ARŞ

межд. арш (виликди фин, гьерекат авун патал команда, эмир); arş, irəli! арш, виликди!
ARSLAN
ARŞIN
OBASTAN VİKİ
Adolf de Sen-Simon d'Arşiak
Adolf de Sen-Simon d'Arşiak (24 sentyabr 1802, Reyms – 24 dekabr 1868, Paris; fransız dilində: Étienne Jules Adolphe Desmier de Saint-Simon, Vicomte d'Archiac) — fransız geoloq, paleontoloq. == Tərcümeyi-halı == Adolf de Sen-Simon d'Arşiak 24 sentyabr 1802-ci ildə Reyms şəhərində anadan olmuşdur. O, Sen-Sir xüsusi ali hərbi məktəbi bitirdikdən sonra 1830-cu ildə hərbi xidmətə daxil olmuşdu. Süvari hissədə 9 il zabit kimi xidmət etdikdən sonra Adolf de Sen-Simon d'Arşiak tarix və geologiya elmləri ilə dərindən məşğul olmağa başlamışdır. Ayrı-ayrı memuarlardan başqa Adolf de Sen-Simon d'Arşiak Paris Geologiya cəmiyyəti tərəfindən ]]1862]]-ci ildə nəşr olunan 8 cildlik "L'Histoire des progrès de la géologie de 1834 à 1862", 1864–1865-ci illərdə nəşr olunmuş 3 cildlik "Paléontologie stratigraphique", 1866-cı ildə nəşr olunmuş "Géologie et paléontologie" və "Asie mineure" adlı əsərlərin müəllifidir. 1857-ci ildə alim Təbiət elmləri muzeyinin paleontologiya üzrə professoru seçilmişdir. == Əsərləri == "Cours de paléontologie stratigraphique" (Paris, 1862–1864, 2 cilddə.) "Géologie et paléontologie" (Paris, 1866) "Paléontologie de la France" (Paris, 1868). "L'Histoire des progrès de la géologie de 1834 à 1862" (Paris, 1868, 8 cilddə) Mémoire sur la formation crétacée du Sud-ouest de la France, Paris, F. G. Levrault, 1837 (lire en ligne) Observations sur le groupe moyen de la formation crétacée, Paris, F. G. Levrault, 1839 (lire en ligne) Description géologique du département de l'Aisne, Paris, Langlois et Leclercq, 1843 (lire en ligne) Description des fossiles recueillis par M. Thorent dans les couches à nummulites des environs de Bayonne, Paris, P. Bertrand, 1846 (lire en ligne) Études sur la formation crétacée des versants sud-ouest et nord-ouest du plateau central de la France, Paris, Fain et Thunot, 1846 (lire en ligne) Rapport sur les fossiles du Tourtia : légués par M. Léveillé à la Société géologique de France, Paris, P. Bertrand, 1847 (lire en ligne) Descriptions des fossiles du groupe nummulitique recueillis par M. S. — P. Pratt et M. J. Delbos aux environs de Bayonne et de Dax, Paris, P. Bertrand, 1850 (lire en ligne) Les Corbières : Études géologiques d'une partie des départements de l'Aude et des Pyrénées-orientales, Paris, Gide et J. Baudry, 1856 (lire en ligne) Cours de paléontologie stratigraphique professé au Muséum d'histoire naturelle. Première année, 2 volumes, Paris, F. Savy, 1862–1864 lire en ligne à partir du premier volume Introduction à l’étude de la paléontologie stratigraphique, éditeur F. Savy, 1894, 2 tomes. Histoire des progrès de la géologie de 1834 à 1859, 8 tomes en 9 volumes, Paris, 1847–1860, lire en ligne à partir du premier tome == Mənbə == Archiac, Etienne Jules Adolphe, Vicomte d' i Salmonsens Konversationsleksikon (andra utgåvan, 1915) Arthur Birembaut: Archiac, Étienne-Jules-Adolphe Desmier (or Dexmier) de Saint-Simon, Vicompte d'.
Alban Arşakiləri
Alban Arşakiləri – Qafqaz Albaniyasını miladi tarixlə I əsrdən 510-cu ildək idarə etmiş hökmdar sülaləsi. == Tarixi == Eramızın I əsrində hakimiyyətə gələn alban arşakiləri VI əsrə kimi – "alban mütləqiyyəti Sasanilər tərəfindən ləğv olunana və ölkə Sasani canişinlərinə verilənədək" davam gətirə bildilər. Moisey Kalankatlının təqdim etdiyi siyahıda arşakilər sülaləsindən olan on alban hökmdarının adı çəkilir: "Arandan arşakilərin böyük nəslindən olan Cəsur Vaçaqanadək ötən günlərin sayı məlum deyildir. Albaniyanı idarə edən hökmdarların adları sıra üzrə belədir: I Cəsur Vaçaqan, Vaçe, Urnayr, II Vaçaqan, Mihravan, Satay, Asay, Yesuagen, Vaçe və nəhayət, III Mömin Vaçaqan". Siyahıdan aydın olur ki, Aran arşakilərdən olmayıb; görünür, Parfiya arşakilərinin bir qolu olan bu sülalənin nümayəndələri ölkədəki yerli sülaləni əvəz etmişdir. Siyahıdan göründüyü kimi, Albaniyanın ilk arşaki hökmdarı e. I əsrində hakimiyyətə gələn I Cəsur Vaçaqan olmuşdur. Belə güman etmək olar ki, Vaçaqanın sələfləri olan yerli hökmdarlar Albaniyanın bütün vilayətlərinə sahib deyildilər. Məhz I Vaçaqan ölkəni birləşdirməyə və mərkəzləşmiş dövlət yaratmağa müvəffəq olmuşdu. Onun nə özü, nə də varisi I Vaçe haqqında başqa məlumat yoxdur.
Andrey Arşavin
Andrey Arşavin (rus. Андре́й Серге́евич Арша́вин; d. 29.5.1981, Sankt-Peterburq, Rusiya SFSR, SSRİ) — futbol üzrə Rusiya yığmasının keçmiş kapitanı, Rusiyanın Zenit Sankt-Peterburq klubunun oyunçusu. == Həyatı == Andrey Arşavin Sankt Peterburqda doğulub. Atası həvəskar futbolçu olub. == Ailəsi == Alisa evli olub və iki uşağı var. Cütlük Londonda hələ Arşavin Arsenalda oynadığı vaxtda tanış olublar. Onlar birgə basketbol oyununda paparazzilərin kamerasına tuş gəliblər. May ayının sonlarında futbolçu yeni sevgilisi ilə birgə Mayaminin tanınmış çimərliklərindən birində görünüb. Arşavin həyat yoldaşı ilə boşanıb.
Anuş Arşakyan
İnqa və Anuş Arşakyan (erm. Ինգա եւ Անուշ Արշակյաններ; d:18.3.1982 (İnqa), d:24.12.1980 (Anuş)) — erməni xalq musiqisi ifa edən bəstəkar bacılar. İnqa və Anuş 2009 Avroviziya Mahnı Müsabiqəsində Ermənistanı "Jan Jan" (azərb. Can Can‎) mahnısı ilə təmsil etmişdir. Birinci yarımfinalda 99 xalla 5-ci olmuş və finala keçmişlər. Finalda isə 92 xalla 10-cu olmuşlar.
Arşa
Arşa Tiflis quberniyasının Duşet qəzasında kənd adı. == Toponimkası == Arşa- Tiflis quberniyasının Duşet qəzasında kənd adı. Azərbaycanda Quba qəzasında Arşalı (yenə orada) və Dağıstanın Darqin dairəsində Arşi, Şimali Qafqazın Ter əyalətinin Sunca dairəsində Arşiti (yenə orada) kənd adları ilə eynidir. Türk mənşəli Arşa tayfasının adındandır.
