adres
afərin
OBASTAN VİKİ
Aeroport
Hava limanı və ya aeroport — hava gəmilərinin qəbul edilməsi, yola salınması və hava daşımalarına xidmət göstərilməsi üçün nəzərdə tutulan, bu məqsədlərə görə aerodroma, aerovağzala və zəruri avadanlığa malik olan qurğular, tikililər kompleksi. Dünyada yeni və sürətlə inkişaf vedən nəqliyyat növü hava (aviasiya) nəqliyyatıdır. Aviadaşımalarına görə Şimali Amerika və Avropa, ölkələr üzrə ABŞ, Böyük Britaniya, Yaponiya, Fransanı qeyd etmək lazımdır. Hava nəqliyyatının inkişafı ilk növbədə hava limanları şəbəkəsi ilə ölçülür. Dünyanın ən iri hava limanları Çikaqo, Nyu-York, London, Tokio, Paris, Moskva, Los-Anceles, San-Fransisko, Doha, Frankfurt, İstanbul və s. böyük şəhərlərdədir. == Azərbaycanda == Heydər Əliyev Beynəlxalq Aeroportu, Azərbaycanın altı beynəlxalq hava limanından biridir. 10 mart 2004-cü ildə Bakı Beynəlxalq Aeroportuna, 35 il dövlət başçısı vəzifəsini icra edən və Azərbaycan Respublikasının keçmiş Prezidenti, ulu öndər Heydər Əliyevin şərəfinə ad verilmişdir. Heydər Əliyev Beynəlxalq Aeroportu hava limanınlarının auditi sahəsində ən nüfuzlu "Skytrax World Airport Awards"-un maksimal "5 Ulduz" statusuna layiq görülmüşdür. Heydər Əliyev Beynəlxalq Aeroportu 2018-ci il üzrə MDB ölkələri arasında ən yaxşı aeroport seçilmişdir.
Aeroport terminalı
Aerovağzal və ya aeroport terminalı (q.yun. ἀέριος – "hava" + ing. vauxhall – "vağzal") — hava limanında sərnişinlərə xidmət göstərmək üçün bina. == Xüsusiyyətlər == Sərnişin kompleksinin hava limanı zonası mərkəzində yerləşən əsas tikilisidir. Kompleksə, əsasən, bunlar daxil olur: şəhər nəqliyyatı üçün dayanacağı olan vağzalyanı meydança, təyyarə dayanacağı olan perron, perronun texniki xidmət binası, təyyarədəki sərnişinlər üçün yemək hazırlayan sex, mehmanxana, komanda-dispetçer məntəqəsi və s. Aerovağzal daxili və beynəlxalq xətlərə xidmət edə bilər. Aerovağzalda sərnişinlərə göstərilən xidmətlərə bilet satışı və qeydiyyatı, baqaj qəbulu, komplektləşdirilməsi və təhvili, təyyarələrin hərəkəti haqqında məlumat verilməsi, poçt xidməti, məişət xidməti, tibb xidməti və s. daxildir. Beynəlxalq hava xətlərinin aeroportlarında bu proseslərə sərhəd pasport nəzarəti və baqajların gömrük qaydaları ilə yoxlanması da daxildir. Böyük şəhərlərdə əhaliyə xidməti yaxşılaşdırmaq və aeroportların işini yüngülləşdirmək məqsədi ilə şəhər aerovağzalları tikilir.
Amundsen — Skott (aeroport)
Amundsen — Skott — hava limanı Amundsen - Skot qütb stansiyasında yerləşir. Hava limanı buz üzərində üçüş-eniş zolağına sahibdir. Zolağın uzunluğu 3658 m təşkil edir. Hava limanı oktyabrdan fevrala qədər fəaliyyət göstərir. Hava limanı əsasən stansiyaya avadanlıqların daşınmasını həyata keçirilir. LC-130 Hercules təyyarələri xüsusi xizəklərlə təmin olunurlar. Bununla da eniş və uçuşun təminatına imkan verir. Hava limanı bəzən gün ərzində bir necə uçuş həyata keçirilir. Xüsusi ilə yüklər Mak-Merdo stansiyasından daşınır. == Herkules təyyarələri == Herkules təyyarələri yük götürmə qabiliyyətinin yüksək olması baxmından stansiyada mühüm əhəmiyyət kəsb edir.
Heydər Əliyev adına beynəlxalq aeroport
Heydər Əliyev Beynəlxalq Aeroportu, Heydər Əliyev adına Beynəlxalq Hava Limanı və ya qısaca Bakı Hava Limanı — Bakı şəhərindən 20 km şimal-şərqdə, Binə qəsəbəsində yerləşən və Qafqazda ən böyük beynəlxalq hava limanı. 10 mart 2004-cü il tarixində hava limanı Azərbaycan Respublikasının üçüncü prezidenti Heydər Əliyevin şərəfinə yenidən adlandırılıb. Heydər Əliyev Beynəlxalq Aeroportu, Azərbaycanın və Qafqazın ən işlək hava limanıdır. Hava limanı "Azərbaycan Hava Yolları" və onun struktur bölməsi "Buta Airways" aşağıbüdcəli aviaşirkətinin baza aeroportudur, "Silk Way Airlines"ın isə yük daşıyıcısıdır. == Tarix == 20 oktyabr 1910-cu il tarixində Bakı şəhərinin üzərindən ilk təyyarə uçmuşdur. Sergey Utoçkinin idarə etdiyi uşaqsayağı yöndəmsiz və möhkəm olmayan "Farman-4" sistemli fransız biplanı heyrətdən yerində donmuş tamaşaçıların başı üzərində bir neçə dairə vurmuş, sonra isə gurultulu alqışlar altında yerə enmişdi. Azərbaycanın mülki aviasiyası öz inkişafına 1923-cü ildə ilk poçt və sanitar reyslərinin icrası ilə başlayıb. Ondan kənd təsərrüfatında həşəratlarla mübarizə üçün istifadə edilirdi. Həmin dövrdə xüsusi təyinatlı aviasiya, sanitar aviasiyası yaradılır. 20-ci illərdə Xəzər dənizi üzərində uçuşların birində təyyarəçi Teymur Mustafayev dənizin dibindən çıxan qovuqlar və su üzərində yağlı ləkələr görüb.
Atatürk Beynəlxalq Aeroportu
Atatürk Beynəlxalq Hava Limanı — (türk. Atatürk Uluslararası Havalimanı, ing. Atatürk International Airport) (IATA: ISL , ICAO: LTBA) — İstanbulun Avropa hissəsində beynəlxalq hava limanı, öncəki adı Yeşilköy Hava Limanı olmuşdur. 1900-cü illərin əvvəllərində Türkiyədə ilk hava nəqliyyatının başladıldığı yer olan Atatürk Aeroportu, 1953-cü ildə beynəlxalq hava nəqliyyatına açılmışdır. 29 iyul 1985-ci il tarixində adı Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün soyadı verilərək, Atatürk Beynəlxalq Hava Limanı olaraq dəyişdirilmişdir.
Bakı Aeroportu
Heydər Əliyev Beynəlxalq Aeroportu, Heydər Əliyev adına Beynəlxalq Hava Limanı və ya qısaca Bakı Hava Limanı — Bakı şəhərindən 20 km şimal-şərqdə, Binə qəsəbəsində yerləşən və Qafqazda ən böyük beynəlxalq hava limanı. 10 mart 2004-cü il tarixində hava limanı Azərbaycan Respublikasının üçüncü prezidenti Heydər Əliyevin şərəfinə yenidən adlandırılıb. Heydər Əliyev Beynəlxalq Aeroportu, Azərbaycanın və Qafqazın ən işlək hava limanıdır. Hava limanı "Azərbaycan Hava Yolları" və onun struktur bölməsi "Buta Airways" aşağıbüdcəli aviaşirkətinin baza aeroportudur, "Silk Way Airlines"ın isə yük daşıyıcısıdır. == Tarix == 20 oktyabr 1910-cu il tarixində Bakı şəhərinin üzərindən ilk təyyarə uçmuşdur. Sergey Utoçkinin idarə etdiyi uşaqsayağı yöndəmsiz və möhkəm olmayan "Farman-4" sistemli fransız biplanı heyrətdən yerində donmuş tamaşaçıların başı üzərində bir neçə dairə vurmuş, sonra isə gurultulu alqışlar altında yerə enmişdi. Azərbaycanın mülki aviasiyası öz inkişafına 1923-cü ildə ilk poçt və sanitar reyslərinin icrası ilə başlayıb. Ondan kənd təsərrüfatında həşəratlarla mübarizə üçün istifadə edilirdi. Həmin dövrdə xüsusi təyinatlı aviasiya, sanitar aviasiyası yaradılır. 20-ci illərdə Xəzər dənizi üzərində uçuşların birində təyyarəçi Teymur Mustafayev dənizin dibindən çıxan qovuqlar və su üzərində yağlı ləkələr görüb.
Balakən aeroportu
Balakən Aviasiya Mərkəzi Azərbaycanın Balakən rayonunun Tülü kəndində yerləşir və hazırda Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin (KHVTİC) nəzdindədir. == Haqqında == Balakən Aviasiya Mərkəzi əvvəllər başqa adla fəaliyyət göstərib. Mərkəzin yerləşdiyi ərazidə 1983-cü ilədək aeroport olub. Balakən-Bakı təyyarə reysi sərnişinlərə xidmət göstərib. 1985-ci ildə isə Balakən aeroportunun yerində 1924-cü ildən fəaliyyətə başlamış Bakı aeroklubunun əlavə bazası kimi Aviasiya İdman Klubu yaradılıb. Həmin vaxtlar Moskvadan gəlmiş nümayəndə heyəti müxtəlif rayonlarda baxış keçirəndən sonra məhz mülayim iqliminə, sakit, küləksiz havasına görə Balakəni seçiblər. Balakən Aviasiya İdman Klubu 2001-ci ildən Balakən Aviasiya Mərkəzi adlanıb və fəaliyyət istiqamətləri peşəkarlıqla qurulub. Mərkəzin iki YAK-52 və iki AN-2 təyyarəsi var. Əvvəllər burada həvəskar təyyarəçilər də hazırlanıb. Müqavilə əsasında 2 il müddətinə 14 nəfər həvəskar təyyarəçi peşəsinə yiyələnib.
Banya-Luka Beynəlxalq Aeroportu
Banya-Luka (serb. Међународни аеродром Бања Лука, bosn. Međunarodni aerodrom Banja Luka) — Bosniya və Herseqovina ərazisində yerləşən beynəlxalq hava limanı. Hava limanı bəzən Maxovlyani Aeroportu adlanır. Bu cür adlanma onun yaxınlığında yerləşən kəndin adı ilə əlaqədardır. Hava limanı Bnya-Luka dəmir yol stansiyasından 18 km şimal-şərqdə yerləşir. Banya-Luka Bosniya və Herseqovinanın ikinci böyük şəhəridir. Üstəlik Serb Respublikasının paytaxtıdır. == Tarixi == Banya-Luka Beynəlxalq hava limanının inşasına 1976-cı ildə başlanmışdır. O dövr üçün hava limanı yerli əhəmiyyətli bir aeroport olaraq inşa edilmişdir.
Franyo Tucman Aeroportu
Franyo Tucman Aeroportu (xorv. Zračna luka „Franjo Tuđman”) — Xorvatiyanın ən böyük və ən aktiv aeroportudur. Hava limanı Xorvatiyanın keçmiş prezidenti Franyo Tucmanın adını daşıyır. Liman həm də Pleso aeroportu kimi də tanınır. Aeroport Velika Goritsada Zaqreb Mərkəzi Vağzalından 10 km cənub-şərqdə yerləşir. Aeroportun ərazisində, "Polkovnik Marko Jivkoviç" baraklarında Xorvatiya Hərbi Hava və Hava Hücumundan Müdafiə Qüvvələrinin bazası yerləşir. Həmçinin, aeroportda Xorvatiya Hava Nəqliyyatına Nəzarət İdarəsinin qərargahı var. Aeroport 2015-ci ildə 2 587 798 sərnişinə xidmət edib. Aeroport Xorvatiya hökuməti tərəfindən imzalanan müqaviləyə müvafiq olaraq 30 illik konsessiya əsasında ZAIC konsorsiumuna (Zaqreb Aeroportu Beynəlxalq Şirkəti) verilmişdir. == Terminallar == === Terminal 1 === Sərnişin terminalı yeni layihə ilə yenidən qurulub və 2008-ci ildən bəri VIP terminal kimi sərnişinlərə, aeroport ziyarətçilərinə xidmət göstərir.
Gəncə aeroportu
Gəncə Beynəlxalq Hava Limanı — Gəncə şəhərində ən böyük beynəlxalq hava limanı. Gəncə Hava Limanı uzun müddət hərbi aerodrom kimi istifadə olundu. Vaxtı ilə SSRİ Hərbi Hava Qüvvələrinin bazasında olmuşdur. SSRİ vaxtı aerodrom müştərək bazalı aerodrom idi, burada aeroport və hərbi aerodrom yerləşirdi. SSRİ dağıldıqdan sonra hərbi aviasiya Rusiyanın aerodromlarına köçürüldü. == Tarixi == Böyük Vətən müharibəsi dönəmində aviabaza ehtiyat qırıcı polkunun təlim düşərgəsi rolunu oynayırdı. 1942-ci ilin yanvarından 1946-cı ilə qədər olan dövrdə Zaqafqaziya Cəbhəsi Hərbi Hava Qüvvələrinin 4-cü ehtiyat aviasiya briqadasının 11-ci ehtiyat qırıcı aviasiya alayı aerodromda yerləşirdi. 1945-ci ilin dekabrından 1953-cü ilin sentyabrına qədər burada 761-ci qırıcı aviasiya polku yerləşirdi. Bu alay yenidən cəbhə üçün 23-dən çox döyüş alayı hazırladı və təşkil etdi. Yeni alayların pilotları burada Petlyakov Pe-2, Republic P-47 Thunderbolt, North American B-25 Mitchell və digər təyyarələrdə təlim keçirdilər.
Heydər Əliyev Beynəlxalq Aeroportu
Heydər Əliyev Beynəlxalq Aeroportu, Heydər Əliyev adına Beynəlxalq Hava Limanı və ya qısaca Bakı Hava Limanı — Bakı şəhərindən 20 km şimal-şərqdə, Binə qəsəbəsində yerləşən və Qafqazda ən böyük beynəlxalq hava limanı. 10 mart 2004-cü il tarixində hava limanı Azərbaycan Respublikasının üçüncü prezidenti Heydər Əliyevin şərəfinə yenidən adlandırılıb. Heydər Əliyev Beynəlxalq Aeroportu, Azərbaycanın və Qafqazın ən işlək hava limanıdır. Hava limanı "Azərbaycan Hava Yolları" və onun struktur bölməsi "Buta Airways" aşağıbüdcəli aviaşirkətinin baza aeroportudur, "Silk Way Airlines"ın isə yük daşıyıcısıdır. == Tarix == 20 oktyabr 1910-cu il tarixində Bakı şəhərinin üzərindən ilk təyyarə uçmuşdur. Sergey Utoçkinin idarə etdiyi uşaqsayağı yöndəmsiz və möhkəm olmayan "Farman-4" sistemli fransız biplanı heyrətdən yerində donmuş tamaşaçıların başı üzərində bir neçə dairə vurmuş, sonra isə gurultulu alqışlar altında yerə enmişdi. Azərbaycanın mülki aviasiyası öz inkişafına 1923-cü ildə ilk poçt və sanitar reyslərinin icrası ilə başlayıb. Ondan kənd təsərrüfatında həşəratlarla mübarizə üçün istifadə edilirdi. Həmin dövrdə xüsusi təyinatlı aviasiya, sanitar aviasiyası yaradılır. 20-ci illərdə Xəzər dənizi üzərində uçuşların birində təyyarəçi Teymur Mustafayev dənizin dibindən çıxan qovuqlar və su üzərində yağlı ləkələr görüb.
Kabil aeroportu
Hamid Kərzai adına Beynəlxalq Hava Limanı (puşt. د حامدکرزی نړيوال هوائي ډګر, dəri میدان هوائی بین المللی حامدکرزی) — Əfqanıstanın Kabil şəhərində yerləşən beynəlxalq aeroport. Kabilin mərkəzindən 5 km uzaqlıqda yerləşir. 2014-cü ildə hava limanına Əfqanıstana 2001-2014-cü illərdə rəhbərlik etmiş Hamid Kərzainin adı verildi. == Haqqında == 1960-cı ilin əvvəllərində inşa edilmişdir. SSRİ-nin Əfqanıstana müdaxilə etdiyi dövrdə (1979-1989-cu illər) hava limanı Qızıl Ordu tərəfindən tam nəzarətə alınmışdı. SSRİ-nin Əfqanıstandan çəkilməsindən sonra aeroport SSRİ-ni dəstəkləyən qüvvələrin nəzarətində qaldı. 2001-ci ildən sonra hava limanı ABŞ Ordusu, NATO və NATO-nun tabeliyində olan BTDQ-nin nəzarəti altına düşdü. 2002-ci ildən sonra BMT hava limanına tətbiq etdiyi sanksiyaları aradan qaldırdı və bundan sonra hava limanından mülkü uçuşlara icazə verildi. 2021-ci ildə Kabilin Taliban tərəfindən ələ keçirilməsindən sonra mülki uçuşlar ləğv edildi.
Lənkəran aeroportu
Lənkəran Beynəlxalq Hava Limanı Azərbaycanın cənub-şərqində yerləşən Lənkəran şəhərinin beynəlxalq hava limanıdır. Lənkəran Hava Limanının yenidən qurulmasına 2005-ci ildə başlanmış və 2008-ci ildə isə başa çatdırılmışdır. Lənkəran aeroportunun yenidən qurulması üzrə işlərin dəyəri 51,1 mln. dollar təşkil edib. Həmin ildə Lənkəran Hava Limanı beynəlxalq hava limanı statusunu qazanmışdır. == Tarixi == 1930-cu ildən Lənkəran-Bakı istiqaməti ilə iki qanadlı təyyarə uçuş həyata keçirirdi. İlk vaxtlar aeroport şəhərin qərb hissəsində, Narbağı adlanan ərazidə, Lənkəran Dövlət Universitetinin indiki 1 nömrəli tədris korpusunun olduğu binanın önündə yerləşirdi. 40 hektardan çox ərazidə yerləşən və 1978-ci ildən istifadə edilən indiki Lənkəran aeroportu isə istismara yararsız olduğu üçün 2008-ci ildə yenidən qurulmuşdur. Tikinti işlərini Türkiyənin Zema şirkəti həyata keçirib. Dağ tərəfdən qrunt sularının qarşısını almaq üçün 5271 metr uzunluğunda kanal çəkilmişdir.
Naxçıvan aeroportu
Naxçıvan Hava Limanı — Naxçıvan Muxtar Respublikasının eyni adlı şəhərinin hava limanıdır. Naxçıvan şəhərinin mərkəzindən 4 kilometr məsafədə yerləşir və ölkənin blokadada olan bu regionunun yeganə hava qapılarıdır. Naxçıvan Hava Limanı tikintisinə 1974-cü il 31 oktyabrda başlanmış və 1976-cı ildə başa çatmışdır. O vaxt 3-cü dərəcəli təyyarələri (Yak-40, An-24 və onlara oxşar) qəbul etmişdir. Ancaq Bakı şəhərinə reyslər həyata keçirilirdi. Hava limanı 1990-cı illərin ikinci yarısında inkişaf etməyə başladı: Naxçıvan Muxtar Respublikasının Ermənistan tərəfindən blokadaya alınması nəticəsində aviasiya nəqliyyat əlaqəsi üçün yeganə vasitə olmuşdur. Bu səbəbdən, 1992-ci ildə, həmin dövrdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin (parlamentin) sədri olan Heydər Əliyev Naxçıvan Hava Limanının uçuş enmə zolağının yenidən qurulması təşəbbüsünü irəli sürdü və bu iş yerli mütəxəssislər cəlb olunmaqla qısa müddət ərzində həyata keçirildi. Uçuş enmə zolağının uzadılması nəticəsində hava limanı Tu-134 tipli təyyarələri qəbul etmək imkanı əldə etdi. 1995-ci ildə Naxçıvanda Tu-134 təyyarəsinin qəzası nəticəsində 52 nəfər həyatını itirmişdir. 2002-2004-cü illər ərzində yeni təyyarə vağzalı tikildi, 2004-cü ilin aprel ayında isə Naxçıvan Hava Limanı Beynəlxalq Hava Limanı statusunu qazandı.
Qəbələ Beynəlxalq Aeroportu
Qəbələ Beynəlxalq Hava Limanı - Azərbaycanın Qəbələ rayonunda beynəlxalq standartlara cavab verən aeroport. 17 noyabr 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən açılmışdır. Qəbələ Hava Limanın qurulmasına 2011-ci ildə başlanmış və açılışı da həmin ildə olmuşdur. Həmin ildə Qəbələ Hava Limanına beynəlxalq status verilmişdir. Hava limanının ilk beynəlxalq aviareysi 2012-ci ilin noyabr ayından etibarən yerinə yetirilməyə başlanmışdır. İlk beynəlxalq aviareys Rusiyanın Uralskiye Avialinii şirkəti Moskva-Qəbələ marşrutu üzrə yerinə yetirilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi başlanmazdan öncə Azərbaycan və Türkiyə ordularının birlikdə keçirdikləri hərbi təlimlər zamanı Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 6 ədəd F-16 qırıcı təyyarələri əvvəlcə Gəncə Beynəlxalq Hava Limanında, daha sonra isə Qəbələ aeroportunda saxlanılırdı. Həmin təyyarələr müharibə zamanı da Qəbələdə qalmağa davam etdi. Prezident İlham Əliyev xalqa müraciətində həmin təyyarələrin Azərbaycanda olmasını təsdiqləsə də, onların Qarabağdakı hərbi əməliyyatlarda iştirak etmədiyini bildirib, əgər müharibəyə hansısa üçüncü tərəfin müdaxilə edəcəyi təqdirdə F-16 təyyarələrinin Azərbaycanı qoruyacağını deyib. Hava limanının uçuş-enmə zolağının uzunluğu 3600 metr, örtüyün materialı isə asfaltdandır.
Qəbələ aeroportu

Sarayevo Beynəlxalq Aeroportu
Sarayevo Beynəlxalq Aeroportu (IATA: SJJ, ICAO: LQSA) — Butmir aeroportu kimi də tanınan, Bosniya və Herseqovinanın əsas beynəlxalq aeroportudur. 2014-cü ildə 709 901 sərnişin aeroportdan uçuş həyata keçirib ki, bu da 1996-cı ilə nəzərən 25 min nəfər çoxdur.
Sinqapur Çanqi Aeroportu
Sinqapur Changi Aereportu (IATA: SIN, ICAO: WSSS) və ya Changi Aereportu, Sinqapurun şərqindəki Changi bölgəsində yerləşən beynəlxalq hava limanıdır. Changi Aereportu, Sinqapurun ən böyük hava limanıdır və eyni zamanda Cənub-Şərqi Asiyanın ən böyük hava limanlarından biridir. 1981-ci ildə fəaliyyətə başlayan Changi, bu gün təqribən 80 ölkədə 300 istiqamətə uçuşlar həyata keçirən əhəmiyyətli əlaqə mərkəzidir. Hər həftə orta hesabla 6,500 təyyarənin enib-qalxdığı Changi, 2014-cü ildə 54,1 milyon sərnişinə ev sahibliyi etmişdir.
Split Beynəlxalq Aeroportu
Split Beynəlxalq Hava Limanı — Xorvatiyanın Orta Dalmasiya regionunda Split, Kaştekla, Troqir və sahil boyu şəhərlərə xidmət edən beynəlxalq hava limanı. Split Beynəlxalq Aeroportu Xorvatiyanın sərnişin dövrüyyəsinə görə ikinci ən böyük hava limamı (1 190 551 nəf. 2007 il). Hava limanı həmdə Croatia Airlinesin əlaqələndicisi funksiyasınl təşkil edir. Buradan Londan, Amsterdam, Frankfurt, Roma, Paris və digər iri şəhərlərə uçan təyyarələr eniş edir. Aeroflot (Şeremetovo Hava limanı) Air One (Roma) airberlin (Dyuseldorf) Alitalia (Air Alps ilə) (Milan-Malpensa) Austrian Airlines (Vyana) Croatia Airlines (Amsterdam, Berlin-Şenefed, Byusfell, Dubrovnik, Dyusseldorf, Frakfurt, London-Qetvik, London-Xitrou, Lion, Myunxen, Osiek, Şarl de Qoll Aeroportu, Leonardo da Vinçı adına Beynəlxalq Aeroportu, Skope, Vyana, Zaqreb, Surix) Czech Airlines (Praqa) easyJet (Bristol, Jeneva, London-Qetvik) Flybe (Birmingem) Germanwings (Berlin-Şenefeld, Köln/Bonn, Dortmunt, Hamburq, Ştutqart, Hanover) InterSky (Fridrixsxafen, Qras) Luxair (Lüksenburq) Norwegian Air Shuttle (Berqen, Oslo, Stokholm-Arlanda, Helsinki, Tronheyn, Varşava) S7 Airlines (Domodedovo Beynəlxalq Aeroportu) Scandinavian Airlines System (Stokholm-Arlanda, Qöteburq) Sterling Airlines (Kopenhagen) Thomas Cook Airlines (London-Qetvik, Mançester) 2007-ci ilin payızından havada limanında təmir işlərinə başlanılmışdır. Təmir işləri 2011-ci ildə başa çatdırılmışdır. Hazırda hava limanı iri terminala sahibdir. Hava limanın genişləndirilməsi üç mərhələ gerçəkləşdirilməlidir: Birinci mərhələ, 2008—2009 Perron sahəsinin 45 min. m² qədər artırılması.
