Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kapsul
Kapsul (lat. capsula — qutu) — kiçik həcmli nəyinsə yerləşdiyi qab. Kapsul (dərman forması) Kapsul (bakterial) radiokapsul — insanın fizioloji xarakteristikasını əldə etmək üçün udduğu tibbi cihaz (temperatur, pH və s). Zaman kapsulu — tikintilərin bünövrəsinə qoyulan və ya arxivdə saxlanan gələcəyə məktub.
Çapal
Çapal (gürc. მაშავერა Maşavera) — Gürcüstanda, Aşağı Kartli mxaresində çay, Anaxatır (gürc. ხრამი (Xrami)) çayının sağ qolu. Maşavera çayı öz mənbəyini Qaraağac silsiləsində dəniz səviyyəsindən 2125 metr yüksəklikdən (41°18′40″ şm. e. 44°08′34″ ş. u.) götürür və Bolnisi rayonunun Arıxlı kəndi yaxınlığında (41°26′38″ şm. e. 44°42′52″ ş. u.) 383 metr hündürlükdə Anaxatır çayına qovuşur.
Çapqulu (Miyanə)
Çapqulu (fars. چپقلو‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 79 nəfər yaşayır (20 ailə).
Artikulyar kapsul
Artikulyar kapsul və ya oynaq kapsulası — anatomiyada sinovial oynağı əhatə edən membran. Hər bir artikulyar kapsul 2 hissədən ibarətdir: xarici lifli təbəqə və ya membran və daxili sinovial təbəqə və ya membran. == Membranlar == Hər bir kapsul 2 təbəqədən və ya membrandan ibarətdir: avaskulyar ağ lifli toxumadan ibarət xarici təbəqə (lifli qişa, lifli təbəqə) İfraz edən təbəqə olan daxili təbəqə (sinovial membran, sinovial təbəqə).Kapsulun daxili tərəfində oynaq qığırdaqları bu oynağın içərisində oynayan sümüklərin son səthlərini əhatə edir. Xarici təbəqə, birgə ilə əlaqəli bitişik əzələlərdən keçən eyni sinirlər tərəfindən ağır şəkildə innervasiya (bədənin və ya toxumanın qeyri-bərabər elementlərlə təchizi) olunur. == Fibröz membran == Oynaq kapsulunun lifli qişası oynağa daxil olan hər bir sümüyün oynaq ucunun bütün çevrəsinə yapışdırılır və beləliklə, artikulyasiyanı tamamilə əhatə edir. Sıx, birləşdirici, uzun toxumadan ibarətdir. == Klinik əhəmiyyəti == Donmuş çiyin sindromu çiyin kapsulunun iltihablandığı bir xəstəlikdir. Plika sindromu sinovial qatın iltihablandığı və diz qapağının anormal biomexanikasına səbəb olduğu bir vəziyyətdir.
APOEL FK
APOEL (Nikosiya) — Kiprin futbol klubu. 1926-cı ildə yaradılıb. Ölkədə ən uğurlu klublardan biridir. == Tarixi == APOEL 1926-cı ildə şəhərin yunan sakinlərinin oynadığı futbol komandası yaratmaq istəyən bir qrup gənc tərəfindən yaradılıb. Sonra qırx nəfərlik bir qrup Nikosiyadan olan yunanların oynayacağı bir futbol klubu yaratmaq üçün qənnadı salonunda görüşdü. Klubun ilk prezidenti Giorgos Pulias idi. == Avropa kuboklarında iştirak == 30 dəfə Avropa kuboklarında iştirak edib. 2011/12 mövsümündə Çempionlar Liqasında 1/4 finala irəliləyib.
Papul Çanqmay
Papul Çanqmay (1 yanvar 1994) — Hindistanlı kişi ağır atlet. 69 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Hindistanı təmsil edir. Papul Çanqmay dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 2015 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Çapal çayı
Çapal (gürc. მაშავერა Maşavera) — Gürcüstanda, Aşağı Kartli mxaresində çay, Anaxatır (gürc. ხრამი (Xrami)) çayının sağ qolu. Maşavera çayı öz mənbəyini Qaraağac silsiləsində dəniz səviyyəsindən 2125 metr yüksəklikdən (41°18′40″ şm. e. 44°08′34″ ş. u.) götürür və Bolnisi rayonunun Arıxlı kəndi yaxınlığında (41°26′38″ şm. e. 44°42′52″ ş. u.) 383 metr hündürlükdə Anaxatır çayına qovuşur.
