ALİŞƏN

sif. [ ər. ] klas.
1. Yüksək şan və şərəf sahibi olan.
Çox alişan nazəninlər görmüşəm; Sənin kimi şahzadə tapılmaz. Q.Zakir.
Könül istər ki, olsun dəhr sülhabad ünsiyyət; Məni sövq eləyən bu fikrə fikri-alişanımdır. M.Hadi.

2. Çox zəngin, dəbdəbəli, təmtəraqlı, cəlallı, bəzəkli.
[Şah:] …Dəxi mənim imarətim və dövlətim yoxdur ki, sizi ziynət və zivərdə və alişan otaqlarda saxlayım. M.F.Axundzadə.

ALİŞAN
ALİTƏHSİLLİ