Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çiçəkli
Azərbaycanda Çiçəkli (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Çiçəkli (Göygöl) — Azərbaycanın Göygöl rayonunda kənd. Çiçəkli (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda kənd. Çiçəkli (dağ) — Kəlbəcər rayonunda dağ. Çiçəkli (dərə) — Babək rayonunda dərə. Ermənistanda Çiçəkli (Dərəçiçək) — Dərəçiçək mahalıında kənd.
Çiçəkli (Göygöl)
Çiçəkli — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Çiçəkli oyk., düz. Gədəbəy r-nunun İnəkboğan i.ə.v.-də kənd. Haçaqaya dağının ətəyindədir. Kəndin əhalisi keçmişdə Fındıqlı kəndi yaxınlığında Arıtəpə adlı yerdə yaşamış, XIX əsrin əvvəllərində isə Anqıran çayının sahilində yerləşən indiki əraziyə köçmüşdür. Kənd çayın adı ilə Arıqıran adlandırılmışdır. Yaşayış məntəqəsinin ilk sakinləri keçmiş Qazax qəzasından, Ermənistanın Qaraqoyunlu, Gəncə qəzasının Qarasaqqal kəndlərindən köçüb gələnlər olmuşdur. 1991-ci ildən rəmzi olaraq Çiçəkli adlandırılmışdır; Sabirabad r-nunun Muğan Gəncəli i.ə.v.-də kənd. Muğan düzündədir. Keçmiş adı Çullu olmuşdur.
Çiçəkli (Gədəbəy)
Çiçəkli (əvvəlki adı: Arıqıran) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Gədəbəy rayonunun Arıqıran kəndi Çiçəkli kəndi və müvafiq olaraq Arıqıran kənd Soveti Çiçəkli kənd Soveti adlandırılmışdır. == Toponimikası == == Tarixi == == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 118 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Çiçəkli (Sabirabad)
Çiçəkli, Cullu — Azərbaycanın Sabirabad rayonunun Muğan Gəncəli inzibati ərazi vahidində kənd. Əhalisi 1424 nəfərdir (2009). == Tarixi == Kənd Muğan düzündədir. Keçmış adı Çullu olmuşdur. Yaşayış məntəqəsinin adı guya yaxşı səslənmədiyinə görə dəyişdirilmışdir. Rəmzi məna daşıyır.
Çiçəkli (Sayınqala)
Çiçəkli (fars. چيچكلو‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Mərkəzi bölgəsinin Çahardulu kəndistanında, Marağa şəhərindən 81 km cənub-qərbdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 411 nəfər yaşayır (100 ailə). Əhalisini azərbaycanlılar təşkil edir.
Çiçəkli (Sərab)
Çiçəkli (fars. چيچكلو‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 321 nəfər yaşayır (59 ailə). == Coğrafi yerləşməsi == Sərab şəhristanının Mərkəzi bölgəsinin Əbərqan kəndistanında, Sərab şəhərindən 28 km cənub-qərbdədir.
Çiçəkli (Tikantəpə)
Çiçəkli (fars. چيچكلو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Çiçəkli (Təbriz)
Çiçəkli — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Təbriz şəhristanının Bostanabad bölgəsinin Səhənd kəndistanında, Bostanabad qəsəbəsindən 27 km cənub-qərbdədir.
Çiçəkli bitkilər
Çiçəkli bitkilər (lat. Angiospermae) – Çoxalma orqanı olan bu qismin çiçək açması, eləcə də ikiqat mayalanma kimi xüsusiyyətinə görə fərqlənən ali bitki tipidir. Çiçəklərində ağızcıq, sütuncuq və yumurtalıqdan ibarət dişicik orqanı vardır. Qametofit ixtisar olunmuşdur. Daxili və xarici quruluşlarında xüsusi ixtisaslaşma getmişdir. Əksər nümayəndələri cücülər vasitəsilə çarpaz tozlanma kimi bir uyğunlaşma qazanmışdır. Çiçəklərdə həmçinin erkəkcik adlanan orqan vardır. Erkəkcik erkəkcik sapı, tozluq və tozluğun içərisində olan tozcuq lardan ibarətdir. Hər bir tozcuq müstəqil hüceyrədir. Tozcuqlar formalarına görə müxtəlif cür olur.