Çapuq (İcrud)
Çapuq (fars. چاپوق‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd == Coğrafi yerləşməsi == Mərkəzi bəxşdə, Gülabar kəndistanında, Zəncan şəhərindən 8 km cənub-qərbdədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 592 nəfər yaşayır (144 ailə).
Hapoel Hayfa FK
Hapoel (Hayfa) - (ivr. ‏מועדון חיפה הכדורגל הפועל ‏‎)İsrailin futbol klubu == Tarixi == == Avropa kuboklarında iştirak == 1 dəfə Avropa kuboklarında iştirak edib.[mənbə göstərin] == 2000-ci ilin Avropa liqası == Hapoel Hayfa Futbol komandası 2000-ci ildə UEFA Çempionlar Liqasında iştirak edib.Komanda Türkiyənin Beşiktaş Futbol komandasını 1-0 hesabı(Rovani Doso) ilə məğlub edib.İkinci dəfə Kiryat stadiumunda 0-0 hesabı ilə heç-heçə olub.Üçüncü dəfə İspaniyanın Valensiya klubunu 2-0 hesabı ilə məğlub edib.
Mandelyö-la-Napul
Mandelyö-la-Napul (fr. Mandelieu-la-Napoule) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti.
Çapu (Sayınqala)
Çapu (fars. چپو‎) - İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 87 nəfər yaşayır (17 ailə).
Marqarit Poul
Marqarit Pol (ing. Margaret Pole) (d. 14 avqust 1473 - ö. 27 may 1541) — İngilis əsilzadəsi, İngiltərə kralı IV Eduard və III Riçardın qardaşı Klarens hersoqu Corc Plantagenetlə İzabella Nevilin qızı. O, XVI əsrdə İngiltərədə ərindən müstəqil şəkildə ünvan qazanan 2 qadından biri idi. Gül müharibəsindən sonra Plantagenet sülaləsindən həyatda qalan azsaylı insandan biri kimi, Marqarit Pol 1541-ci ildə əmisi qızı Yorklu Elizabetin oğlu VIII Henrinin əmriylə edam edildi. Papa XIII Lev onu 29 dekabr 1886-cı ildə Roma-Katolik kilsəsi üzrə şəhid elan etdi. == Həyatı == == Mənbə == Pierce, Hazel (2003).
Hapoel Petah-Tikva FK
Hapoel (Petax-Tikva) - İsrailin futbol klubu
Hapoel Ramat-Qan FK
Hapoel (Ramat-Qan) - İsrailin futbol klubu
Hapoel Tel-Əviv FK
Hapoel (Təl-Əviv) - İsrailin futbol klubu
Hapoel İroni Kiryat Şmona FK
Hapoel İroni Kiryat Şmona FK - İsrailin futbol klubu. == Tarixi == 2000-ci ildə eyni adlı şəhəri təmsil edən Makkabi ilə Hapoel birləşib. O vaxtdan komanda İsrail çempionatlarında Hapoel adıyla çıxış edir. Hapoel ev oyunlarını Kiryat Şmona şəhərindəki 5200 azarkeş tutumu olan İroni stadionunda keçirir. Kiryat Şmonanı təmsil edən Hapoel 2000-ci ilə qədər İsrail çempionatının aşağı dəstələrində oynayıb. Həmin il İturan şirkətinin sahibi, iş adamı İzi Şeratski hər iki komandanı satın alıb.Yalnız 2006-07-ci il mövsümündə Hapoel İsrail çempionatının yüksək liqasına vəsiqə qazanmağı bacarıb. Hapoel Avropa miqyaslı yarışda ilk dəfə 2008-ci ildə oynayıb. O vaxt Monteneqro Budvası ilə görüşdə İsrail təmsilçisi iki oyunun nəticəsinə əsasən uğur qazanaraq (1:1, 3:0) növbəti mərhələyə yüksəlib. Lakin növbəti mərhələdə Hapoel Bolqarıstanın Liteks klubuyla qarşılaşmada uğursuzluğa düçar olub – 0:0, 1:2. 2008-09-cu il mövsümündə Kiryat-Şmona təmsilçisi yüksək liqada yerini itirib, növbəti – 2009-10-cu il mövsümündə isə yenidən yüksək liqaya qayıdıb.
