Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çiləxanlı
Çiləxanlı — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd. == Tarixi == İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Kəndin adı erməni mənbələrində Çilixanlı, Çinaxanlı, "İrəvan əyalətinin icmal dəftəri"ndə Çinəxan formasında qeyd edilmişdir. == Toponimi == Toponim muğanlı türk tayfasından ölan çilovxanlı ("çilovxanlı" nəsil adı danışıq dilinin qanunlarına uyğunlaşdınlaraq çiləxanlı formasına düşmüşdür) nəsil adı əsasında əmələ gəlmişdir. Patronim toponimdir. Quruluşca sadə toponimdirБудагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Чиләханлы // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с. XX əsrin əvvəllərinə aid mənbədə İrəvan qəzasında Çinəxanlu kimidir == Coğrafiyası və iqlimi == Ermənistan SSR Artaşat(Qəmərli) rayonunda Gərniçayın Araz çayına qovuşan yerində, yerləşmiş kənd.
Çiləxana
Çilə — Sufi dərvişlərin nəfslərini tərbiyə edib təsəvvüf yolunda irəlləmək üçün qırx gün inzivaya çəkilib riyazət (dünyanın rahatlıq və ləzzətlərindən əl çəkmə) və ibadətlə məşğul olaraq, çilə edilən yer.
Minəxanım Təkləli
Minəxanım Allahşükür qızı Nuriyeva (Təkləli) — filologiya elmləri doktoru, professor, Respublika radiosunda "Türkün özü, xalqın gözü" rubrikasının aparıcısı. == Elmi fəaliyyəti == Azərbaycan EA-nın müxbir üzvü professor Afat Qurbanovun rəhbərliyi ilə 1983-cü ildə dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik adını almışdır. 1995-ci ildə Pedaqoji Universitetin dosenti seçilmişdir. Rus yazıçılarının əsərləri üzrə türk elementlərinin tədqiqinə böyük maraq göstərmişdir. 2004-cü ildə uğurla "Rus dilində türk sözləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 2006-cı ildən professor adına layiq görülmüşdür. Prof.dr. Minəxanım Təkləli ümumtürk mədəni irsinin araşdırılıb öyrənilməsi, ortaq tariximizin qəsdən təhrif edilmiş şərəfli səhifələrini yenidən bərpa etmək; türk dillərinin tarixi, bu günü ilə bağlı problemləri və uğurları, nəhayət qədim türklərin dünya kültüründəki mövqeyini aşkarlamaq istiqamətində araşdırmalar aparır. Elmi axtarışlarla bərabər bədii yaradıcılıqla da məşğul olur, türk dünyası əfsanələrini yazıya alır, böyük şəxsiyyətlərin həyatından portret yazılar yazır. Ana dilinin və vətən tarixinin keçmişi və müasir məsələlərinə dair radio və televiziyada müntəzəm çıxış edir.
Çiləxana (Kəleybər)
Çiləxana (fars. چله خانه‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə yaşayışı yoxdur. == Coğrafi yerləşməsi == Əhər şəhristanının Kəlibər bölgəsinin Mərkəzi kəndistanında, Kəlibər qəsəbəsindən 15 km cənub-şərqdədir.
Çiləxana (Sərab)
Çiləxana (fars. چله خانه‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 93 nəfər yaşayır (14 ailə). == Coğrafi yerləşməsi == Sərab şəhristanının Mərkəzi bölgəsinin Ətraf kəndistanında, Sərab şəhərindən 13 km şimal-şərqdədir.
Çiləxana (Təbriz)
Çiləxana — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Təbriz şəhristanının Şəbustər bölgəsinin Səfiyan kəndistanında, Şəbustər şəhərindən 14 km şimal-şərqdədir.