Məişət axıntıları
Məişət axıntıları – kommunal təsərrüfatının maye tullantıları. Şəhər adamlarının sutka ərzində işlətdiyi təmiz su (300-400 l) mühitə güclü çirklənmiş halda, qayıdır. Tərkibində neft maddələri, asılı maddələr, xloridlər, sulfatlar, nitritlər, nitratlar, ammonium-azot olur. Sintetik aktiv maddələrin (məs: yuyucu toz) tərkibində fenol, dəmir, mis, sink, nikel, xrom, qurğuşun, kobalt, alüminium, kadmium olur. Məişət axıntılarının yenidən işlənməsi şəhər ekologiyasının çətin problemlərindən biri hesab olunur.
== Məişət radiasiya yükü ==
Nüvə enerjisi istehsalı və ya radiaktiv şüadan xüsusi istifadə ilə əlaqədar olmayan aşağı dozada ionlaşdırcı şüaların insana təsiri, Məişət radiasiya yükü: məişət cihazlarından istifadə zamanı alına bilər. (ilk növbədə lümunafor istifadə olunan rəngli televizorlar, işıqverən amferblatlı saatlar), həmçinin rentgen müayinəsi zamanı (rentgen cihazı ilə xidmət göstərən tibbi personalın şüalanma ehtimalı var).
== Məişət süzgəcləri (içməli su üçün) ==
Suyu üzvi maddələrin çirkləndiricilərindən (fenol, neft maddələri) ağır metalardan təmizləyən, həmçinin suyun codluğunu azaldan xüsusi qurğular.
== Məişət (komunal) tullantıları ==
Məişət əşyalarının və insanların həyatında istifadə edilən maddələrin bərk (həmçinin çirkab sularının çöküntüləri (tullantıları) hamam, camaşırxana, yeməkxana, xəstəxana müəssəsisələrin məişət binaları tullantıları və s.).
== Məişət tullantılarının istifadəsi ==
Tullantıların tərkibindən qiymətli (əsasən metalları) və yanmayan komponentləri (şü- şə) çıxararaq, onları yandırdıqda və ya üzvi qıcqırtdıqda əldə edilən enerji və xammaldan tikinti materialları, kompost və s .