armudlu

sif. de poire ; de poiriers ; qui a de poire ; qui a de poiriers ; poiré,-e

armud
armudluq
OBASTAN VİKİ
Armudlu
Armudlu (Qax) — Azərbaycanın Qax rayonunda kənd. Armudlu (Şuşa) — Azərbaycanın Şuşa rayonunda kənd. Armudlu (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Armudlu (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunda kənd. Armudlu (Başkeçid) — Gürcüstan Respublikasının Başkeçid bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Armudlu (Sərdarabad) — Qərbi Azərbaycanın Sərdarabad mahalında kənd. Armudlu (Şörəyel) — Qərbi Azərbaycanın Şörəyel mahalında kənd. Armudlu — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, Dilican şəhəri yaxınlığında qışlaq. Armudlu — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Artik rayonunda kənd. Armudlu — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunun ərazisində kənd Armudlu — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd Armudlu — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda çay.
Armudlu (Başkeçid)
Armudlu (gürc. პანტიანი) — Gürcüstan Respublikasının Aşağı Kartli bölgəsinin Başkeçid bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Kənd adını ətrafındakı kol armudu ağaclarının çoxluğuna görə almışdır. Armudlu kəndi Dmanisidən 7 km məsafədə, Maşavera çayı ətrafında yerləşir. Kəndin ətrafı həmişəyaşıl iynəyarpaqlı meşə ilə örtülmüşdür. Armudlu kəndi içməli suyu ilə də məşhurdur. Dmanisi ərazisində ən dadlı su mənbəsini məhz Armudlu kəndindən götürür. Armudlu kəndində "Cacıqlı" adlanan ərazidə şəlalələrdən süzülən su xüsusi kanallarla Armudlu kəndinə və oradan da başqa kəndlərə ötürülür. Başqa su mənbələrinə də "Göy Bulaq", "Qırmızı Bulaq" və s. nümunələri göstərmək olar.
Armudlu (Kəlbəcər)
Armudlu — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Yellicə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Keşdək kənd Sovetindən Armudlu kəndi Yellicə kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb. == Toponimikası == Oykonim ərazidə armud ağacının zəngin olduğunu göstərir. Ermənistandakı Tuafnin ve Tandzit yaşayış məntəqələrinin adı 1946-cı ilədək, Gürcüstandakı Pantiani kəndinin adı isə 1949-cu ilədək Armudlu olmuşdur. Azərbaycanda Qax və Qubadlı rayonlarında da eyniadlı kəndlər mövcuddur. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Tərtərçayın sol sahilində yerləşir. === Yaylaqları === Qırmızıqaya yurdu, Dəlihəsən yurdu, Əyriyurd. === Bulaqları === Çınqıllı bulaq, Boğaz bulağı, Xudumlu bulağı, Abdulla bulağı, Sarı bulaq, Ataxan bulağı, Nəbi bulağı.
Armudlu (Qax)
Armudlu — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Böyük Qafqaz Dağlarının əhatəsində olan Armudlu kəndi Qax rayonunun Qaşqaçay inzibati ərazi vahidində, Qaşqaçayın sol sahilində, Cavanşir zirvəsi (Qanbay) dağının ətəyində yerləşir. .[mənbə göstərin] == Coğrafiyası və iqlimi == Qax rayonun mərkəzindən 19 km məsafədə yerləşir və təxminən 20–25 evdən ibarətdir. Kənddə 1 məktəb və 1 mağaza var. Armudlu dağlarla əhatə olunmuş kənddir. == Əhalisi == 1 yanvar 2020-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 48 təsərrüfatda 183 nəfər əhali yaşamaqdadır.Kənd Əhalisi ləzgilərin qolu olan saxurlardan ibarətdir.[mənbə göstərin]kənddəki Məhərrəmlilər nəsli İlisu Sultanı İmam Danyalın Nəvələridir.
Armudlu (Qubadlı)
Armudlu — Azərbaycan Respublikasının Qubadlı rayonunun Başarat kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Tarixi == Armudlu kəndi Əliyanlı tayfasına mənsub ailələr tərəfindən salınmışdır. 1948-ci ilədək kəndin adı Amuduq olmuş, Amuduq dağının adı ilə adlandırılmışdır. Sonralar Amuduq kimi təhrif olunmuş və kəndin adı da belə qeydə alınmışdır. Toponimi qrammatik xüsusiyyətlərinə görə yozanlar da var. Bu, mənası aydın olan düzəltmə sözdür. Armudlu toponimi armud sözünə -lu şəkilçisi artırılaraq armud ağacının həmin ərazidə çox olduğunu bildirir. Müasir Azərbaycan dilində -lu şəkilçisi əsasən sifət düzəldən formant kimi fəaliyyət göstərir, başqa sözlə, atributiv sözlər əmələ gətirir. Belə şəkilçili sözlər asanlıqla substansivləşir, yəni, təyinsiz işlənir.
