1. Sürətlə axan su; sel; iti cərəyan, güclü axan su, selab. Yağışdan əmələ gələn axın yolları xarab etdi.
// Cərəyan, suyun axıb getdiyi tərəf. Çayın axını ilə üzmək.
– Sən ki son nəfəsinlə vətəni andın; Çayların axını dayandı bir an.
// Axma. Lənkəran, Naxçıvan və Kür-Araz ovalıqlarından axan çaylar, onların axın şəraiti, dərələrinin xarakteri və s.
birbirindən fərqlidir.
2. Məftildə elektrik cərəyanının hərəkəti.
3. məc. Arası kəsilmədən hərəkət edən insan və s. kütləsi, izdiham. Canlı insan axını. Axının qabağını dayandırmaq.
– Axının kənara atdığı Ayaz da fəryad qopardı.
Baxınız, qarşımı tutmuş bir axın; Güclüdən güclü, dənizdən daşqın.
□ Axına qoşulmaq – əksəriyyətə tabe olmaq.
Şahnisə xanım çıxılmaz bir vəziyyətdə qalıb, nə “hə”, nə “yox” deyir, istər-istəməz axına qoşularaq deyilənlərə tabe olurdu.
4. məc. Gediş, cərəyan.
…Həyatın təbii axını onu [Səriyyəni] bir kor kimi istədiyi səmtə sürükləyirdi.
5. Hücum, basqın, həmlə. Düşmən qoşunlarının axını dayandırıldı.
– Burada çox oynadı qılınclar, qınlar; Ordular, karvanlar, başsız axınlar.
6. məc. Qərarsızlıq, tez-tez dəyişmə. Zavodda işçi qüvvəsi axını çox böyükdür.