ARXİPELAQ

bir-birindən az aralı olub vəhdət təşkil edən ada-lar qrupu. Məs., Bakı arxipelaqı, Apşeron arxipelaqı. A. materik, mərcan və vulkan mənşəli olur. Bozdağın arid ardıc meşəsi
ARXEOLOJİ ABİDƏLƏR
ARİD EKOSİSTEMLƏR
OBASTAN VİKİ
Odlu Torpaq (arxipelaq)
Odlu Torpaq arxipelaqı (isp. Tierra del Fuego [ˈtjera ðel ˈfweɣo]) — Arxipelaq Cənubi Amerikanın cənubunda yerləşir və 40 min adadan ibarətdir. Ümumi sahəsi 73 753 km², ən böyük adası isə Odlu Torpaq adasının 47 992 km² sahəsi vardır. Arxipelaqa daxil adaların böyük hissəsi Çiliyə məxsus olan Maqalyanes-i-la-Argentina-Çilena vilayətinə daxildir. Odlu Torpaq adası isə iki ölkə arasında bölünüb. Argentinaya məxsus hissədə ərazi Odlu Torpaq, Antarktida və Cənubi Atlantika adaları vilayətinə daxildir. Arxipelaq Cənubi Amerika materikindən Magellan boğazı, Antarktika ilə isə Dreyk boğazı ilə ayrılır. Arxipelaqın ən iri adası Odlu Torpaqdır. Cənub hissədə yerləşən Oste və Navarino adaları bir-birindən Biql boğazı vastəsi ilə ayrılır. Ən hündür zirvəsi Darvin dağıdır (2488 m), əvvəllər isə Şipton zirvəsi (2469 m) hesab edilirdi.
Arxipelaq
Arxipelaq — (yunanca arkhon(lider) və pelagos(dəniz)) bir-birinə yaxın yerləşən eyni mənşəli adalar qrupu. Qədimdə bu söz Egey dənizindəki adaları adlandırmaq üçün istifadə olunub. İtalyanca Arcipelago; çoxlu adaları olan Egey dənizinə 13-cü əsrdə venesiyalıların verdikləri ad; orta əsrlər Yunanıstanda "baş dəniz" mənasındadır – bir-birinə yaxın ayrı-ayrı adaların və ya ada qruplarının məcmusu. Eyni Arxipelaq daxilindəki adalar, adətən, eyni mənşəli və oxşar geoloji quruluşa malikdir. Arxipelaq materik (Kanada Arktika arxipelaqı, Bakı arxipelaqı, Abşeron arxipelaqı və s.), mərcan (Marşall arxipelaqları və s.) və vulkan (Solomon arxipelaqları və s.) mənşəli olur.
Arxipelaq dənizi
Arxipelaq dənizi (Fin dili Saaristomeri, İsveç dili Skärgårdshavet) — Baltik dənizinin bir hissəsi olub, Botnik körfəzi, Fin körfəzi və Aland dənizi arasında yerləşir və Finlandiyanın ərazi sularına daxildir. Bu dənizdə adalarının sayına görə dünyanın ən geniş arxipelaqlarından biri yerləşir, lakin bu adalar sahəsinə görə çox kiçikdir və bir-birilərinə çox yaxın yerləşmişdir. Orta dərinliyi 23 metrdir Beynəlxalq hüquqda – arxipelaq-dövləti təşkil edən adaların arasında yerləşən və dənizin digər hissələrindən birbaşa çıxış xətləri ilə ayrılan sular; bu xətlər arxipelaqın ən uzaq adalarının və riflərinin ucqar nöqtələrini birləşdirir. Xətlərin uzunluğu 100 dəniz milindən çox olmamalı və onların ümumi sayının yalnız 3%-i 125 dəniz mili uzunluğunda ola bilər. Xətlərin çəkilməsi zamanı arxipelaqın ümumi konfiqurasiyasının nəzərəçarpan pozulmasına yol verilmir. Xətlər daxilində suyun sahəsi ilə qurunun sahəsi arasında nisbət 1:1-dən 9:1-ə qədər olmalıdır. Arxipelaq sularının hüquqi rejimi BMT-nin Dəniz Hüququna dair Konvensiyası 1982-ci ilə nizamlanır. Arxipelaq sularını müəyyən etmək hüququ arxipelaq-dövlətlərə verilmişdir. Arxipelaq suları arxipelaq-dövlətlərin suverenliyi altındadır. Arxipelaq keçidi, yəni normal gəmiçilik və UA-ların normal uçuşu hüquqları sahilyanı dövlətin müəyyən etdiyi xüsusi dəniz koridorları ilə, yaxud Arxipelaq sularında beynəlxalq gəmiçilik və ya Arxipelaq suları üzərindən beynəlxalq uçuş yolları kimi istifadə olunan adi keçidlərlə həyata keçirilir.
