İdarə
İdarə — mülkiyyətçi tərəfindən idarəçiliyi, sosial-mədəni və digər qeyri-kommersiya fəaliyyətini həyata keçirən, mülkiyyətçi tərəfindən tam və ya qismən maliyyələşdirilən qeyri-kommersiya təşkilatı.
== Növləri ==
Mülkiyyətçidən asılı olaraq aşağıdakı növləri vardır:
Dövlət idarələri;
Bələdiyyə idarələri;
Özəl idarələr;
müəssisə, təşkilat;
müəssisənin, təşkilatın yerləşdiyi bina;
dövlət idarəetmə, dövlət hakimiyyəti orqanı;
xidmətlər sahəsində, mənəvi informasiya məhsulunun istehsalında təsərrüfat, sosial-mədəni fəaliyyəti həyata keçirən təşkilat;
hər hansı bir iş, fəaliyyət sahəsinə (dövləti, elmi, ictimai, ticarət, təsərrüfat və s.) baxan, müəyyən struktura malik personalı, ştatı, müdiriyyəti olan təşkilat;
Azərbaycan Respublikasında dövlət idarələri və ictimai idarələr fəaliyyət göstərir. İdarə hüquqi şəxs hesab olunmur. İdarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür.
Əliquliyev R.. Şükürlü S., Kazımova S. Elmi fəaliyyətdə istifadə olunan terminlər. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s.