El Çapo Quzman
Xoakin Arçivaldo Quzman Loera (İspaniya dilində. Jonah Archivaldo Guzmán Loera), ancaq El Çapo (El Chapo) ləqəbi ilə tanınan Meksikanın narkotik qaçaqçılıq kartellərınin ən böyük başçılarındandır. 25 dekabr 1954, ya 4 aprel 1957-ci ildə Meksikanın Sınaola vilayətinin Badiraquato bölgəsində doğulmuşdur. 2014 ilində saxlanılmış ancaq 14 avqust 2014-ci ildə həbsxanada duşların altında 1.5 kilometr uzunluğunda tunel qazdırıb qaçdı. Amerika hökuməti Quzmanı tutmaq üçün gərəkli bilgiləri verənə 5 milyon dollarlıq mükafat vəd etmişdilər. dekabr 2015-ci ildə narkotik alverini sabotaj etdikləri nədəni ilə, İŞİD başçısı Əbubəkr Bəğədadını təhdid etmişdir. 8 yanvar 2016-cı il tarixində yenidən həbs edilmişdir. 19 yanvar 2017-ci ildə Meksikadan Amerikaya ekstradasiya edilib.
Cambul Cabayev
Cambul Cabayev (qaz. Жамбыл Жабайұлы; 1846 – 1945) — Qazax akını, şairi, Stalin mükafatı laureatı.
Cambul vilayəti
Cambul vilayəti (qaz. Жамбыл облысы) — Qazaxıstanın cənubunda vilayət. İnzibati mərkəzi Taraz şəhəridir. == Tarixi == 1939-cu il oktyabrın 14-də təşkil olunmuşdur. Vilayət məşhur qazax akını Cambul Cabayevin (1846 - 1945) şərəfinə adlanmışdır. == Coğrafiyası == Sahəsi 144,2 min km2 . 10 rayonu, 4 şəhəri, 13 qəsəbəsi var. Mərkəzi Taraz şəhərdir Ərazisi, əsasən, düzənlikdir. Şimal hissəsini Bədbəxttala s əhrası tutur. Cənub şərqi, şərqi və cənubu dağlıqdır.
Coul
Coul (C) (ing. Joule (J)) — fizikada enerjinin həcmi, istiliyin kəmiyyəti, görülən işin vahidi. 1 coul (C) - 1N qüvvənin qüvvə istiqamətində gedilən 1m yolda gördüyü işə deyilir. Elektrik sahəsində 1 coul (C) 1 volt (V) gərginliyin təsiri ilə 1 saniyə (s) müddətində dövrədə 1 amper (A) şiddəti olan cərəyanı davam etdirməyə sərf olunan işə deyilir. Coul enerji ölçü vahidi ingilis alimi Ceyms Preskott Coulun şərəfinə adlandırılıb. Ədədi qiymətcə 1C=kq*m^2/san^2 bərabərdir.
Bayan (Cambul rayonu)
Bayan - Qazaxıstanın Şimali Qazaxıstan əyalətinin Cambul rayonunda kənd. Bayanaul kənd dairəsinin inzibati mərkəzi. Unvan və kodu - (rus dilində: Код КАТО) — 594635100. == Coğrafiyası == Bayan kəndi Qazaxıstanın Şimali Qazaxıstan əyalətinin Cambul rayonunda, Masakol gölü yaxınlığında yerləşir. == Əhalisi == 1999-cu ildə kəndin əhalisi 983 nəfərdən (517 kişi və 466 qadın) ibarət idi.. 2009-cu il əhalinin siyahıyaalınmasına görə kənddə 644 nəfər (337 kişi, 307 qadın) yaşayırdı..