Samoa (arxipelaq)
Samoa — Polineziyada arxipelaq. Sahəsi — 3030 km², əhalisi — 250 min nəfər.
Çatem (arxipelaq)
Çatem (ing. Chatham Islands, mao. Wharekauri) — arxipelaq Yeni Zelandiyadan təqribən 680 km. qərbdə yerləşir. Adalarda 45 dəqiqədə xüsusi saat qurşağı istifadə edilir. 1832-ci ildən arxipelaq Yeni Zelandiyanın ərazisi elan edilmişdir. Arxipelaq xüsusi orqan olan ing. Area Outside Territorial Authority birbaşa idarəsindədir və xüsusi ərazi vahidi statusuna malikdir. Arxipelaqın tərkibinə 10 ada daxildir. Onlardan yalnız ikisi daha böyükdür: Çatem (43°53′ c.
Arxipelaq hersoqluğu
Arxipelaq hersoqluğu (yun. Δουκάτο του Αρχιπελάγους, it. Ducato dell'arcipelago) və ya Naksos hersoqluğu — Egey dənizi adalarında Dördüncü Səlib yürüşündən sonra Venesiya Respublikası tərəfindən yaradılmış hersoqluq. Latın imperiyasının vassalı idi. 1537-ci ildə Osmanlı imperiyasının vassalına çevrilmişdir və 1579-cu ildə Osmanlılar tərəfindən ilhaq edilmişdir. Bununla belə, Sifnos (1617-ci ildə fəth edilmişdir) və Tinos (1715-ci ildə fəth edilmişdir) kimi adalarda xristian hakimiyyəti bir müddət sağ qalmışdı. Frazee, Charles A.; Frazee, Cathleen. The Island Princes of Greece: The Dukes of the Archipelago. Amsterdam: Adolf M. Hakkert. 1988.
Farasan arxipelaqı
Farasan arxipelaqı (ərəb. جزر فرسان‎) — Qırmızı dənizdə, Səudiyyə Ərəbistanına məxsus olan ada. Cizan adasından 40 km aralıda, ölkənin cənub-qərbində yerləşir. Arxipelaqın ən iri adaları — Farasan. Digər adalar — Sacid, Zufaf. Adalar qorunan ərazidir. Adalarda ərəbistan cüyürü yaşayır. Buraya Avropadan gələn köçəri quşlar qışlayır.
Habomai arxipelaqı
Habomai arxipelaqı (yap. 歯舞群島) — əslinə qalanda Habomai adı əslində Hokkaydo adasında yerləşən eyni adlı rayonun eyni adlı kəndindən götürülmüşdür. Bu adalar qrupuna ümumilikdə 20 ada daxildir. Onlar arasında Polonski adası, Oskolki adaları, Zelyonı adası, Dyomin adaları, Yuri adası, Anuçin adası, Tanfilev adası sahəsinə görə xüsusi ilə seçilir. Bu qrupun adaları Hokkaydodan Sovet boğazı ilə ayrılır. Adaların ümumi sahəsi km² təşkil edir. Yaponlara məxsus olan Habomai adı onların işğalından öncə mövcud olmuşdur. Hətta 1959-cu ilin 1 aprelinə qədər burada Hamboi uezdi mövcud idi. Bir ara hətta bu adın rəsmi rus mənbələrində işlədilməsi Saxalin vilayət dumasında qərar qəbul olunur. Onlar hətta bu adın rus kütləvi informasiya mənbələrində səslənməsini və beynəlxalq iki tərəfli müqavilələrdə belə bu adın işlənməsini əsas gətirirdilər.
