ARAYIŞ

is.
1. Arama, axtarma işi.
2. Bir şey haqqında şifahi və ya yazılı məlumat. Arayış almaq. Arayış vermək. Arayış üçün müraciət etmək. Arayışa möhür vurdurmaq. Arayış kitabçası (məlumat kitabçası).
[Dəmirov] telefona yaxınlaşıb arayış bürosu vasitəsilə teatrın telefon nömrəsini öyrəndi. S. Rəhimov.

Синонимы

  • ARAYIŞ arama — axtarma
  • ARAYIŞ məlumat
  • ARAYIŞ ARAYIŞ, SƏNƏD (yazılı məlumat)
ARAYICI
ARÁYİŞ
OBASTAN VİKİ
Arayış
Arayış türk mənşəli söz olub arama, axtarma mənasında işlənir. Müasir dövrdə hüquqi sənəd olub şəxsiyyət, iş və hadisə haqqında tərtib edilərək aid olduğu obyekt barədə nəyi isə təsdiq edir. Hər hansı bir adamın bir yerdə yaşaması, işləməsi, oxuması, müəyyən obyektin, hadisənin yoxlanması haqqında da arayış tərtib edilir. (Bu səbəbdən də arayışa xalq arasında yoxlama da deyilir.) Arayışın kimə nə üçün verildiyi göstərilir. Habelə arayışın hansı məqsədlə tərtib edildiyi qeyd edilir. Arayışın müəssisə rəhbəri tərəfindən imzalanır.(Bəzi hallarda müəssisənin kadrlar şöbəsinin müdiri, mühasibat, fakültə dekanları və s. arayış verə bilər). Arayışın sonunda sənədin hara təqdim olunması göstərilir. Bütün hallarda məsul şəxsin imzası möhürlə təsdiq olunmalıdır. Çox vaxt arayışlar xüsusi blankda yazılır.
Arayış (film, 1986)

Значение слова в других словарях