Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çərçəli (Meşkinşəhr)
Çərçəli (fars. چرچلو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 271 nəfər yaşayır (57 ailə). == Coğrafi yerləşməsi == Əhər şəhristanının Horand bölgəsinin Yaft kəndistanında, Horand qəsəbəsindən 16 km cənubdadır.
Herbert Çerberi
Herbert Çerberi (ing. Edward Herbert; 3 mart 1583 — 20 avqust 1648) — ingilis filosof, deizmin yaradıcısı.
Çəkçəki
Çəkçəki (lat. Saxicola) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinə aid heyvan cinsi.
Çədəri
Cadarı — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 523 nəfər əhali yaşayır.
Çərəli
Çərəli (Qubadlı) — Azərbaycan Respublikasının Qubadlı rayonunun Çərəli kənd inzibati ərazi dairəsində kənd. Çərəli (Təbriz) — İranın Şərqi Azərbaycan ostanında kənd.
Ağquyruq çəkçəki
Boz çəkçəki (lat. Saxicola leucurus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinin çəkçəki cinsinə aid heyvan növü.
Boz çəkçəki
Boz çəkçəki (lat. Saxicola ferreus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinin çəkçəki cinsinə aid heyvan növü.
Böyük çəkçəki
Böyük çəkçəki (lat. Saxicola insignis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinin çəkçəki cinsinə aid heyvan növü.
Ev sərçəsi
Ev sərçəsi (lat. Passer domesticus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin sərçələr fəsiləsinin əsl sərçə cinsinə aid heyvan növü. İnsanlarla qonşuluqda yaşayan, xarici görünüşünə və çıxardığı səslərə görə ən tanınmış quşlardır. Növ adı da insanlarla eyni ərazini paylaşmaları ilə əlaqədardı.. == Bioloji təsviri == === Xarici görünüş === Uzunluqları 14–18 sm, çəkiləri 21–37 q təşkil edir. Ümumi rəngi — yuxarıdan qəhvəyi-qonur, sarımtıl rəng qara ləkələrlə, aşağıdan isə ağımtıl və ya boz. Yanaqları ağ, qulaq ətrafı ərazilər isə solğun boz rəngdə olur. Qanadları sarımtıl ağ zolağa sahibdirlər. Erkəklər dişilərdən qara rəngdə olan ləkəsinə görə fərqlənirlər. Bu ləkə boğaz və sinənin yuxarı hissəsini nəhatə edir.
Mərməri ördək
Mərmər cürə (lat. Marmaronetta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi. == Kateqoriya və statusu == (III-VU). Həssas, sayı azalmaqda olan növdür. == Qısa təsviri == Bədəninin ümumi rəngi bozdur, üzərində açıq rəngli dəyirmi ləkələr və naxışlar vardır. Erkəyin başında kəkil var. == Yayılması == Avropa və Asiyada yayılıb. Azərbaycanda Kür-Araz və Lənkəran ovalıqlarının su hövzələrində, Xəzərin sahillərində, Araz dəryaçasında məskunlaşır. Ağgöldə və Sarısuda yuvalayır. == Yaşayış yeri və həyat tərzi == Qamış və qarğılıqlarla zəngin olan subasarlar və göllərdə yaşayır.
Prokonnesos mərməri
Prokonnesos mərməri ya da Mərmərə adası mərməri, antik adı Prokonnesos olan müasir Mərmərə adasında 2000 ildən artıqdır çıxarılan ağ mərmərdir.
Qara çəkçəki
Qara çəkçəki (lat. Saxicola caprata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinin çəkçəki cinsinə aid heyvan növü.
Portuqaliyanın Pərləri
Portuqaliyanın Pərləri (port. Rotores de Portugal) Portuqaliya Hərbi Hava Qüvvələrinə məxsus aerobatika komandasıdır. 1976-cı ildə əsası qoyulmuşdur. Komandada 5 pilot var və uçuşlar üçün 3 ədəd Aérospatiale Alouette III helikopteri istifadə olunur.
Qarabaş çəkçəki
Qarabaş çəkçəki (lat. Saxicola torquatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinin çəkçəki cinsinə aid heyvan növü.
Qaya sərçəsi
Qaya sərçəsi (Petronia petronia) Sərçəkimilər dəstəsinə aid bir quş növüdür. Yayılma arealı Avropa və Asiya-nın cənubunu, həmçinin Şimali Afrika-nı əhatə edir. Əsasən qayalıq ərazilərdə müşahidə olunur. Həm erkəyi, həm də dişisi görünüşcə ev sərçəsinə bənzəyir. Lakin, başının yanlarındakı sarımtıl-ağ zolağı və nisbətən iri dimdiyi ilə ondan fərqlənir. Ortalama uzunluğu 15-17 sm olan bu quşlar daha çox müxtəlif bitki toxumları, giləmeyvələr və bəzən də həşəratlarla qidalanırlar.
