ÇİÇƏKLİ

sif. Çiçək açmış, gül açmış: çiçəklənmiş.
Bir yanda kəkliklər, ayna bulaqlar; Bir yanda bülbüllər, çiçəkli bağlar. M.Müşfiq.
Gəzdim ovçu kimi hər oylağında; Çəmənli, çiçəkli göy yaylağında. Aşıq Şəmşir.

// Çiçəkləri olan. Çiçəkli ağac.
– Gənc qızlar yüyürüşüb, oğlanın başına … rəngarəng çiçəkli budaqlardan hörülmüş çələnglər qoydular. M.Rzaquluzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÇİÇƏKLİ naxışlı
  • ÇİÇƏKLİ güllü
ÇİÇƏKLƏNMƏK
ÇİÇƏKLİK
OBASTAN VİKİ
Çiçəkli
Azərbaycanda Çiçəkli (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Çiçəkli (Göygöl) — Azərbaycanın Göygöl rayonunda kənd. Çiçəkli (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda kənd. Çiçəkli (dağ) — Kəlbəcər rayonunda dağ. Çiçəkli (dərə) — Babək rayonunda dərə. Ermənistanda Çiçəkli (Dərəçiçək) — Dərəçiçək mahalıında kənd.
Çiçəkli (Göygöl)
Çiçəkli — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Çiçəkli oyk., düz. Gədəbəy r-nunun İnəkboğan i.ə.v.-də kənd. Haçaqaya dağının ətəyindədir. Kəndin əhalisi keçmişdə Fındıqlı kəndi yaxınlığında Arıtəpə adlı yerdə yaşamış, XIX əsrin əvvəllərində isə Anqıran çayının sahilində yerləşən indiki əraziyə köçmüşdür. Kənd çayın adı ilə Arıqıran adlandırılmışdır. Yaşayış məntəqəsinin ilk sakinləri keçmiş Qazax qəzasından, Ermənistanın Qaraqoyunlu, Gəncə qəzasının Qarasaqqal kəndlərindən köçüb gələnlər olmuşdur. 1991-ci ildən rəmzi olaraq Çiçəkli adlandırılmışdır; Sabirabad r-nunun Muğan Gəncəli i.ə.v.-də kənd. Muğan düzündədir. Keçmiş adı Çullu olmuşdur.
Çiçəkli (Gədəbəy)
Çiçəkli (əvvəlki adı: Arıqıran) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Gədəbəy rayonunun Arıqıran kəndi Çiçəkli kəndi və müvafiq olaraq Arıqıran kənd Soveti Çiçəkli kənd Soveti adlandırılmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 118 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Çiçəkli (Sabirabad)
Çiçəkli, Cullu — Azərbaycanın Sabirabad rayonunun Muğan Gəncəli inzibati ərazi vahidində kənd. Əhalisi 1424 nəfərdir (2009). Kənd Muğan düzündədir. Keçmış adı Çullu olmuşdur. Yaşayış məntəqəsinin adı guya yaxşı səslənmədiyinə görə dəyişdirilmışdir. Rəmzi məna daşıyır.
Çiçəkli (Sayınqala)
Çiçəkli (fars. چيچكلو‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. Marağa şəhristanının Mərkəzi bölgəsinin Çahardulu kəndistanında, Marağa şəhərindən 81 km cənub-qərbdədir. 2006-cı il məlumatına görə kənddə 411 nəfər yaşayır (100 ailə). Əhalisini azərbaycanlılar təşkil edir.
Çiçəkli (Sərab)
Çiçəkli (fars. چيچكلو‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 321 nəfər yaşayır (59 ailə). Sərab şəhristanının Mərkəzi bölgəsinin Əbərqan kəndistanında, Sərab şəhərindən 28 km cənub-qərbdədir.
Çiçəkli (Tikantəpə)
Çiçəkli (fars. چيچكلو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Çiçəkli (Təbriz)
Çiçəkli — İranın Şərqi Azərbaycan ostanında kənd.. Təbriz şəhristanının Bostanabad bölgəsinin Səhənd kəndistanında, Bostanabad qəsəbəsindən 27 km cənub-qərbdədir.
Çiçəkli bitkilər
Çiçəkli bitkilər (lat. Angiospermae) – Çoxalma orqanı olan bu qismin çiçək açması, eləcə də ikiqat mayalanma kimi xüsusiyyətinə görə fərqlənən ali bitki tipidir. Çiçəklərində ağızcıq, sütuncuq və yumurtalıqdan ibarət dişicik orqanı vardır. Qametofit ixtisar olunmuşdur. Daxili və xarici quruluşlarında xüsusi ixtisaslaşma getmişdir. Əksər nümayəndələri cücülər vasitəsilə çarpaz tozlanma kimi bir uyğunlaşma qazanmışdır. Çiçəklərdə həmçinin erkəkcik adlanan orqan vardır. Erkəkcik erkəkcik sapı, tozluq və tozluğun içərisində olan tozcuq lardan ibarətdir. Hər bir tozcuq müstəqil hüceyrədir. Tozcuqlar formalarına görə müxtəlif cür olur.
Çiçəkli (Duzluca)
Çiçəkli — Türkiyənin İğdır vilayətinin Duzluca rayonunda kənd. 1901-ci ildən eyni adda olan kənd 1918-ci il qeydlərində ermənicə "çiçəkli" mənasını verən Cağqaşen kimi qeyd olunur.
Seyrək-çiçəkli səhləb
Çiçəkli Baxışqala (Urmiya)
Çiçəkli Baxışqala (fars. چيچكلوي باش قلعه‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. Urmiya şəhristanının Ətraf bölgəsinin Nazlı kəndistanında, Urmiya şəhərindən 10 km şimal-şərqdədir. 2006-cı il məlumatına görə kənddə 438 nəfər yaşayır (118 ailə).
Çiçəkli Hacıağa (Urmiya)
Çiçəkli Haçıağa (fars. ‎چيچكلوی حاجی اقا‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 160 nəfər yaşayır (39 ailə). Urmiya şəhristanının Ətraf bölgəsinin Nazlı kəndistanında, Ətraf qəsəbəsindən 8 km şimal-şərqdədir.
Çiçəkli Mənsur (Urmiya)
Çiçəkli Mənsur (fars. چیچگلوی منصور‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. Urmiya şəhristanının Ətraf bölgəsinin Nazlı kəndistanında, Ətraf qəsəbəsindən 8 km şimaldadır. 2006-cı il məlumatına görə kənddə 264 nəfər yaşayır (66 ailə).
Çiçəkli bitkilərin cinsləri(L)
Çiçəkli bitkilərin cinsləri (A)
Çiçəkli bitkilərin cinsləri (B)
Çiçəkli bitkilərin cinsləri (C)
Çiçəkli bitkilərin cinsləri (D)
Çiçəkli bitkilərin cinsləri (E)
Çiçəkli bitkilərin cinsləri (F)
Çiçəkli bitkilərin cinsləri (G)
Çiçəkli bitkilərin cinsləri (H)
Çiçəkli bitkilərin cinsləri (I)
Çiçəkli bitkilərin fəsilələri
Çiçəkli bitkilərin cinsləri (J)

Digər lüğətlərdə