Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rafflesia patma
Rafflesia patma (lat. Rafflesia patma) — rafflesiyakimilər fəsiləsinin rafflesiya cinsinə aid bitki növü.
Oxatma
Oxatma — qədim idman növü. Mənşəyi ovçuluq qədər köhnədir. Oxu bir yay vasitəsilə hədəfə göndərməyi məqsəd qoyan idmandır. Oxatma ilk dəfə 1904 Yay Olimpiya Oyunlarında olimpiya proqramına salınıb, 1972-ci ildən isə hər olimpiya oyunlarında idmanın bu növü üzrə yarış keçirlir. Burada 30, 50, 60, 70, 90 m məsafələrə ox atmada yarışırlar. İdman oxatması üzrə 45 ölkənin idmançıları Beynəlxalq Federasiyada (FİTA) birləşir. Bu federasiya 1931-ci ildən dünya çempionatları keçirir. Terminlərdən asılı olaraq oxatan hədəfə 30-dan 288-ə qədər ox atır. Yaylar ağacdan və metaldan müxtəlif formalı və çəkili (400-700 q) düzəldilir. Oxun gövdəsi ağacdan, metaldan, plastmasdan, ucluğu isə metaldan hazırlanır.
Lopatka burnu
Lopatka burnu — Kamçatka yarımadasının cənub hissəsində yerləşir. Burun ərazisində sərhəd zastavası və meteoloji stansiya fəaliyyət göstərir. Relyefi əsasən düzənlikdir. Tundra bitkiləri ilə örtülüdür. Güçlü küləklərin təsirinə məruz qalır. Günəşli günlərin sayı olduqca azdır. Cənub-qərbində Kuril adalarının şimalda yerləşən son adası olan Şumşu ada ilə arasında Birinci Kuril boğazı yerləşir. == Tarixi == Qədim rus xəritələrində Burun, Cənub künçü, Kuril Lopatkası və Lopatka adlandırılmışdır. 1945-ci ilin avqust ayında Sovet qoşunları burun ərazisində baş leytenant S. İ. Sokolyakın başçılığı ilə bateriya yerləşdirilir. Hədəf Şumsu adasının ələ keçirilməsi olmuşdur.
Parçalanma (çoxalma)
Parçalanma (çoxalma) — Çoxhüceyrəli və ya səbəst orqanizmlərində parçalanma, bir orqanizmin fraqmentlərə bölündüyü qeyri-cinsi çoxalma və ya klonlaşmanın bir formasıdır. Bu fraqmentlərin hər biri orijinal orqanizmin klonları olan yetkin, tam yetkin fərdlərə çevrilir. Orqanizm tökülmək və ya asanlıqla parçalanmaq üçün xüsusi orqanlar və ya zonalar inkişaf etdirə bilər. Əgər parçalanma orqanizmin əvvəlcədən hazırlanması olmadan baş verərsə, onun çoxalma funksiyasını yerinə yetirməsi üçün hər iki fraqment tam orqanizmi bərpa edə bilməlidir. Çoxalma üsulu olaraq parçalanma filamentli siyanobakteriyalar, qəliblər, süngərlər, acoel yastı qurdlar, bəzi annelid qurdlar və dəniz ulduzları kimi orqanizmlərdə görülür. == Müxtəlif orqanizmlərdə parçalanma == Göbələklər krallığının bir hissəsi olan qəliblər, mayalar və göbələklər hif adlanan kiçik saplar əmələ gətirir. Bu hiflər böyümək və mayalandırmaq üçün digər orqanizmlərin bədənindən qida və qida maddələri alırlar. Sonra bir parça hif qoparaq yeni bir fərdə çevrilir və dövr davam edir. == Bitkilər == Parçalanma bitkilərdə çox yayılmış vegetativ çoxalma növüdür. Bir çox ağaclar, kollar, ağacsız çoxilliklər və qıjılar rizomlar və ya stolonlar tərəfindən yeni köklü tumurcuqlar çıxararaq klon koloniyaları əmələ gətirir ki, bu da koloniyanın diametrini artırır.
