Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çağadüz
Çağadüz (əvvəlki adı: Sərkisaşen) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Tağaverd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Sərkisaşen kəndi Çağadüz kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Çağadüz kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Toponimikası == Sonralar burada məskunlaşmış ermənilər onu Sərkisaşen (Sərkis kəndi) kimi rəsmiləşdirmışdilər. 1992-ci ildən kəndin keçmiş adı bərpa edilmişdır. Kənd öz adını ərazidəki eyniadlı düzənlikdən almışdır. Cağa/çağa (kiçik) və düz (mənfi relyef forması) sözlərindən düzəlib, "kicik düz" deməkdir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir.