Alaş hərəkatı
Alaş hərəkatı — indiki Qazaxıstanda, XX əsrin birinci rübündə Rusiya imperiyasının müstəmləkəçilik siyasətinə qarşı milli azadlıq hərəkatı. XIX əsrdə qazaxların milli ərazisinin çox hissəsi Rusiya dövlətinin mülkiyyətinə keçmiş, qaçqınların sayı kəskin şəkildə artmış, yerli əhali məskunlaşan torpaqlardan zorla sıxışdırılıb çıxarılmışdır. Çarizm siyasətinə qarşı mübarizəyə milli ziyalılar rəhbərlik etmiş, Rusiyada 1905–1907-ci illər inqilabı sonra onlar Alaş hərəkatını yaratmışdılar. Karkaralı petisiyası (1905) Alaş hərəkatının proqramı olmuşdur. Demokrat-maarifçilər Əlixan Bökeyxan, Əhməd Baytursunov və Mustafa Şokay qazax cəmiyyətinin tərəqqisi yollarını axtarır, Dövlət Dumasında müsəlman fraksiyalarının işinə rəhbərlik edirdilər. Onların təşəbbüsü ilə "Aykap" jurnalı (1911), "Birlik tuı", "Sarı-Arka", "Akjol" qəzetləri təsis edilmişdir. Bu qəzetlərdə maarifləndirmə işləri aparılırdı. Alaş hərəkatının məqsədi qazax xalqının özünü idarə etməsi, xalqın müstəqil dövlət, dövlət yaratmaq hüququ, Rusiyanın daxili bölgələrindən qazax torpaqlarına əhalinin köçürülməsini məhdudlaşdırmaq idi. Alaş hərəkatının nümayəndələri toalipionik heyvandarlığın qorunub saxlanmasının, kənd təsərrüfatının, sənayenin və ticarətin inkişafının tərəfdarı idilər. Beləliklə, onların proqramında milli mədəniyyətin, təhsilin və qazax dilinin inkişafı yer tuturdu.