Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çığırğan
Çığırğan — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Çığırğan sözünün kökü Kür çayının qarşı tərəfindəki insanlara çığıraraq səslənən sakinlərə verilən ad.
Çığırğan cüllüt
Çığırğan cüllüt (lat. Vanellus gregarius) — Çovdarçılar fəsiləsinin Bibikinə cinsinə aid quş növü. == Statusu == Nadirdir. == Kateqoriyası == (CR). Mənfi antropogen təsirlərdən sayı kəskin azalıb. Kritik vəziyyətdədir. == Qısa təsviri == Əsas rəngi qonur-bozdur. Ayaqları və dimdiyi qaradır. Quyruğu ağdır, lakin ucu qaradır. Bel tərəfi qonur–boz, boynu və çinədanı tüstü kimi boz, döşü qara, qarnı kürəndir .
Çığırğan (Qars)
Çığırğan — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 592 nəfərdir (2022).
Çığırqan qarqar
Çığırqan qarqar (lat. Milvago) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinə aid heyvan cinsi.
Çığırqan çökükburun
Çığırğan cüllüt (lat. Vanellus gregarius) — Çovdarçılar fəsiləsinin Bibikinə cinsinə aid quş növü. == Statusu == Nadirdir. == Kateqoriyası == (CR). Mənfi antropogen təsirlərdən sayı kəskin azalıb. Kritik vəziyyətdədir. == Qısa təsviri == Əsas rəngi qonur-bozdur. Ayaqları və dimdiyi qaradır. Quyruğu ağdır, lakin ucu qaradır. Bel tərəfi qonur–boz, boynu və çinədanı tüstü kimi boz, döşü qara, qarnı kürəndir .
Çığıran sərçələr
Çığıran sərçələr (lat. Tyranni) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan yarımdəstəsi.
Şibirğan
Şibirğan (puşt. شبرغان Şibarğan) — Əfqanıstanının Cövzcan vilayətində şəhər. Əhalisi 175 min nəfərdir (2006). Məzari-Şərifdən 130 km (81 mil) uzaqlıqdadır. Kabul, Məzari-Şərif və s. Şəhərlərlə əhatələnib.
Çigirin
Çigirin — tarixin daha erkən çağlarında bir Osmanlı şəhəri olmuş, indi Ukraynanın Çərkəz vilayəti (Çerkessk) mərkəzidir. Qara Klobukların xələfi olan çərkəzlərin yurdu olan Çigirin Tasma çayının (Dneprin qolu) üstündə, Funquklu stansiyasının yaxınlığında yerləşir. Artıq XVI əsrdən kazak və kalmIkların ardıcıl hücumlarına məruz qalmaqda idi (Rus mənbələrində də həmin zamanlardan adı çəkilməyə başlayır). Çox keçmir ki, talançı kazakların ələ keçirib qışlaq kimi istifadə etdikləri qala 1677–1681-ci ildə Ukrayna hetmanı Boqdan Xmelnitskinin iqamətgahına çevrilir. 1676–1681-ci illərin Rus-Türk müharibəsində Çigirin qalası qanlı döyüş meydanına dönür, dəfələrlə əldən-ələ keçir. Qala uğrunda döyüşlərə İbrahim paşa, ikinci yürüşdə Qara Mustafa başçılıq edirdi. Rus-kazak birləşmiş qoşunlarına general Q. Romadonovski (I Pyotr gələcəkdə ona "Knyaz ata" ləqəbi verir) və rusların, daha obrazlı deyilsə "moskal"ın sədaqətli və üzüyola tərəfdaşı hetman İ. Samoyloviç başçılıq edirdilər. Böyük Kasım xanlığınin ruslarin əlinə keçməsilə hələ kiçikkən xristianlığa gətirilib Vasili adı verilən Seyid Bürhan da rusların qardaşı qardaş üstünə salması məqsədinə müvafiq olaraq öz kasımlıları ilə döyüşlərdə iştirak edirdi Mühüm siyasi və hərbi strateji mövqeyə sahib olan Çigirin qalasının əldən getməsilə Osmanlı imperiyasının Ukraynadakı mövqeyi də yavaş-yavaş zəifləməyə üz qoyurdu. 1681-ci ildə Baxçasaray sülh müqaviləsi imzalandı. Onun ilk şərti 20 illik sülh əldə etmək, bu müddətdə müharibənin yolverilməzliyinə nail olmaq idi.
İşırqan
İşırqan (lat. Galeopsis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == Tetrahit Adans.
Adi işırqan
Adi işırqan (lat. Galeopsis tetrahit) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin i̇şırqan cinsinə aid bitki növü. == Sinonimləri == Galeopsis alpicola Nyman Galeopsis beckii (K.Malý) Dalla Torre & Sarnth. Galeopsis crenatifolia Sennen Galeopsis gacognei Nyman Galeopsis glaucocerata P.Fourn. Galeopsis grandiflora Suter [Illegitimate] Galeopsis ionantha Borbás Galeopsis lactiflora Borbás Galeopsis laramberguei Martrin-Donos Galeopsis leucantha Jord. Galeopsis michelianae Turra Galeopsis neglecta Schult. Galeopsis nodosum (Moench) Gray [Illegitimate] Galeopsis persetosa Borbás Galeopsis praecox Jord. Galeopsis pseudotetrahit P.Fourn. Galeopsis reichenbachii Reut. Galeopsis silvestris Borbás Galeopsis subtatrensis Borbás Galeopsis tetrahit f.
İtırqan adası
İtırqan (çuk. Игынран, esk. Сиклюк) — Sakit okeana daxil olan Berinq dənizi ərazisində, Çukot yarımadası sahilində yerləşəir. Materikdən Senyavin boğazı ilə ayrılır. İnzibati cəhətdən Rusiya Feferasiyası Çukot Muxtar Dairəsinin Providenski rayonu ərazinə daxildir. == Yerləşməsi == Çukot yarımadasının cənub-şərq qutaracağı olan Çukotski burnundan şimalda, materikdən 1,5 km, Arakamçeçen adasından isə 3,8 km aralıda yerlir. Arakamçeçen adası ilə arasında yerləşən boğaz dekabr ayında donur. Boğazın buzdan azad olması iyun ayına təsadüf etsə də, buzun tam əriməsi iyul ayına təsadüf edir. Adanın sahəsi 55 km²-dir. Ada 13,5 km məsafədə uzanır.