Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çılqıçı Ondar
Çılqıçı Ondar və ya Çılqıçı Çımıt Dorju oğlu Ondar — (Tuva dilində: Чылгычы Чимит-Доржу оглу Ондар) (16 noyabr 1955, Çadan, Tuva Muxtar Vilayəti[d] – 12 iyun 2020, Tıva) – Tuva dramaturqu, III və IV çağırış Dövət Dumasının deputatı. == Həyatı == Çılqıçı Ondar 16 noyabr 1955-ci ildə Dzun-Kemçik rayonunun Çadan şəhərində anadan olmuşdur. 1978-ci ildə B.V.Şukin adına Moskva Ali Teatr Məktəbini, Novosibirsk Ali İqtisad Məktəbini bitirmişdir. Çilgiçi Ondar əmək fəaliyyətinə 1978-ci ildə Tuva Dövlət Musiqili Dram Teatrında aktyor kimi başlamışdır. O, müxtəlif illərdə teatrın ədəbi hissə müdiri, Qızıl Sov.İKP MK-nın təbliğat və təbliğat şöbəsinin müəllimi, "Tıvanın anaktarı" qəzeti redaksiyasının informasiya və idman şöbəsinin müdiri, Tuva MSSR Mədəniyyət nazirinin müavini, Tuva Respublikasının Mədəniyyət, kino və turizm nazirinin müavini, Sosial siyasəti üzrə dövlət müşaviri vəzifələrinə çalışmışdır. 14 oktyabr 2001-ci ildə 27 nömrəli Tuva bir mandatlı seçki dairəsində əlavə seçkilərdə III çağırış Dövlət Dumasının deputatı seçilmişdir (Rusiya Federasiyası Hesablama Palatasında işə başlayan N. I. Loktionovun yerinə). O, seçkidə 38.57% səs toplayaraq deputat seçilmiş, Vhif Rusiya fraksiyasına daxil olmuşdur. Dövlət Dumasının Səhiyyə və İdman Komitəsi rəhbərinin müavini seçilmişdir.2003-cü ildə Tıva Respublikasının 28 saylı Tıva bir mandatlı seçki dairəsində, IV çağırış Dövlət Dumasının deputatı seçilmişdir. Dövlət Dumasının Mədəniyyət Komitəsi sədrinin müavini kimi fəaliyyət göstərmişdir. 2009-cu ildən Qazaxıstandakı Rusiya səfirliyinin birinci katibi olaraq diplomatik işə göndərilmiş, eyni zamanda Astanadakı Rusiya ilə əməkdaşlıq təşkilarının sədr müavini vəzifəsində çalışmışıdr.
Çalılı (Məlikan)
Çalılı (fars. چاللو‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 42 nəfər yaşayır (10 ailə).
Acıqıcı
Balıqçı
Balıqçı (Hacıqabul) — Azərbaycanın Hacıqabul rayonunda qəsəbə. Balıqçı (Nəqədə) — İranın Qərbi Azərbaycan ostanının Nəqədə şəhristanı ərazisinə daxil olan kənd.
Çanqırı
Çanqırı — Türkiyənin Çanqırı ilinin inzibati mərkəzi.
Azərbaycan xalq çalğı alətləri
Azərbaycan musiqi alətləri — Azərbaycanda, ilk növbədə xalq çalğı alətləri ansamblında istifadə edilən musiqi alətləri. Qədim musiqi alətləri xalqın tarixi, mədəniyyət və mənəviyyat abidəsidir. Unudulmuş abidələri bərpa etmək, onları yenidən həyata qaytarmaq, tarixin qaranlıq səhifələrini işıqlandırmaq, mənəviyyatımızı, mədəniyyətimizi zənginləşdirmək çox şərəfli və mötəbər bir işdir. == Azərbaycan xalq çalğı alətlərinin təsnifatı == Azərbaycanda mövcud olmuş çalğı alətlərinin növləri müəyyənləşdirilərkən klassik poeziyadan əxz olunmuş şer misraları da çox qiymətli məxəzdir. Nizaminin, Füzulinin, Nəsiminin, Xaqaninin poemalarında, qəzəllərində xalq çalğı alətlərinin adları çəkilmiş, miniatür məktəbi rəssamlarının əsərlərində isə onların təsvirləri verilmişdir. Sonrakı dövrlərdə onların bəziləri tədricən aradan çıxmış, digərləri isə təkmilləşərək daha geniş yayılmışdır. Yaranma tarixinə görə Azərbaycan çalğı alətləri 4 yerə bölünür: Qədimdə yaranan və çağdaş dövrümüzə qədər gəlib çıxan alətlər: tar, kamança, tulum, tütək, saz, balaban, zurna, nağara, dəf və s. Qədimdə yaranıb unudulmuş, sonradan bərpa edilmiş alətlər: bərbət, rud, çəng, kos, qaşığek, çanaq və s. Şərti olarag "çağdaş" adlandırılan alətlər: Qoşqar rübabı, dütar, setar, tənbur, davul, dairə, kərənay, musiqar və s. Bu qrupa aid edilən alətlər vaxtı ilə Azərbaycanda geniş istifadə edilsə də, sonralar müəyyən səbəblərdən tənəzzülə uğrayıb, sıradan çıxıblar, lakin başqa ərazilərdə, dünyanın müxtəlif xalqları tərəfindən belə alətlər inkişaf etdirilmiş, müasir dövrə qədər gəlib çıxmışdır.
Balıqçı (Hacıqabul)
Balıqçı — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində qəsəbə. Balıqçı Hacıqabul rayonunda qəsəbə. Hacıqabul golunun sahilində, Şirvan düzündədir. Oykonim sakinlərin əsas məşğuliyyətini özündə əks etdirir. Xakas vilayətində Balıksa, özbəkistanda Balıqçı, Qazaxıstanda BalıkŞi qəsəbələri qeydə alınmışdır. 2014-cü il məlumatına görə bu qəsəbədə heç kim yaşamır.
Balıqçı (Nəqədə)
Balıqçı (fars. باليقچي‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Nəqədə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 758 nəfər. yaşayır (166 ailə).
Balıqçı üzüyü
Balıqçı üzüyü (lat. anulus piscatoris; həmçinin, papa üzüyü və Müqəddəs Pyotrun üzüyü) — tiara ilə yanaşı Roma papalarının geyiminə daxil olan atribut. Papa üzüyü Roma Papasının balıqçılıqla məşğul olan Müqəddəs Pyotrun vəliəhdi olduğunu xatırlatmaq üçün taxılır. Üzüyün üzərində qayıqda əyləşən apostol Pyotrun balıqçı torunu suya atması təsvir olunmuşdur. Bu simvolikanın İsa Məsihin söylədiyi kimi, onun şagirdlərinin insan ruhunun ovçusu olacağına işarə etdiyi iddia edilir. Üzük haqda ilk məlumatlara papa IV Klimentin məktubunda rast gəlinir (1265). Orta əsrlər dövründən bəri papanın yanına gələn hər kəs öz dodaqlarını bu üzüyə toxundururdu. Bu, həmin şəxsin papaya tabe olmasına işarə idi. 1842-ci ilə qədər bu üzükdən papanın şəxsi məktublarının təsdiqi üçün möhür kimi də istifadə olunurdu. Yeni seçilən papa üçün yeni bir üzük hazırlanır və ora onun adı həkk edilir.
Canluici Buffon
Canluici Buffon (it. Gianluigi Buffon; 28 yanvar 1978[…], Karrara, Massa və Karrara əyaləti[d], Toskana, İtaliya) — Peşəkar İtaliya qapıçısı, Avropanın ən yaxşı qapıçısı (2003, 2016, 2017). İtaliyanın "Parma" futbol klubunda oynayır. == Karyerası == Buffon 156 dəfə İtaliya milli komandasının formasını geyinib və bu göstəricidə liderdir. O, bir çox futbolçular, futbol mütəxəssisləri və məşqçilər tərəfindən tarixin ən yaxşı qapıçılarından biri və bəziləri tərəfindən ən yaxşısı hesab olunur. Buffon "məşhur zərbə-saxlama"sı ilə tanınır. O, 2001-ci ildə 53 milyon avroya "Parma"dan "Yuventus"a transfer olunaraq tarixdə ən baha qapıçı adına yiyələnmişdir. Buffon İtaliya A Seriyasında ən çox qol buraxmadan oyun keçirmə rekordunu da özündə saxlayır. O, həmçinin liqada ən uzun müddət qol buraxmama rekorduna da sahibdir; 2015–16 mövsümündə 12 oyundan çox, 974 dəqiqə qapısını toxunulmaz saxlamağı bacarmışdı. Buffon komanda ilə və şəxsi göstəricilərinə görə bir çox əhəmiyyətli mükafatlara sahibdir.
Canluici Donnarumma
Canluici Donnarumma (it. Gianluigi Donnarumma; 25 fevral 1999, Kastellammare di Stabiya, Kampaniya) — İtalyan futbolçu. "Pari Sen-Jermen" klubunun və futbol üzrə İtaliya Milli komandasının qapıçısı. == Klub karyerası == === Milan === Donnarumma "Milan" klubunun yetirməsidir. 2015-ci ildə o, əsas komandanın heyətinə cəlb olunmuşdur. O, 25 oktyabr 2015-ci ildə 16 yaş 242 günlüyündə olarkən İtaliya çempionatında "Sassuolo" komandasına qarşı oyunda "Milan"ın heyətində rəsmi oyunlarda debüt edib. Bununla da Donnarumma Paolo Maldinidən sonra "Milan"ın heyətində debüt edən ən gənc oyunçu olub. Bundan əlavə, Donnarumma ölkə çempionatı tarixində oynamış ən gənc qapıçı olub.
Canluici Sansone
Canluici Sansone - italyan futbolçu, hücumçu mövqeyində çıxış edir. == Karyerası == İtaliyanın Potenza şəhərində anadan olan Sansone, peşəkar karyerasına Montorio klubu ilə başladı. Növbəti mövsümdə Serie D klubu Valle del Ciovinko tərəfindən transfer edilərək Serie D liqasının çempionu oldu. 30 iyun 2008-ci ildə Serie A klubu Siena-ya keçdi və klub ilə 5 illik müqavilə imzaladı. Transfer ödənişi olaraq Siena Sansone üçün 500 min avro ödəmişdir. İlk komandanın üzvü ola bilmədi və yanvar ayında Lega Pro Prima Divisione klubu Qallipoli klubuna yola düşdü. 2009-cu ilin iyul ayında Prima Divisione-də qaldı, ancaq bu dəfə Lansiano klubu üçün. 2010-cu ilin iyun ayında Siena-dan ayrıldı və Serie B klubu Frosinone-yə satıldı. === Sassuolo === 2011-ci ilin iyun ayında Siena Sansone-ni 400 min avroya geri aldı və başqa bir ortaqlıq müqaviləsində Sassuolo-ya 425 min avroya yenidən satıldı. 2012-ci ilin iyun ayında Sassuolo açıq şəkildə Sansone (425.000 €) və Troianiello (575.000 €) cəmi 1 milyon avro qarşılığında müqavilə bağladı.
Qalaiçi dağı
Qalaiçi dağı – Babək rayonu ərazisində dağ (hünd. 1362,0 m). Zirvəsi orta əsrlərə aid qala divarları ilə əhatə olunmuşdur.
Qalqaçı (Urmiya)
Qalqaçı (fars. قالقاچي‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 269 nəfər (73 ailə) yaşayır. Kəndin əhalisi şiədir və Azərbaycan dilində danışır.
Qızılirmaq (Çanqırı)
Qızılirmaq: Çanqırı ilinin bir ilçəsidir. Çanqırı şəhər mərkəzinə olan uzaqlığı 56 km-dir.
Yarpaqlı (Çanqırı)
Yarpaqlı Çanqırı ilinin bir ilçəsidir. Mərkəz bələdiyyəsi xaricində 3 diyar, 39 kənd və 3 məhəllədən ibarətdir.
Çanqırı ili
Çanqırı ili — Türkiyə'nin Mərkəzi Anadolu Bölgəsi 'ndə olan bir ildir. Şimali mahalları Qara deniz Bölgəsi 'ndə qalan il, şimalda Karabük və Kastamonu, şərqdə Çorum, cənub-şərqdə Kırıkkale, cənubda Ankara və qərbdə Bolu illeriyle çevrilidir. 2010 TÜİK məlumatlarına görə ildə mərkəz ilçeyle birlikdə 12 mahal, 19 diyar və 366 kənd vardır.
Çarıqçı Bahadır
Çarıqçı Bahadır (təq. 1870, Şuşa – 1930, Şuşa) — XIX–XX əsr Azərbaycan müğənni-xanəndəsi, Qarabağ muğam məktəbinin nümayəndəsi. == Həyat və yaradıcılığı == Çarıqçı Bahadır təqribən 1870-ci ildə Şuşa şəhərində yerləşən Saatlı məhəlləsində anadan olmuşdur. Kiçik yaşlarından çarıqçılıq sənətini öyrənən Bahadır Şuşa şəhərində kiçik dükan açmış, burada işləmişdir. Buna görə də o, "çarıqçı" ləqəbi ilə tanınmışdır. Gənc yaşlarından şəhərin qış klubuna və ya "Xandəmirovun teatrı"na gedərək buradakı musiqiçilərin çıxışlarını dinləyən Bahadır bir müddət sonra özünə qrammofon almış, vallardan bir sıra Azərbaycan muğam və təsniflərini öyrənərək ifa etmişdir. Çarıqçını səsini eşidən tarzən Balaca Qrikor onu Daşaltına toy məclisinə aparmış, bununla Bahadırın xanəndəlik fəaliyyəti başlanmışdır.Çarıqçı Bahadır 30 il xanəndə kimi fəaliyyət göstərmişdir. Bu illər ərzində o, Qarabağ kəndlərində ifa etmiş, tarzən Balaca Qrikor, Tatevos, Lazar Qabrielyan, kamançaçalan Mirzə və Makiç ilə uzun müddət əməkdaşlıq edərək Şuşa məclislərində çıxışlar etmişdir.Bahadır həyatının son illərində tarzən Abbasqulu ağa və qarmonçu Kərbəlayı Lətif ilə əməkdaşlıq etmişdir. O, 1930-cu ildə Şuşada vəfat etmişdir.
Angelica callii
Angelica callii (lat. Angelica callii) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin tütəkcə cinsinə aid bitki növü.
Ağgöz dalğıc
Dalğıc (ördək)
Dalğıc (lat. Netta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Qırmızıbaş dalğıc
Xalqçı Partiyası
Xalqçı Partiyası və ya Azərbaycan Sosialist İnqilabçılar Partiyası — Azərbaycan Xalq Cümhuriyyəti dövründə siyasi partiya. == Tarixi == === Sələfi === 1905-ci ilin oktyabrında Sosialist İnqilabçılar Partiyasının Bakı komitəsinin əsasında İttifaq Partiyası yarandı. Aslan bəy Səfikürdski də bu partiyanın sıralarına qoşulmuşdur. 1917-ci il noyabrın 26–28-də Müəssislər Məclisinə keçirilən seçkilərdə iştirak edən 8 əsas partiya sırasında 159 770 seçiciyə malik Müsəlman Sosialist Bloku (MSB) da var idi. 60 000 seçiciyə bir deputat qaydası ilə Müsəlman Sosialist Bloku həmin seçkilərdə 3 yer qazana bilmişdi. Bununla da Aslan bəy Səfıkürdskinin başçılıq etdiyi Müsəlman Sosialist Bloku nüfuzlu və təşkilati cəhətdən möhkəm bir siyasi partiyaya çevrildi. 1918 il yanvarın 5-də Rusiya Müəssislər Məclisi buraxıldı və fevralın 10-da Tiflisdə Zaqafqaziya Seyminin təsis iclası çağırıldı. Seymin təşkilində hər 20.000 seçiciyə 1 deputat yeri verildiyindən bu quruma Müsəlman Sosialist Blokundan 7 nümayəndə seçildi. 1918-ci il mayın 27-də Məhəmməd Əmin Rəsulzadənin başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası yarandıqda MSB-dən oraya Xudadat bəy Məlik-Aslanov və Camo bəy Hacınski daxil oldular. Milli Şuranın məqsəd və vəzifələrini Cənubi Qafqazın bütün müsəlman bölgələrində xalq kütlələrinə izah etmək üçün göndərilən nümayəndələr arasında, habelə iyunun 18-də istanbula yola düşən nümayəndə heyətinin tərkibində Məhəmməd Əmin Rəsulzadə, Xəlil bəy Xasməmmədovla yanaşı, MSB-nin sədri Aslan bəy Səfıkürdski də var idi.1917-ci ildə bərpa olunmuş eser təşkilatlarının milli şöbələri aktiv fəaliyyətə başlamışdılar.
Yonida Maliçi
Yonida Maliçi (alb. Jonida Maliqi; d. 26 mart 1982, Tirana, Albaniya) — Albaniya müğənnisi və televiziya aparıcısı. O, ifa etdiyi "Ktheju tokës" (azərb. Vətənə qayıdış‎) mahnısı ilə Albaniyanın Festivali i Këngës mahnı yarışmasında qələbə qazanmışdır. Həmin mahnı ilə Yonida Albaniyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı və musiqi karyerası == Yonida Maliçi 26 mart 1982-ci ildə Albaniyanın Tirana şəhərində dünyaya göz açmışdır. Kiçik yaşlarından musiqiyə həvəsi olan Yonida 13 yaşında ikən "Planeti i fëmijëve" mahnısı ilə Albaniyanın məşhur Festivali i Këngës mahnı yarışmasında iştirak etmiş və musiqi karyerasına başlamışdır. İki il sonra 1997-ci ildə ifaçı yenidən həmin festivala qatılmışdır. 1999-cu ildə isə Yonida festivalda çıxış etdiyi "Do jetoj pa ty" mahnısı ilə ikinci yeri qazanmışdır.
Ələddin Çakıcı
Ələddin Çakıcı (türk. Alaattin Çakıcı; 20 yanvar 1953) — Türkiyənin mütəşəkkil cinayət aləminin liderlərindən biri. Ultra-millətçi Bozqurdlar təşkilatının keçmiş üzvü. Ələddin Çakıcı 1998-ci il avqustun 17-də modelyer Canan Yaka və müğənni Səlcuq Uralın qızı Asan Ural ilə Fransanın Nitsa şəhərində tutulmuşdur. Saxlanılma zamanı Çakıcının üzərində Nedim Canerə verilmiş qırmızı pasport və 17 min dollar aşkar edilmişdir.Tükiyədə 5 illik həbs yatdıqdan sonra ölkəni qanunsuz olaraq tərk etmişdir. Çakıcı 2004-cü ildə türk və Avstriya polisinin birlikdə keçirdiyi əməliyyat sonrası Qrats şəhərində oğlunu xəstəxanada ziyarət edərkən saxlanılmışdır. Türkiyənin tələbi ilə Avstriyadan deport edilən Çakıcı ölkəsində məhkəmə qarşısına çıxarılmış və bir çox cinayətlərdə ittiham edilərək ümumilikdə 36 il 8 ay həbs cəzasına məhkum edilmişdir.2020-ci il aprelin 15-də Ələddin Çakıcı həbsdən vaxtından əvvəl azad edilmişdir. == Milli kəşfiyyat təşkilatının tərkibində == Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) aparıcı işçisi Mehmet Eymur müsahibəsində Çakıcını gizli MİT əməliyyatına cəlb edən ilk şəxs olduğunu söyləmişdi. Təşkilatın əməkdaşı Yavuz Ataç Çakıcıya təhkim edildiyini təsdiqləmiş və cəmisi iki ay sonra 1987-ci ilin mayında təşkilata təhlükəsizlik işçisi olaraq qəbul edilmişdir. Ataç Çakıcı ilə görüşdüyü anda onun artıq 6 və ya 7 qətldə ittiham olunduğunu və qaçaq olduğunu demişdir.
Alıcı bazarı
Alıcı bazarı – cari qiymətlər şəraitində əmtəə və xidmətlərin izafi təklifi mövcud olan və qiymətlərin düşməsi ilə nəticələnən qısamüddətli bazar situasiyası. Təklifin tələbi üstələməsi alıcıların sövdələr zamanı öz şərtlərini satıcılara qəbul etdirmələrini təmin edir. İnkişaf etmiş bazar iqtisadiyyatı ölkələrində 1950-ci illərdən başlayaraq əmtəə təklifi artan tələbi üstələdiyi üçün satıcı bazarı Alıcı bazarına çevrilmiş və marketinq kommersiya fəaliyyəti sırasına qatılmışdır.Həmçinin Alıcı bazarı zamanı bazarda güclü rəqabət hökm sürür.İstehsalçıların çox,istehlakçıların az olması istehsal olunandan daha az əmtəə və xidmətin satışını yaradır ki,bura da rəqabət mexanizmi üçün ən əlverişli şərtlərdən yaranır.Həmçinin Alıcı bazarı əsasən inhisarın olmadığı bir səviyyədə müşahidə olunur. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 316. ISBN 978-9952-441-02-4.
Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri
Səid Rüstəmov adına Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri — birinci notlu Azərbaycan xalq çalğı alətləri orkestri. 1931-ci ildə bəstəkar Üzeyir Hacıbəyovun təşəbbüsü ilə simfonik orkestr prinsipi ilə yaradılıb. Orkestrin baş dirijoru Üzeyir Hacıbəyov, dirijor köməkçisi və konsertmeysteri isə Səid Rüstəmov idi. == Tarixi == Orkestr 1 may 1931-ci ildə Azərbaycan bəstəkarlıq məktəbinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun təşəbbüsü ilə təşkil edilmişdir. Şərqdə simfonik orkestr prinsipi ilə yaradılmış ilk xalq çalğı alətləri orkestri olan bu kollektiv Azərbaycan milli musiqi mədəniyyətinin inkişafında əhəmiyyətli rol oynamışdır. Orkestrin ilk tərkibi tar, kamança, balaban, dəf və nağaradan ibarət olmuş, sonralar orkestrə tütək, zurna, qoşanağara, klarnet, qanun, fortepiano və s. alətlər daxil edilmişdir.Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri 2000-ci ildə F.Əmirov adına Əməkdar kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı nəzdində yaradılmışdır. Yarandığı gündən orkestr bir çox dövlət əhəmiyyətli tədbirlərdə çıxışlar etmiş, beynəlxalq festivallarda uğurlar qazanmışdır. Belə ki, 2004, 2005 və 2010-cu illərdə İranda keçirilən ənənəvi "Fəcr" Beynəlxalq musiqi festivallarında "Qızıl Çəng" mükafatına layiq görülmüşdür. Belarusiya, Moldova, Tacikistan, Ukraynada keçirilən mədəniyyət günlərində tamaşaçıların böyük rəğbətini qazanmışdır.