Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çırtı, çırtı
ÇIRTI, ÇIRTI-qədim uşaq oyunudur. == Oyunun quruluşu == Uşaqlardan biri başçı seçilir. Başçı ortada dayanır, qalan uşaqlar isə dairəvi düzülurlər. Başçı əlində çubuq oyuna başlayır. Əvvəl-əvvəl sağ tərəfdə olan uşaqlara deyirlər: - Çırtı, çırtı! Sağdakı uşaqlar cavab verirlər: - Can çırtı! Soldakı uşaqlar deyirlər: - Bizim çırtı sizin çırtıya yalan dedi. Sağdakı uşaqlar deyirlər: - Kimin saqqalına yaraşır? Soldakı uşaqlar deyirlər: -Hər kəs ayağını çəp qoysa, onun saqqalına yaraşır. Bütün cərgədə olan uşaqlar soldan sağa bir-bir ayaqlarını irəli çıxarırlar.
Xəncərəbənzər çıxıntı
Xəncərəbənzər çıxıntı (lat. processus xiphoideus) — döş sümüyünün ən qısa və ensiz hissəsi olub, aşağı və sərbəst ucunu təşkil edir. Xəncərə bənzədiyindən belə adlandırılmışdır. Forma və ölçüsü dəyişkən ola bilir. Dəri üzərindən ucu əllənə bilinir.
Citipati
Citipati ([ˈtʃiːt̪ɪpət̪i]; "dəfn lordu" mənasını verir), təxminən 75 milyon ilə 71 milyon il əvvəl Son Cretaceous dövründə Asiyada yaşamış bir oviraptorid dinozavr cinsidir. Əsasən 1990-cı illərdə ilk qalıqların toplandığı Djadokhta Formasiyasındakı Ukhaa Tolgod bölgəsindən məlumdur. Citipati osmolskae cinsi və növləri 2001-ci ildə adlandırılmış və təsvir edilmişdir.
İtiri
ITIRI - Yazılı və sinxron tərcüməçilər və beynəlxalq əlaqələr institutu, 1985-ci ildə yaradılmışdır.
Çətirli dəlikçiçək
Çətirli dəlikçiçək (lat. Androsace umbellata) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin novruzçiçəyikimilər fəsiləsinin dəlikçiçək cinsinə aid bitki növü.
Çətirli suoxu
Çətirli suoxu (lat. Butomus umbellatus) — baqəvərçiçəklilər sırasının suoxukimilər fəsiləsinin suoxu cinsinə aid bitki növü. == Sinonim == Butomus caesalpini Neck. Butomus floridus Gaertn. Butomus scutariensis Rohlena [Invalid] Butomus umbellatus f. albiflorus F.Fromm Butomus umbellatus var. minor Ledeb. Butomus umbellatus f. natans V.V.Petrovsky Butomus umbellatus var. parviflorus Buchenau Butomus umbellatus var.
Çətiri qırğıotu
Çətiri qırğıotu (lat. Hieracium umbellatum) — qırğıotu cinsinə aid bitki növü.
Çətiri qızılçətir
Kiçik qızılçətir (lat. Centaurium erythraea) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin acıçiçəkkimilər fəsiləsinin qızılçətir cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == İkiillik ot bitkisi olub, hündürlüyü 35-40 sm-dir. Kökü böyük olmayan, zəif inkişaf edən, gövdəsi düzqalxan, tək və ya bir neçə saylı, dördtilli, yuxarı hissəsi çəngəlşəkilli budaqlanaraq yuxarıya doğru istiqamətlənmişdir. Gövdədə yarpaqları qarşı-qarşıya, oturaq, uzunsov-neştərşəkilli, uzunluğu 3 sm, damarları yaxşı görünən, kök üstündə olan yarpaqları və çətiri vardır. Çiçəyin uzunluğu 1,5 sm, tünd-çəhrayı rəngli olub, çətirçəkilli-süpürgəvari hamaşçiçəkdir. Adətən ömrünün 2-3 ilində çiçəkləyir. Gövdəsi yarpaqlı və çiçəkli olmaqla, düzqalxan, tək və ya budaqlanan, yaşıl və ya sarımtıl-yaşıl, çılpaq, oyuqlu, qabırğalı, uzunluğu 10-30 sm, qalınlığı isə 2mm-dir. Kökətrafı yarpaqları uzunsov-tərsyumurtaşəkilli, küt, əsasından daralmış, uzunluğu 4 sm, qalınlığı isə 2sm-dir. Yarpaqları oturaq, qarşı-qarşıya, uzunsov-neştərvari, itiuclu, bütövkənarlı, çılpaq, qalxanşəkilli-süpürgəvari, çiçəkləri isə çəhrayı-bənövşəyidir.
