi. İttifaq 2018 Ermənistan Parlamenti seçkilərinə də qatıldı və 132 yerdən 88-ni qazanaraq Ermənistan Respublikasının Milli Məclisinin iqtidar partiyası oldu.İttifaq ümumi səslərin 70%-ni,yəni 884,456 səsi qazana bildi. İttifaqın prinsipi "Böyük Çadır"dır, yəni hərhansı bir siyasi mövqeni dəstəkləmir. İttifaq anti-korrupsiya üzrə fokuslanıb.Nikol Paşinyan isə mərkəzçi demokrat siyasətçi olaraq özünü ifadə edir. Paşinyanın anti-Rusiya siyasətini dəstəkləməyinə baxmayaraq seçki qələbəsindən sonra İttifaq Rusiya ilə siyasi və diplomatik əlaqələri gücləndirməyə kökləndi.Həmçinin Paşinyanın Avropa birliyi vəABŞ ilə də əlaqələri var.
Nana Akufo-Addo
Nana Addo Dankva Akufo-Addo (ing. Nana Addo Dankwa Akufo-Addo; 29 mart 1944, Akkra) — 7 yanvar 2017-ci ildən etibarən Qana Prezidenti vəzifəsini icra edən qanalı siyasətçi. Akufo-Addo 2008 və 2012-ci illərdə prezidentliyə namizəd oldu, namizədliyinin hər ikisi Yeni Vətənpərvər Partiyasından irəli sürüldü. Hər iki namizədlikdə Milli Demokratik Konqresin namizədlərinə məğlub oldu: 2008-ci ildə Conn Atta Mills və 2012 ci ildə Con Mahamaya. 2012-ci il seçkilərindən sonra o, seçki nəticələrini qəbul etməkdən imtina etdi və seçkilərin nəticələrinə etiraz etmək üçün məhkəməyə müraciət etdi, lakin Ali Məhkəmə Mahamanın qələbəsini təsdiqlədi. 2016-cı il seçkilərində üçüncü dəfə Yeni Vətənpərvərlik Partiyasının prezidentliyə namizədi olaraq seçildi və bu dəfə Qanadakı prezident seçkilərində müxalifət namizədinin ilk dəfə qalib gəldiyi ilk turda Mahamanı məğlub etdi. Bu həm də Qanada müxtəlif liderinin prezident seçildiyi ilk belə hal olmuşdur. 2020-ci il seçkilərinin ilk turunda Mahamanı ikinci dəfə məğlub edərək tam çoxluq əldə etdi və 7 yanvar 2021 ci ildə yerli vaxtla saat 11:03-də and içdi. Nana Addo Dankva Akufo-Addo 29 mart 1944-cü ildə Qananın Akkra şəhərində, Adelina və Edvard Akufo-Addonun oğlu olaraq Qananın görkəmli kral və siyasi ailəsində anadan olmuşdur. Atası Edvard Akufo-Addo 1966–1970-ci illərdə Qananın üçüncü Baş Ədliyyəçisi, 1967–1968-ci illərdə Konstitusiya Komissiyasının sədri və 1970–1972-ci illərdə Qananın icraedici sədri idi.
Nəhəngin ilk addımları (film, 1976)
Film Bakı məişət kondisionerləri zavodunun yaranmasına və fəaliyyətə başlamasına həsr olunmuşdur.
Nəhəngin İlk Addımları (1976)
Film Bakı məişət kondisionerləri zavodunun yaranmasına və fəaliyyətə başlamasına həsr olunmuşdur.
Oktyabrın Qələbə Addımı ilə (1974)
Film Azərbaycanda Oktyabr inqilabının ildönümünün bayram edilməsindən danışır. Rejissor: Zeynəb Kazımova Ssenari müəllifi: Zeynəb Kazımova Səs operatoru: Şamil Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258.
Oktyabrın qələbə addımı ilə (film, 1974)
Film Azərbaycanda Oktyabr inqilabının ildönümünün bayram edilməsindən danışır. Rejissor: Zeynəb Kazımova Ssenari müəllifi: Zeynəb Kazımova Səs operatoru: Şamil Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258.
Paphiopedilum adductum
Paphiopedilum adductum (lat. Paphiopedilum adductum) — səhləbkimilər fəsiləsinin pafiopedilum cinsinə aid bitki növü. Agoo, E.M.G., Cootes, J., Golamco, A., Jr., de Vogel, E.F. & Tiu, D. 2004. Paphiopedilum adductum. 2006 IUCN Red List of Threatened Species.
Sonuncu addım (film, 2001)
Sonuncu addım (Rom: Chori Chori Chupke Chupke; hind: चोरी चोरी चुपके चुपके; Urdu: چوری چوری چپکے چپکے) — 2001-ci ildə Bollivudda istehsal olunan melodram filmidir. Sənaye maqnatı Kailaşnat Malhotranın (Amrish Puri) nəvəsi Rac (Salman Xan), dostunun toyunda Priya (Rani Mukherci) ilə görüşənə qədər nəyin bahasına olursa olsun evlilik mövzusundan qaçırdı. Onların qohumları dərhal nəvələrinin uşağını görmək arzusunda olan Kailaşnat Malhotra üçün xüsusilə xoşbəxtlik hadisəsi sayılan toyla razılaşırlar. Toydan az sonra ailə həkimi Priyanın uşaq gözlədiyini bildirir. Ancaq ailədəki sevinc uzun sürmür - tezliklə qəza nəticəsində Priya övladını itirir və bundan əlavə, həkim Raca bundan sonra bir daha uşaq sahibi ola bilməyəcəklərini bildirir. Onlar bu kədərli xəbəri ailədən gizlətməyə qərar verirlər. Racın ailəsinin uşaq arzusunda olduğunu bilən Priya onu başqası ilə evlənməyə razı salmağa çalışır, lakin Rac bu barədə eşitmək belə istəmir. O, belə olan vəziyyətdə bir uşağı övladlığa götürməyi təklif edir, lakin Priya uşaq sahibi ola biləcəyi üçün uşağın Racdan olmasının lazım olduğuna inanır və Racı onlar üçün uşaq dünyaya gətirməyə hazır olan surroqat ana tapmağa inandırır. Bir gecə klubunun rəqqasəsi olan Madhubala (Preity Zinta) surroqat ana olmağa razılaşır. Bu planını ailəsindən gizlətmək üçün Rac Priya və Madhu ilə İsveçrəyə getməyə və körpə ilə qayıtmağa qərar verir.
Obri Addams
Obri Addams (25 may 1987, Vestfild[d], Nyu Cersi) — amerikalı pornoaktrisa.
Addams ailəsi
Addams ailəsi (ing. The Addams Family) — amerikalı karikaturaçı Çarlz Addams tərəfindən yaradılmış uydurma ailə. Çarlzın çəkdiyi rəsmlər 1938-ci ildən 1988-ci ilə qədər "The New Yorker" jurnalda çap olunub. Addams ailəsi haqqında teleseriallar, filmlər, videooyunlar, komikslər və bir çox şey istehsal olunmuşdur. Addams ailəsi başqalarının onları qəribə və ya qorxulu hesab edə biləcəyindən tamamilə xəbərsiz olan, qaranlıq və qorxulu şeylərdə sevinc tapan özünəməxsus imkanlı ailədir. Bu ailənin personajlarına 1964-cü ildə serial çəkilənə qədər ad verilməmişdir. Addams ailəsi Qomez və Morticia Addams, onların uşaqları Venzdey və Paqsli, həmçinin onların yaxın qohumları Fester əmi və Nənədən ibarətdir. Həmçinin onların Lurch adlı sadiq nökərləri də vardır.
Venzdey Addams
Venzdey Addams (ing. Wednesday Addams) — Çarlz Addams tərəfindən yaradımış Addams ailəsi multimedia franşizasına daxil olan uydurma personaj. Venzdey qaranlıq və qorxulu şeylərə valeh olan gənc qızdır. O, solğun dərisi və qara hörüklü saçları ilə tanınır. Venzdey müxtəlif film və teleseriallarda fərqli aktrisalar tərəfindən ifa olunub. Lisa Lorinq onu "The Addams Family" (1964–1966) serialında və "Halloween with the New Addams Family" (1977) televiziya filmində canlandırıb. Christina Ricci Venzdeyi "Addams ailəsi" (1991) və "Addams Family Values" ​​(1993) bədii filmlərində canlandırıb. Başqa bir aktrisa Nikol Fugere onu "Addams Family Reunion" (1998) filmində və "The New Addams Family" (1998-1999) serialında oynayıb. Son olaraq Venzdey aktrisa Cenna Orteqa tərəfindən 2022-ci ildə çəkilmiş Netflix serialında ifa olunub.
