1. Yanar və partlayıcı maddələrdən bəzəkli, rəngbərəng işıqlar verən fişənglər və s. hazırlama işi; pirotexnika.
2. Əlvan və bəzəkli işıqlar verən fişənglərlə keçirilən şənlik.
Məmmədhəsən mirzə də böyük bir atəşbazlıq düzəltmişdi.
Balaca uşaqlar təzə paltar geyərdilər və məşhur olan oyunlardan “koskosa” oynardılar, cahıllar isə atəşbazlıq edərdilər.
O təpələrdə elə bil atəşbazlıq nümayiş etdirilirdi.