Haniş arxipelaqı
Haniş adaları (ərəb. جزر هانيش‎) — Qırmızı dəniz suları ilə əhatələnən arxipelaq. Adalar qrupuna daxil olan adaların böyük hissəsi Yəmənə məxsusdur. Ancaq hazırda Yəmənə məxsus olan adalara 1998—1999 illərə qədər Eritreya iddia edirdi. Arxipelaq üç böyük və çoxlu sayda kiçik adalardan ibarətdir. Ən böyük adası Zukardır. Arxipelaqın şimalında yerləşir. Sahəsi 120 km² yaxındır. İkinci böyük adası Əl-Haşim-əl-Kabir (Great Ḩanīsh) adası arxipelaqın cənubunda yerləşir və sahəsi 116 km² təşkil edir. Bu iki ada arasında Əl-Haşım-əl-Saqir (Little Ḩanīsh) və bir necə kiçik adalar qərarlaşır.
Haşim arxipelaqı
Haniş adaları (ərəb. جزر هانيش‎) — Qırmızı dəniz suları ilə əhatələnən arxipelaq. Adalar qrupuna daxil olan adaların böyük hissəsi Yəmənə məxsusdur. Ancaq hazırda Yəmənə məxsus olan adalara 1998—1999 illərə qədər Eritreya iddia edirdi. Arxipelaq üç böyük və çoxlu sayda kiçik adalardan ibarətdir. Ən böyük adası Zukardır. Arxipelaqın şimalında yerləşir. Sahəsi 120 km² yaxındır. İkinci böyük adası Əl-Haşim-əl-Kabir (Great Ḩanīsh) adası arxipelaqın cənubunda yerləşir və sahəsi 116 km² təşkil edir. Bu iki ada arasında Əl-Haşım-əl-Saqir (Little Ḩanīsh) və bir necə kiçik adalar qərarlaşır.
Juenvil arxipelaqı
Juenvil arxipelaqı (ing. Joinville Island group) — Antarktik yarımadasından şimal-şərqində yerləşir. Yarımadadan Antarktik boğazı ilə ayrılır. Arxipelaqa daxil olan ən böyük ada Juenvildir. Arxipelaq ümumilikdə 5 adadan ibarətdir. Juenvil adasından şimalda Dürvil adası, cənubda isə Dandi adası yerləşir. Dürvil adasından Larsen boğazı ilə ayrılır. Arxipelaqa həmçinin Paulet və Bransfilddir. Arxipelaqın ümumi sahəsi 2124,6 km² təşkil edir. Ada ilk dəfə 1838-ci ildı Jyul Dümon-Dürvil tərəfindən kəşf edilmişdir.
Kabrera Arxipelaqı Milli Parkı
Kabrera Arxipelaqı Milli Parkı (isp. Parque Nacional Marítimo-Terrestre del Archipiélago de Cabrera; kat. Parc Nacional Maritimoterrestre de l'Arxipèlag de Cabrera) — İspaniyanın Balear adaları muxtar birliyinin (isp. Islas Baleares; kat. Illes Balears) tərkib hissəsi olan Kabrera arxipelaqını əhatə edən milli park. Milli parkın sahəsi 100 km2-dir, amma sahəsinin 87 km2-lık hissəsi Aralıq dənizinin sularıdır. Buna görə də həm də dəniz milli parkıdır. Uzaqlığına görə milli parkın ziyarətçiləri azdır. Kabrera Arxipelaqı Milli Parkının daimi əhalisi yoxdur, lakin burada 100-ə yaxın milli park işçisi fəaliyyət göstərir. Arxipelaq böyük təbii dəyərə malikdir.
Kadyak arxipelaqı
Kadyak arxipelaqı (ing. Kodiak Archipelago) — Alyaskanın cənubunda yerləşir. 2003-ci il məlumatına əsasən arxipelaqda 13,913 nəfər yaşayır. Arxipelaqı materikdən Şelixov boğazı ayırır və materikə arasında olan məsafə 450 kilometrdir. Arxipelaqın uzunluğu 285 km. Eni isə 108 km təşkil edir. Ən iri adası Kadyak adasıdır, ikinci böyük adası isə ondan 5 km şimalda yerləşən Afoqnak adasıdır. Nisbətən şimalda yerləşən Şuyak adası çoxlu sayda əsrarəngiz buxtaıarı ilə seçildiyindən qoruma altındadır. Bundan əlavə arxipelaqa Berren, Semidi adaları, Elovıy, Çirikova və bir sıra kiçik adalar daxildir. Ümumilikdə arxipelaqın sahəsi 13,890 km² təşkil edir.