Armudlu (Sərdarabad)
Armudlu — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd. == Tarixi == === Böyük Armudlu === Böyük Armudlu İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd. Toponim armud sözünə -lu şəkilçisinin artırılması ilə əmələ gəlib «armud olan yer» mənasını bildirir. Toponim əvvəlindəki «böyük» sözü fərqləndirici əlamət bildirir. Fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 4.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Tandzut (Armudlu) qoyulmuşdur. === Kiçik Armudlu === Kiçik Armudlu İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. Rayon mərkəzindən 6 km cənubda yerləşirdi.
Armudlu (Yalova)
Armudlu ilçəsi — Yalova ilinin ilçəsi. Armudlu ilçəsi Mərmərə dənizinin şərqində, Gəmlik körfəzinin şimalında yerləşir. Elçə şimal-şərqdən Yalova elinin mərkəzi, cənub-şərqdən Gəmlik, şərqdən Orxanqazi, şimal-qərbdən və şimaldan dənizlə əhatə olunmuşdur. Yalova elinin mərkəzinə 55 km, Gəmliyə 27 km məsafədə yerləşən elçənin, Mudanya və İstanbulla dəniz əlaqəsi var. == Etimologiya == Armudlu adının "Armodo" və "Armodies" sözlərindən yarandığı düşünülür. Bu sözlərin mənası "Donanma" və "Donanmaya nəzarət edən şəxs"dir. Bundan başqa, tarixən Enrutluq, Emrudili, İmrudili kimi də tanınmışdır. Armudlu adının yaranma tarixçəsilə bağlı iki rəvayət mövcuddur: 1. Bizans kralının qızı Armodiesin bədəninin hər yerində yaralar çıxmışdı. Kral qızının vəziyyətindən utandığı üçün əsgərləri ilə birlikdə qızını müasir mineral bulaqların olduğu yerə gətirmişdir.
Armudlu (İcrud)
Armudlu (fars. ارموتلو‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 76 nəfər yaşayır (19 ailə).
Armudlu (Şuşa)
Armudlu — Azərbaycan Respublikasının Şuşa rayonunun Xəlfəli kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Armudlu kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır.
Armudlu (Şörəyel)
Armudlu — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Artik rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 9 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim armud bitki adına çoxluq mənası bildirən "-lu" şəkilçisinin artırılması ilə düzəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 31.V.1946-cı il fərmanı ilə adı dəyişdirilib Tufaşen (Tuf kəndi) qoyulmuşdur.
Fıstıqlı (Armudlu)
Fıstıqlı — Türkiyənin Yalova vilayətinin Armudlu rayonunda kənd. == Tarixi == Kəndin tarixi dəqiq məlum deyil. Kənddə yerləşən tarixi abidələrin 400-500 illik tarixə malik olduğu anlaşılır. Adını ətrafını əhatə edən fıstıq ağaclarından alan kənd 1795-ci ildən eyni addadır. == Coğrafiyası == Kənd Yalova vilayətindən 63 km, Armudlu rayonundan isə 8 km məsafədədir.
Məcidiyyə (Armudlu)
Məcidiyyə — Türkiyənin Yalova vilayətinin Armudlu rayonunda kənd. 1877–1878-ci illərdə Rusiya–Osmanlı müharibəsində rusların Klarceti bölgəsini ələ keçirməsindən sonra buradan köçən gürcülərin indiki Armudlu rayonu sərhədləri daxilində məskunlaşdığı üç kənddən biridir. Digər iki kənd isə Səlimiyyə və Xeyriyyədir. Xeyriyyə kəndində məskunlaşan gürcülər Borçka mahalı sərhədlərindəki Devişkeli (indiki Qaynarca) və Adaquli (indiki Adagül) kəndlərini tərk etmişdilər. Gürcüstan tarixçisi Zakariya Çiçinadzenin 1893-cü ildə verdiyi məlumata görə, bu tarixə qədər Adaquli kəndində 30 təsərrüfat yaşamış, 20 təsərrüfat köç etmişdir. Həmin tarixdə Zəkəriyyə Çiçinadze yazmışdır ki, Rusiya idarəsinə tabe olan Devişkeli kəndindən 25 ailə Osmanlı ölkəsinə köçmüşdür. Kənd Yalova vilayətindən 61 kilometr, Armudlu rayonundan isə 6 kilometr məsafədədir.
