Çağadüz (əvvəlki adı: Sərkisaşen) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Tağaverd kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Sərkisaşen kəndi Çağadüz kəndi adlandırılmışdır.[2] 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Çağadüz kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıtmışdır.
Çağadüz | |
---|---|
39°41′31″ şm. e. 46°53′42″ ş. u. | |
Ölkə | |
Region | Xocavənd rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 907 m |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Sonralar burada məskunlaşmış ermənilər onu Sərkisaşen (Sərkis kəndi) kimi rəsmiləşdirmışdilər. 1992-ci ildən kəndin keçmiş adı bərpa edilmişdır. Kənd öz adını ərazidəki eyniadlı düzənlikdən almışdır. Cağa/çağa (kiçik) və düz (mənfi relyef forması) sözlərindən düzəlib, "kicik düz" deməkdir.[3]
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Kənd dağətəyi ərazidə yerləşir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[4] | XXXX | XXXX | XXXX |
2009[5] | ↗XXXX | ↗XXXX | ↗XXXX |
Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Kənddə təhsil müəssisəsi mövcud deyil.
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə səhiyyə müəssisəsi mövcud deyil.