Çapel-Hill Şimali Karolina Universiteti
Çapel-Hill Şimali Karolina Universiteti (ing. University of North Carolina at Chapel Hill) — ABŞ-nin Şimali Karolina ştatının Çapel-Hill şəhərində yerləşən ən böyük dövlət ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. == Tarixi == 1789-cu il dekabrın 11-də Şimali Karolina ştatının Baş Assambleyası yeni universitet yaradılması haqqında qanun qəbul edir. 1793-cü ildə şəhər kənarındakı qədim kilsə dağıntılarının yanında universitetin ilk təməli qoyulur və artıq 1795-ci ildə Şimali Karolina Universiteti tələbələrini qəbul edir. ABŞ-də vətəndaş müharibəsi dövründə Şimali Karolina ştatının əhalisi çox itki verir. 1870-ci ilin dekabrından 1875-ci ilin sentyabrınadək Şimali Karolina Universiteti fəaliyyətini bərpa etmək məqsədi ilə bağlı qalır. 1963-cü ildə bu ali məktəbdə oğlanlarla qızların birgə təhsilinə keçid baş tutur. Nəticədə Qadın Kolleci Qrinsboro Şimali Karolina Universiteti, Şimali Karolina Universiteti isə Çapel-Hill Şimali Karolina Universiteti adlandırılır. 1960-cı ildə ali məktəbin kampusunda vətəndaşların bərabər hüquqlarının təmin olunması, irqi ayrı-seçkiliyin aradan qaldırılması məqsədilə etiraz aksiyaları keçirilir. 1964-cü ildə "Vətəndaş hüquqları" haqqında qanun qəbul olunanadək şəhərdə kütləvi aksiya və iğtişaşlar davam edir.
Xoakin "El Çapo" Quzman
Xoakin Arçivaldo Quzman Loera (İspaniya dilində. Jonah Archivaldo Guzmán Loera), ancaq El Çapo (El Chapo) ləqəbi ilə tanınan Meksikanın narkotik qaçaqçılıq kartellərınin ən böyük başçılarındandır. 25 dekabr 1954, ya 4 aprel 1957-ci ildə Meksikanın Sınaola vilayətinin Badiraquato bölgəsində doğulmuşdur. 2014 ilində saxlanılmış ancaq 14 avqust 2014-ci ildə həbsxanada duşların altında 1.5 kilometr uzunluğunda tunel qazdırıb qaçdı. Amerika hökuməti Quzmanı tutmaq üçün gərəkli bilgiləri verənə 5 milyon dollarlıq mükafat vəd etmişdilər. dekabr 2015-ci ildə narkotik alverini sabotaj etdikləri nədəni ilə, İŞİD başçısı Əbubəkr Bəğədadını təhdid etmişdir. 8 yanvar 2016-cı il tarixində yenidən həbs edilmişdir. 19 yanvar 2017-ci ildə Meksikadan Amerikaya ekstradasiya edilib.
Euphorbia caput-aureum
Euphorbia caput-aureum (lat. Euphorbia caput-aureum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Euphorbia caput-medusae
Euphorbia caput-medusae (lat. Euphorbia caput-medusae) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Ceyms Preskott Coul
Ceyms Preskott Coul (ing. James Prescott Joule d. 24 dekabr 1818, Solford, Lankaşir qraflığı (indiki böyük Mançester); ö. 11 oktyabr 1889, Seyl, Çeşir qraflığı) — ingilis fiziki, London Kral Cəmiyyətinin üzvü (1850). İlk Termodinamika qanunu - Enerjinin Saxlanması Qanununu təsvir edib. == Haqqında == Ceyms Preskott Coul ev təhsili almışdı. Müəllimi C. Daltonun təsiri altında fizikaya böyük maraq göstərərək, fiziki eksperimentlər aparmağa başlayan Coul elektromaqnit hadisələrinin öyrənilməsinə, alçaq temperaturlar fizikasına, enerjinin saxlanması qanununun əsaslandırılmasına böyük töhfə vermişdir. 1840-cı ildə Ferromaqnetiklərin maqnitlənməsi zamanı doyma effektini və 1842-ci ildə maqnito striksiyanı aşkar etmişdir. Coul E.X.Lentsdən asılı olmayaraq, 1841-ci ildə naqildən cərəyan keçərkən ayrılan istilik miqdarının naqilin müqavimətindən və cərəyan şiddətindən asılılığını müəyyən etmişdir və bu, 1843-cü ildə nəşr olunmuşdur. Həmin qanun Coul-Lents qanunu adlandırılır.
Mentha aquatica subsp. caput-medusae
Su nanəsi, istiotlu nanə, yarpız, ingilis nanəsi (lat. Mentha aquatica) — dalamaz fəsiləsinin nanə cinsindən növ. Avropa, Cənub-qərbi Asiyada və şimal-qərbi Afrikada bitir. == Sinonim == Marrubium aquaticum (L.) Uspensky Mentha acuta Opiz Mentha acutata Opiz Mentha affinis Boreau [Illegitimate] Mentha aquatica var. acuta (Opiz) Heinr. Braun Mentha aquatica var. acutifolia Cusin Mentha aquatica var. aequalifolia Wimm. & Grab. Mentha aquatica var.