Qapaqlı (Armudlu)
Qapaqlı — Türkiyənin Yalova vilayətinin Armudlu rayonunda kənd. Osmanlı dövründə salındığı bilinən kəndin 400 illik bir tarixə sahib olduğu iddialar mövcuddur. İlk məskəni dağların ətəyində olan Qapaqlı kəndi sonralar sahil kəndinə çevrilmişdir. Kənd 1890-cı ildən eyni addadır.
Səlimiyyə (Armudlu)
Səlimiyyə — Türkiyənin Yalova vilayətinin Armudlu rayonunda kənd. 1877–1878-ci illərdə Rusiya–Osmanlı müharibəsində rusların Klarceti bölgəsini ələ keçirməsindən sonra buradan köçən gürcülərin indiki Armudlu rayonu sərhədləri daxilində məskunlaşdığı üç kənddən biridir. Digər iki kənd isə Məcidiyyə və Xeyriyyədir. Xeyriyyə kəndində məskunlaşan gürcülər Borçka mahalı sərhədlərindəki Devişkeli (indiki Qaynarca) və Adaquli (indiki Adagül) kəndlərini tərk etmişdilər. Gürcüstan tarixçisi Zakariya Çiçinadzenin 1893-cü ildə verdiyi məlumata görə, bu tarixə qədər Adaquli kəndində 30 təsərrüfat yaşamış, 20 təsərrüfat köç etmişdir. Həmin tarixdə Zəkəriyyə Çiçinadze yazmışdır ki, Rusiya idarəsinə tabe olan Devişkeli kəndindən 25 ailə Osmanlı ölkəsinə köçmüşdür. Kənd 1911-ci ildən eyni addadır. 1928-ci il tarixli Osmanlı kəndi siyahısında Səlimiyyə (سلیمیە) kimi qeyd olunur. 1935-ci il ümumi siyahıyaalınmasında Xeyriyyə kəndi Bursa vilayətinin Gəmlik rayonunda yerləşən Armudlu nahiyəsinə bağlı kənd olmuşdur və o zaman əhalisi 335 nəfərdən ibarət idi. 1950-ci il ümumi siyahıyaalınmasında kənd "Səlimiyyə (Soyuqsu)" olaraq qeyd edilmişdir.
Xeyriyyə (Armudlu)
Xeyriyyə — Türkiyənin Yalova vilayətinin Armudlu rayonunda kənd. 1877–1878-ci illərdə Rusiya–Osmanlı müharibəsində rusların Klarceti bölgəsini ələ keçirməsindən sonra buradan köçən gürcülərin indiki Armudlu rayonu sərhədləri daxilində məskunlaşdığı üç kənddən biridir. Digər iki kənd isə Səlimiyyə və Məcidiyyədir. Xeyriyyə kəndində məskunlaşan gürcülər Borçka mahalı sərhədlərindəki Devişkeli (indiki Qaynarca) və Adaquli (indiki Adagül) kəndlərini tərk etmişdilər. Gürcüstan tarixçisi Zakariya Çiçinadzenin 1893-cü ildə verdiyi məlumata görə, bu tarixə qədər Adaquli kəndində 30 təsərrüfat yaşamış, 20 təsərrüfat köç etmişdir. Həmin tarixdə Zəkəriyyə Çiçinadze yazmışdır ki, Rusiya idarəsinə tabe olan Devişkeli kəndindən 25 ailə Osmanlı ölkəsinə köçmüşdür. Kəndin adı 1911-ci il qeydlərində Sultaniyyə kimi qeyd olunmuşdur. 1928-ci il tarixli Osmanlı kəndi siyahısında adı Xeyriyyə (خیریە) olaraq qeyd edilmişdir. 1935-ci il siyahıyaalınmasında Xeyriyyə Bursa vilayətinin Gəmlik rayonunda yerləşən Armudlu nahiyəsinə bağlı kənd olmuşdur və o zaman əhalisi 230 nəfərdən ibarət idi. 1960-cı il ümumi siyahıyaalınmasında Xeyriyyə kəndinin köhnə adı Çiflik olaraq verilmişdir.
Armudlu-i Süfla (Əhər)
Yuxarı Armudlu (fars. ارمدلوسفلي‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 22 nəfər yaşayır (4 ailə).

Значение слова в других словарях