Arşak Atayan
Arşak Gevorqi Atayan (erm. Արշակ Աթայան; 20 iyun 1877, Böyük Tağlar, Şuşa qəzası – 19 avqust 1938) — Ermənistan-sovet şairi, nasiri, dramaturqu, tərcüməçisi və ictimai xadimi. 1935-ci ildən SSRİ Yazıçılar İttifaqının üzvü olmuşdur. == Həyatı == Arşak Gevorqi Atayan 20 iyun 1877-ci ildə Rusiya imperiyasının Böyük Tağlar kəndində (indiki Azərbaycanda) anadan olmuşdur. O, Üçkilsə, Tiflis və Şuşada təhsil almışdır. Atayan 1898–1902-ci illərdə çar ordusunda xidmət etmişdir. O, 1903–1904-cü illərdə Tiflisdə çıxan "Molot" jurnalının redaksiyasında korrektor işləmişdir. Atayan Salmas yaxınlığındakı erməni kəndləri haqqında məlumatları qələmə almış, xalq mahnılarını və folklorunu toplamışdır. O, 1907–1911-ci illərdə Qacar ​​dövlətinin bir hissəsi olan İsfahan şəhərinin Yeni Culfa məhəlləsində dərs demiş, Rusiya–İran Bankının İsfahan şöbəsinə rəhbərlik etmişdir. Atayan 1922-ci ildən Ermənistan SSR-də yaşamağa başlamışdır.
Arşaki
Arşakilər sülaləsi — Bizim eradan əvvəl 250-ci ildən eranın 224-cü ilinədək Parfiyada iqtidarda olmuş, Parna əsilli xanədan. == Tarixi == E.ə. 53-cü ildə Roma sərkərdəsinin Azərbaycana uğursuz yürüşündən sonra Artaşeslər öz hakimiyyətini qısa müddətə bərpa edirlər, lakin E.ə. 36-cı ildə Mark Antoni Azərbaycandan keçib, onu dağıdaraq İrana hücum etdi. Antoni II Artavazdı öldürtdürdü. 63 il ərzində Azərbaycanı ələ keçirmək üçün Roma ilə İran ara-sında müharibələr getmiş və nəhayət, qarşılıqlı sazişə görə hər iki dövlət Ermənistanı öz nüfuz dairəsində saxlamışdı. Azərbaycan Romanın tərkibində qalmış, lakin oranı Parfiya Arşakilər sülaləsinin nümayəndələri idarə etməyə başlamışdı. Sülalənin başcısı İran hökmdarı Vologezin qardaşı Tiridat olmuşdur. 224-cü ildə İranda yeni Sasanilər sülaləsi hakimiyyəti ələ keçirir, lakin Arşakilər sülaləsi Azərbaycanda hakimiyyəti Sasanilərə vermək istəməyərək müharibəyə başlayır. Nəhayət, 297-ci ildə Roma imperiyasının köməyi ilə Arşakilər qələbə qazanır.
Arşakilər
Arşakilər sülaləsi — Bizim eradan əvvəl 250-ci ildən eranın 224-cü ilinədək Parfiyada iqtidarda olmuş, Parna əsilli xanədan. == Tarixi == E.ə. 53-cü ildə Roma sərkərdəsinin Azərbaycana uğursuz yürüşündən sonra Artaşeslər öz hakimiyyətini qısa müddətə bərpa edirlər, lakin E.ə. 36-cı ildə Mark Antoni Azərbaycandan keçib, onu dağıdaraq İrana hücum etdi. Antoni II Artavazdı öldürtdürdü. 63 il ərzində Azərbaycanı ələ keçirmək üçün Roma ilə İran ara-sında müharibələr getmiş və nəhayət, qarşılıqlı sazişə görə hər iki dövlət Ermənistanı öz nüfuz dairəsində saxlamışdı. Azərbaycan Romanın tərkibində qalmış, lakin oranı Parfiya Arşakilər sülaləsinin nümayəndələri idarə etməyə başlamışdı. Sülalənin başcısı İran hökmdarı Vologezin qardaşı Tiridat olmuşdur. 224-cü ildə İranda yeni Sasanilər sülaləsi hakimiyyəti ələ keçirir, lakin Arşakilər sülaləsi Azərbaycanda hakimiyyəti Sasanilərə vermək istəməyərək müharibəyə başlayır. Nəhayət, 297-ci ildə Roma imperiyasının köməyi ilə Arşakilər qələbə qazanır.
