aviabenzin
aviabomba
OBASTAN VİKİ
Aviabilet
Aviabilet — sərnişin və aviaşirkət arasında, sərnişinin və onun yükünün hava yolu ilə daşınması ilə əlaqədar bağlanmış müqaviləni təsdiqləyən sənəddir. Aviabileti almazdan əvvəl sərnişin onun şərtləri ilə tanış olmalıdır, çünki beynəlxalq hüquq normalarına uyğun olaraq, biletin alınması sərnişinin müqavilənin şərtləri ilə tanış olması kimi və onunla razılaşması kimi qiymətləndirilir. == Elektron aviabilet == Elektron sərnişin bileti – ənənəvi kağız blankın əvəzinə təklif olunan aviabiletin elektron formasıdır, o, Sizin uçuşa hazırlığınızı asan və rahat etməyə imkan verir. Bütün informasiya etibarlı şəkildə aviaşirkətin xüsusi məlumat bazasında elektron formada saxlanılır. Sərnişinə elektron aviabiletin surəti verilir (Passenger Itinerary Receipt), burada sərnişin haqqında, marşrut, tarif, ödəniş, satış ofisi və s. haqqında məlumat verilir. Elektron aviabilet, həmçinin onun kağız variantı sərnişin və aviaşirkət arasında, sərnişinin və onun yükünün hava yolu ilə daşınması ilə əlaqədar bağlanmış Müqaviləni təsdiqləyən rəsmi sənəddir.
Elektron aviabilet
Elektron aviabilet — İnternetdən axtarış edilib alınan aviabiletlər elektron aviabilet və ya digər adı ilə e-ticket adlanır. Elektron aviabilet, hava nəqliyyatında sərnişin və ya yük daşınması üçün bağlanmış müqavilənin elektron sənədidir. Bu elektron qəbz, özündə marşrut haqqında dolğun informasiyanı – biletin qiyməti, uçuş tarixi və saatı, səyahəti təşkil edəcək aviaşirkət, yük daşıma şərtləri və s. məlumatları tam ehtiva edir. Bundan başqa bir çox mobil telefonlar, elektron aviabiletləri başa düşərək avtomatik təqvimə əlavə edir və uçuşa bir neçə müddət qalmış alıcını xəbərdar edir. Məhz bu kimi üstünlükləri ilə, elektron aviabiletlərin, kağız aviabiletlərə nəzərən itməsi imkansızdır.

Значение слова в других словарях

акко́рд бипла́новый генеалоги́ческий когнитиви́ст приостана́вливать распи́хивание заблаговре́менный кага́н мерзопа́костный натурализа́ция неси́льный ну́жно припеча́тка ananym Apollo asteroid back-chat fanged oomph run down telson triple unpeople блюдо мздоимец плотовщик