Kanada Arktik arxipelaqı
Kanada Arktik arxipelaqı (ing. Canadian Arctic Archipelago, fr. Archipel arctique canadien, Kanadada onu sadəcə Аrktika arxipelaqı adlandırırlar) — dünyanın ən iri arxipelaqlarında biri, 1,4 milyon km² sahəyə malikdir. Şimali Amerikanın şimalında yerləşir. Arxipelaqın böyük hissəsi Nunavut, az bir hissəsi isə Şimal-Qərb ərazilərinə daxildir. Adaların çoxu Şimal Buzlu okeanının, cənub-şərq hissədəki az bir qism adalar isə Atlantik okeanın akvatoriyasına aiddir. Arxipelaqa daxil olan üç ada (Baffin Torpağı, Viktoriya (ada) və Elsmir (ada)) dünyada ölçüsünə görə ilk onluğa daxildir. Ümumuilikdə burada 36,563 ada vardırki onunda 15-nin sahəsi 10-min km² çodur. İqlimi çox sərtdir, sahil əraziləri əsasən Tundra geniş yayılmışdır. Ərazinin böyük hissəsini arktik səhralar təşkil edir.
Katba arxipelaqı
Katba arxipelaqı — Sakit okeanın Cənubi Çin dənizi suları ilə əhatələnmiş, 366 adadan ibarət olan arxipelaq. İnzibati baxəmından adalar Vyetnam ərazisinə daxildir. Arxipelaqın ən böyük adasıda Katba adlanır. Arxipelaqın sahəsi 285 km² təşkil edir. Adalarda ümumilikdə 30 000 əhali yaşayır. Arxipelaqa daxil olan ən iri ada Katbadır. Arxipelaq Halonq buxtasında yerləşir. Hanoy şəhərindən 115,6 km məsafədə qərarlaşır. Katba adasının uzunluğu 21,3 km, maksimal eni isə 11 km təşkil edir. Adanın ərazisi təpəliklərdən ibarətdir.
Koreya arxipelaqı
Koreya arxipelaqı (kor. 연평도) — Sarı dənizdə, Koreya boğazı və Çecu boğazı sularında yerləşən 3,5 min ada və qayalıqdan ibarət olan Cənubi Koreyaya məsub olan arxipelaq. Arxipelaqın ən iri adaları: Kocedo, Namhedo, Çindo. Arxipelaqa daxil olan adaların sahilləri girintili-çıxıntılıdır. Adalar əsasən təpəlik və alçaq dağlıq ərazilərdən ibarətdir. Üzəri subtropik meşə və kolluqlarla örtülüdür. Sahil suları bioresurslarla zəngindir. Balıqçılıq və molyusk ovlama tədərufatı inkişaf etmişdir.
Ligitan arxipelaqı
Ligitan arxipelaqı və ya Ligitan adaları (malay Kepulauan Ligitan, ing. Ligitan group of islands) — adalar qrupu qumlu sualtı bankələrdən, mərcan və riflərdən ibarətdir. Adalar Malay arxipelaqının tərkibinə daxildir. İnzibati cəhətdən Malayziyanın Sabah ştatı ərazisinə daxildir. Adaların ümumi sahəsi 1 km² təşkil edir. Ən iri adaları Ligitan və Mabul adaları. Adalarda ümulikdə 1999-cu il məlumatına görə 2000 nəfər yaşayır. Hazırda adalarda kurort turizm inkişaf etmişdir. Arxipelaqın coğrafi koordinatları: 4°20′00″ şm. e.
Lubanq arxipelaqı
Babuyan arxipelaqı — Cənubi Çin dənizində yerləşən, Filippinə məxsus olan arxipelaq. Arxipelaqın sahəsi 245,4 km², əhalisi 32 826 nəf. (2010) təşkil edir. Mindoro adasından 52 km şimal-qərbdə yerləşir. Arxipelaq şimal-qərbdən cənub-şərqə doğru uzanır: Kabra Lubanq — arxipelaqın ən böyük adası. Ambil. Qolo. Lubanq arxipelaqına yuxarında adı çəkilən adalardan başqa (Mandaui, Talinas və s.) kiçik adalar, riflər və su altı qayalıqlar daxildir. Lubanq Qərbi Mindoro vilayətinə daxildir və 2 rayona bölünür: Lubanq (Lubanq adasının qərbi və Karba a.) — 23 068 nəf; 113,1 km². Look (Lubanq adasının şərqi, Ambil, Qolo və dgər kiçik adalar) — 9758 nəf; 132,3 km².
Malay arxipelaqı
Malay arxipelaqı (malay və ind. Kepulauan Melayu) — dünyanın ən böyük arxipelaqı. Arxipelaq özündə Böyük Zond, Kiçik Zond, Molukka, Filippin və bir çox kiçik adalar qruplarını birləşdirir. Bir sıra səbəblərdən Yeni Qvineya bu siyahıya aid edilməyərək Okeaniyaya aid edilir.. Ən böyük adaları — Kalimantan — 743 330 km² və Sumatra — 473 000 km². Ən çox əhalisi olan ada — Yavadır — 140 milyon nəfər. Malay arxipelaqı Sakit okean okeanda yerləşir Adalarda 330 vulkan var, onların 100-ü fəaliyyətdədir. Ən məhşuru Krakatau vulkanıdır. Malay arxipelaqında İndoneziya (demək olar ki bütünlüklə), Malayziya (bir hissəsi), Bruney, Şərqi Timor və Filippin kimi dövlətlər yerləşir.
Maldiv arxipelaqı
Maldiv arxipelaqı (mald. ދިވެހިރާއްޖޭގެ އަތޮޅުތައް"ގެ ތާރީޚ) — Hindustan yarımadasından cənub-qərbdə yerləşən ardalar qrupu. Bu adalar qrupunda Maldiv adaları adlı dövlət yerləşir. Ölkənin paytaxtı Male şəhəridir. Arxipelaqın sahəsi 298 km² təşkil edir. 2006-cı ilə olan məlumata görə arrxipelaqda ümumilikdə 298 968 nəfər sakin yaşayır. Atxipelaqın ən böyük şəhəri təbii ki, oaytaxt olan Male şəhəridir. Burada mövcud olan 1196 mərcan adasından yalnız 200 adada yaşayış vardır. Yerdə qalan adalar yaşamsızdır. «Atol» sözü yerli söz olun «Atolu» kimi səslənir.
Malta arxipelaqı
Malta arxipelaqı — Aralıq dənizinin mərkəzində yerləşən elə də böyük olmayan arxipelaq. Siciliya adasından 93 km cənubda, Tunisdən isə 288 km aralıda yerləşir. Malta arxipelaqının ümumi sahəsi 316 km²-dir. adalar içməli su baxımından klasıbdır. Adalar Malta dövlətinə məxsusdur. Malta heç bir ölkə ilə quru sərhədinə malik deyildir. Şimaldan Siçiliya adasından Malta boğazı iilə ayrılır. Arxipelaqa 3 yaşayışı olan ada daxildir: Malta, Qozo və Komino. Digər adalar isə əsasən iri qaya parçaları olduğundan onlarda yaşauış yioxdur. Adalar son buz dövründə Afrika ilə Avrasiya materikləri arasında quru yol üzərində olmuşdur.
Moonzund arxipelaqı
Qərbi Estoniya arxipelaqı (est. Lääne-Eesti saarestik) və ya Moonzund arxipelaqı — Baltik dənizində adalar qrupu. Estoniyanın ərazisindədir. 4 böyük (Saaremaa, Hiyumaa, Muhu, Vormsi) və 500-dən çox kiçik adadan ibarətdir. Sahəsi 4,000 km2, hündürlüyü 54 metrə qədərdir. Ərazisinin çox hissəsi meşələr və çəmənlərlə örtülüdür. Sahillərində qum dünləri var. Balıqçılıq, əkinçilik və heyvandarlıqla məşğul olunur. Mühüm şəhəri Kingiseppdir (Saaremaa adası).
Nordenşeld arxipelaqı
Nordenşeld arxipelaqı — Şimal Buzlu okeanın Kara dənizi akvatoriyasıbfa yerləşən arxipelaq. Arxipelaqın şərqdən qərbə uzunluğu 93 kilometr təşkil edir. Taymır yarımadası sahilində yerləşən Taymır körfəzindən şimal-qərbdə qərarlaşır. Nordenşeld arxipelaqından cənubda Taymır adası qərarlaşır. İnzibati cəhətdən Rusiyanın Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. Arxipelaq öz növbədində 90 irili və xırdalı adalardan ibarətdir. Üstəlik bura bir sıra adalar qrupu daxildir: Vilkinski adaları, Şərq adaları, Litke adaları, Paxtusov adaları, Sivolko adaları. Adalar əsasən vulkanik suxurlardan ibarətdir. Bitki örtüyü zəyifdə olma mövcuddur. Əsasən arktik tundra hakimdir.
Odlu Torpaq arxipelaqı
Odlu Torpaq arxipelaqı (isp. Tierra del Fuego [ˈtjera ðel ˈfweɣo]) — Arxipelaq Cənubi Amerikanın cənubunda yerləşir və 40 min adadan ibarətdir. Ümumi sahəsi 73 753 km², ən böyük adası isə Odlu Torpaq adasının 47 992 km² sahəsi vardır. Arxipelaqa daxil adaların böyük hissəsi Çiliyə məxsus olan Maqalyanes-i-la-Argentina-Çilena vilayətinə daxildir. Odlu Torpaq adası isə iki ölkə arasında bölünüb. Argentinaya məxsus hissədə ərazi Odlu Torpaq, Antarktida və Cənubi Atlantika adaları vilayətinə daxildir. Arxipelaq Cənubi Amerika materikindən Magellan boğazı, Antarktika ilə isə Dreyk boğazı ilə ayrılır. Arxipelaqın ən iri adası Odlu Torpaqdır. Cənub hissədə yerləşən Oste və Navarino adaları bir-birindən Biql boğazı vastəsi ilə ayrılır. Ən hündür zirvəsi Darvin dağıdır (2488 m), əvvəllər isə Şipton zirvəsi (2469 m) hesab edilirdi.
Palmera arxipelaqı
Palmera arxipelaqı (ing. Palmer Archipelago) — Antarktik yarımadasından qərbdə yerləşən adalar qrupu. Adalar yarımadadan Jerlaş boğazı ilə ayrılır. Arxipelaqa daxil olan iri adalar: Brabant adası, Anvers adası, Tauer adası, Triniti adası, Hosizn adası, Lej adası və Vinkl adası. Arxipelaqa ümumilildə 13 ada daxildir. Arxipelaq Adrien de Jerlaş tərəfindən adlandırılmışdır (Belçika Antarktika ekspedisiyası rəhbəri (1897—1899)). O, adaları 1821-ci ildə ziyarət etmiş amerikalı dənizçi Nataniel Palmerin şərəfinə adlandırmışdır. Ola bilsin ki, o 1821-ci ilin noyabrında adaları tam şəkildə müşahidə edmişdir. Arxipelaqda çoxlu sayda qütb stansiyaları mövcuddur. Amerikanlara məxsus Palmera stansiyası Anvers adasında, Argentinaya məxsus olan Melixor Qamma adasında, Çiliyə məxsus olan Yelço Doumer adasında yerləşir.
Pataqoniya arxipelaqı
Pataqoniya arxipelaqı (isp. Archipiélago de Patagonia) — Cənubi Amerikanın Sakit Okean sahillərində, Çilinin cənub-qərbində bir sıra adalar qrupunu və minlərlə kiçik ada və qayaları özündə birləşdirən arxipelaq. Adalar materik məşəllidir. Buradan Sahil Andları keçir. Sahilləri fiordlarla parçalanıb. Bütünlüklə dağlıq relyefə malikdir. Ən hündür nöqtəsi 1341 metr təşkil edir (Santa-İnes a.) Qrupa aşağıdakı arxipelaqlar daxildir: Çiloe arxipelaqı (Archipiélago de Chiloé) Quaitekas arxipelaqı (Guaitecas Archipelago) Çonos arxipelaqı (Chonos Archipelago) Quayaneko arxipelaqı (Guayaneco Archipelago) Kampana arxipelaqı (Campana Archipelago) Marde-de-Dios arxipelaqı (Archipiélago Madre de Dios) Karaleva Adelaida arxipelaqı (Queen Adelaide Archipelago) Ən iri adaları: Çiloe, Vellinqton (ada), Santa-İnes, Maqdalena, Littl Vellinqton, Kampana, Madre-de-Dios. Ən əsas limanı və şəhəri Çiloe adasında yerləşən Ankuddur. İqlimi okeanın təsirinə məruz qaldığından rütubətlidir. İl ərzində 3000 mm yağıntı düşür.