Çiçəkli (Duzluca)
Çiçəkli — Türkiyənin İğdır vilayətinin Duzluca rayonunda kənd. == Tarixi == 1901-ci ildən eyni adda olan kənd 1918-ci il qeydlərində ermənicə "çiçəkli" mənasını verən Cağqaşen kimi qeyd olunur.
Seyrək-çiçəkli səhləb
Çiçəkli Baxışqala (Urmiya)
Çiçəkli Baxışqala (fars. چيچكلوي باش قلعه‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Urmiya şəhristanının Ətraf bölgəsinin Nazlı kəndistanında, Urmiya şəhərindən 10 km şimal-şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 438 nəfər yaşayır (118 ailə).
Çiçəkli Hacıağa (Urmiya)
Çiçəkli Haçıağa (fars. ‎چيچكلوی حاجی اقا‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 160 nəfər yaşayır (39 ailə). == Coğrafi yerləşməsi == Urmiya şəhristanının Ətraf bölgəsinin Nazlı kəndistanında, Ətraf qəsəbəsindən 8 km şimal-şərqdədir.
Çiçəkli Mənsur (Urmiya)
Çiçəkli Mənsur (fars. چیچگلوی منصور‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Urmiya şəhristanının Ətraf bölgəsinin Nazlı kəndistanında, Ətraf qəsəbəsindən 8 km şimaldadır. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 264 nəfər yaşayır (66 ailə).
Çiçəkli bitkilərin fəsilələri
== Fəsilələrin siyahısı ==
Çiçəkli bitkilərin cinsləri(L)
Çiçəkli bitkilərin cinsləri (A)
Çiçəkli bitkilərin cinsləri (B)
Çiçəkli bitkilərin cinsləri (C)
Çiçəkli bitkilərin cinsləri (D)
Çiçəkli bitkilərin cinsləri (E)
Çiçəkli bitkilərin cinsləri (F)
Çiçəkli bitkilərin cinsləri (G)
Çiçəkli bitkilərin cinsləri (H)
Çiçəkli bitkilərin cinsləri (I)
Çiçək
Çiçək və ya gül — tumurcuqdan əmələ gələn şəklini dəyişmiş zoğ. == Çiçəklərin quruluşu == Müxtəlif bitkilərdə çiçəklərin quruluşu da fərqlidir. Çiçəyin yerində bir və bir neçə toxumu olan meyvə yetişir. Çiçəkli bitkilər, adətən, toxumla çoxalır. Müxtəlif bitki çiçəklərinin quruluşunda müəyyən oxşarlıq da vardır. Çiçək çiçək tumurcuğundan çiçək saplağı üzərində inkişaf edir. Saplağın genişlənmiş hissəsində — çiçək yatağında isə çiçəyin digər hissələri əmələ gəlir. Bəzi bitkilərin çiçəklərində çiçək saplağı olmur. Belə çiçəklər oturaq çiçəklər adlanır. === Çiçəyin funksiyaları === Çiçəyin funksiyaları: Çiçək tacının parlaqlığı və nektar cücüləri cəlb edir.
Əhməd Çörəkçi
Əhməd Çörəkçi – türkiyəli hərbçi və general. 1932-ci ildə Türkiyənin Çorum kəndində anadan olub. == Həyatı == 1955-ci ildə Hava Hərb Məktəbindən leytenant rütəbsiylə məzun olmuşdur. 1955-1957-ci illərdə Kanada da təhsil almışdır. Merzifon IV bazasında qırıcı bazası komandanlığına 1960-cı ildə ov pilotu olaraq təyin eidlmişdir. İngiliscə bilir. Evlidir və iki uşaq atasıdır. Təqaüdə ayrıdlıqdan sonra rəsm sənəti ilə maraqlanmağa başlamış və qarışıq, fərdi sərgilərdə iştirak etmişdir. == Hərbi karyerası == 1966-cı ildə girdiyi Hava Hərb Akadmeiyasından 1968-ci ild məzun oldu və Hava Qüvvələri Hərəkat Başqnalığına Hava Hərəkat zabiti olaraq təyin edildi. 1969-cu ildə VI Qırıcı bazasına zabit, 1970-ci ildə isə eyni bazaya 162-ci Eskadrilya komandanı olaraq təyin edildi.
Abdi İpəkçi
Abdi İpəkçi (9 avqust 1929, Konstantinopol – 1 fevral 1979, İstanbul) — Türkiyə jurnalisti, yazıçı. == Həyatı == Abdi İpəkçi ibtidai təhsil aldıqdan sonra Qalatasaray litseyini bitirmişdir. Bir müddət Hüquq fakültəsinə təhsil almışdır. "Yeni Səhər", "Yeni İstanbul" və "İstanbul Ekspress Qəzeti" kimi müxtəlif qəzetlərdə idman müxbiri, səhifə sekretarı və yazı işləri müdiri kimi çalışmışdır. Əli Naci Cüyürün nəşr etdirdiyi "Milliyyət" qəzetinin yazı işləri müdiri (1954), bir müddət sonra da ümumi nəşr müdiri olmuşdur. 1961-ci ildən qətlə yetirildiyi 1 fevral 1979-cu ilə qədər bu qəzetin redaktoru olmuş, Türkiyə Jurnalistlər Birliyi, Türkiyə Mətbuat İnstitutu Qurumu, İstanbul Jurnalistlər Cəmiyyəti və Beynəlxalq Mətbuat İnstitutunun ikinci katibi, Mətbuat Şərəf Divanının ümumi katibi vəzifələrini də daşımışdır. Yazılarında Atatürkçülüyü, sülhü, düşüncə azadlığını, ölkənin müstəqilliyini və bütünlüyünü müdafiə etmişdir. == Sui-qəsd və ölümü == 1970-ci illərdəki anarxiya və terrorun qarşısının alınması üçün iqtidarla müxalifət liderləri arasında dialoq qurulmasının vacibliyini söyləyən, dövlət rəhbərliyinə hakim kəsilən döyüşçü və romantik ruhunun ağıl və soyuqqanlıq ilə əvəzlənməsini istəyən İpəkçi 1979-cu il 1 fevral gecəsi İstanbul Maçkadakı evinin yaxınlığında avtomobilində ikən Məmməd Əli Şəbəkə tərəfindən qətlə yetirilmişdir. Məmməd Əli Şəbəkə verdiyi ifadədə ona 5–6 dəfə atəş etdiyini söyləmişdir. Lakin hadisə yerindən 9 giliz tapılmışdır.
Meymun çiçəyi
Meymunçiçəyi bəzi heyvanlarda, o cümlədən insanlarda baş verə bilən meymunçiçəyi virusunun yaratdığı yoluxucu xəstəlikdir. Simptomları qızdırma, baş ağrısı, əzələ ağrıları, limfa düyünlərinin şişməsi və yorğunluq hissi ilə başlayır. Bunun ardınca üzərində qabarcıqlar və qabıqlar əmələ gətirən səpgilər gəlir. Simptomların başlanmasına qədər olan vaxt təxminən 10 gündür. Simptomların müddəti adətən iki ilə dörd həftə arasındadır. Meymunçiçəyi buşmit (Afrika vəhşi heyvan yemi) ilə işləmək, heyvan dişləməsi və ya cızıqdan, bədən mayelərindən, çirklənmiş əşyalardan və ya yoluxmuş şəxslə yaxın təmasdan yoluxa bilər. Virus adətən müəyyən gəmiricilər arasında dövr edir. Diaqnoz virusun DNT-si üçün lezyon testi ilə təsdiqlənə bilər. Xəstəlik suçiçəyi xəstəliyinə bənzər görünə bilər.
Sevgi çiçəyi
Sevgi çiçəyi (lat. Cyanus tchihatcheffii) — mürəkkəbçiçəklər (Asteraceae) fəsiləsindən olan, Türkiyəyə xas, nəsli tükənmə təhlükəsiylə qarşı-qarşıya olan bir çiçək növü. Ankarada çiçək dünyasında saman çiçəyi olaraq bilinən xalq arasında sevgi və ya qırmızı çiçəkli gölbaşı adıyla məşhur olan bu çiçək Hacı Həsən kəndi yaxınlığında bitir. Pestisidlər nəticəsində tükənmə təhlükəsi olduğu üçün, Bern Konvensiyası çərçivəsində rəsmi şəkildə qorunur. İlk olaraq 1848-ci ildə Ankaradan rusiyalı alim Pyer de Tikişev tərəfindən toplanmışdı: Gölbaşı, Gölbək-Yavrucak. Türkiyə bitkiləri əsərində göstərilən Afyonkarahisar, Məhmətköy qeydi isə səhvən yazılmışdır. Tchihatcheff'un Kiçik Asiyaya səfərlərindən əldə etdiyi orijinal material Société botanique de Franceda saxlanılıb, sonra kolleksiyalar Parisə daxil edilib. Kiçik Asiyadan olan yeniliklər isə Fischer & C.A. tərəfindən təsvir edilmişdir. == Qorunması == Gölbaşı Bələdiyyəsi tərəfindən qorunan xüsusi sahədə son aylarda yer üzünə gətirilmiş endemik bitkilər siyahısında olan bitki toxumu çiçəkləmişdi. Bələdiyyə Başçısı Fatih Duruay, Sevgi Çiçəyi, 'Çəyirtkə' və 'Gəlin Düyməsi' adıyla da bilinən bu gülün yalnız Gölbaşı ilçəsində yetişdiyini söylədi.
Su çiçəyi
Təbii çiçək — ağır yoluxucu xəstəlik. İnsanlar təkcə bilavasitə əlaqə nəticəsində deyil, həmçinin üçüncü şəxslər tərəfindən də yoluxa bilərlər. Toz vasitəsilə yoluxma binaların içərisində də yayıla bilər. Çiçək törədicisi inkubasiya dövründən sonra qana keçir və bir neçə gün ərzində qanda dövran edir. Qanın viruslarla dolması çox şiddətli ümumi reaksiyaya, bədənin yüksək hərarətinə, baş ağrısına, bel ağrısına, yaddaşın depressiyasına səbəb olur. 2–3 gündən sonra bədəndə, xüsusilə boğazda və üzdə səpkilər əmələ gəlir. Bu səpkilər şişli və qızılcalı olur. 8–9-cu günlərdə suluqların irinləməsi başlanır, deşilmiş və ya mexaniki olaraq zədə (travma) almış yerlərdən çirk axır və üzün şişməsi baş verir. Selikli qişanın xoralanması nəticəsində udqunma çətinləşir. 15–16-cı günlərdə suluqlar quruyur və nazik qabıq əmələ gəlir, bunlar sonra tədricən düşməyə başlayır.
Səhra çiçəyi
Səhra çiçəyi — Somaliyalı model Varis Diriein avtobioqrafiyası. == Haqqında == Varis Dirie onu dünyalarca məşhur edən bu romanı yazmaq üçün nə təxəyyülünə güc verib, nə də başqalarının həyat hekayələrini soraqlayıb. “Səhra çiçəyi” müəllifin öz başına gələnlərdir: kəlməbəkəlmə, addımbaaddım yaşadıqlarıdır. Kitab Varis(səhra çiçəyi)adlı qızın həyatından yaşamaq uğrunda apardığı mübarizəni bütün çılpaqlığı ilə əks etdirir,onun həyatının başladığı Afrika səhralarından,köçəri həyatından, ailəsindən,Somalidə qadınlara,qızlara olan münasibətdən,və böyüdükcə fərqinə vardığı bəzi şeylərin zamanla onun içindəki mübarizəyə çevrilməsindən bəhs edərkən onu da qeyd etmək isyəyirəmki onun bu mübarizəsi heç də cavabsız qalmır və bu mübarizə sadəcə özü üçün olan savaş meydanına deyil bütün qadınlara yönəlir onunla eyni həyatı yaşayan,eyni uydurma adət-ənənə adıyla sünnət edilən bütün qadınlara görə mübarizəyə il ərzində 30 milyondan çox qız uşağının qadınlıqdan məhrum edilməsinə yönəlir! == Məzmun == Kitabda məşhur Somali əsilli fotomodel V.Dirie Afrika səhralarından şöhrətin zirvəsinə uzanan həyat yolundan bəhs edir. Varis səhrada köçəri həyat yaşayan çoxuşaqlı bir ailədə dünyaya gəlir. Kiçik qız ilk zərbəni daha 3-4 yaşlarında zorlandığı zaman alır. Qabaqda isə onu daha böyük bir sınaq gözləyirdi - sünnət. 7 yaşlı qızın cinsi orqanların kəsilib tikilməsi və bunların baş verdiyi şərait insanı dəhşətə gətirir. Daha uzun illər qənc qız bu vəhşiliyin əziyyətini çəkir.
Zebra çiçəyi
Afelandra (lat. Aphelandra) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin akantkimilər fəsiləsinə aid bitki cinsi. Otaq bitkisi kimi yetişdirilir. Bitkinin ana vətəni Orta və Cənubi Amerikadır. Qırmızı və sarı rənglərdə çiçək açırlar. Çiçəklənmə dövrü iyun və oktyabr ayları arasındadır. Afelandra çıçəyinin üstünə günəş şuaları düşməmək şərtilə isti və aydınlıq yerdə saxlanmalıdır. Afelandra yaz və yay aylarında daha çox sulanmalıdır. Soyuğa davamsızdır, isti sevəndir. Bitkinin çoxaldılması kökləri vasitəsi ilə həyata keçirilir.
Çöl çiçəyi
Çöl çiçəyi (əsər) — Varis Dirienin avtobioqrafik əsəri. Çöl çiçəyi (film) — 2009-cu ildə Almaniyada istehsal olunmuş bioqrafik film.
İpəkçi (qəzet)
"İpəkçi" — Şəkidə nəşr edilmiş çoxtirajlı qəzet, sonuncu fəhlə qəzeti[mənbə göstərin]. == Tarixi == "İpəkçi" qəzeti 13 mart 1933-cü il tarixdən nəşr edilir. O vaxt qəzet "Nuxa ipək kombinatı firqə kollektivinin və yerli komitəsinin orqanı" idi və ilk redaktoru Rəsul Rəsullu olmuşdu. Daha sonra isə — 1935-ci ildən, qəzet Əli İsgəndərovun və digər şəxslərin redaktorluğu ilə çap edilmişdi. İkinci dünya müharibəsi illərində — 1943-cü ildə, qəzetin nəşri dayandırılsa da, müharibədən sonra — 1958-ci ildə yenidən bərpa edilir. 1958–1965-ci illərdə qəzetin redaktoru Məmmədiyyə Cabbarov (Süleymanlı), 1965–2009-cu illərdə isə Salis Məmmədov olmuşdur. 2009-cu ildən etibarən isə redaktor Aydın Məmmədovdur. "İpəkçi" qəzeti 1983-cü ildə, 50 ilik yubileyi münasibətilə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. Qəzetin 60 illik yubileyi münasibətilə isə Azərbaycan Respublikasının o vaxtkı prezidenti Heydər Əliyev qəzetin redaksiyasına təbrik məktubu ünvanlamışdır. === Azərbaycan Sovet mətbuatında ilk müstəqil qəzet === "İpəkçi" qəzetinin 12 dekabr 1990-cı il tarixli, 33–34 (1967–1968) saylı nəşrində, V. İ. Lenin tərəfindən deyilmiş və Sovet mətbuatının atributu olan "Bütün ölkələrin proletarları birləşin!" şüarı qəzetin başlığı üzərindən götürülmüş, daha əvvəl "Azərbaycan Kommunist partiyası V. İ. Lenin adına Şəki İstehsal İpək Birliyi Komitəsinin, Birlik Həmkarlar İttifaqı, Komsomol Komitələrinin və baş direktorluğun orqanı" olan bu qəzet, bu dəfə "Şəki ipəkçilərinin açıq tribunası" elan edilmişdir.
Gicəki dağ
Gicəki dağı — Azərbaycan Respublikasının Qobustan rayonunun ərazisində alçaqdağlıq tirə. Gicəki tirəsinin ən yüksək zirvəsi Gicəki dağıdır. (hünd.1047.) metrdir.