Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hörülmə papaq
Hörülmə papaq və ya bini papaq (ing. beanie hat) — adətən yundan (bəzi zaman sintetik liflərdən) soyuq havalarda istilik təmin etmək üçün nəzərdə tutulan papaq.
Perikraton çökəlmə
Perikraton çökəlmə – platformanın, onunla həmyaş geosinklinal vilayətin sərhədi boyu bir neçə geoloji dövr ərzində mövcud olmuş və qalın çökmə süxur seriyası ilə dolmuş uzunmüddətli çökəlmə zonası. Xainə görə (1964), perikraton çökəlmə bünövrə yatımının kəskin gömülmüş va daha cavan çöküntülər inkişaf etmiş (çökmə örtüyü) enli (1000 km-dək) zolağı. Qalxan və plitələrdən sonra bünövrənin üçüncü pilləsini təşkil edən bu zolaqlar, adətən plitələrdən bünövrə yarıqları sistemi ilə ayrılır. Kənar çökəklər perikraton çökəlmə xarici hissəsində təşəkkül tapır və çox vaxt birincilərin alt struktur mərtəbəsini təşkil edir. == Həmçinin bax == Platforma Çökmə süxurlar Çökək == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Varlığın dözülməz yüngüllüyü (roman)
Varlığın dözülməz yüngüllüyü - Milan Kunderanın 1982-ci ildə yazdığı kitab. == Haqqında == İlk dəfə 1984-cü ildə Fransada fransız dilində nəşr olunan kitab ilk nəşr olunduğu andan ədəbi aləmdə öz əksini tapmışdır. Çex orijinalı növbəti il nəşr olundu. Onun türk dilinə tərcüməsi ilk dəfə 1986-cı ildə, 2014-cü ilin martında isə 41-ci nəşrini həyata keçirmişdir. Roman 1987-ci ildə eyniadlı filmə uyğunlaşdırılıb. Romanda baş qəhrəmanlar Tereza, Tomas, Sabin və Franzın münasibətləri 1968-ci ilin Praqa baharı və ondan sonra Sovet İttifaqının Çexoslovakiyaya hücumu arxa plana keçərək izah edilir. Hadisələr Praqa, Paris, İsveçrə, Kambocada baş verir. Yeddi hissədən ibarətdir. == İstinadlar == "Qanun Nəşriyyatı".
Cozue Karduççi
Cozue Karduççi (it. Giosuè Alessandro Giuseppe Carducci; 27 iyul 1835[…] – 16 fevral 1907[…], Boloniya[…]) — italyan şair və tənqidçi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1906). == Həyatı == İtaliyanın ədəbiyyat sahəsində ilk Nobel mükafatı laureatı, şair və tənqidçi Cozue Karduççi 1835-ci ildə İtaliyanın şimalında, Toskana əyalətinin Valdikastello şəhərində doğulmuşdur. Atası həkim idi və İtaliyanın birliyi uğrunda fəal mübarizlərdən biri kimi tanınırdı. Onun siyasi baxışlarına, habelə sərt xarakterinə görə Karduççi ailəsi tez-tez yaşayış yerini dəyişməli olurdu. Nəticədə övladların ən böyüyü olan Cozue ilk təhsilini ev şəraitində almışdı. 1849-cu ildə isə o, heç bir çətinlik çəkmədən Florensiyada, piaristlər dini ordeninin himayəsi altındakı məktəbə daxil olmuşdu. Məktəbdə Cozue İntibah dövrü və çağdaş italyan müəlliflərini, eləcə də Bayron və Şiller kimi sənətkarları dərindən mənimsəmişdi. Eyni zamanda özü də ilk lirik və satirik şerlərini yazmış, "İliada"nın onuncu nəğməsini qədim yunancadan italyan dilinə çevirmişdi. Atasının ziddiyyətli xarakteri Cozueyə də sirayət etmiş, hətta yaradıcılığında da əksini tapmışdı.