Arşakilər (Parfiya) sülaləsi
Arşakilər sülaləsi — Bizim eradan əvvəl 250-ci ildən eranın 224-cü ilinədək Parfiyada iqtidarda olmuş, Parna əsilli xanədan. == Tarixi == E.ə. 53-cü ildə Roma sərkərdəsinin Azərbaycana uğursuz yürüşündən sonra Artaşeslər öz hakimiyyətini qısa müddətə bərpa edirlər, lakin E.ə. 36-cı ildə Mark Antoni Azərbaycandan keçib, onu dağıdaraq İrana hücum etdi. Antoni II Artavazdı öldürtdürdü. 63 il ərzində Azərbaycanı ələ keçirmək üçün Roma ilə İran ara-sında müharibələr getmiş və nəhayət, qarşılıqlı sazişə görə hər iki dövlət Ermənistanı öz nüfuz dairəsində saxlamışdı. Azərbaycan Romanın tərkibində qalmış, lakin oranı Parfiya Arşakilər sülaləsinin nümayəndələri idarə etməyə başlamışdı. Sülalənin başcısı İran hökmdarı Vologezin qardaşı Tiridat olmuşdur. 224-cü ildə İranda yeni Sasanilər sülaləsi hakimiyyəti ələ keçirir, lakin Arşakilər sülaləsi Azərbaycanda hakimiyyəti Sasanilərə vermək istəməyərək müharibəyə başlayır. Nəhayət, 297-ci ildə Roma imperiyasının köməyi ilə Arşakilər qələbə qazanır.
Arşakuni
Arşaq mahalı
Arşaq mahalı — Muğanın qədim bölgələrindən biri. Bu mahal bəzi ədəbiyyatda Ərşə adlanırdı. Vilgiclə qonşu olan bu mahal cənubdan Nüvədi kəndi, Aşağı Qarasu çayı, Kəngərli kəndi, qərbdən Savalan dağı, şərqdən Əlisu gədiyi, cənub-şərqdən Gədik və şimaldan Əlican kəndi ilə həmsərhəddir. Sahəsi dağlıq, torpağı isə gilli və daşlıdır. Arşaq-Qarasu çayının qolu, Güdül çayının aşağı axınında (Babək əl-Xürrəminin şəhəri Bəzzin yaxınlığında dağ və kənd). == Adının anlamı == "Arşaq" sözünün etimologiyasına gəlincə bir çox tədqiqatçılar onun Çində Tanrı dağın ətəyində yaşamış türk Ağhun tayfalarından bir qolunun adı olduğunu qeyd edirlər və həmin tədqiqatçılara görə, "Arşaq" sözü – şak, sak tayfalarının yaşadığı ərazi mənasını bildirir. Şəki şəhərinin adı da bu tayfa ilə bağlıdır. Tədqiqatçı alimlər, xüsusilə tanınmış türkoloq Mirəli Seyidov Arsağın və Arşaqın türk xalqlarına mənsub olmasını bildirmişdir. Türk xalqlarının fəxri sayılan Arşağın tarixi şəxsiyyət, həm də dövlət başçısı, sərkərdə olması barədə çox az məlumat gəlib dövrümüzə çatmışdır. Roma tarixçisi Pompey Troq Makedoniyalı İskəndərin ölümündən sonrakı hadisələri şərh edərkən Arşaq barədə də bəzi mülahizələr söyləmişdir.
