SƏRSƏRİ

sif. [ fars. ]
1. İşi-gücü və müəyyən yeri olmayıb orada-burada dolaşan, heç bir işlə məşğul olmayan; avara, veyil.
[Zeynalı] belə sərsəri həyata kefdən … ayılmayan bəzi arqadaşları … sürükləmişdi. S.Hüseyn.

// İs. mənasında.
Dəyibdir Zakirə eşqin əsəri; Kimi dəli deyir, kimi sərsəri. Q.Zakir.
[Fərhad Sitarəyə:] Sən Nəsrəddin şahın hərəmi, mən səfalət içində çapalayan bir sərsəri, elə deyilmi? C.Cabbarlı.

2. zərf Sərsəricəsinə, dəlicəsinə.
Tamam içəridən çıxır və sərsəri, qorxunc bir qəhqəhə çəkərək ildırım kimi çaya tərəf qaçır. S.S.Axundov.

□ Sərsəri olmaq – dəli olmaq, ağlını itirmək.
Aşığınam canü dildən, ey pəri! Dərdi-fərağından oldum sərsəri. Aşıq Pəri.

3. Sahibsiz, yersiz-yurdsuz, avara.
[Səfil uşaq] gündüz diləndiyi bir parça çörəyi şəhərin sərsəri itlərinə paylayırdı. Ə.Məmmədxanlı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SƏRSƏRİ SƏRSƏRİ ..dışanda bir dəstə sərsən durmuşdu (Çəmənzəminli); ABDAL (kl.əd.) Xətayiyəm bir haləm; Əlif üstündə daləm; Sufiyəm təriqətdə; Həqiqətdə abdal
  • SƏRSƏRİ avara — dərbədər — veyl — səfil
  • SƏRSƏRİ azğın — yava
SƏRSƏRƏ
SƏRSƏRİLİK
OBASTAN VİKİ
Sərsəri oğulun qayıdışı
Sərsəri oğulun qayıdışı (nid. Terugkeer van de Verloren Zoon) - holland rəssamı Rembrandt Harmens van Reyn tərəfindən 1666-1669-cu illərdə çəkildiyi ehtimal olunan rəsm əsəri. Əsər Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yerləşən məşhur Ermitaj muzeyində saxlanılır. Əsərdə Əhdi-Cədid hədislərinin süjeti təsvir olunmuşdur. Bu, Rembrandtın dini mövzuda ən böyük əsəridir. Əsərdə sərsəri oğulun evə qayıdışı barədə hədisin son epizodu təsvir edilmişdir.

Digər lüğətlərdə

неуго́дный передко́вый рунд све́чечка ски́снуться усыла́ть водочка первонача́льно повтори́ть самоопредели́ться хо-хо́ кадол коковка поклеванный civil engineer debarb diabetic doer elm fucked-out implantation melon-cutting physical education tights зюйд-ост