ADLAMAQ bax addamaq. Nalqıran dağları adlayıb aşarkən; Məni də alınız, uçayım dağlara; Könlümdə nə varsa açayım dağlara. M.Müşfiq. Qız kəndə gedən cığıra adlayaraq dağa qalxdı. Ə.Sadıq. [Qəhrəmani] vağzalın böyük binasından keçib relslərin üstündən adlayaraq, depoya tərəf getdi. M.İbrahimov.