Rus Gərgəri
Gərgər, Rus Gərgəri, Puşkino — Tiflis quberniyasının Borçalı qəzasında, indiki Cəlaloğlu (Stepanavan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 16 km məsafədə yerləşir. Kəndin adı erməni mənbələrində Rus Gərgəri (Gərgər rus) formasında qeyd edilir. XIX əsrin əvvəllərində ruslar bura köçürüləndən sonra toponimə rus sözü (etnonim) əlavə edilərək rəsmi sənədlərdə Rus Gərgəri kimi öz əksini tapmışdır. == Toponim == Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 14.11.1937-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək rus şairi A.S.Puşkinin şərəfinə Puşkino qoyulmuşdur. 1937-ci ildə Puşkino adlandırılmışdır. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Bеzabdal dağından axan çay da Gərgərçay adlanır. Əsli: Qarqar. Azərbaycan xalqının еtnik tarixində mühüm rol oynamış qarqar tayfasının adını əks еtdirir.
Sevilya bərbəri
Sevilya bərbəri (it. Il Barbiere di Siviglia) — Coakkino Rossininin 2 pərdəli Pyer Bomarşenin eyniadlı pyesi əsasında Sezare Sterbini librettosunda opera. Komik janrda olan bu operanın ilk premyerası 20 fevral, 1816-cı ildə Romada Arcintina teatrında oynanılmışdır (it. Almaviva, ossia l’inutile precauzione). == Yazılma tarixi == Rossininin əsəri belə adlanırmasına səbəb ondan əvvəl Covanni Paizellonun belə bir süjetə müraciət etmiş olması idi. Bundan başqa L. Benda (1786), İ Şults, N. İzuar (1797) və başqaları bu mövzuda opera yazmışdılar. Rossini hələ 1816 cı ildə Arcintina teatrı qarşısında karnaval ərafəsində bir opera yazmaq üçün öhdəlik götürür. Lakin senzura operanın bəstəkarın özü tərəfindən yazmış olduğu liberettoya izin vermir. Karnavala az vaxt qaldığından mövcud liberettolardan birinə müraciət edir. Beləliklə də "Sevilyalı bərbər" ideyası ortaya çıxmış olur.
Sərçəvi qumluqca
Sərçəvi qumluqca (lat. Calidris minuta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin qumluqca cinsinə aid heyvan növü.
Çöl sərçəsi
Ağac sərçəsi (Passer montanus) — Avrasiyada yaşayan sərçə növləridir.
Çərçili (Marağa)
Çərçili — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Miyandab bölgəsinin Mərhəmətabad kəndistanında, Miyandab qəsəbəsindən 9 km şimal-qərbdədir.
Şimal sərçəsi
Şimal sərçəsi (lat. Plectrophenax) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin calcariidae fəsiləsinə aid heyvan cinsi.
Kol çərəni
Kol çərəni == Təbii yayılması == Dərbən və Kür çayı arasındakı ərazidən təsvir edilmişdir.Qafqazda,Avropada,Orta Asiyada təbii halda bitir. == Botaniki təsviri == 20-60 sm hündürlüyündə,geniş şaxələnmiş,boz rəngli kolcuqdur.Çiçəkyanlığının yarpaqcıqları demək olar ki, tamamilə sərbəstdir,çiçəkləyəndən sonra sıxlaşır.May ayında çiçəkləyir.Noyabr ayında isə meyvə verir.Toxumları ovalşəkilli,qara rəngli,xırda nöqtəli,parıldayandır. == Ekologiyası == Duzadavamlı bitkidir.Şoranlıqlarda və şoranlaşmış gilli yamaclarda dağınıq və qrup halda bitir. == Azərbaycanda yayılması == Xəzər və Kür-Araz ovalıqlarında,Qobustanda,Naxçıvan düzənliyində,aranda,dağ ataəyində,səhra və yarımsəhralarda geniş yayılmışdır. == İstifadəsi == Potaş hazırlamaq üçün xammal kimi istifadə edilir.Qış otlaqlarında payızın axırlarında və şaxtalar düşdükdən sonra dəvələr və xırdabuynuzlu mal-qara tərəfindən yeyilir. == Məlumat mənbəsi == Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Çərvər (Miyanə)
Çərvər — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Miyanə şəhristanının Mərkəzi bölgəsinin Kəndovan kəndistanında, bölgə mərkəzindən 4 km şimal-şərqdədir.