Phiphi arxipelaqı
Phiphi adaları (tay หมู่เกาะพีพี və ya Phi-Phi — Tayland sahillərinə yaxın ərazidə yerləşən, materiklə Phuket adası arasında yerləşir. Krabi vilayətinin tərkib hissəsini təşkil edir. Arxipelaq iki əsas (Phiphi-Don və Pxi-Pxi-Le) və dörd kiçik adalardan ibarətdir. Adalar 2004-cü il Hind okeanı zəlzələsindən güçlü zərər görmüşdür. 2004-cü ilin dekabrında təkcə adalarda 2 000 nəfər həlak olmuşdur (1200 nəfəri itkin düşmüş və bu gündə aşkarlanmamışdır). Arxipelaq Leonardo DiKaprionun çəkildiyi Çimərlik filminə görə məşhurdur. Arxipelaqın adı malay dilindən keçmədir. Orijinallıqda adanın hərfi tələffüzü ‘Pulau Api-Api’ (malay Pulau Api-Api) kimidir. Hərfi tərcümədə isə «Üfürən ada» və ya «Odlu ada» mənasını verir. Böyük ehtimal ki, bu adanın adı ‘Pokok Api-Аpi’ (malay Pokok Api-Api), və ya «Odlu ağaca» kimidur.
Qərbi Estoniya arxipelaqı
Qərbi Estoniya arxipelaqı (est. Lääne-Eesti saarestik) və ya Moonzund arxipelaqı — Baltik dənizində adalar qrupu. Estoniyanın ərazisindədir. 4 böyük (Saaremaa, Hiyumaa, Muhu, Vormsi) və 500-dən çox kiçik adadan ibarətdir. Sahəsi 4,000 km2, hündürlüyü 54 metrə qədərdir. Ərazisinin çox hissəsi meşələr və çəmənlərlə örtülüdür. Sahillərində qum dünləri var. Balıqçılıq, əkinçilik və heyvandarlıqla məşğul olunur. Mühüm şəhəri Kingiseppdir (Saaremaa adası).
Sedov arxipelaqı
Sedov arxipelaqı — Şimal Torpağının qər hissəsində (Rusiya) yerləşın adalar qrupu. Adalar Şimal Buzlu okeana daxil olan Kara dənizi suları ilə əhatələnir. İnzibati cəhətdən isə Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. Adalar qrupunun tərkibinə altı ada və çoxlu sayda adaclqlar daxildir. Oktyabr İnqilabı adasında yarləşən Paris Kommunası yarımadasın cənub-şərqindən 53 kilometr boyunca şimal-qərbə doğru uzanan kiçik adacıqlar qrupun tərkibini təşkil edir. Qrupun ən şərq adası Oktyabr İnqilabı adasından 4,9 kilometr cənub-qərbdə yerləşən ada ondan Şərq boğazı ilə ayrılır. Adalar qrupuna daxil olan adalar (qərbdən şərqə): Qolomyannıy adası — adanın uzunluğu 6 kilometr, eni isə iki kilometrdir. 1954-cü ilin yazından adada Qolomyannıy adası qütb stansiyası fəaliyyət göstərir edir. Sredniy adası ilə qumlu-gilli bərzəxlə birləşir. Bu bərzəxin uzunluğu 1 km, eni isə ən enli yerdə 300 metrdir.
Sulu arxipelaqı
Sulu arxipelaqı — Filippin adalarının tərkibinə daxil olan, elə də böyük olmayan adalardan təşkil olunmuş arxipelaq. Mindanao ilə (Filippin) və Kalimantan (Malayziya) adaları arasında yerləşir. Cənub-qərbdən şimal-şərqə doğru uznır. Ümumi uzunluğu 1680 km, sahəsi isə 4068 km²-dir. Adalarda 1 378 162 nəfər yaşayır (2010). Arxipelaqın tərkibinə daxil olan adalar — Basilan, Jolo və Tavi-Tavi və kiçik adalar — Situbu, Panqutaran, Tavitaxi, Tapul, Samales, Pilan. Arxipelaq Mindanao adasından Basilan, Kalimandan adasından isə alis boğazı ilə ayrılır. Şimaldan Sulu, cənubdan isə Sulavesi dənizi ilə əhatələnir. Arxipelaqda əsasən Moro xalqı yayılmışdır. Müsəlman filippinlilərə belə rast gəlinir.

Значение слова в других словарях