Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bayılma
Bayılma, özündən getmə, ürəkgetmə (lat. syncope) — beyində qısamüddətli qanazlığı nəticəsində birdən-birə halsızlaşma, başgicəllənməsi, gözün qaralması və nəhayət huşun itməsi. Bayılma zamanı xəstə huşunu tamamilə itirməyə də bilər. Bayılma beyinə gələn qanın qəflətən azalması nəticəsində huşun qısamüddətli itməsidir. Bu, adətən ayaqüstü və ya oturaq vəziyyətlərdə baş verir. Bayılma bayılmaönü vəziyyətlə müşayiət olunur. Belə ki, bayılmadan öncə xəstə özünü pis hiss edir, ayaqları sanki ağırlaşır, göz önündə qaralma və işartılar, qulaqlarda cingilti ola bilər, bəzən ürəkbulanma və qusma da olur. Xəstənin rəngi avazıyır, dərisi soyuyur, soyuq tər basır. Bütün bu əlamətlər çox zaman xəstəyə imkan verir ki, yıxılmamaq üçün tədbirlər görsün. Lakin bayılma qəfləti də ola bilər.
Çapala
Qoçulu — Gürcüstan Respublikasının Borçalı mahalı bölgəsində kənd. İnzibati cəhətdən Bolnisi rayonunun tabeçiliyindədir. 90-cı illərin əvvəllərində rayonun digər 32 azərbaycanlı kəndində olduğu kimi adı dəyişdirilərək Çapala halına salınmışdır. Faruq Sümərin məlumatına görə XVI əsrin sonu XVII əsrin əvvəllərində Qoçulu Ustaclı oymağının obalarından biri idi. == Coğrafi mövqeyi == Qoçulu kəndi Maşavera çayının sağ sahilində dəniz səviyyəsindən 430–440 m. yüksəklikdə yerləşir. Ərazi baxımdan rayonun İmirhəsən, Daşlıqullar, Hasanxocalı, Cəfərli və Əsmələr kəndləri ilə qonşuluqdadır. Kənd rayon mərkəzindən 14 km. şərqdə yerləşir. Coğrafi koordinatları 41° 26' 14" şimal enliyi, 44° 37' 51" şərq uzunluğudur.Kənddə məktəb yerləşir.Kənddə xüsusi körpü vardır ki, deyilənlərə görə yumurta qabığından inşa edilib.[mənbə göstərin] == Əhalisi == 2002-ci il əhali siyahıyaalmasının nəticələrinə əsasən Qoçulu kəndində 1623 nəfər sakin (rayon əhalisinin 2,2%-i) yaşayır.
Çalma
Çalma və ya türban – Şimali Afrika, Ərəbistan yarımadası, Hindistan və Asiyanın bəzi digər bölgələrində geniş yayılmış kişi baş örtüyü. Onun hazırlanması üçün 6-8 metr parça lazımdır. Bəzi növlərinin hazırlanması üçün 20 metrədək parçadan istifadə edilir. Adətən, fəs, yaxud araqçının üstündən dolayırdılar. Tipik İran geyimi olan türban hələ e.ə. 6—5 əsrlərdə Midiyada geniş yayılmışdı. Çalmanı başa bağlanmış yaylıq, fəs və ya araxçına sarıyırlar. Bəzi regionlarda çalma başda xüsusi sancaqlarla bərkidilir.
Çaplıca (Sayınqala)
Çaplıca (fars. چپلوجه‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 739 nəfər yaşayır (159 ailə).
Çapala gölü
Çapala (Chapala) — Meksikada, Meksika yaylasının cənubunda göl. == Sahəsi == Sahəsi 1,100 km2 (ölkədə ən böyük). == Coğrafi xüsusiyyətləri == Təqribən 1500 m hündürlüyündədir. Orta dərinliyi təqribən 7 m, ən dərin yeri 33 m; son illər suqoruyucu meşələrin qırılması və suyunun suvarmaya götürülməsi ilə əlaqədar səviyyəsi aşağı düşməkdədir. Gölə Lerma çayı tökülür. Sakit okeana tökülən Rio-Qrande-de-Santyaqo çayı göldən axır. Sahillərində kurortlar var. Okotlan şəhəri Çapalanın sahilindədir. Qvadalaxaru şəhərinin su təchizatı Çapaladandır.