Arşay
Arşay (fr. Archail, oks. Archalh) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. La-Javi kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04009. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 11 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 6 nəfər arasında (15-64 yaş) hamısı iqtisadi cəhətdən aktiv idi (fəaliyyət göstərici 100.0%, 1999-cu ildə 66.7%). Fəal olan 6 nəfərdən 4 nəfər (3 kişi və 1 qadın), 2 nəfər işsiz (1 kişi və 1 qadın).
Arşil Qorki
Arşil Qorki (ing. Arshile Gorky, erm. Արշիլ Գորկի; 15 aprel 1904[…] – 21 iyul 1948[…]) və ya Vostanik Manuk Adoyan (erm. Ոստանիկ Մանուկ Ատոյան ) - erməni əsilli amerikalı rəssam.
Erməni Arşakiləri
II Arşak (opera)
II Arşak — erməni bəstəkarı Tiqran Çuxacyan tərəfindən 1868-ci ildə yazılmış və İstanbulda təqdim edilmiş ilk milli erməni operasıdır. II Arşak Şərq musiqi mədəniyyəti tarixində ilk operadır. Operanın librettosunun müəllifi Tovmas Terzyandır. == Yaradılması tarixi == İlk erməni milli operası olan II Arşak, bəstəkar Çuxacıyanın ən böyük əsəridir. Bəstəkar opera üzərində işi 1868-ci ildə İstanbulda tamamlamışdır. Əsərin iki dilli (italyan və erməni dili) librettosunun müəllifi şair və dramaturq Tovmas Terzyandır. Opera ilk dəfə 1871-ci ildə nəşr edilmişdir. Öz stilinə görə operanın librettosu lirik-dramatik janra aiddir. Terzyanın kitabında verilmiş italyan dilində operanın tamamlanması haqqında qeyd erməni milli operasının yaranması kimi qəbul edilir. Operanın ilk səhnələşdirilməsi 10 mart 1868-ci ildə (əsərin hissələri göstərilmişdi) "Naum" teatrında, italyan opera truppasının ifasında baş tutmuşdur.
II Arşuşa
II Arşuşa — Quqark knyazlığının beşinci knyazı. Avarayr döyüşündə iştirak edə bilməmiş, əvəzində döyüşdən sonra Vasak Sünidən əsir saxladığı qaynı Vardan Mamikonyanın qardaşı oğullarını geri almışdır.
I Arşuşa
I Arşuşa — I Perozun nəvəsi Quqark knyazlığının üçüncü knyazı, II Aspakurun qaynı.
İnqa Arşakyan
İnqa və Anuş Arşakyan (erm. Ինգա եւ Անուշ Արշակյաններ; d:18.3.1982 (İnqa), d:24.12.1980 (Anuş)) — erməni xalq musiqisi ifa edən bəstəkar bacılar. İnqa və Anuş 2009 Avroviziya Mahnı Müsabiqəsində Ermənistanı "Jan Jan" (azərb. Can Can‎) mahnısı ilə təmsil etmişdir. Birinci yarımfinalda 99 xalla 5-ci olmuş və finala keçmişlər. Finalda isə 92 xalla 10-cu olmuşlar.
İnqa və Anuş Arşakyan
İnqa və Anuş Arşakyan (erm. Ինգա եւ Անուշ Արշակյաններ; d:18.3.1982 (İnqa), d:24.12.1980 (Anuş)) — erməni xalq musiqisi ifa edən bəstəkar bacılar. İnqa və Anuş 2009 Avroviziya Mahnı Müsabiqəsində Ermənistanı "Jan Jan" (azərb. Can Can‎) mahnısı ilə təmsil etmişdir. Birinci yarımfinalda 99 xalla 5-ci olmuş və finala keçmişlər. Finalda isə 92 xalla 10-cu olmuşlar.
II Arşak (İberiya çarı)
II Arşak və ya Arsuk (gürc. არშაკ/არსუკ; ən tezi e.ə. 33 və ən geci e.ə. 30 – ən tezi e.ə. 3 və ən geci 1), latındilli mənbələrdə Artaksias — e.ə. I əsrdə İberiya çarı. Farnavazianlar sülaləsinə mənsub olmuşdur. O, öz hakimiyyətini Romaya münasibətdə müstəqilliyinin təsdiqi və ölkənin daxili işlərinin həlli ilə əsaslandırmışdır. Buna baxmayaraq, onun tənəzzülünə səbəb olan məhz Roma imperiyası və onun erməni müttəfiqləri ilə pis münasibətləri olmuşdur. == Mənşəyi == Gələcək kral Arşak II Mirianın yeganə oğlu olmuşdur.
I Arşak (İberiya çarı)
I Artaksias yaxud Arşak — erməni əsilli İberiya çarı. Parnajoma üsyan edən əyanlar tərəfindən İberiya taxtına oturdulmuşdu. Hakimiyyət dövrü sakit keçmiş, Cavaxeti bölgəsindəki Tsunda qalasını möhkəmlətmişdi. Yerinə oğlu Artuş keçdi.
Arşavir Qaramyan
Arşavir Surenoviç Qaramyan (erm. Արշավիր Սուրենի Ղարամյան; 22 iyul 1965, Qarabulaq, DQMV) — Ermənistan dövlət xadimi, general-leytenant, Qondarma DQR-nin Təhlükəsizlik Şurasının katibi, "Arsax Qəhrəmanı" titulunun sahibi. Xocalı soyqırımını törədənlərdən biridir. 29 sentyabr 2023-cü ildə Azərbaycan hüquq-mühafizə xidməti tərəfindən saxlanılmışdır. == Həyatı == Arşavir Surenoviç Qaramyan 22 iyul 1965-ci ildə Xocalı rayonunun Qarabulaq kəndində anadan olmuşdur. 1984–1987-ci illərdə SSRİ Hərbi Dəniz Qüvvələrində (Sakit okean) xidmət etmişdir. 1988–1989-cu illərdə tələbə hərəkatında fəal iştirak etmişdir. 1989-cu ildə İrəvan İnstitutunun Mühasibat-iqtisad fakültəsinin qiyabi şöbəsinə keçmiş, sonra Qarabulaq kəndinə qayıtmış və 1991-ci ilə qədər Qarabulaq kolxozunda baş iqtisadçı vəzifəsində çalışmışdır. Birinci Qarabağ müharibəsində fəal iştirak etmişdir. 1990-cı ildə Qarabulaqda "Arşo" batalyonu kimi tanınan könüllü dəstə yaratmışdır.
Arşak Çobanyan
Arşak Çobanyan (erm. Արշակ Չոպանեան, 15 iyul 1872, Beşiktaş, Konstantinopol, Osmanlı imperiyası – 8 iyun 1954, ‎IV arondisman) — erməni povest yazıçısı, jurnalist, redaktor, şair, tərcüməçi, ədəbiyyatşünas, dramaturq, filoloq və romançı. == Həyatı == Atası qızıl ustası idi. 1898-ci ildə "Anahit" jurnalını təsis etmişdir. Onun Fransanın ədəbiyyat və ziyalıları ilə əlaqələri "Mercure de France" kimi fransızdilli qəzetlərində sərbəst şəkildə Erməni soyqırımı haqqında yazmağa imkan vermişdir. O, erməniləri Osmanlı hökumətinin zülmündən xilas etmək üçün qərbin dəstəyinin güclü tərəfdarına çevrilmişdir. "Ramqavar" partiyasına qoşulduqdan sonra Poqos Nübarla görüşmüş və 1919-cu ildə Paris Sülh Konfransı zamanı Ermənistan Milli Nümayəndəliyində iştirak etmişdir. == Ədəbi fəaliyyəti == Arşak Çobanyan fundamental erməni realist yazıçılarından sayılır, baxmayaraq ki, onun romantik üslubda da çoxlu əsərləri var. Bu yazıları oxuyanların bəziləri arasında Fransa yazıçısı Anatol Frans da var idi.