Çarlz Addams
Çarlz Semuel Addams (ing. Charles Samuel Addams; 7 yanvar 1912[…], Vestfild[d], Nyu Cersi – 29 sentyabr 1988[…], Hells Kitçen[d], Nyu-York ştatı) — amerikalı karikaturaçı rəssam. O, yaratdığı qorxunc personajlarla tanınma qazanıb. Onun ən məşhur əsərlərindən biri Addams ailəsidir. Çarlz Addams Nyu-Cersi ştatının Vestfild şəhərində anadan olub. Onun valideynləri Qreys M. (qızlıq soyadı: Spear; 1879–1943) və Çarlz Huey Addams idi. Atası fortepiano şirkətində işləyirdi və memar olmaq istəyirdi. Uşaqlıq dostları onu dəcəl uşaq kimi xatırlayırdı. O, soyadlarının fərqli yazılışına baxmayaraq ABŞ prezidentləri Con Adams və Con Kuinsi Adamsla uzaq qohum idi. Həmçinin o, sosial islahatlarda gördüyü işlərlə məşhur olan Ceyn Addamsın əmisi oğlu idi.
Addiktologiya
Addiktologiya (ing. addiction — asılılıq (asılı) davranış haqqında elm. Narkomaniya asılılıqların səbəblərini, inkişaf mexanizmlərini, psixoloji və klinik əlamətlərini, simptomlarını, dinamikasını, korreksiya və terapiya üsullarını öyrənir. Müstəqil bir sahə kimi Addiktologiya 80-ci illərin sonlarında ABŞ-də alkoqol və psixoaktiv maddələrlə əlaqəli asılılıq təbabətinin bir qolu kimi meydana çıxdı. Bu gün addictionology psixiatriya, klinik psixologiya və narkologiyanın kəsişməsində yerləşir və asılılıq davranışı problemini müxtəlif aspektlərdən araşdırır. == Addiktologiya yaradan davranış == Asılılıq davranışı deviant davranış formalarından biridir və psixi vəziyyətin dəyişməsi ilə reallıqdan uzaqlaşma ilə ifadə olunur. Yəni insan özünə yaraşmayan reallığı "tərk edir". Asılılıq davranışının mahiyyəti müəyyən maddələr qəbul edərək və ya diqqəti müəyyən obyektlərə və ya fəaliyyətlərə yönəltməklə insanın psixi vəziyyətini dəyişdirmək istəyidir. Asılılıq davranışının inkişafı gələcək narkomanda çox güclü təəssürat yaradan, yaddaşda qalan və dayaz şüuraltıdan asanlıqla çıxarılan bir şeyin təsiri ilə qarşılaşdıqda baş verən fiksasiya ilə başlayır. Fiksasiya psixi vəziyyəti dəyişdirən maddəyə məruz qalma, hansısa fəaliyyət növündə, o cümlədən, məsələn, oyunda iştirakla və s.
Fiziki məşğələ addiksiyası
Fiziki məşğələ addiksiyası — asılılığın obyektinin idman, məşq və ya idman olduğu davranış asılılığının növlərindən biri. Məşq asılılığı, hər hansı bir asılılıq kimi, aşağıdakı simptomlarla xarakterizə olunur: "həddindən artıq dəyər", çəkilmə sindromu, əhval dəyişikliyi, artan dözümlülük, şəxsiyyətdaxili və şəxsiyyətlərarası münaqişələr, residivlər. == Ümumi təsviri == Əgər məşq asılılığınız varsa, bir insan həddindən artıq tez-tez məşq edir ki, bu da onun fiziki və psixoloji sağlamlığına zərər və ziyan vurur. Alimlər idmandan asılılığın iki növünü ayırd edirlər: birincili və ikincili. Birincili asılılıqda asılılığın obyekti fiziki məşqin özüdür ki, bu da fərdin problemlərdən qaçmaq və stressi azaltmaq funksiyasına xidmət edir, ikinci dərəcəli asılılıq isə qidalanma pozğunluğunun əlamətlərindən biridir ki, bu zaman idman çəkiyə nəzarət vasitəsi kimi istifadə olunur. İdman psixologiyasında məşqdən asılılığın aşağıdakı simptomlarını əsas kimi qəbul etmək adətdir: "üstün dəyər" — fiziki məşq digərləri ilə müqayisədə ən çox vaxt və səy tələb edən gündəlik insan fəaliyyətinin ən vacib növüdür; eyni zamanda, idman fərd başqa işlərlə məşğul olanda belə onun düşüncə və hisslərində daim mövcuddur; çəkilmə sindromu — enerji çatışmazlığı, aşağı əhval-ruhiyyə, artan əsəbilik, narahatlıq kimi xoşagəlməz fiziki və psixoloji vəziyyətlərin görünüşü, məşqlərin sayının azalması və ya onların tamamilə dayandırılması; əhval dəyişikliyi — idmanla məşğul olmaq nəticəsində yaranan insanın emosional fonunda dəyişikliklər (zövq almaq, sakitləşmək, stressdən qurtulmaq və s.); dözümlülüyün artması — əhval dəyişikliklərinin eyni təsirlərinə nail olmaq üçün "narkomanların" təlimin sayını, müddətini və intensivliyini artırmaq ehtiyacı; şəxsiyyətdaxili və şəxsiyyətlərarası münaqişələr — bir şəxs həyatının digər sahələrinə (təhsil, iş, ailə) kifayət qədər vaxt ayırmır, bunun nəticəsində yaxınları ilə münaqişələr yaranır; Şəxsdaxili münaqişə narkomanın özünə nəzarəti itirməsi və davranışını dəyişdirə bilməməsi səbəbindən yaranır; residiv — təlimin miqdarını azaltdıqdan və ya tamamilə dayandırdıqdan sonra əvvəlki davranış nümunələrinə dəfələrlə qayıtmaq meyli.
Emmanuel Addai
Emmanuel Addai (1 avqust 2001, Kumasi) — Azərbaycan Premyer Liqasındakı "Qarabağ" klubunda cinah yarımmüdafiəçisi kimi çıxış edən qanalı futbolçu. == Karyera == 1 avqust 2001-ci ildə Kumasidə anadan olan Emmanuel Addai gənclik karyerasına Akkradakı JMG Academy-də başlamış, 2021-ci ilin avqustunda Fransanın "Bobiqni" komandasına qoşulmuşdur. Böyüklər üçün futbol karyerasına isə "Bobiqni" heyəti tərkibində Milli Çempionat 2-də (Həvəskarlar üzrə Fransa Çempionatı) başlayan Addai burada oynadığı 20 oyunda 6 qol vurmuşdur. Addai 12 iyul 2022-ci ildə İspaniyanın "Alkorkon" klubu ilə müqavilə imzalayıb Bununla belə, o, mövsümün ilk yarısını bürokratik problemlərə görə qeydiyyatsız keçirmiş, klubdakı ilk oyununu yalnız 14 yanvar 2023-cü ildə, "Deportivo La-Korunya" ilə matçda oynaya bilmişdir. Sözügedən matçda klub "Deportivo La-Korunya" üzərində 3–1 hesabı ilə qələbə çalıb. Addai qeydiyyatdan keçdikdən sonra mütəmadi olaraq "Alkorkon" heyətində çıxış edib. O, 24 iyun 2023-cü ildə "Kastelon"un "Alkorkon" tərəfindən 2–1 hesabla məğlub edildiyi ev oyununda hesabı bərabərləşdirən qolu vurmuş və bu da onun komandasının İspaniya ikinci futbol divizionuna yüksəlməsinə səbəb olmuşdur. İyulun 5-də o, klub ilə müqaviləsini daha bir il müddətinə yeniləyib. Addai 23 avqust 2024-cü ildə Azərbaycanın "Qarabağ" futbol klubu ilə iki illik müqavilə imzalayıb.