Qapışma (film, 2000)
Qapışma (ing. Snatch) — 2000-ci ildə rejissor Qay Riçi tərəfindən çəkilən döyüş filmi. == Məzmun == Filmdə əsas obrazlar anası ve atası təyyarədə tanış olduğu üçün Türk (Ceyson Stetem) adını alan bir ingilis və silahları çox sevən dostu və Tommidir. Onlar qanunsuz boks görüşləri təşkil edir, bu boks üçün Kərpic Sifət (Alan Ford) adında böyük bir mafiyadan kömək istəyirlər. O da, Türk ve Tommi üçün lazım olanı edir. Ancaq bir gün bu ikisinin boksçusu Möhtəşəm Corc (Bred Pitt) adında bir qaraçıya uduzur. Türk ilə Tommi boksçularını dəyişdirmək məcburriyətində qalırlar ve elə bu səbəbdən onlar Mikini özlərinə yeni boksçu götürürlər. Kərrpic Sifətin onlardan istəyi dördüncü raundda Mikinin uduzmasıdır. Ancaq buna əməl etmir və bunun nəticəsində boksçunun anası öldürülür. Həmçinin qumarbaz Dört Barmaq ləqəbli Frenki (Benisio del Toro) indi Əmioğlu Avi (Denis Ferina) adındakı öz bossu üçün almaz oğurlayacaqdır.
Çarpışma (film, 2011)
Hər birinin öz həyatı, öz qorxuları və öz taleyi olan neftçilər briqadası evə qayıdır. Baş qəhrəman onları müşayiət edən keçmiş snayper və ovçudur. Fəhlələrin həyatına təhlükə yaradan canavarları zərərsizləşdirir. Yalnız öz işində təskinlik tapan Con, sevimli həyat yoldaşının ölümü ilə barışa bilmir, ağlından intiharla bağlı fikirlər keçir. Növbəti səfərlərin birində briqadanı daşıyan təyyarə Alyaskada qəzaya uğrayır. Qəzadan yalnız səkkiz nəfər o cümlədən Con sağ çıxır. Sivilizasiyadan kilometrlərlə uzaqda – qarlı səhrada ayılan sərnişinlər qida çatışmazlığı və sərt hava şəraitində həyat uğrunda mübarizə aparmalıdırlar. Öz qorxularına sinə gəlməyə çalışan didərginlər eyni zamanda qana susamış canavar dəstəsi tərəfindən təqib olunurlar və sonda baş qəhrəman Con da daxil olmaqla filmin bütün qəhrəmanları canavarların qurbanına çevrilir. Filmdə baş rollarda Liam Nison, Frenk Qrillo, digər rollarda isə Nonso Anozi, Dermot Malruni, Dallas Roberts və başqaları iştirak etmişdirlər.
Canavarları çağırma (film, 1983)
Canavarları çağırma filmi 1983-cü ildə eyniadlı kitab əsasında Karroll Ballardın rejissorluğu ilə çəkilib, baş rolda Çarlz Martin Smit, Brayan Dennehi və Zakari İttimanqnaq oynayıb. == Məzmun == Tayler (Çarlz Martin Smit) Kanada hökuməti tərəfindən şimal qütb qurdu və maralların sayı arasındakı əlaqəni araşdırmaq üçün göndərilir.
Dağılma dönəmi Osmanlı sədrəzəmləri
Dağılma dövrü Osmanlı sədrəzəmlərinin siyahısı, İzzət Mehmed Paşadan Əhməd Tofiq Paşaya qədər, yəni 1773-1922 dönəmində, sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmləri siyahısıdır.
Dağılma dövrü Osmanlı sədrəzəmləri
Dağılma dövrü Osmanlı sədrəzəmlərinin siyahısı, İzzət Mehmed Paşadan Əhməd Tofiq Paşaya qədər, yəni 1773-1922 dönəmində, sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmləri siyahısıdır.
Campilya Marittima
Kampilya Marittima (it. Campiglia Marittima) — İtaliyanın Toskana regionunda şəhər.
Cariama cristata
Kəkilli seriem (lat. Cariama cristata) — Durnakimilər dəstəsinin seriemlər fəsiləsinə aid quş növü.
Cyanea capilata
Cyanea capillata (lat. Cyanea capillata) — heyvanlar aləminin dalayıcılar tipinin sifoidlər sinfinin yastımeduzlar dəstəsinin sianeyalar fəsiləsinin sianeya cinsinə aid heyvan növü.
Camila Sanmooqan
Camila Sanmooqan (20 mart 1997, Corctaun) — Qayanalı üzgüçü. Camila Sanmooqan Qayananı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Camila Sanmooqan birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 28.88 saniyəlik nəticəsi ilə 63-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Dhruv Kapila
Dhruv Kapila (1 fevral 2000, Ludhiana, Pəncab ştatı) — Hindistanı təmsil edən qadın badmintonçu.
Nobuko Caşima
Nobuko Caşima (d. 26 dekabr 1959) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Çamila Miçeyeviç
Cəmilə Miçeyeviç (xorv. Ćamila Mičijević; 8 sentyabr 1994, Haydenhaym an der Brents[d]) — Bosniya və Xorvat həndbolçu, 2020-ci ildə Avropa çempionatının bürünc mükafatçısı. == Həyatı == Miçieviç Almaniyada Bosniya və Herseqovinadan bir qaçqın ailəsində anadan olub. Müharibə bitdikdən sonra, 15 yaşına qədər yaşadığı Mostar'a qayıtdı və yerli Lokomotiv və Katarina həndbol komandalarında oynadı .