Sianuk cığırı
Sianuk cığırı — Kambocada Vyetnam müharibəsi (1960–1975) zamanı Vyetnam Xalq Ordusu və onun Vyetkonq partizanları tərəfindən istifadə edilən logistik təchizat sistemi. 1966-cı və 1970-ci illər arasında istifadə olunan bu sistem Laos krallığının cənub-şərq hissəsindən keçən və daha çox tanınan Ho Şi Min cığırı ilə eyni şəkildə işləyir, eyni məqsədlərə xidmət edirdi. Bu ad ABŞ tərəfindən verilmişdir və Şimali Vyetnama görə, bu iki sistem ayrı deyildilər. ABŞ-nin bu sistemə mane olmaq cəhdləri 1969-cu ildə başlamışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Kissinger, Henry A., White House Years Morris, Virginia and Hills, Clive, Ho Chi Minh's Blueprint for Revolution: In the Words of Vietnamese Strategists and Operatives, McFarland & Co Inc, 2018. Morris, Virginia and Hills, Clive, A History of the Ho Chi Minh Trail: The Road to Freedom, Orchid Press, 2006.
Euseius citri
Euseius citri (lat. Euseius citri) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Metaseiulus citri
Metaseiulus citri (lat. Metaseiulus citri) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin metaseiulus cinsinə aid heyvan növü.
Proprioseiopsis citri
Proprioseiopsis citri (lat. Proprioseiopsis citri) — phytoseiidae fəsiləsinin proprioseiopsis cinsinə aid heyvan növü. == İstinadlar == Proprioseiopsis citri Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Planococcus citri
Planococcus citri (lat. Planococcus citri) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin yarımsərtqanadlılar dəstəsinin pseudococcidae fəsiləsinin planococcus cinsinə aid heyvan növü. Abşeron ərazisində meyvə ağaclarına, o cümlədən kənd təsərrüfatı bitkilərinə ciddi zərər verir. == Yayılması == Rusiya Federasiyasında, Krım vilayətində, Qafqazda, Orta Asiyada, Şimali və Cənubi Amerikada, Afrikada, Cənubi Avropada, Asiyada, Cənubi Ukrainada qeydə alınmışdır. Azərbaycanın əksər rayonlarında da geniş yayılmışdır. == Qidalandığı bitkilər == Abşeron ərazisində meyvə ağaclarına, o cümlədən kənd təsərrüfatı bitkilərinə ciddi zərər verir. Müşahidələrə əsasən nar, xurma, gavalı, üzüm və əncir ağaclarına da zərər verdiyi qeyd edilmişdir (Novxanı kəndi, may-iyun ayları). Yoluxmuş ağaclar inkişafdan qalır və quruyub məhv olurlar. Müşahidələr zamanı həşəratın sürfələrinin üzümün giləmeyvəsi ilə qidalanaraq gilələrinin çürüməsinə və qurumasına səbəb olduğu bir daha təsdiqlənmişdir. Abşeronda daha çox yayılmış növlərdən hesab edilir.
Dəniz cıdırı adaları
Dəniz cıdırı adaları (ing. Seahorse Islands) — uzun və ensiz formaya malik adalar. Adalar Alyaskanın sahilindən bir qədər aralıda ,Çukot dənizinin şelf sularında yerləşir. Perd köfəzi ilə Çukot dənizi arasıda qərarlaşır. Arxipelaq Franklindən 1,7 km (1,1 dəniz mili) şərqdə yerləşir. Adaların maksimal hündürlüyü 2 metr təşkil edir. Arxipelaqa daxil ən böyük ada 5 km uzunluğa malikdir. Sahilləri daim dəyişir.
Ho Şi Min cığırı
Ho Şi Min cığırı (ing. The Ho Chi Minh trail, vyet. Đường mòn Hồ Chí Minh), həmçinin Annam dağları cığırı (vyet. Đường Trường Sơn) — Şimali Vyetnamdan Laos və Kamboca krallıqları vasitəsilə Cənubi Vyetnama qədər uzanan logistik yollar və cığırlar şəbəkə. Bu sistem Vyetnam müharibəsi zamanı Vyetkonq və Vyetnam Xalq Ordusuna işçi qüvvəsi və material şəklində dəstək vermişdir. Şəbəkənin tikintisi 1959-cu ilin iyulunda, Şimali Vyetnamın Laosa hücumundan sonra başlamışdır. ABŞ tərəfindən Şimali Vyetnam prezidenti Ho Şi Minin şərəfinə adlandırılmışdır. Adın mənşəyinin Birinci Hind-Çini müharibəsindən gəldiyi güman edilir. Bu dövrdə "Ho Şi Min cığırı marşrutu" adlı Vyetmin dəniz logistikası xətti mövcud idi. 1960-cı ilin sonlarından bəri cığır sistemi inkişaf etmiş, həmn dövrdən qısa müddət sonra "Agence France-Presse" (AFP) şimal–cənub cığırının açıldığını elan etmiş və onlar bu dəhlizə "La Piste de Hồ Chí Minh", yəni "Ho Şi Min cığırı" adını vermişdilər.