Alaşar

AlaşarAzərbaycan Respublikasının Cəlilabad rayonunun Komanlı kənd inzibati ərazi dairəsində kənd.[1]

Alaşar
39°01′47″ şm. e. 48°30′52″ ş. u.HGYO
Ölkə Azərbaycan Azərbaycan
Rayon Cəlilabad
Tarixi və coğrafiyası
Saat qurşağı UTC+04:00
Əhalisi
Əhali sayı 392 nəf. (2009)
Rəsmi dili Azərbaycan dili
Xəritədə yeri
Alaşar xəritədə
Alaşar
Alaşar

Alaşar kənd adının mənası talış dilində "alçaq dağlıq yer" deməkdir.[2] Alaşar-Burovar silsiləsinin mərkəzi hissəsində, İinəpədərə çayının sahilindədir. XX əsrin əvvəllərində qışlaq yeri kimi qeydə alınmışdır. Adını ərazidəki eyniadlı dağdan almışdır.[3]

Alaşar-Burovar silsiləsinin mərkəzi hissəsində, şinəpədərə çayının sahilindədir. XX əsrin əvvəllərində qışlaq yeri kimi qeydə alınmışdır. Adını ərazidəki eyniadlı dağdan almışdır.[4]

Alaşar Cəlilabad rayonu ərazisində dağ. Alaşar-Burovar sıra dağları da adlanır. Talış dağlarının ucqar Şimal-Şərqində silsilədir. Bu dağ silsiləsi alcaq olub, ən Hündürlüyüdur zirvələri 1000 m.-dən artıq yüksəlir. Türk dillərində alasar "alcaq yer", burovar "yüksəklik, dağ" mənalarını ifadə edir. Oronim "alcaq dağlar" deməkdir.[3]

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 392 nəfər əhali yaşayır.[5]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıqheyvandarlıq təşkil edir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. Akademik Budaq Budaqovun Şəxsi Web Portalı Arxivləşdirilib 2016-04-14 at the Wayback Machine-Azərbaycanın Lənkəran regionu Toponimlərinin İzahlı Lüğəti Kitabı
  3. 1 2 "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
  4. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  5. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629