ARTERİÁL

sif. anat. Arteriyaya aid olan, arteriya ilə əlaqədar olan. Arterial qan.
ARTELÇİ
ARTERİOSKLERÓZ
OBASTAN VİKİ
Arterial hipertenziya
Arterial hipertenziya – arterial təzyiqin (AT) 140/90 mm.c.süt-dan yuxarı qalxmasına deyilir. Arterial hipertenziya birincili və ikincili olur. Birincili arterial hipertenziya – Hipertoniya xəstəliyi ayrıca bir xəstəlik olub əsas və aparıcı əlaməti AT-in qalxmasıdır. İkincili arterial hipertenziya simptomatik hipertoniya adlanır və bu zaman arterial hipertenziya başqa xəstəliklər nəticəsində əmələ gəlir. == Simptomatik hipertoniya (ikincili hipertoniya) == Simptomatik hipertoniyaya aiddir: Böyrək mənşəli hipertenziya – böyrək arteriasının stenozu, aterosklerozu, pielonefrit, qlomerulonefrit, böyrəkdaşı xəstəliyi və s. Endokrin(hormonal) mənşəli hipertenziya – İtsenko – Kuşinq sindromu, feoxromositoma, hiperaldosteronizm, qalxanabənzər vəz xəstəlikləri(zob), hiperparatireoz, oral kontraseptivlərin qəbulu və s. Sinir mənşəli hipertenziya – Neyrosirkulyator distoniya(NSD), kəllə-beyin travmaları və s. == Risk Faktorları == Həyat tərzi ilə bağlı risk faktorları: • Duzlu və yağlı qidaların qəbulu • Qida rasionunda meyvə və tərəvəzlərin az olması və ya olmaması • Alkoqoldan istifadə • Fiziki aktivliyin az olması və ya oturaq həyat tərzi • Həddindən çox stresli həyat tərzi • Tütünçəkmə Həyat tərzi ilə bağlı qeyd olunan risk faktorlarının təsiretmə səviyyəsi insanların harada yaşaması və işləməsi ilə sıx əlaqəlidir. Bundan əlavə ürək xəstəlikləri, insult, böyrək çatışmazlığı və hipertoniyanın digər ağırlaşmalarına səbəb olan bir sıra metabolik risk faktorlarıda mövcuddur. Bunlara aşağıdakılar aiddir: • Şəkərli diabet • Qanda xolesterinin yüksək səviyyəsi • Artıq çəki və piylənmə.
Arterial kimyaembolizasiya
Arterial kimyaembolizasiya — Arterial kimyaembolizasiya 1974-cü ildən tətbiq edilməyə başlanmışdır. Əvvəllər qaraciyər şişlərinin radikal müalicəsi sayılmış, lakin sonraki tədqiqatlarda palliativ — şişazaldıcı müalicə üsulu kimi qəbul olunmuşdur.
Açıq arterial axacaq
Açıq arterial axacaq və ya Açıq Botal axacağı anadangəlmə ürək qüsuru, dölün qan dövranında mühüm əhəmiyyətə malik arterial axacaq – Botal axacağı insan doğulduqdan sonra normada öz funksiyasını itirirdiyi üçün qapanmış olur. Bəzən bu axacaq qapana bilmir və açıq qalaraq eyniadlı ürək qüsurunu meydana çıxartmış olur. Aorta ilə ağciyər arteriyası arasında doğumdan öncəki dövrdə böyük və kiçik qan dövranını əlaqələndirən damardır . Ağciyərə qan ağciyəri qidalandırmaq üçün gedir , tənəffüsdə iştirak etmir bu dpvrdə. Normada o, insan doğulduqdan sonra ilk həftələr ərzində tutularaq, eyniadlı bağa çevrilmiş olur. == Patofiyiologiyası == Axacağın diametri və uzunluğu hemodinamik pozğunluğun səviyyəsini müəyyən edir. Axacaqdan axın həm sistola həm də diastola zamanı olur. Soldan sağa axın- şunt və ağciyər arteriyasında təzyiqin artması paralel olaraq axacağın diametrinin böyüməsinə gətirib çıxardır. == Klinik əlamətləri == Arterial ya Botal axacağın açıq qalması adətən yarımçıq doğulmuş uşaqlarda, ana bətnində (ananın məxmərək xəstəliyinə qarşı immuniteti olmadıqda) birinci trimestr dövründə məxmərək virusu ilə təmasda olan uşaqlarda tez-tez rast gəlinir. Çox nadir hallarda diaqnoz gecikmiş olaraq qoyulmuş olur.

Значение слова в других словарях