Çərəli (Qubadlı)
Çərəli — Azərbaycan Respublikasının Qubadlı rayonunun Çərəli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur. == Toponimikası == Çərəli kəndi dağlıq ərazidə yerləşir. Çərəli toponimi ərazinin quraq olduğu üçün çərə, çöl mənası ilə uzlaşdırılır.Yaşayış məntəqəsini Sofulu tayfalarına mənsub ailələr Çərəli adlı ərazidə salmışlar.Sofululular keçmişdə yayı indiki Ermənistanın Qarakilsə rayonunda,qışı isə Qarabağda keçirirdilər.Sonralar onların oturaq həyata keçmələri ilə bağlı Azərbaycanda bir neçə Sofulu kəndi meydana gəldi. Etnotoponimdir. Qazax rayonunun İkinci Şıxlı kəndində çərəlilər nəsli yaşayır.Ağstafa rayonunun Sadıxlı kəndində Çərəlinin dəyirmanı adlı mikrotoponim qeydə alınmışdır.Cənubi Azərbaycanda da eyniadlı kənd mövcuddur. == Coğrafiyası və iqlimi == Çərəli kəndi dağlıq ərazidə yerləşir. İqlimi əsasən quraqdır. Tütünçülük, maldarlıq təsərrüfatı inkişaf etmişdir.
Çərəli (Sərab)
Çərəli (fars. چرلو‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 298 nəfər yaşayır (47 ailə). == Coğrafi yerləşməsi == Sərab şəhristanının Mərkəzi bölgəsinin Əbərqan kəndistanında, Sərab şəhərindən 11,5 km qərbdədir.
Çərəli (Təbriz)
Çərəli — İranın Şərqi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Təbriz şəhristanının Səriskənd bölgəsinin Səriskənd qəsəbəsindən 12 km şimaldadır.
Cəfəri
Cəfəri — Çətirkimilər fəsiləsinə aid ikiillik bitki cinsi. Cəfəri — Cəfəri məzhəbinin nümayəndəsi.
Əcəri
Əcəri (yaxud Həcəri) — Qəbələ vilayətinin cənubunda, Qarasu və Girdimançayın arasında yerləşmiş tarixi vilayət. Cənubda Kür çayına qədər uzanırdı. Burada əhali əsasən əkinçiliklə məşğul idi. VII əsr erməni coğrafiyasında Əcəri həm də Dəşt-i-Bizkan adlandırılır.
Ad serveri
Ad serveri (name server) - İnternetdə başqa kompüterlərin istifadə edə bilməsi üçün domen adlarını IP-ünvanlara çevirən kompüter. Ad serverlərində başqa serverlərin göstəricilərindən ibarət verilənlər bazası olur. Onlar bütün dünyaya səpələnib və mürəkkəb iyerarxik struktura malikdir. Ad serverləri üç qrupa bölünür: lokal, kök və səlahiyyətli ad serverləri. Lokal ad serverləri hər bir İnternet provayderində var. Sayı onlarca olan kök ad serverləri lokal ad serverlərinin emal edə bilmədiyi sorğuları emal edir. Səlahiyyətli ad serverində verilmiş host qeydiyyata alınıb. Etibarlılığı yüksəltmək üçün host təkcə lokal serverdə deyil, bir neçə səlahiyyətli serverdə də qeydiyyatdan keçirilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Anthemis werneri
Anthemis werneri (lat. Anthemis werneri) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin anthemis cinsinə aid bitki növü.
Apium celleri
İyli kərəviz (lat. Apium graveolens) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin kərəviz cinsinə aid bitki növü. == Sinonimləri == Apium celleri Gaertn. Apium decumbens Eckl. & Zeyh. Apium dulce Mill. Apium graveolens var. bashmensis Hosni Apium graveolens var. butronensis D.Gómez & G.Monts. Apium graveolens subsp.
Bulbophyllum werneri
Bulbophyllum werneri (lat. Bulbophyllum werneri) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Cyperus merkeri
Girdə topalaq (lat. Cyperus rotundus) - topalaq cinsinə aid bitki növü. == Sinonim == Chlorocyperus rotundus (L.) Palla Chlorocyperus salaamensis Palla Cyperus agrestis Willd. ex Spreng. & Link Cyperus arabicus Ehrenb. ex Boeckeler Cyperus badius var. inconspicuus (Nyman) Nyman Cyperus bicolor Vahl Cyperus bifax C.B.Clarke Cyperus bulbosostoloniferus Miq. Cyperus comosus Sm. Cyperus disruptus C.B.Clarke Cyperus elongatus Sieber ex Kunth Cyperus herbicavus Melliss Cyperus hexastachyos Rottb. Cyperus hildra Poir.
