ATICILIQ

is.
1. Yaxşı tüfəng atmaq, nişan vurmaq qabiliyyəti; mahir nişançılıq. Müasir atıcılıq idmanı.
– Getdikcə Camalın ovçuluq və atıcılıq şöhrəti hər yana yayılırdı. S.Rəhimov.

2. Yun atmaq, pambıq atmaq sənəti; həllaclıq.
ATICI
ATIL-BATIL
OBASTAN VİKİ
Azərbaycan Atıcılıq Federasiyası
Azərbaycan Atıcılıq Federasiyası Atıcılıq idman növünün ölkədə inkişaf etdirilməsi, əhalinin sağlamlığının möhkəmləndirilməsində atıcılıq idmanının inkişaf proqramlarını tərtib edərək həyata keçirtmək. Atıcılıq üzrə yüksək səviyyəli idmançıların hazırlığı sistemini təkmilləşdirir Hər il atıcılıq üzrə milli yığma komandanın heyətini müəyyən edərək təsdiq olunması üçün Gənclər və İdman Nazirliyinə təqdim edir Atıcılıq üzrə milli yığma komandanın məşqçi heyətini müəyyən edərək təsdiq olunması üçün Gənclər və İdman Nazirliyinə təqdim edir Atıcılıq üzrə yarış qaydalarını, ölkə yarışları haqqında əsasnaməni təsdiq edir Respublika Vahid İdman Təsnifatına daxil olması məqsədilə atıcılıq üzrə normativ və tələblər hazırlayıb təsdiq olunmaq üçün Gənclər və İdman Nazirliyinə təqdim edir. Vilayət Eyvazov — AAF prezidenti İsmət Əliyev — vitse-prezident Zemfira Meftaxetdinova — vitse-prezident Tofiq Bəylərov — vitse-prezident Emin Cəfərov — baş katib Bakı Atıcılıq Mərkəzi. Azərbaycan Atıcılıq Federasiyası Arxivləşdirilib 2009-11-15 at the Wayback Machine Bakıda keçirilmiş Dünya Kubokunda azərbaycanlı idmançılar niyə nəticə qazana bilmədilər?
Bakı Atıcılıq Mərkəzi
Bakı Atıcılıq Mərkəzi — 2015 Avropa Oyunları ilə bağlı yarışların keçirildiyi obyektlərdən biri. Bakı Atıcılıq Mərkəzinin tikintisinə 2014-cü ildə başlanılıb. Kompleksin açıq poliqonunda tamaşaçılar üçün oturacaqların sayı 500, qapalı yerdə isə tamaşaçı tutumu 1200 nəfərlikdir.
Qəbələ atıcılıq klubu
Qəbələ atıcılıq klubu — Azərbaycan Respublikasının Qəbələ rayonunda atıcılıq idman növü ilə məşğul olanlar üçün nəzərdə tutulan beynəlxalq səviyyəli idman qurğusu. Qəbələ atıcılıq klubunun layihəçisi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutudur. Klubun inzibati binasının foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur. Xüsusi memarlıq üslubunda inşa olunan binada qeydiyyat bölməsi, iclas və məşğələ otaqları, atəş zonasındakı nəticələri müşahidə etmək üçün xüsusi zal yaradılmışdır. Binada ayrıca tibb məntəqəsi də fəaliyyət göstərir. Kluba gələnlər elektromobillərlə atəş zonasına daxil olurlar. Burada idman silahlarından istifadə etmək üçün xüsusi qaydalar da müəyyən edilmişdir. Atəş zonasında silahlar boşaldıldıqdan sonra təhvil alınır. Təhlükəsizliyin təmin olunması və yanğından mühafizə məqsədi ilə klubun ərazisində müşahidə kameraları və yanğından mühafizə məntəqələri qurulmuşdur. Ərazidə ayrıca bayraq meydançası da yaradılmışdır.
2015 Avropa Oyunlarında atıcılıq idmanı

Значение слова в других словарях