Təbiətdə çoxalma
Təbiətdə çoxalma — Təbiətdə çoxalma müəyyən bir növün təbii yaşayış mühitində baş verən çoxalma prosesidir. Bu terminologiya heyvandarlıqdan və ya növün əsl yetişdirilməsindən fərqlənir . Çox vaxt heyvandarlıq yerləri sığınacaq və qidaya yaxınlıq üçün xüsusi tələblər üçün seçilir; üstəlik, çoxalma mövsümü hər bir növ üçün anatomik, cütləşmə ritualları, iqlim və digər ətraf mühit amillərinə uyğun olaraq inkişaf etmiş xüsusi bir zaman pəncərəsidir. Bir çox növ tələb olunan çoxalma sahələrinə çatmaq üçün xeyli məsafələrə köç edir. Bəzi ümumi xüsusiyyətlər heyvanlar aləmində tez-tez amfibiyalar, sürünənlər, məməlilər, artropodlar və aşağı həyat formaları arasında yayılan müxtəlif taksonlara aiddir. == Amfibiyalar == Bir çox suda-quruda yaşayanlar, adətən ətraf mühitin temperaturu, yağış, səth sularının mövcudluğu və qida ehtiyatları ilə idarə olunan illik çoxalma dövrünü izləyirlər. Bu çoxalma mövsümü uzun müddət yuxu və ya qış yuxusunun bir çox amfibiya növlərini uzun müddət fəaliyyətsiz hala gətirdiyi mülayim bölgələrdə xüsusilə nəzərə çarpır. Çoxalma yerləri adətən gölməçələr və çaylardır. == Məməlilər == İllik çoxalma dövrləri bəzən temperaturun və qidanın mövcudluğundakı mövsümi dalğalanmalar da daxil olmaqla ətraf mühitin təsirlərinə düzəlişlər etməklə məməlilərə tətbiq edilir. Məməlilərin miqrasiya nümunələri bəzən çoxalmanın vaxtını təyin edə bilər.
Aechmea comata
Aechmea comata (lat. Aechmea comata) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Azərbaycanda oxatma
Azərbaycanda oxçuluq və ya kamandan oxatma qədim tarixə malikdir. Müasir idman növü olaraq isə sovet dövründən inkişaf etmişdir. Azərbaycan Yay Olimpiadasında oxatma üzrə ilk dəfə 2016-cı ildə çıxış etmişdir. == Arxa plan == === Arxeoloji mədəniyyətlər === Boyalı Qablar mədəniyyəti Xocalı-Gədəbəy mədəniyyəti === Qafqaz Albaniyası ordusu === Antik müəllif hücum və müdafiə silahları haqqında məlumat qoyub getmişdir. Məsələn, qeyd edilir ki, albanlarda zirehləri və uzun dördkünc qalxanları olan nizəçilər və oxatanlar vardı.Akontistlər – nizəçilər və toksotlar – oxatanlar vardısa, deməli, nizələr və oxlar da olmalı idi. Arxeoloji material yazıçıların dediklərini təsdiq edir. Albaniya ərazisində çoxlu silah aşkar edilmişdir və bunun xeyli hissəsi küp, katakomba və taxta qəbirlər mədəniyyətinin daşıyıcılarına məxsusdur. O dövrdə üçpərli, saplaqlı dəmir ox ucluqları oymaqlı, çıxıntılı tunc ucluqları, habelə daha erkən dövr (eramızdan əvvəl VII-VI əsrlər) üçün səciyyəvi olan oymaqlı, üçüzlü tunc və sümük ucluqları sıxışdırıb aradan çıxartmışdı. Bununla yanaşı küp qəbirlərin birindən əvvəlki vaxtların tunc oxlarına nisbətən daha səliqəli hazırlanmış tunc ox ucluğu tapılmışdır. Mingəçevirdə e.ə.
Evgeniya Lopata
Evgeniya Lopata (1 noyabr 1994, Çernovtsı) — ukraynalı mədəniyyət meneceri və tərcüməçi. == Həyatı == Evgeniya Lopata 1994-cü ildə Ukraynanın Çernovtsı şəhərində anadan olmuşdur. Orta təhsilini həmin şəhərdəki 1 nömrəli gimnaziyada, ali təhsilini isə Çernovtsı Universitetində Biznes idarəçiliyi və menecmentlik üzrə və Qrats Universitetində Alman dili ixtisası üzrə almışdır. 2013-cü ildən "Meridian Çernivtsi" beynəlxalq ədəbiyyat festivalının direktoru və eyniadlı nəşrin naşiridir. 2015-ci ildə Schwarzkopf - Gənc Avropa Fondu tərəfindən "İlin Gənc Avropalısı" seçilmişdir. Tərcüməçi kimi o, mətnlərin alman və ya ingilis dilindən Ukrayna dilinə çevrilməsi sahəsində fəaliyyət göstərir. Hazırda Almaniyanın paytaxtı Berlin şəhərində yaşayır. Bundestaqda işləyir.
Hemiprocne comata
Hemiprocne comata (lat. Hemiprocne comata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin kəkilli uzunqanadlar fəsiləsinin kəkilli uzunqanad cinsinə aid heyvan növü.