Tenerife aeroportunda fəlakət (27 mart 1977)
Tenerife aeroportunda fəlakət — 27 mart 1977-ci ildə baş vermiş hadisə. Kanar adalarında İki Boeing 747 Tenerife Aerodromunda toqquşdu və 583 adam öldü. Bu qəza sərnişin təyyarə qəza tarixində ən çox can itkisi verən qəza olaraq tarixə düşdü. Final reports from Spanish authorities and commentary from Dutch authorities (ing.) "KLM, B-747, PH-BUF and Pan Am, B-747, N736, collision at Tenerife Airport, Spain, on 27 March 1977." ( Arxivləşdirilib 15 avqust 2011 at the Wayback Machine) - Subsecretaría de Aviación Civil, Spain.
Xarkov Beynəlxalq Aeroportu
Xocalı aeroportu
Xocalı Hava Limanı və ya Xankəndi Hava Limanı — Azərbaycanın Xocalı rayonunda, Xankəndi şəhərindən 10 kilometrlik məsafədə yerləşən hava limanıdır. Qondarma Dağlıq Qarabağ Respublikası tərəfindən idarə olunan hava limanı 2009–2012-ci illərdə əsaslı təmir olunub beynəlxalq hava limanı şəklində istifadəyə verilməyə hazır olsa da, Azərbaycanın qəti etirazları bu istifadəyə hələ ki, imkan vermir. Bu səbəbdən hava limanı 2020-ci ilə qədər BHNA və BMAT tərəfindən verilən xüsusi kodlara malik olmayıb. 2020-ci ildə Azərbaycanın Dövlət Mülki Aviasiya Agentliyinin Azərbaycan Respublikasının Xankəndi də daxil olmaqla altı aeroportunun coğrafi koordinat indeksləri siyahısına daxil edilməsi ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) müraciəti müsbət cavablandırılıb. İlk dəfə 1974-cü ildə istifadəyə verilib.Dağlıq Qarabağ münaqişəsinə qədər hava limanı İrəvan–Stepanakert reyslərini həyata keçirib. 1990-cı il avqustun 1-də İrəvan-Xankəndi reysi ilə uçan Yak-40 təyyarəsi qəzaya uğrayıb. Hadisə nəticəsində 39 sərnişin və 4 ekipaj üzvü həlak olub. Təyyarənin qalıqları və cəsədlər Laçın rayonunun Fərraş kəndi yaxınlığında aşkar edilib. SSRİ-nin Dövlət Komissiyasının rəsmi versiyasına görə, pilot məhdud görünmə şəraitində təyyarəni düzgün istiqamətləndirə bilməyib. Həmin dövrdə yalnız ermənilərin çalışdığı aeroport heyəti də paralel araşdırma apararaq, təyyarənin artıq yükgötürmə (Yak-40 təyyarələrinin sərnişin tutumu 20–25 nəfərdir) səbəbiylə qəzaya uğradığını bildirib.