Faiz xərcləri
Fayl serveri
Fayl serveri (ing. file server) — lokal şəbəkədə faylları saxlamaq üçün quraşdırılmış və şəbəkənin bütün istifadəçilərinin erişə bildiyi qurğu. İstifadəçi üçün uzaq (kənar) disksürən kimi “görünən” disk serverindən fərqli olaraq, fayl serveri daha mürəkkəb qurğudur. Belə ki, o təkcə faylları özündə saxlamır, həm də onları idarə edir, şəbəkənin istifadəçilərinin fayllara verdikləri sorğuları nizamlayır və onlarda dəyişikliklər aparır. Fayllara bir neçə (bəzən eyni zamanda) sorğu verilərsə, onları emal etmək üçün fayl serverində mikroprosessor və idarəedici proqramlar, eləcə də disksürən olur. Lokal şəbəkələrdə (LAN) fayl serveri olaraq, adətən, böyük həcmli sərt diski olan kompüter ayrılır.
Keyfiyyət xərcləri
Keyfiyyət xərcləri — yarana biləcək nöqsanların qarşısının alınması, keyfiyyətin qiymətləndirilməsi, istehsal prosesi zamanı və ya məhsulun müştəriyə çatdırılmasından sonra ortaya çıxan xərclərin məcmusudur. Keyfiyyət xərcləri bəzən keyfiyyətə nail olmaq üçün çəkilən xərclər, bəzən keyfiyyət şöbəsinin istifadə etdiyi büdcə, bəzən isə uyğun olmayan (qeyri qənaətbəxş) keyfiyyətin meydana gətirdiyi xərclər olaraq başa düşülür. Ancaq, müasir dövrdə idarəetmə sahəsində çalışanlar Keyfiyyət xərcləri dedikdə bir qayda olaraq keyfiyyətlə bağlı bütün xərcləri nəzərdə tutur. == Önəmi == İstehlakçılar fərqli özəllikləri olan məhsulları daha çox istehlak etməyə başladığı üçün, istehsalçılar da bu fərqli özəllikləri keyfiyyət vasitəsi ilə yaratmağa başlamışlar. Buna görə də, keyfiyyətlə bağlı həyata keçirilən fəaliyyətlər hər hansı məhsulun uğurlu olmasında daha çox rol oynamağa başlayıb. Firma və müəssisələr keyfiyyətlə bağlı rəqabət aparmaqla yanaşı, həmçinin keyfiyyətin xərclərə təsirini də nəzarət altında saxlamaq üçün çalışırlar. Daha yaxşı nəticə əldə etmək üçün şirkətlər büdcələrinin bir hissəsini hədəflədikləri keyfiyyət göstəricilərinə çatmaq üçün istifadə edirlər. Həmin istifadə edilən vəsaitə isə keyfiyyət xərcləri deyilir. Keyfiyyət xərcləri bir şirkətin keyfiyyət dərəcəsini müəyyən edən ən vacib göstəricidir. Eyni zamanda keyfiyyətin idarə edilməsi prosesinin tətbiq olunması və standartlaşdırılması üçün keyfiyyətlə əlaəqdəar olaraq həyata keçirilən bütün fəaliyyətin ölçülməsi və qeydiyyatının aparılması da çox önəmlidir, çünki keyfiyyət xərclərinin ölçülməsi bu göstəricilər əsasında apara bilər.
Mikania carteri
Mikania carteri (lat. Mikania carteri) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid biki növü.
Monteneqro perperi
Monteneqro perperi (serb. Црногорски перпер) — Monteneqro knyazlığı və sonradan krallığın dövlət valyutası. Adı Serbiya perperindən gəlir, hansı ki Serbiya çarlığının pul vahidi idi, Monteneqro dövlət olaraq özünü bu çarlığın varisi hesab edirdi. Perper 100 paradan ibarət idi. == Tarixi == Perperin tətbiqindən əvvəl, Monteneqroda avstriya-macar kronu, türk lirəsi, fransız frankı və digər valyutalar dövriyyədə idilər. 1851-ci ildə perun adlı öz valyutanın tətbiqi təklif edildi, lakin II Pyotrun ölümü səbəbiylə istək yerinə yetirilmədi. 1906-cı ildə 1, 2, 10 və 20 para dəyərində sikkələr buraxıldı. 1 və 2 para sikkələri tunc, 10 və 20 para isə nikeldən hazırlanırdı. 4 may 1909-cu ildə şahzadə I Nikolanın fərmanı ilə perper adlı milli pulun tətbiq olunduğu elan edildi. Elə həmin ildə 1 və 5 perper sikkələri zərb olundu.
Nausithoe werneri
Nausithoe werneri (lat. Nausithoe werneri) — nausithoe cinsinə aid heyvan növü.