Arşavir Ağababov
Arşavir Avetisoviç Ağababov (1902, Tuğ, Şuşa qəzası – 5 iyul 1951, Bakı) — Azərbaycan-sovet dövlət və partiya xadimi, Azərbaycan SSR Xalq Komissarları Soveti sədrinin müavini (1939–1942), ÜİK(b)P Dağıstan Vilayət Komitəsinin ikinci katibi (1942–1946). == Həyatı == Arşavir Avetisoviç Ağababov 1902-ci ildə Şuşa qəzasının Tuğ kəndində dəmirçi ailəsində anadan olmuşdur. 4 yaşında olarkən atası ölmüş, erkən yaşlarından işləməyə məcbur olmuşdur. 1919-cu ildə, 17 yaşında olarkən bolşeviklər partiyasına üzv seçilmiş, Orta Asiyada Səmərqənd qırmızı partizanlarının süvari dəstələrinə qoşulmuşdur. Qırmızı Ordu sıralarında xidmət edərək milli üsyanların yatırılmasında iştirak etmişdir. 1920-ci ildə əks-inqilabla mübarizə aparan Fövqəladə Komissiya orqanlarında işə göndərilmiş, ardınca Səmərqənd ictimai sığorta kassasının sədri, daha sonra isə bir neçə il Özbəkistan K(b)P Səmərqənd Vilayət Komitəsində çalışmışdır. 1926-cı ildə Arşavir Ağababov Orta Asiya Dövlət Universiteti yanında fəhlə fakültəsinə daxil olmuş, buranı bitirdikdən sonra Moskvaya oxumağa göndərilmişdir. O, Moskva Ali Mühəndis-İnşaatçılıq Məktəbinə, sonra isə Kuybışev adına Hərbi-Mühəndis Akademiyasına daxil olmuşdur. Təhsili ilə eyni vaxtda müəllim işləyərək Moskva İnşaat-Quruculuq Texnikumunun direktoru vəzifəsində çalışmışdır. Arşavir Ağababov 1938-ci ildə Azərbaycan Sənaye İnstitutunun direktoru təyin edilmiş, 1939-cu ildə isə Azərbaycan SSR Xalq Komissarları Soveti sədrinin müavini vəzifəsinə irəli çəkilmişdir.
Arşın mal alan (film, 1960)
Arşın mal alan (fars. آرشین مالالان‎) — Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettası əsasında rejissor Səməd Sabahi (titrlarda Nadir Hafizi) və ssenaristlər Səməd Sabahi və İsmail Kuşan tərəfindən 1960-cı ildə çəkilmiş İran filmi. Bu filmdə baş rolları Viqen Derderyan və Təhminə Etminan oynayırdı. == Süjet == Filmin qəhrəmanı tacir Əsgər ailə qurmaq üçün qızı əvvəlcədən görüb sevmək arzusu ilə yaşayır. Mühit, şərait, ən başlıcası isə adət buna yol vermir. Dostu Süleymanın məsləhəti ilə küçələri, evləri adi bir arşın malı satan kimi gəzəndə Soltan bəyin qızı Gülçöhrə ilə rastlaşır. Gənclər ilk baxışdan bir-birilərini sevirlər. Müxtəlif maneələrə, çətinliklərə baxmayaraq nəhayət onlar arzularına çatırlar.

Значение слова в других словарях