Yevlax aeroportu
Yevlax Hava Limanı Azərbaycanın Yevlax şəhərində yerləşən aeroportdur. Hava limanının texniki-iqtisadi göstəriciləri, 2013-cü ildə yenidənqurma işləri nəticəsində 2520 metr uzunluğunda, 40 metr enində, ümumi sahəsi 105 min kvadratmetr olan asfalt-beton örtüklü yeni uçuş-enmə zolağı salınmışdır. Əvvəllər isə uçuş-enmə zolağının uzunluğu cəmi 1200 metr idi. Bununla yanaşı, 345 metr uzunluğunda, 25 metr enində, ümumi sahəsi 10,7 min kvadratmetr olan yeni asfalt-beton örtüklü yönəldici yolun tikintisi, sahəsi 30,8 min kvadratmetr olan yeni asfalt-beton örtüklü perronun, sahəsi 1200 kvadratmetr olan aerovağzalın yenidən qurulması da görülən işlər sırasına daxildir. Uçuş-enmə zolağı, yönəldici yol və perron xaricdə istehsal olunan işıq-siqnal sistemləri ilə təchiz edilmişdir. Burada sərnişinlərin uçuşa gediş və gəliş zonaları, qeydiyyat masaları, kafe, brifinq və hava limanının işçiləri üçün ofis otaqları yaradılmışdır. Ümumi sahəsi 1300 kvadratmetr olan və dispetçer məntəqəsinin yerləşdiyi dördmərtəbəli bina da tamamilə yenidən qurulmuşdur. Aerodrom bir çox iri həcmli təyyarələrin və bütün tipli helikopterlərin qəbulu üçün yararlıdır. 2020-ci ildə Azərbaycanın Dövlət Mülki Aviasiya Agentliyinin Azərbaycan Respublikasının Yevlax da daxil olmaqla altı aeroportunun coğrafi koordinat indeksləri siyahısına daxil edilməsi ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) müraciəti müsbət cavablandırılıb. 10 sentyabr 2013-cü ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Yevlax hava limanının açılışında iştirak etmişdir.
Zaqreb Aeroportu
Franyo Tucman Aeroportu (xorv. Zračna luka „Franjo Tuđman”) — Xorvatiyanın ən böyük və ən aktiv aeroportudur. Hava limanı Xorvatiyanın keçmiş prezidenti Franyo Tucmanın adını daşıyır. Liman həm də Pleso aeroportu kimi də tanınır. Aeroport Velika Goritsada Zaqreb Mərkəzi Vağzalından 10 km cənub-şərqdə yerləşir. Aeroportun ərazisində, "Polkovnik Marko Jivkoviç" baraklarında Xorvatiya Hərbi Hava və Hava Hücumundan Müdafiə Qüvvələrinin bazası yerləşir. Həmçinin, aeroportda Xorvatiya Hava Nəqliyyatına Nəzarət İdarəsinin qərargahı var. Aeroport 2015-ci ildə 2 587 798 sərnişinə xidmət edib. Aeroport Xorvatiya hökuməti tərəfindən imzalanan müqaviləyə müvafiq olaraq 30 illik konsessiya əsasında ZAIC konsorsiumuna (Zaqreb Aeroportu Beynəlxalq Şirkəti) verilmişdir. Sərnişin terminalı yeni layihə ilə yenidən qurulub və 2008-ci ildən bəri VIP terminal kimi sərnişinlərə, aeroport ziyarətçilərinə xidmət göstərir.
Zəngilan aeroportu
Zəngilan Beynəlxalq Hava Limanı — Azərbaycanın Zəngilan rayonu ərazisində, 2021-ci ilin aprel ayında tikintisinə başlanılan beynəlxalq hava limanıdır. Zəngilan Beynəlxalq Hava Limanı İkinci Qarabağ müharibəsində işğaldan azad edilmiş ərazilərdə inşa edilən ikinci beynəlxalq hava limanı olacaq. Hava limanı Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır. 2020-ci ilin payızında Azərbaycan Silahlı Qüvvələri 1993-cü ildə erməni silahlı birləşmələri tərəfindən işğal olunmuş Zəngilan rayonu üzərində nəzarəti geri qaytardılar. 2021-ci ilin fevralında Azərbaycan Prezidenti bəyan etdi ki, Zəngilan rayonunda Logistika Mərkəzinin yaradılması planları nəzərə alınmaqla rayonda beynəlxalq havalimanı tikiləcəkdir. Onun sözlərinə görə Ermənistan və İranla həmsərhəd olan Zəngilan rayonunun coğrafi mövqeyi rayonun nəqliyyat-logistika mərkəzinə çevrilməsinə imkan verəcək. 2021-ci ilin aprelində gələcək havalimanının təməlqoyma mərasimi keçirildi. Havalimanındakı uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaqdır. Havalimanı ağır nəqliyyat təyyarələri də daxil olmaqla, bütün növ hava gəmilərini qəbul edə biləcək. Zəngilan havalimanı 20 oktyabr 2022-ci il saat 13:03 tarixində açılmışdır .

Значение слова в других словарях