ALİCƏNAB

sif. [ ər. ]
1. Başqalarının xatirinə öz şəxsi mənafeyindən keçən; namuslu, səxavətli, nəcib, nəcabətli. Alicənab adam. Alicənab hərəkət. Alicənab xasiyyət.
[İbrahim xan] özünü alicənab (z.) göstərmək üçün, bu fürsətdən istifadə edərək, arvadların buraxılmasını tapşırdı. Çəmənzəminli.

2. köhn. Keçmişdə böyük mənsəb və rütbə sahiblərinə verilən ünvan.
[Cəfər:] Alicənab xan həzrətlərinin xidmətində and içirəm əzizlərimin canına ki, Moskvadakı uşağınızdan yana mən bir söz eşitməmişəm. C.Məmmədquluzadə.

Синонимы

  • ALİCƏNAB alicənab bax nəcib
  • ALİCƏNAB namuslu — səxavətli — nəcabətli

Антонимы

  • ALİCƏNAB ALİCƏNAB – ALÇAQ Alicənab adammış (S.Rüstəm); Elə bir alçağa ölüm də azdır! (S.Vurğun). ALİCƏNAB – KOBUD Dərs alın, alicənab, sinəsi dəftər kişidən (S
ALİCAH
ALİCƏNABLIQ
OBASTAN VİKİ
V Alicənab Alfonso
V Alfonso və ya Mərhəmətli Alfonso (isp. Alfons V; 24 fevral 1396 və ya 1396, Medina-del-Kampo[d], Kastiliya krallığı – 27 iyun 1458 və ya 1458) — Araqon və Neapol kralı. Araqon kralı I Ferdinand və xanımı Alburkerkeli Elyanoranın ən böyük oğlu idi. Atasının vəfatının ardından Araqon kralı seçildi. Ardından Neapol kralı Rene ilə girişdiyi taxt mübarizəsində qalib gəldi və Neapol kralı elan edildi. == Mənbə == Armstrong, Edward (1964). "The Papacy and Naples in the Fifteenth Century". In Previte-Orton, C.W.; Brooke, Z.N. (eds.). The Cambridge Medieval History: The Close of the Middle Ages. VIII. Cambridge at the University Press.

Значение слова в других словарях