Kamandan oxatma
Kamandan oxatma — kamandan oxatma idman növü Dünya Oxatma Federasiyası (ing. World Archery Federation) tərəfindən tənzimlənir. Kamandan oxatma Beynəlxalq Olimpiya Komitəsinin (BOK-un) orqanıdır. == Həmçinin bax == FITA — Beynəlxalq Oxatma Federasiyası (fr.
Osmanlıda oxatma
Osmanlıda oxçuluq məktəbinə yazılmaq üçün oxu ən azı 594 m uzağa atmaq lazım idi.Tarixdə ən yaxşı oxçu isə Tozkoparan İskəndər olub,oxu 826 m-dən hədəfə vurub.Halhazırda isə dünyadakı ən yaxşı oxçular ən yaxşı halda 500 m-dən hədəfi vura bilirlər. Osmanlıda oxçu ox və yayı qaytaranda ustadları onların qulaqlarına "Kamankeş Sirri"ni fısıldayardı. Amma bu sirr başqa heç kesə açıqlanmazdı. Osmanlı imperiyası dağıldıqdan sonra bu sirr də üzə çıxdı. Bu sirr Ənfəl surəsinin 17-ci ayəsi idi: "Atdığın zaman onu sən atmadın, Allah atdı". Oxçular yayı bəzən elə möhkəm çəkərdilər ki, bel sümükləri qırılmasın deyə zireh geyenlər olurdu. Yay ən güclü olan baş barmaqla çəkilirdi və bu zaman barmağa zərər gəlməsin deyə "Zihkir" adlı üzük taxılırdı.
Phyllorchis comata
Bulbophyllum comatum (lat. Bulbophyllum comatum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum comatum növü Tropik Afrika üçün endemik növdür. == Sinonim == Bulbophyllum comatum var. comatum Bulbophyllum kraenzlinianum De Wild. Phyllorchis comata (Lindl.) Kuntze Phyllorkis comata (Lindl.) Kuntze == Növ müxtəlifliyi == Bulbophyllum comatum var. inflatum (Rolfe) J.J.Verm.
Phyllorkis comata
Bulbophyllum comatum (lat. Bulbophyllum comatum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum comatum növü Tropik Afrika üçün endemik növdür. == Sinonim == Bulbophyllum comatum var. comatum Bulbophyllum kraenzlinianum De Wild. Phyllorchis comata (Lindl.) Kuntze Phyllorkis comata (Lindl.) Kuntze == Növ müxtəlifliyi == Bulbophyllum comatum var. inflatum (Rolfe) J.J.Verm.
Yevgeniya Lopata
Evgeniya Lopata (1 noyabr 1994, Çernovtsı) — ukraynalı mədəniyyət meneceri və tərcüməçi. == Həyatı == Evgeniya Lopata 1994-cü ildə Ukraynanın Çernovtsı şəhərində anadan olmuşdur. Orta təhsilini həmin şəhərdəki 1 nömrəli gimnaziyada, ali təhsilini isə Çernovtsı Universitetində Biznes idarəçiliyi və menecmentlik üzrə və Qrats Universitetində Alman dili ixtisası üzrə almışdır. 2013-cü ildən "Meridian Çernivtsi" beynəlxalq ədəbiyyat festivalının direktoru və eyniadlı nəşrin naşiridir. 2015-ci ildə Schwarzkopf - Gənc Avropa Fondu tərəfindən "İlin Gənc Avropalısı" seçilmişdir. Tərcüməçi kimi o, mətnlərin alman və ya ingilis dilindən Ukrayna dilinə çevrilməsi sahəsində fəaliyyət göstərir. Hazırda Almaniyanın paytaxtı Berlin şəhərində yaşayır. Bundestaqda işləyir.
2015 Dünya Oxatma Çempionatı
2015 Dünya Oxatma Çempionatı — 48-ci Dünya Oxatma Çempionatıdır.
Azərbaycan Kamandan Oxatma Federasiyası
Azərbaycan Kamandan Oxatma Federasiyası – 1993-cü ildə Bakıda təsis edilmişdir. Beynəlxalq Kamandan Oxatma Federasiyaları Assosiasiyasının (FİTA) və Avropa Kamandan Oxatma Federasiyaları Assosiasiyasının (FETA) üzvüdür (1993). Azərbaycanda bu idman növü 1969–1970-ci illərdə inkişaf etməyə başlamışdır. "Məhsul", "Spartak", "Lokomotiv" və s. idman cəmiyyətlərində oxatma bölmələri açılmışdır. V. Maksimov, S. Yusifova, S. İsmayılova, N. Hüseynova, O. Saraykina, E. Hacıyev və b. SSRİ kuboku, ümumittifaq və beynəlxalq yarışların qalibi və mükafatçıları olmuşlar. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 2-ci cild: Argentina – Babilik (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi.