Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çalıquşu
Çalıquşu (roman)
Çalıquşu (roman)
Çalıquşu — Rəşad Nuri Güntəkinin romanı. İlk dəfə 1922-ci ildə nəşr olunmuşdur. == Məzmun == Romanda əsərin qəhrəmanı Fəridənin — Çalıquşu simasında çətin və məşəqqətli həyat tərzinə baxmayaraq, öz məhəbbətinə sədaqət hissini qoruyub saxlayan əsil türk qızının obrazı bədii ustalıqla qələmə alınmışdır. Roman müəllifin demək olar ki, ədəbi taleyini həll edir. Orta fransız dini məktəbini yenicə bitirmiş bir qızın dilindən, gündəliyi şəklində verilmiş bu roman Azərbaycanda ən çox sevilən əsərlərdən biridir. == Tərcümə və nəşr == Roman Azərbaycan dilinə Xalid Səid tərəfindən tərcümə edilərək, 1929-cu ildə Bakıda qısaldılmış versiya ilə Azərnəşrdə çap olunmuşdur. Romanın ən geniş yayılmış tərcüməsi isə yazıçı Mikayıl Rzaquluzadəyə aiddir. M. Rzaquludanənin tərcüməsi Uşaqgəncnəşr tərəfindən 1959-cu ildə 416 səhifədə, İşıq nəşriyyatı tərəfindən 1987-ci ildə, Şərq-Qərb nəşriyyatı tərəfindən 2006-cı ildə 376 səhifədə, Bakı Kitab Klubu tərəfindən 2014 və 2017-ci illərdə Bakıda 400 səhifədə 50 tirajla çap edilmişdir. == Ekranlaşdırılması == 1966. Çalıquşu (film, 1966) — Fəridə — Türkan Şoray 1986.
Çalıquşu (film, 1966)
Çalıquşu (türk. Çalıkuşu) — 1966-cı ildə istehsal olunmuş Türkiyə filmi. == Rollarda == Baş rolda Türkan Şoray çəkilmişdir. == Mənbə == Azərbaycan Sovet Ensiklopediyası. X cild. Bakı, 1987, səh. 560.
Çalıquşu (teleserial, 1986)
Çalıquşu – R.N.Güntəkinin eyniadlı əsəri əsasında O.F.Sedənin çəkdiyi, 7 bölümdən ibarət teleserialdır. == Məzmun == Kamrana olan böyük sevgisinə rəğmən, qüruru səbəbindən İstanbulu tərk edib Anadolunun ucqar kəndlərində müəllimlik edən çox gənc bir qadının, Fəridənin həyatı göstərilir. Serialda, bundan əlavə, həmin dövrdə qadınların yaşadığı çətinlik, ucqar bölgələrdə təhsilin vəziyyətinin bərbad olması kimi sosial problemlərə də toxunulmuşdur. Fəridə (Çalıquşu), yeni nəsil Cümhuriyyət qızının əsl təsviridir. Gözəlliyi ilə hamının dilini dastan olan, bu səbəbdən məcburən təyinatını başqa yerlərə dəyişdirən Fəridə, güclü xarakteri ilə hər bir türk qadınına nümunədir. Kiçik yaşlarında anasını itirən Fəridə, təhsili üçün fransız dili məktəbinə verilir. Dəcəlliyinə görə, ələlxüsus, tənəffüslərdə ağaclara dirmanması səbəbindən "Çalıquşu" adını almışdır. Xalasıoğlu Kamran ona xüsusi hisslər bəsləyir. Bunu görən Fəridə də ona qarşı biganə olmadığını görür və nəhayət, nişanlanırlar. Toya bir neçə gün qalmış Kamranın onu Münəvvər adlı bir qadınla aldatmasını öyrənir.
Alıqulu
Alıqulu — Azərbaycan Respublikasının Laçın rayonu Pircahan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Laçın rayonunun Pircahan inzibati ərazi vahidində olan bu kənd Şəlvə çayının (Həkəri çayının qolu) sahilində, Mıxtökən silsiləsinin yamacındadır. Keçmiş adı Əliqulukənd olmuşdur. Əliqulular nəslinin adı ilə bağlıdır. Etnotoponimdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Mədəniyyəti == Kənddə orta məktəb, mədəniyyət evi, kitabxana, qarışıq mallar mağazası, feldşer-mama məntəqəsi fəaliyyət göstərirdi. Bundan əlavə Alıqulu kəndinin ətrafında "Yalkənd" adlanan dağın üstündə kiçik həcmli televizor ötürücü stansiyası fəaliyyət göstərirdi. Kəndin idarə və müəsisələri, 50-ə yaxın fərdi yaşayış evi telefonlaşdırılmışdır.
Arıquşu
Arıquşu (lat. Parus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin arıquşları fəsiləsinə aid heyvan cinsi.
Hirkan arıquşu
Hirkan arıquşusu (lat. Poecile hyrcanus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin arıquşları fəsiləsinin poecile cinsinə aid heyvan növü. == Qısa təsviri == Bu quşlar nisbətən iri (bədəninin uzunluğu 140, qanadları 72–76 mm). Başı və çinədanı tünd qəhvəyi rəngdədir və buna görə digər arıquşulardan seçilir. Sakit nəğməsi böyük arıquşunun nəğməsini xatırladır. Çağırışları isə "si-si-tyürrrr…" şəklindədir.
Kəkilli arıquşu
Kəkilli arıquşu (lat. Lophophanes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin arıquşları fəsiləsinə aid heyvan cinsi.
Talış arıquşu
Hirkan arıquşusu (lat. Poecile hyrcanus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin arıquşları fəsiləsinin poecile cinsinə aid heyvan növü. == Qısa təsviri == Bu quşlar nisbətən iri (bədəninin uzunluğu 140, qanadları 72–76 mm). Başı və çinədanı tünd qəhvəyi rəngdədir və buna görə digər arıquşulardan seçilir. Sakit nəğməsi böyük arıquşunun nəğməsini xatırladır. Çağırışları isə "si-si-tyürrrr…" şəklindədir.
Göy arıquşu
Göy arıquşu (lat. Cyanistes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin arıquşları fəsiləsinə aid heyvan cinsi.
İri arıquşu
İri arıquşu (lat. Parus major) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin arıquşları fəsiləsinin arıquşu cinsinə aid heyvan növü.
Adi göy arıquşu
Adi göy arıquşu (lat. Cyanistes caeruleus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin arıquşları fəsiləsinin göy arıquşu cinsinə aid heyvan növü. == Xarakterik morfoloji əlamətləri == Papağı, qanadları və quyruğu mavi rəngdə, beli yaşıl, alnı və yanaqları ağ, döşü və qarın hissəsi ağdır. Dişi fərdlər erkəklərdən bir qədər kiçikdir. == Kateqoriyası və statusu == Çoxsaylıdır. == Yayılması == Avropa və Asiyada yayılıb. Azərbaycanda isə Kür-Araz ovalığında, dağ–meşə qurşağında, ağac və kolluqlarda, bağlarda yayılıb. == Növdaxili müxtəlifliyi == Politipik növdür. Dünyada 15, Azərbaycanda isə 2 yarımnövü (P. с. caeruleus, Linn, 1758; P.c.
Adi kəkilli arıquşu
Adi kəkilli arıquşu (lat. Lophophanes cristatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin arıquşları fəsiləsinin kəkilli arıquşu cinsinə aid heyvan növü. == Xarakterik morfoloji əlamətləri == Başında qar lələklərdən ibarət ucu sivri və ağ haşiyəli kəkili var. Dimdiyindən göz və qulaq lələklərinə qədər nazik qar zolaq uzanır. Erkək dişiyə nisbətən azca iridir . == Kateqoriyası və statusu == Qismən çoxsaylıdır. == Yayılması == Avropa və Asiyada yayılıb. Azərbaycanda isə Kiçik və Böyük Qafqaz dağlarının dağətəyi hissəsində və Talışda yayılıb. == Növdaxili müxtəlifliyi == Dünyada 5, Azərbaycanda isə 1 yarımnövü (P.с. cristatus Linn, 1758) yaşayır.