Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çarpışma (film, 2011)
Hər birinin öz həyatı, öz qorxuları və öz taleyi olan neftçilər briqadası evə qayıdır. Baş qəhrəman onları müşayiət edən keçmiş snayper və ovçudur. Fəhlələrin həyatına təhlükə yaradan canavarları zərərsizləşdirir. Yalnız öz işində təskinlik tapan Con, sevimli həyat yoldaşının ölümü ilə barışa bilmir, ağlından intiharla bağlı fikirlər keçir. Növbəti səfərlərin birində briqadanı daşıyan təyyarə Alyaskada qəzaya uğrayır. Qəzadan yalnız səkkiz nəfər o cümlədən Con sağ çıxır. Sivilizasiyadan kilometrlərlə uzaqda – qarlı səhrada ayılan sərnişinlər qida çatışmazlığı və sərt hava şəraitində həyat uğrunda mübarizə aparmalıdırlar. Öz qorxularına sinə gəlməyə çalışan didərginlər eyni zamanda qana susamış canavar dəstəsi tərəfindən təqib olunurlar və sonda baş qəhrəman Con da daxil olmaqla filmin bütün qəhrəmanları canavarların qurbanına çevrilir. Filmdə baş rollarda Liam Nison, Frenk Qrillo, digər rollarda isə Nonso Anozi, Dermot Malruni, Dallas Roberts və başqaları iştirak etmişdirlər.
Çarındağ
Çarındağ — Azərbaycan (Qəbələ rayonu) və Rusiyanın (Dağıstanın Doqquzpara rayonu) sərhədlərində yerləşən Baş Qafqaz silsiləsinin dağ zirvəsi. Hündürlüyü 4079,5 metrə bərabərdi. Azərbayacanın ən hündür altıncı zirvəsidi. == Coğrafi xüsusiyyətləri == Çarındağ Bazardüzü və Raqdan ilə birlikdə Baş Qafqaz silsiləsinin zirvələr sırasında durur. Dağın yamaclarında Çarun yaylası yerləşir. Dağın qolu 6 km uzunluğunda kanyon əmələ gətirib. Qoldan qərbdə uzunluğu 5 km bərabər olan Mullar kanyonu var. Kanyonda 7–8 m yıxılma yüksəkliyi olan iki şəlalə yerləşir.